Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-73/2021 27.08.2021 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Allahverdiyev Mehman Dünyamalı oğlu (sədrliyi və məruzəsi ilə), Xıdırov Əhliman Mehman oğlu və Qarayev Sənan Məmməd oğlundan ibarət tərkibdə, Bağırova Sahilə Hümbət qızının katibliyi ilə, iddiaçı təşkilat ləğv prosesində olan QSC “Bank Standard” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “Kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, dəbbə pulunun ödənilməsi” tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 22 dekabr 2020-ci il tarixli, 2(078)-734/2020 nömrəli qətnaməsindən iş üzrə iddiaçı təşkilat ləğv prosesində olan QSC “Bank Standard” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Samir Muradzadə tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı təşkilat ləğv prosesində olan QSC “Bank Standard” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək QSC “Bank Standart” KB ilə Cavabdeh arasında bağlanmış 06 avqust 2015-ci il tarixli, 100/17/121305/15 saylı kredit müqaviləsi üzrə banka 1581,42 (min beş yüz səksən bir manat qırx iki qəpik) manat məbləğində əsas borcun, 641 (altı yüz qırx bir) manat məbləğində faiz borcunun, 1261,77 (min iki yüz altmış bir manat yetmiş yeddi qəpik) manat məbləğində cərimə borcunun, 238,92 (iki yüz otuz səkkiz manat doxsan iki qəpik) manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləğinin, ümumilikdə 3723,11 (üç min yeddi yüz iyir mi üç manat on bir qəpik) manat məbləğində pulun və 30 (otuz) manat dövlət rüsumunun ləğv prosesində olan QSC “Bank Standard” KB-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 22 dekabr 2020-ci il tarixli, 2(078)-734/2020 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 1542,80 (min beş yüz qırx iki bir manat səksən qəpik) manat məbləğində əsas, müqavilə müddətinə faiz üzrə 379,19 (üç yüz yetmiş doqquz manat on doqquz qəpik) manat borcun və illik 5%-lə gecikdirilmiş 229,49 (iki yüz iyirmi doqquz manat qırx doqquz qəpik) manat faiz borcunun, 100 (bir yüz) manat cərimə borcu olmaqla, ümumilikdə 2251,48 (iki min iki yüz əlli bir manat qırx səkkiz qəpik) manat məbləğində pulun tutularaq iddiaçı ləğv prosesində olan QSC “Bank Standard ” KB-nin xeyrinə ödənilməsi, iddia tələbinin qalmış hissədə rədd edilməsi və 30 (otuz) manat dövlət rüsumunun iddianın təmin olunmuş hissəsinə uyğun olaraq 17.34 (on yeddi manat otuz dörd qəpik) manatın Cavabdeh tutularaq iddiaçı təşkilata qaytarılması qət edilmişdir. Məhkəmənin həmin qətnaməsindən narazı qalan iş üzrə iddiaçı təşkilat ləğv prosesində olan QSC “Bank Standard” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Samir Muradzadə apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına müraciət edərək Naxçıvan Şəhər Məhkəməsinin 22 dekabr 2020-ci il tarixli, 2(078)-734/2020 nömrəli qətnaməsinin əsas borc hissəsində, cərimə (dəbbə) hissəsində ləğv edilərək tam təmin olunmasını və gecikdirilmiş günlər üçün 5 faiz hissəsində dəyi şdirilməsini, bankın iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı təşkilat ləğv prosesində olan QSC “Bank Standard” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Samir Muradzadə apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı təşkilatla Cavabdeh arasında 06.08.2015-ci il tarixdə kredit verilməsi haqqında 100/17/121305/15 saylı Kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən Cavabdeh illik 28 faiz ödənilməsi şərti ilə 24 ay müddətinə 3000 manat məbləğində kredit verilmiş, bu faktlar birinci instansiya məhkəməsində araşdırma zamanı və tərəflərin verdiyi izahatlarla təsdiq edilmiş və onlarla bağlı heç bir mübahisə edilməmişdir. Aşağıda sadalanan dəlillərə görə məhkəmə qətnaməsi qismən əsassızdır. Birinci instansiya m əhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim edilmiş sübutlar əsasında dəyişdirilib bankın tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməlidir. Belə ki, bankın tələbindən göründüyü kimi cavabdeh öz üzərinə götürdüyü öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin banka 1581,42 (min beş yüz səksən bir manat, qırx iki qəpik) manat məbləğində əsas borc, 641 (altı yüz qırx bir) manat məbləğində faiz borcu, 1261,77 (min iki yüz altmış bir manat yetmiş yeddi qəpik) manat məbləğində cərimə borcu, 238,92 (iki yüz otuz səkkiz manat doxsan iki qəpik) manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği, ümumilikdə isə 3723,11 (üç min yeddi yüz iyirmi üç manat on bir qəpik) manat məbləğində pul borcu qalmışdır. Göründüyü kimi, bankın tələbi üzrə əs as məbləğ 1581,42 manat olduğu halda, 1542,80 manat, faiz borcu 641 manat olduğu halda 379,19 manat, cərimə hissəsi 1261,77 manat olduğu halda yalnız 100 manat təmin edilmiş, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə istinad edilərək tələb edilən 238,92 manat hissənin isə 229,49 manat hissəsində təmin edilmişdir. Qeyd olunmuşdur ki, iş materiallarında cavabdehin borcunu təsdiq edən kifayət qədər mötəbər sübutlar olduğu halda məhkəmə tərəfindən məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. Hazırki mübahisədə ekspertiza iş üçün əhəmiyyətli olan heç bir hala aydınlıq gətirmədiyi üçün onun təyin edilməsinə zərurət olmamışdır. Lakin məhkəmə öz təşəbbüsü ilə mühasibatlıq ekspertizası təyin etmişdir. Həmin rəy banka təqdim edilmədiyindən onunla bağlı hər hansı mövqe bild irmək mümkün olmamışdır. Bununla yanaşı qeyd edilir ki, ekspertiza rəyi yalnız sübutlardan biridir. Məhkəmənin yalnız ekspertiza rəyinə əsaslanması qanunvericiliyin tələbinə ziddir. Məhkəmənin yalnız ekspert rəyinə istinad etməklə iddianı qismən təmin etməsi işdə olan digər sübutları nəzərə almaması (hesabdan çıxarış, maliyyə arayışı və s.) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsinə əsas verir. Qeyd olunmuşdur ki, məhkəmə qətnaməsində iş üzrə mövcud olan faktlar bir-birinə zidd olan sübutlarla əsaslandırılmışdır. İş üzrə təkrar ekspertiza təyin olunmalıdır. İddiaçı təşkilatın nümayəndəsi şikayətin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2, 432.4, 443.1, 443.2, 445.1, 4 45.2, 445.7, 449.1, 462.1, 1091.1, 1091.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.4, 218.1, 385.1.3, 389-cu maddələrinə, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli Qərarının 2-ci bəndinə, Konstitusiya Məhkəməsinin Plenumunun 09 iyul 2009-cu il tarixli Qərarına, Avropa Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2207-ci il tarixli qərarına, “Qarazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli qərarına istinad etmiş və sonda göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməklə Naxçıvan Şəhər Məhkəməsinin 22 dekabr 2020-ci il tarixli, 2(078)-734/2020 nömrəli qətnaməsinin əsas borc hissəsin də, cərimə (dəbbə) hissəsində ləğv edilərək tam təmin olunmasını və gecikdirilmiş günlər üçün 5 faiz hissəsində dəyişdirilməsini, bankın iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. İşin baxılması vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı ləğv prosesində olan QSC “Bank Standard” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi və Cavabdeh məhkəmə baxışı iclasına gəlməmişlər. Kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinin tələbinə müvafiq olaraq onların iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əs asən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyin in əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmin Məcəllənin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda iş üzrə iddiaçı təşkilatın nümayəndəsi apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qalaraq, qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etməklə qətnaməni tam həcmdə mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, belə olan halda birinci instansiya məhkəməsinin qətnaməsi tam yoxlanılmalıdır. Kollegiya Naxçıvan Şəhər Məhkəməsinin 22 dekabr 2020-ci il tarixli, 2(078)734/2020 nömrəli qətnaməsinin əsaslılığını və qаnuniliyini yoxlayıb, apellyasiya şikayətinin dəlillərini mülki işin materialları ilə müqayisəli şəkildə tədqiq edərək, iş üzrə toplanmış sübutları hərtərəfli araşdırıb аşаğıdаkı nəticəyə gəlmişdir. Belə ki, iddiaçı təşkilat ləğv prosesində olan QSC “Bank Standard” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu apellyasiya şikayətinin əsas d əlili kimi bankın tələbi üzrə əsas məbləğin 1581,42 manat olduğu halda, 1542,80 manat, faiz borcunun 641 manat olduğu halda 379,19 manat, cərimə hissəsinin 1261,77 manat olduğu halda yalnız 100 manat təmin edildiyini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə istinad edilərək tələb edilən 238,92 manat hissənin isə 229,49 manat hissəsində təmin edildiyini, iş materiallarında cavabdehin borcunu təsdiq edən kifayət qədər mötəbər sübutlar olduğu halda məhkəmə tərəfindən məhkəmə mühasibatlıq ekspertizası təyin edildiyini, hazırki mübahisədə ekspertizanın iş üçün əhəmiyyətli olan heç bir hala aydınlıq gətirmədiyi üçün onun təyin edilməsinə zərurət olmadığını, lakin məhkəmənin öz təşəbbüsü ilə mühasibatlıq ekspertizası təyin etdiyini, həmin rəyin banka təqdim edilmədiyindən on unla bağlı hər hansı mövqe bildirməyin mümkün olmadığını, ekspertiza rəyinin yalnız sübutlardan biri olduğunu, məhkəmənin yalnız ekspert rəyinə istinad etməklə iddianı qismən təmin etməsinin işdə olan digər sübutları nəzərə almamasının (hesabdan çıxarış, maliyyə arayışı və s.) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsinə əsas verdiyini, məhkəmə qətnaməsində iş üzrə mövcud olan faktların bir-birinə zidd olan sübutlarla əsaslandırıldığını və iş üzrə təkrar ekspertiza təyin olunmalı olduğunu göstərmiş və məhz bu sadalanan əsaslara görə Naxçıvan Şəhər Məhkəməsinin 22 dekabr 2020-ci il tarixli, 2(078)-734/2020 nömrəli qətnaməsinin əsas borc hissəsində, cərimə (dəbbə) hissəsində ləğv edilərək tam t əmin olunması və gecikdirilmiş günlər üçün 5 faiz hissəsində dəyişdirilməklə bankın iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı təşkilatın nümayəndəsinin apellyasiya şikayətində göstərdiyi bu dəlillərin qiymətləndirilməsi ilə bağlı aparılan araşdırma zamanı tədqiq olunmuş iş materiallarından aydın olmuşdur ki, 06.08.2015ci il tarixdə bağlanmış 100/17/121305/15 saylı kredit müqaviləsinə əsasən ləğv prosesində olan QSC “Bank Standard” KB ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmış və tərəflər üzərlərinə müqavilədən irəli gələn bir sıra öhdəliklər götürmüşdürlər. Kredit müqaviləsinin 1-ci bəndinə əsasən borc verən borc alana istehlak məqsədi ilə 24 ay illik 28 % dərəcəsi ilə hesablanmaqla 3000 (üç min) manat məbləğində kredit vermiş, kredit üzrə illik faiz dərəcəsi (FİFD) 29.09 % müəyyən olunmuşdur. 06.08.2015-ci il tarixli ödəniş cədvəlinə əsasən tərəflər 100/17/121305/15 nömrəli kredit müqaviləsi üzrə aylıq ödənişlərin hansı qaydada və məbləğdə ödənilməsinə dair razılığa gələrək həmin qrafiki ikitərəfli qaydada imzalamışdırlar. Ləğv prosesində olan QSC “Bank Standard” KB tərəfindən 30.07.2020-ci il tarixdə verilmiş maliyyə arayışına əsasən Cavabdeh ilə Bank arasında 06.08.2015-ci il tarixdə bağlanmış 100/17/121305/15 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 27 iyul 2020-ci il tarixə Banka 1581.42 (bir min beş yüz səksən bir manat qırx iki qəpik) manat əsas borc, 641 (altı yüz qırx bir) manat faiz borcu, 1261.77 (bir min iki yüz altmış bir manat yetmiş yeddi qəpik) manat cərimə borcu, 238.92 (iki yüz otuz səkkiz manat doxs an iki qəpik) manat gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu olmaqla, ümumilikdə 3723.11 (üç min yeddi yüz iyirmi üç manat on bir qəpik) manat borcu olduğu göstərilmişdir. İddiaçı təşkilatın nümayəndəsinin apellyasiya şikayətində göstərdiyi “İş materiallarında cavabdehin borcunu təsdiq edən kifayət qədər mötəbər sübutlar olduğu halda məhkəmə tərəfindən məhkəmə mühasibatlıq ekspertizası təyin edildiyi” barədə dəlilinə münasibətdə kollegiya qeyd edir ki, iddia ərizəsinə əlavə olunmuş sənədlər və ümumilikdə iş materialları apellyasiya baxışı zamanı nəzərdən keçirilərkən aydın olunmuşdur ki, birinci instansiya məhkəməsində keçirilən məhkəmə proseslərinin vaxtı və yeri barədə qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada məlumatlanndırılmasına baxmayaraq iddiaçı təşkilatın nümayəndəsi üm umiyyətlə məhkəmə iclaslarında iştirak etməmiş və yalnız iddia ərizəsi məhkəməyə təqdim olunarkən sübut qismində ona əlavə olunmuş sənədlərin dairəsi ilə kifayətlənmişdir. Belə olan halda isə düzgün olaraq birinci instansiya məhkəməsi təqdim olunmuş sübutlar əsasında işə baxmışdır. İddiaçı təşkilatın nümayəndəsinin apellyasiya şikayətində göstərdiklərinin əksinə olaraq iddia ərizəsinə sübut növü kimi əlavə olunmuş kredit müqaviləsi, istehlak kreditlərinin alınması üzrə ərizə, kredit müqaviləsinə əlavə olunan 1 saylı ödəniş cədvəli və xəbərdarlıq məktubu birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən iş üzrə Cavabdeh kredit götürməsini və hazırda həmin müqavilə üzrə borcunun olmasını təsdiq edən mötəbər sübut növü kimi qiymətləndirilmişdir. Bundan başqa iddiaçı təşkilat tərəfindən b orcun tələbdə göstərilən həcmdə olmasını təsdiq edəcək sübut növü kimi ərizəyə yalnız maliyyə arayışı və hesabdan çıxarış cədvəli əlavə edilmişdir ki, Cavabdeh kredit müqaviləsi üzrə əsas, faiz və cərimə üzrə tələb olunan borc məbləğlərinin hansı əsaslarla yarandığı təqdim olunmuş həmin maliyyə arayışında ətraflı olaraq izah olunmamış, arayışda sadəcə borc məbləğləri ümumi şəkildə ifadə olunmaqla kifayətlənilmişdir. Təbii olaraq bu halda da birinci instansiya məhkəməsi tərəfindən həmin arayış iddia tələbininin əsaslılığını təsdiq edən mötəbər sübut növü kimi qəbul edilməmişdir. Ərizəyə əlavə olunmuş hesabdan çıxarış məlumatları əsasında borcun hesablanmasına isə xüsusi bilik tələb edən mütəxəssisin iştirakı zərurəti yarandığından birinci instansiya məhkəməsi tərəfindən kredit müqaviləsi üz rə borcun müəyyən olunması məqsədi ilə mülki prosessual qanunvericiliyin tələbinə uyğun olaraq müvafiq ekspertiza təyin olunmuşdur. Ekspertizanın məhkəmənin öz təşəbbüsü ilə təyin olunması zamanı isə apellyasiya şikayətinin dəlillərində göstərildiyi kimi hər hansı prosessual normanın pozulması halı baş verməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Beləliklə tədqiq olunmuş iş materiallarından göründüyü kimi, mübahisənin obyektiv, tam və hərtərəfli araşdırılması məqsədilə Naxçıvan Şəhər Məhkəməsinin 26 oktyabr 2020-ci il tarixli, 2(078)-734/2020 nömrəli qərardadı ilə iş üzrə məhk əmə mühasibatlıq ekspertizası təyin edilərək, ekspertizanın aparılması Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə tapşırılmış, Mərkəzin 02 dekabr 2020-ci il tarixli, 183/20 nömrəli ekspert rəyinə əsasən ekspertiza tədqiqatına təqdim edilmiş hesabdan çıxarış məlumatları və 06.08.2015-ci il tarixdə bağlanmış 100/17/121305/15 saylı Kredit müqaviləsinə əsasən Cavabdeh iddiaçı ləğv prosesində olan QSC “Bank Standard” KB-nə 27 iyul 2020-ci il tarixə (maliyyə arayışı verildiyi tarixə) kredit üzrə olan əsas borcu 1542.80 (bir min beş yüz qırx iki manat səksən qəpik) manat, müqavilə müddətinə faiz üzrə borcu 379.19 (üç yüz yetmiş doqquz manat on doqquz qəpik) manat və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi əsasında illik 5%-lə 229.49 (iki yüz iyirmi doqquz manat qırx doqquz qəpik) manat təşkil etdiyi müəyyən olunmuş, ekspert qarşısına cərimə borcunun hesablanmasına dair sual qoyulmuş, həmin sual əsasında ekspert rəyində isə qeyd edilmişdir ki, Cavabdeh ilə iddiaçı ləğv prosesində olan QSC “Bank Standard” KB arasında bağlanmış 06.08.2015-ci il tarixli 100/17/121305/15 saylı Kredit müqaviləsinə əsasən kredit müqaviləsi üzrə cərimə pulu bəndi nəzərdə tutulmuş, lakin Bank tərəfindən təqdim edilmiş hesabdan çıxarış məlumatlarında bank cərimə hesablamamışdır və buna görə də Cavabdeh cərimə hesablanmamışdır. Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin verdiyi həmin rəydən də aydın olur ki, tədqiqat aparılarkən iddiaçı təşkilat tərəfindən məhkəməyə təqdim olunmuş sənədlər (kredit müqaviləsi, ödəniş cədvəli, hesabdan çıxarış və.s) əsasında hərtərəfli araşdırma aparılmış və ekspert rəyi kifayət qədər əsaslandırılmışdır. İddiaçı təşkilatın nümayəndəsinin apellyasiya şikayətində qeyd etdiyi “Həmin rəyin banka təqdim edilmədiyindən onunla bağlı hər hansı mövqe bildirməyin mümkün olmaması” dəlilinə gəlincə isə kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 205.1-ci maddəsinin tələbinə əsasən ekspertin rəyi məhkəmə iclasında elan edilir. Yəni ekspert rəyi məhkəmə baxışının bilavasitəliyi və şifahiliyi prinsipinə uyğun olaraq məhkəmə iclasında sübutların tədqiq edilməsi ardıcıllığına uyğun olaraq məhkəmə və işdə iştirak edən şəxslər tərəfindən tədqiq edilir. Yuxarıda da qeyd olunduğu kimi, iş materiallarından aydın olur ki, məhkəmə iclaslarının vaxtı və yeri barədə rəsmi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı təşkilatın nümayəndəsi heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclaslarında iştirak etməmiş və belə olan halda da ekspertizanın rəyinə dair öz mövqeyini bildirə bilməmişdir. Halbuki mülki iş üzrə məhkəmə muhasibatlıq ekspertizasının təyin edilməsi barədə birinci instansiya məhkəməsi tərəfindən qəbul olunmuş qərardad rəsmi qaydada iddiaçı təşkilata təqdim olunmuş və beləliklə də eksertizanın keçirilməsi barədə iddiaçı təşkilat məlumatlı olmuşdur. Birinci instansiya məhkəməsinə təqdim olunmuş ekspert rəyinin isə məhkəmə tərəfindən poçt vasitəsilə tərəflərə göndərilməklə münasibətlərinin öyrənilməsinə dair mülki qanunvericilik hər hansı bir norma müəyyən etməmişdir. Bütün yuxarıda sadalanan nüanslara baxmayaraq apellyasiya baxışı zamanı iddiaçı təşkilatın nümayəndəsinin bi rinci instansiya məhkəməsində işə baxılarkən təqdim olunmuş ekspert rəyi ilə razılaşmayaraq təkrar ekspertiza keçirilməsinə dair vəsatəti nəzərə alınmış, eyni zamanda iş üzrə mövcud olan ilkin ekspertizanın mötəbərliyinin aydınlaşdırılması məqsədi ilə apellyasiya şikayətinə baxılması zamanı Naxçıvan MR Ali Məhkəməsinin 06 aprel 2021-ci il tarixli, 2(108)-73/2021 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilərək ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmışdır. Aydınlaşdırılıb rəy verilməsi üçün ekspertin qarşısında aşağıdakı suallar qoyulmuşdur:
1. Tərəflər arasında bağlanmış 06 avqust 2015-ci il tarixli, 100/17/121305/15 nömrəli kredit müqaviləsinin şərtlərinə və təqdim olunmuş hesabdan çıxarış lara əsasən Cavabdeh müqavilənin bitdiyi 07 avqust 2017-ci il tarixə hansı məbləğdə əsas borcu, faiz borcu və cərimə borcu mövcud olmuşdur?
2. Tərəflər arasında bağlanmış 06 avqust 2015-ci il tarixli, 100/17/121305/15 nömrəli kredit müqaviləsinin şərtlərinə, təqdim olunmuş hesabdan çıxarışlara və maliyyə arayışına əsasən Cavabdeh maliyyə arayışının verildiyi 30 iyul 2020-ci il tarixinə hansı məbləğdə gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu mövcud olmuşdur? Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 27 may 2021-ci il tarixli, 9/2784 nömrəli ekspert rəyinin nəticəsinə əsasən rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və 06 avqust 2015-ci il tarixli, 100/17/1 21305/15 nömrəli Kredit müqaviləsinin şərtləri əsas götürülməklə Cavabdeh 07.08.2017-ci il tarixədək (müqavilənin bitmə tarixi) banka olan borcu 1923,19 manat məbləğində müəyyən olunmuş, o cümlədən 07.08.2017-ci il tarixə 1542,80 manat əsas, faiz borcu üzrə 380,39 manat təşkil etdiyi, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və 06 avqust 2015-ci il tarixli, 100/17/121305/15 nömrəli kredit müqaviləsi şərtləri əsas götürülməklə Cavabdeh 30.07.2020-ci il tarixədək olan dövrün faiz borcu (müqavilə müddətinin bitdiyi tarixdən) illik 5 faizlə hesablanmaqla banka olan borcu 2153,11 manat məbləğində müəyyən olunmuş, o cümlədən 30.07.2020-ci il tarixə əsas borc üzrə 1542,80 manat, faiz borcu üzrə 610,31 m anat təşkil etdiyi qeyd olunmuşdur. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh ilə QSC “Bank Standard" KB arasında bağlanmış 06 avqust 2015-ci il tarixli, 100/17/121305/15 nömrəli kredit müqaviləsi üzrə cərimə pulu bəndi nəzərdə tutulmuş, lakin bank tərəfindən təqdim olunmuş hesabdan çıxarış məlumatlarında bank cərimə hesablamamışdır. Buna görə də hazırkı tədqiqatla Cavabdeh cərimə hesablanmadığı rəydə qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçı təşkilatın istər iddia ərizəsində, istərsə də apellyasiya şikayətində iş üzrə Cavabdeh 06 avqust 2015-ci il tarixli, 100/17/121305/15 nömrəli kredit müqaviləsi üzrə tutulmasını tələb etdiyi məbləğ Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin kollegiyaya təqdim etdiyi təkrar ekspert rəyi ilə də öz təsdiqin i tapmamış, əksinə həmin rəylə birinci instansiya məhkəməsində işə baxılarkən Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim olunmuş ekspert rəyi qarşılaşdırıldıqda müəyyən olunur ki, hər iki rəydə birbirindən əsaslı fərqlənməyən nəticəyə gəlinmişdir. Bu hal isə onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi işə baxarkən düzgün olaraq Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin verdiyi rəyi mübahisənin hallarını özündə əks etdirən mötəbər sübut növü kimi qəbul etmişdir. Kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, iddia tələbində iddiaçı təşkilat Cavabdeh 06 avqust 2015-ci il tarixli, 100/17/121305/15 nömrəli kredit müqaviləsi üzrə hesabdan çıxarışlara və maliyyə arayışına əsasən 238,92 (iki yüz otuz səkkiz manat doxsan iki qəp ik) manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği tələb etdiyi halda, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 27 may 2021-ci il tarixli, 9/2784 nömrəli ekspert rəyində cavabdehin 30.07.2020-ci il tarixədək olan dövrün faiz borcunun (müqavilə müddətinin bitdiyi tarixdən) illik 5 faizlə hesablanmaqla 610,31 manat təşkil etdiyi göstərilmişdir. Tələb olmadığı halda ekspert rəyi ilə müəyyən olunmuş həmin məbləğin təmin olunması isə qanunvericiliyə əsasən mümkün olmadığından apellyasiya kollegiyası da məhz Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutların qiymətləndirilməsi baxımından Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin verdiyi ilkin rəyi mübahisənin hallarını özündə əks etdirən mötəbər sübut növü kimi qəbul etmişdir. Kollegiya həmin rəyi mötəbər sübut növü kimi qəbul edərkən ekspertiza keçirilərkən prosessual qaydalara əməl edilməsini, tədqiqat üçün təqdim olunmuş mülki iş materiallarının tam və hərtərəfli araşdırılmasını, rəydə gəlinmiş nəticənin ekspert qarşısında qoyulmuş suallara uyğunluğunu və rəyin əsaslandırılmış olmasını da nəzərə almışdır. Beləliklə kollegiya cavabdeh təşkilatın nümayəndəsinin yuxarıda göstərdiyi dəlilləri işin halları ilə əlaqəli şəkildə təhlil edib, bu dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək tələbin tam təmin olunması üçün əsas hesab etmir. Həmçinin kollegiya mülki işin apellyasiya qaydasında baxılması zamanı müəyyən edilmiş hallarına əsaslanmaqla qeyd edir ki, birinci instansiya məhkəməsi iddian ı qismən təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmiş, iş üzrə mövcud olan sübutların tədqiqi nəticəsində qəbul edilmiş qətnamə kifayət qədər düzgün və qanuni əsaslarla əsaslandırılmışdır. Mübahisənin həllində mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmış, maddi və prosessual hüquq normalarına düzgün əməl edilməklə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Mülki işin kollegiyada baxılması zamanı birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi və ya ləğv edilməsinə səbəb ola biləcək yeni hallar müəyyən edilməmişdir. Buna görə də iddiaçı təşkilat ləğv prosesində olan QSC “Bank Standard” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “Kredit müqaviləsi üzrə əsas bo rcun, hesablanmış faizlərin, dəbbə pulunun ödənilməsi” tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 22 dekabr 2020-ci il tarixli, 2(078)-734/2020 nömrəli qətnaməsindən iş üzrə iddiaçı təşkilat ləğv prosesində olan QSC “Bank Standard” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Samir Muradzadə tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Naxçıvan Şəhər Məhkəməsinin 22 dekabr 2020-ci il tarixli, 2(078)-734/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 2.2-ci bəndində qеyd olunmuşdur ki, məhkəmə qərarı maddi və posessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. Qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarədir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda qeyd olunmuş normalarına əsasən kollegiya hesab edir ki, iddiaçı təşkilatın vəsatət i əsasında aparılmış məhkəmə-mühasibatlıq ekspertizasının ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat apellyasiya şikayəti təmin edilmədiyindən iddiaçı təşkilat ləğv prosesində olan QSC “Bank Standard” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutularaq büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, X1, Kodu- 210005, VÖEN **********, Müxbir hesabı AZ41NABZ********************, S.W.İ.F.T BİK-CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************-ə keçirilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: İddiaçı təşkilat ləğv prosesində olan QSC “Bank Standard” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “Kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, dəbbə pulunun ödənilməsi” tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 22 dekabr 2020-ci il tarixli, 2(078)-734/2020 nömrəli qətnaməsindən iş üzrə iddiaçı təşkilat ləğv prosesində olan QSC “Bank Standard” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Samir Muradzadə tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Naxçıvan Şəhər Məhkəməsinin 22 dekabr 2020-ci il tarixli, 2(078)-734/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı təşkilatın vəsatəti əsasında aparılmış məhkəmə-mühasibatlıq ekspertizasının ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat apellyasiya şikayəti təmin edilmədiyindən iddiaçı təşkilat ləğv prosesində olan QSC “Bank Standa rd” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutularaq büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, X1, Kodu- 210005, VÖEN **********, Müxbir hesabı AZ41NABZ********************, S.W.İ.F.T BİK-CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************-ə keçirilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.