Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(108)-74/2023 26.05.2023 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Allahverdiyev Əli Kərim oğlu (sədrliyi və məruzəsi ilə), Kuimova Vera Gennadiyevna və Allahverdiyev Mehman Dünyamalı oğlundan ibarət tərkibdə, Ordubad Rayon Məhkəməsinin 17 mart 2023-cü il tarixli, 2(080)-170/2022 nömrəli prosessual müddətin bərpasına dair qərardadından Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq müəyyənetdi: Ordubad Rayon Məhkəməsinin 17 mart 2023-cü il tarixli, 2(080)-170/2022 nömrəli qərardadı ilə İddiaçı ASC-in cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit borcunun qaytarılması tələbi barədə mülki iş üzrə Ordubad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(080)-170/2022 sayl ı qətnaməsindən Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayəti verməsi üçün buraxılmış müddətin bərpası tələbinə dair ərizə-vəsatəti təmin edilməmiş və müddətin bərpasından imtina edilmiş, Cavabdeh1 və onun vəkilinin Ordubad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(080)-170/2022 saylı qətnaməsindən verdiyi apellyasiya şikayətinin prosessual müddət gözlənilməklə geri qaytarılması və cavabdeh tərəfindən “Mərkəzi Bank” Hökumət Portalına xx.xx.2023-cü il tarixdə ********** saylı qəbz əsasında ödədiyi 35 manat dövlət rüsumunun prosessual müddət gözlənilməklə geri qaytarılması qərara alınmışdır. İşin halları: Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil 02 mart 2023-cü il tarixdə buraxılmış prosessual müddətin bərpasına dair ərizə-vəsatət ilə məhkəməyə müraciət edərək Ordubad Rayon Mə hkəməsinin 14 noyabr 2022-ci il tarixli, 2(080)-170/2022 nömrəli qətnaməsindən şikayət verilməsi üçün müəyyən edilmiş 1 aylıq prosessual müddətin Cavabdeh1 tərəfindən buraxılmasının səbəbini üzürlü hesab edərək, buraxılmış prosessual müddəti bərpa edərək apellyasiya şikayətinin icraya qəbul edilməsini xahiş etmişdir. Ordubad Rayon Məhkəməsinin 17 mart 2023-cü il tarixli, 2(080)-170/2022 nömrəli qərardadı ilə Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayəti verməsi üçün buraxılmış müddətin bərpası tələbinə dair ərizə-vəsatəti təmin edilməmiş və müddətin bərpasından imtina edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Məhkəmənin qərardadından narazı qalan Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil 24 mart 2023-cü il tarixdə şikayət ilə məhkəməyə müraciət edərək 17 mart 2023-cü il tarix li qərardadın ləğv edilərək prosessual müddətin bərpasına dair ərizənin təmin edilməsini xahiş etmişdir. 08 may 2023-cü il tarixdə Ordubad Rayon Məhkəməsində şikayətə baxılaraq şikayət əsassız olduğundan Azərbaycan Respublikası MPM-in 269.3-cü maddəsində nəzərdə tutulmuş qaydada işlə birlikdə baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına göndərilmişdir. Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil şikayəti onunla əsaslandırmışdır ki, cavabdeh faktiki olaraq Bakı şəhərində yaşayır. Məhkəmə tərəfindən cavabdehin faktiki ünvanına məhkəmənin qətnaməsi göndərilməmişdir. İş materiallarında da buna dair hər hansı sübut yoxdur. Məhkəmə qərardad qəbul edərkən rabitə orqanının məktubuna əsaslanmışdır. Həmin məktubda məhkəmə qətnaməsinin cavabdehin qeydiyyat ünvanı üzrə təhvil verilməsi göstərilsə də, konkret olaraq cavabdehə təqdim olunması qeyd olunmamışdır. Həmin məktubun X3 tərəfindən alınması qeyd olunmuşdur. Göstərilənlərə əsasən Ordubad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(080)-170/2022 nömrəli qərardadının ləğv edilərək cavabdehin prosessual müddətin bərpasına dair ərizəsinin təmin edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-in 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Resp ublikası MPM-in 47.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Kollegiya daxil olmuş şikayətin dəlillərini işin materialları ilə birlikdə əhatəli şəkildə yoxlayaraq aşağıdakı nəticəyə gəlir. Belə ki, iş materiallarından aydın olur ki, Ordubad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(080)-170/2022 saylı qətnaməsi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (ASC) cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması tələbinə dair iddiası qismən təmin edilərək Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 634,32 ABŞ do lları əsas borc, 900 ABŞ dolları cərimə, 374,31 ABŞ dolları faiz, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 93,24 ABŞ dolları faiz borcu, cəmi 2001.87 ABŞ dolları və 68.38 manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Məhkəmənin qətnaməsindən narazı qalan Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil 02 mart 2023-cü il tarixdə apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək Ordubad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(080)-170/2022 nömrəli qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmiş, eyni zamanda vəsatət verərək məhkəmənin qətnaməsini cavabdehin almadığını, həmin qətnamənin icrası ilə bağlı icra şöbəsinin icra məmurunun cavabdehlə xx.xx.2022-ci il tarixdə telefon əlaqəsi saxlayanda cavabdehin belə bir qətnamənin mövcudluğundan xəbərinin olduğunu, bu səbəbdən də cavabdeh tərəfindən sözügedən qətnamədən apellyasiya şikayətinin vaxtında verilmədiyini, göstərilənləri və Azərbaycan Respublikası MPM-in 133-cü maddəsinin tələblərini nəzərə alaraq, Ordubad Rayon Məhkəməsinin 14 noyabr 2022-ci il tarixli, 2(080)-170/2022 nömrəli qətnaməsindən şikayət verilməsi üçün müəyyən edilmiş 1 aylıq prosessual müddətin Cavabdeh1 tərəfindən buraxılmasının səbəbi üzürlü hesab edilərək, buraxılmış prosessual müddəti bərpa edərək apellyasiya şikayətinin icraya qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəs mi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 128-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə, dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 130.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. İş materiallarından aydın olur ki, Ordubad Rayon Məhkəməsinin 14 noyabr 2022-ci il tarixli, 2(080)-170/2022 nö mrəli qətnaməsi 15 noyabr 2022-ci il tarixdə Cavabdeh1 təqdim edilməsi üçün Ordubad rayon İcra Hakimiyyəti başçısının Yuxarı Əylis kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə göndərilmiş, Ordubad rayon İcra Hakimiyyəti başçısının Yuxarı Əylis kənd İƏD üzrə nümayəndəliyi tərəfindən məhkəməyə göndərilmiş məlumatda məhkəmə bildirişinin Cavabdeh1 kənd ərazisində olmadığından xx.xx.2022-ci il tarixdə qayınatası X2 təqdim edildiyi bildirilmişdir. Kollegiya qeyd edir ki, Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil şikayətində cavabdehin faktiki olaraq Bakı şəhərində yaşadığını, məhkəmə tərəfindən cavabdehin faktiki ünvanına məhkəmənin qətnaməsinin göndərilmədiyini, iş materiallarında da buna dair hər hansı sübutun olmadığını bildirsə də, iş materiallarından da göründüyü kimi, cavabdehin faktiki ol araq yaşadığı ünvan barədə məhkəməyə hər hansı məlumat verilməmiş, hazırki iş üzrə iddia ərizəsində, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsində, eyni zamanda Ordubad Rayon Məhkəməsinin 14 noyabr 2022-ci il tarixli qətnaməsindən və 17 mart 2023-cü il tarixli qərardadından Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayətlərdə də Cavabdeh1 ünvanı kimi qeydiyyatda olduğu ünvan 3 həmçinin qeyd edir ki, iş materiallarından da göründüyü kimi, Cavabdeh1 məhkəməyə məlum olan və onun rəsmi qeydə alındığı ünvana ünvan 4irişləri göndərilərək məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumat verilmiş, Ordubad rayon Yuxarı Əylis kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən məhkəməyə məlumat verilərək məhkəmə bildirişlərinin ca vabdehin qayınatası X.M.Rzayevə Cavabdeh1 çatdırılması üçün verildiyi bildirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.2-ci maddəsinə görə məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Həmin Məcəllənin 135.3-cü maddəsinə əsasən məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sə nədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Həmin Məcəllənin 135.5-ci maddənin tələbinə əsasən yuxarıda qeyd edilmiş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Azərbaycan Respublikası MPM-in 147-ci maddəsinə əsasən cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axı rıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. İş materiallarına əsasən Ordubad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(080)-170/2022 nömrəli qətnaməsi Cavabdeh1 məhkəməyə məlum olan və onun rəsmi qeydə alındığı ünvana göndərilmiş və həmin ünvanda qəbul edilmişdir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, məhkəmə sənədi cavabdehin ünvanına çatdırılıbsa, yuxarıda qeyd olunan prosessual normalara uyğun o, tərəfə təqdim olunmuş hesab edilir. Azərbaycan Respublikası MPM-nin 133.1-ci maddəsinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılması nın səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Konstitusiya Məhkəməsinin X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 08 may 2008-ci il tarixli Plenum Qərarında qeyd olunmuşdur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü h esab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Kollegiya işin yuxarıda şərh olunmuş hallarına əsasən Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil şikayətində göstərilmiş dəlillərini əsaslı hesab etmir. Kollegiya işin araşdırılmış hallarına əsasən belə hesab edir ki, Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil verdiyi şikayətində göstərdiyi dəlilləri Ordubad Rayon Məhkəməsinin 17 mart 2023-cü il tarixli, 2(080)-170/2022 nömrəli qərardadının ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Kollegiya işin yuxarıda şər h olunmuş hallarına hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil verdiyi şikayət təmin edilməməli, Ordubad Rayon Məhkəməsinin 17 mart 2023-cü il tarixli, 2(080)-170/2022 nömrəli prosessual müddətin bərpasına dair qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 365, 395.1.1, 397.2, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq kollegiya qəraraalır: Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil verdiyi şikayət təmin edilməsin. Ordubad Rayon Məhkəməsinin 17 mart 2023-cü il tarixli, 2(080)-170/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(108)-74/2023
Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2(108)-74/2023
26.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver