Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-75/2021 21.06.2021 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Mirzəyev İlqar Məhərrəm oğlu (sədrliyi və məruzəsi ilə), Quliyev Vüqar Kərim oğlu və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Rəhimova Aybəniz Məhəmməd qızının katibliyi, İddiaçı nümayəndəsi X3 iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Sədərək Rayon Məhkəməsinin 16 noyabr 2020-ci il tarixli, 2(088)-32/2020 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Sədərək Rayon Məhkəməsinə müraciət edərək İddiaçı əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə Cavabdeh tərəfindən ödənilməmiş 7886 (yeddi min səkkiz yüz səksən altı) manat və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğin Cavabdeh tutularaq Cəmiyyətin bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sədərək Rayon Məhkəməsinin (sədrlik edən H.N.Zülfüqarov) 16 noyabr 2020-ci il tarixli, 2(088)-32/2020 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, İddiaçı əmlakına vurduğu maddi ziyana görə Cavabdeh 7886 (yeddi min səkkiz yüz səksən altı) manat pul borcu və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu ilə birlikdə ümumilikdə 7916 (yeddi min doqquz yüz on altı) manat pulun Cavabdeh alınaraq İddiaçı bank hesabına ödənilməsi qət edilmişdir. Məhkəmənin qətnaməsindən narazı qalan iş üzrə Cavabdeh apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına müraciət edərək Sədərək Rayon Məhkəməsinin 16 noyabr 2020-ci il tarixli, 2(088)-32/2020 nömrəli qətnaməsini ləğv edib iddia tələbinin rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iş üzrə zəruri araşdırma aparmadan və onun (cavabdehin) iştirakını təmin etmədən işi sadəcə iddiaçının xeyrinə həll etmişdir. Həmçinin cavabdeh bu günədək heç bir intizam xətası törətməmişdir, buna baxmayaraq İddiaçı MMC onun guya iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol verdiyini göstərmiş, lakin əmək münasibətlərinə 15.11.2019-cu il tarixdə öz ərizəsi əsasında 509-K saylı əmrlə onun öz xahişi ilə xitam vermişdir. Həmin əmrin surəti rəsmi qaydada təqdim edilməmiş və əmək kitabçası da ona verilməmişdir. Əgər o (cavabdeh) intizam xətasına yol vermişdirsə iddiaçı onu mü vafiq əmrlə işdən azad etməli idi. Belə ki, 28.09.2018, 23.05.2019 və 03.09.2019-cu il tarixli-inventarizasiya Nəticələrinə dair Aktlara əsasən guya “Oba-Ramana mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində cavabdehin Cəmiyyətə zərər vurması müəyyən edilmiş, 28.09.2018, 23.05.2019 və 03.09.2019-cu il tarixli “İnventarizasiya Nəticələrinə” dair Akta əsasən yekun ziyanın məbləği 9667 manat olsa da təhvil təslim nəticəsində guya 7886 manat məbləğində zərər vurması məlum olmuşdur. Həmin Aktlar bir tərəfli qaydada qanun pozuntuları ilə tərtib olunmuşdur. Onun həmin aktlara olan imzalarına gəldikdə isə bu yalnız onun həmin aktlarla tanış olduğunu təsdiq edir. Sözü gedən aktlar etibarsızdır və qeyri-mötəbərdir, ona əsasən cavabdehdən pul məbləğinin tutulması qanunsuz və əsas sızdır. Akta əsasən qeyd olunan dövrlərə görə 9 667 (doqquz min altı yüz altmış yeddi) manat əksiklik müəyyən edilsə də bu əsassızdır. Belə ki, sözü gedən aktlar “Malların inventarizasiya Qaydaları”nın tələblərinə uyğun olmadığından qanuni və əsaslı hesab edilə bilməz. İddiaçı MMC-nin 15.11.2019-cu il tarixli 509-K saylı əmri ilə onunla bağlanmış əmək müqaviləsinə ƏM-in 68-ci maddəsinin “a” bəndinə əsasən xitam verilmişdir. Məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, analoji İnventertarizasiya Aktlarına əsasən onun ərazisinə yaxın yerdə Ramana 250 kodlu mağazanın da administratoru Naib Quliyevə qarşı da iddia qaldırılmış, həmin iş üzrə keçirilən ekspertiza Aktın qanun pozuntuları ilə aparıldığını təsdiq etmişdir (əlavə olunur). 19 mart 2020-ci il tarixli Ekspert Rəyin tədqiqat hissəsində gö stərilənlərə əsasən 11.02.2019 və 10.06.2019-cu il tarixli “Aktivlər üzrə inventarizasiya nəticələrinə dair yekun Aktlar” “Malların inventarizasiya Qaydaları”nın tələblərinə uyğun olmadığından hazırki tədqiqatla X4 “X9” MMC –də olan çatışmazlığın müəyyən etmək mümkün olmamışdır. Nəticədə “X9” MMC –nin verdiyi iddia tələbi Nərimanov Rayon Məhkəməsinin 3 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə rədd edilməklə qarşılıqlı iddia təmin edilmiş və işçidən qanunsuz tutulmuş 1126 manatın onun xeyrinə “X9” MMC-dən tutulması qət edilmişdir. Beləliklə, cavabdeh “X9” MMC–nin bu cür neqativ hallara yol verməsi artıq məhkəmədə öz təsdiqini tapmışdır. Hesab edir ki, cavabdeh İddiaçı MMC-nin ona qarşı verdiyi pul tələbi əsassız və qərəzlidir. Göründüyü kimi cavabdeh ona qarşı qanunsuzluq etmiş, heç bir mö təbər sübuta söykənməyən 28.09.2018, 23.05.2019 və 03.09.2019-cu il tarixli “İnventarizasiya Nəticələrinə” dair Aktlara əsasən pul məbləği tutmuşdur. Bundan başqa işdəki iddia ərizəsindən də aydın görünür ki, iddiaçı iddia müddətlərini də ötürmüşdür. Belə ki, 28.09.2018, 23.05.2019 və 03.09.2019-cu il tarixli “İnventarizasiya Nəticələrinə” dair Aktlara tərtib edildiyi gündən bir ildən də artıq müddətdən sonra işəgötürən məhkəməyə müraciət etmişdir. Buna baxmayaraq məhkəmə işin bu halının üzərindən də keçərək qiymət verməmişdir. Qeyd etdiklərindən də göründüyü kimi məhkəmə yalnız iddiaçının təqdim etdiyi sənədlərin əsasında iddiaçının xeyrinə həll etməklə onun hüquqlarını, habelə maddi və prosessual hüquq normalarının tələbini kobud pozmuşdur. Hazırki qətnamə tərəflərin qarşılıqlı münasibət inə və işin həqiqi hallarına uyğun olmadığına görə apellyasiya qaydasında ləğv olunmalıdır. Hesab edir ki, hazırki iş üzrə məhkəmə araşdırması tam olaraq yenidən aparılmalı, hazırki mübahisəyə iddia müddətləri tətbiq edilməli və iddia tələbi rədd edilməlidir. Apellyasiya şikayətində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 203-cü maddəsinin 1-ci hissəsinə, 296-cı maddəsinin 5-ci hissəsinə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88, 217.1, 217.3, 217.4, 384.0.2, 385.1.1-ci maddələrinə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə istinad edilmişdir. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Apellyasiya şikayətinə baxılması zamanı iş üzrə 29 mart 2021-ci il tarixdə məhkəməmühasibatlıq ekspertizası təyin edilərə k ekspertizanın aparılması Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmaqla müvafiq ekspert rəyi məhkəməyə təqdim edilənədək apellyasiya icraatı üzrə icraat dayandırılmış, 27 may 2021-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 25 may 2021-ci il tarixli, 84 nömrəli rəyi məhkəməyə daxil olduğundan Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 31 may 2021-ci il tarixli, 2(108)-75/2021 nömrəli qərardadı ilə icraat təzələnmişdir. İş üzrə Cavabdeh məhkəmə baxışı iclaslarının vaxtı və yeri barədə rəsmi qaydada məlumatlandırılsa da məhkəmə baxışı iclaslarında iştirak etməmişdir. Kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxmışdır. Belə ki, həmin maddənin tələblərinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə baxışı iclası zamanı iş üzrə İddiaçı səlahiyyətli nümayəndəsi X6 apellyasiya şikayətini qəbul etməyərək izahatında apellyasiya şikayətinin təmin olunmaması, Sədərək Rayon Məhkəməsinin 16 noyabr 2020-ci il tarixli, 2(088)-32/2020 nömrəli qətnaməsinin isə dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Kollegiya qətnamənin əsaslılığını və qаnuniliyini yoxlayıb, apellyasiya şikayətinin dəlillərini iddiaçı tərəfin nümayəndəsinin izahatı və mülki işin materialları ilə müqayisəli tədqiq edərək, iş üzrə toplanmış sübutları hərtərəfli araşdıraraq аşаğıdаk ı nəticəyə gəlir: Azərbаycаn Rеspublikаsı MPM-in 372.1-ci maddəsinin tələbinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbаycаn Rеspublikаsı MPM-in 372.6-cı maddəsinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbаycаn Rеspublikаsı MPM-in 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi ni yoxlayır. Kollegiya ilk öncə apellyasiya şikayətinin məhkəmənin iş üzrə zəruri araşdırma aparmadan və onun (cavabdehin) iştirakını təmin etmədən işi sadəcə iddiaçının xeyrinə həll etməsi dəlilinə münasibət bildirməklə müvafiq dəlili əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası MPM-in 35.1-ci maddəsinin tələbinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. İş materiallarından da məlum olduğu kimi cavabdeh Əbilov X5 rayonu, Qaraağac kəndində qeydiyyatdadır və cavabdehə birinci instansiya məhkəməsi tərəfindən müvafiq məhkəmə bildirişləri də həmin ünvan üzrə göndərilmiş, bildirişlərinin müvafiq ünvan üzrə alınmasını təsdiq edən xəbərnamələr də iş materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası MPM-in 135. 3-cü maddəsinin tələbinə əsasən məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Həmçinin həmin Məcəllənin 135.5-ci maddəsinin tələbinə əsasən bu halda məhkəmə sənədi rəsmi qaydada v erilmiş hesab edilir. Kollegiya həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən “... Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə müvafiq sənədləri təqdim etməlidir...”. Kollegiya apellyasiya şikayətinin hazırki mübahisəyə dair iddia müddətinin tətbiq edilməli olması, həmçinin iddia tələbinin rədd edilməli olması, belə ki, 28.09.2018, 23.05.2019 və 03.09.2019-cu il tarixli “İnventarizasiya Nəticələrinə” dair Aktlar tərtib edildiyi gündən bir ildən də artıq müddətdən sonra işəgötürənin məhkəməyə müraciət etdiyi, buna baxmayaraq birinci instansiya məhkəməsinin işin bu halının üzərindən keçərək qiymət vermədiyi ilə bağlı dəlilinə münasibət bildirməklə müvafiq dəlili əsassız hesab edir və bununla bağlı aşağıdakıları qeyd edir: İddia müddətinin tətbiqini nəzərdə tutan müddəalara görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır ( MM-in 375.1 və 375.2 maddələri). Müvafiq maddələrinin təl əbinin məzmunundan da göründüyü kimi məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir və icraatda olan mübahisəyə birinci instansiya məhkəməsində baxılan zaman mövcud olan iş materiallarından mübahisə tərəfinin iddia müddətinin tətbiq edilməsinə dair ərizə vermədiyi məlum olur. Lakin Cavabdeh tərəfindən mübahisə üzrə iddia müddətinin tətbiq edilməsinə dair müvafiq xahiş apellyasiya şikayətində qeyd edildiyindən bununla əlaqədar olaraq kollegiya həmçinin aşağıdakıları da qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Konstitusıya Məhkəməsi Plenumunun 3 iyun 2013-cü il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Qərarına əsasən iddia müddəti insti tutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələr inə və müdafiəsinə məcbur edir. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarında qeyd edilir ki, MPM-in 372.2-ci maddəsinə istinadla və yaxud MPM-in 416-cı maddəsinin tələbləri baxımından tərəfin müvafiq olaraq apellyasiya və ya kassasiya instansiyası məhkəmələrində iddia müddətinin tətbiqi ilə bağlı ərizə təqdim etmək hüququ istisna olunur. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, apellyasiya instansiyası məhkəməsi məhkəmə aktına (qərarına) yenidən baxılması zamanı birinci instansiya məhkəməs ində yekun qərar çıxarılanadək tərəfin iddia müddətinin tətbiqi ilə bağlı verə biləcəyi ərizəni ona apellyasiya şikayəti üzrə bu məsələnin əlavə faktlar və sübutlar və ya yeni tələblər adı altında qəbul etməkdə və işi bunun əsasında həll etməkdə (tərəfin birinci instansiya məhkəməsində məhkəməyə müraciət etmək hüququndan məhrum olunduğu hal istisna edilməklə) haqlı deyildir. Bununla yanaşı apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsində tərəflərin hüquqlarının təmin olunmasına lazımi diqqət yetirməlidir. Lakin tərəflərdən hər hansı biri mülki məhkəmə prosesinin müxtəlif mərhələlərində ona aid olan hüquqlardan elə istifadə etməlidir ki, əks tərəfin hüquqları və qanunla müəyyən edilmiş məhkəmə icraatının qaydaları pozulmasın. Odur ki, birinci instansiya məhkəməsinin təqsir i nəticəsində cavabdeh bu məhkəmədə gedən icraat barədə məlumatlı olmamışsa və buna görə birinci instansiya məhkəməsinin qətnaməsi çıxarılanadək iddia müddətinin tətbiqi ilə bağlı ona qarşı verilmiş iddianın rədd edilməsi barədə xahişi əks etdirən ərizəni təqdim edə bilməmişdirsə, həmin ərizə onun apellyasiya şikayətinə əlavə edilə bilər və bu halda apellyasiya instansiyası məhkəməsi ərizədə göstərilən məsələyə baxmalı və müvafiq qərar qəbul etməlidir... Bununla bağlı kollegiya qeyd edir ki, işin şərh edilən hallarının qanunvericiliyin tələbləri ilə müqayisəli təhlilindən də göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən iş üzrə Cavabdeh qeydiyyatda olduğu ünvana-Sədərək rayonu, Qaraağac kəndinə məhkəmə baxışı iclaslarının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilmiş və məhk əmə bildirişlərinin müvafiq ünvan üzrə alınmasını təsdiq edən xəbərnamələr iş materiallarına əlavə edilmişdir. Həmçinin Cavabdeh apellyasiya şikayətində icraatda olan mübahisə üzrə iddia müddətinin tətbiq edilməli olmasını göstərsə də iddia müddətinin tətbiq edilməsi barədə ərizəni birinci instansiya məhkəməsinə təqdim etməməsini əsaslandırmamışdır. Bununla da qanunvericiliyin yuxarıda da sadalanan tələblərinə əsasən Cavabdeh birinci instansiya məhkəməsinin məhkəmə baxışı iclaslarının yeri və vaxtı barədə məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edildiyindən apellyasiya icraatı zamanı məhkəmə tərəfindən Cavabdeh mübahisəyə dair iddia müddətinin tətbiq edilməsinə dair müvafiq xahişi üzrə iddia müddətinin tətbiq edilməsi yolverilməzdir. Kollegiya apellyasiya şikayəti ilə bağlı həmçinin aşağıdakıları qeyd edir: İş materiallarından aydın olduğu kimi Cavabdeh verdiyi apellyasiya şikayətində 28.09.2018, 23.05.2019 və 03.09.2019-cu il tarixli-“İnventarizasiya Nəticələrinə dair” Aktlar mübahisələndirildiyindən, həmçinin verilmiş iddia ərizəsində Cavabdeh İddiaçı əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 7886 (yeddi min səkkiz yüz səksən altı) manat və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğin Cavabdeh tutularaq Cəmiyyətin bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilsə də müvafiq olaraq 28.09.2018, 23.05.2019 və 03.09.2019-cu il tarixli “İnventarizasiya Nəticələrinə” dair Aktlara əsasən hər bir akt üzrə vurulmuş ziyanın ayrıayrılıqda məbləğinin göstərilmədiyindən müvafiq tələb üzrə işi hərtərəfli araşdırı b, qanuni və əsaslı nəticəyə gəlmək üçün məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 may 2021-ci il tarixli, 84 nömrəli rəyində isə qeyd edilmişdir ki,... 28.09.2018-ci il tarixində Oba Ramana 5 filialında aparılmış yoxlama nəticələrinə dair yekun Akt, 23.05.2019-cu il tarixində Oba Ramana 5 filialında aparılmış yoxlama nəticələrinə dair yekun Akt, 03.09.2019-cu il tarixində Oba Ramana 5 filialında aparılmış növbədənkənar inventarizasiya nəticələrinə dair yekun X1ydalarının tələblərinə uyğun deyildir, eyni zamanda iş materiallarında yaranmış çatışmazlıqlarla bağlı hər hansı bir mühasibatlıq sənədləri də mövcud deyil, Oba Ramana 5 filialında aparılmış növbədənkənar inventarizasiya nəticələrinə dair yekun X1ydalarının 12-ci bölməsinin tələblərinə tam cavab vermədiyindən yekun ziyanın məbləğini müəyyən etmək mümkün olmadı, ekspert tədqiqatı zamanı birinci sual üzrə inventarizasiya nəticələrinə dair yekun aktların qanunvericiliyin tələblərinə uyğun olaraq düzgün tərtib edilmədiyi aşkar olunmuşdur, bu əsasla ekspert qarşısına qoyulmuş digər suallara da bu inventarizasiya nəticəsinə dair yekun aktlar əsasında cavab verilməli olduğundan həmin suallara cavab verilməsi mümkün hesab edilmir. Azərbaycan Respublikası MPM-in 206.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə, yaxud əlavə və ya təkrar ekspertiza təyini haqqında qərarda dda əsaslandırılmalıdır. Kollegiya iş materiallarını ekspert rəyi ilə əlaqəli şəkildə müqayisə edərək qeyd edir ki, 23.05.2019-cu il tarixində Oba Ramana 5 filialında aparılmış yoxlama nəticələrinə dair yekun Akt, 03.09.2019-cu il tarixində Oba Ramana 5 filialında aparılmış növbədənkənar inventarizasiya nəticələrinə dair yekun Aktlar üzrə vurulmuş ziyanın (əksikgəlmənin) məbləğini müəyyənləşdirmək mümkün olmasa da 28.09.2018-ci il tarixində Oba Ramana 5 filialında aparılmış yoxlama nəticələrinə dair yekun Akt üzrə ziyanın məbləğinin müəyyən edilməsi nəticəsinə gəlinir. Belə ki, kollegiya qeyd etməyi zəruri hesab edir ki, iş materiallarına əlavə edilmiş “X9” MMC-nin İnventarizasiya şöbəsinin Araşdırma qrupuna İltizamnamədə (iş vərəqə 55) Cavabdeh 10.10.2018-ci il tarixdə kənarlaşması olan m allara dair məlumatlar və sənədlərin sistem üzərindən Araşdırma qrupunun mütəxəssisi tərəfindən Cavabdeh iştirakı ilə təkrar nəzarət qaydasında tam yoxlanıldığı və 1523 say çeşid malda 5963.69 əksik manat məbləğində kənarlaşma aşkar olunduğu, Cavabdeh mağaza administratoru (maddi məsul şəxs) kimi yoxlama və araşdırma prosesindən tam razı olduğu, kəsir yaradan mallarla tanış olduğu, kəsirinin səbəbinin özünə məlum olduğu, heç bir narazılığının olmadığı, atdığı imzaları və bu yazdıqlarını heç bir təzyiq altında qalmadan yazdığı qeyd edilmiş və müvafiq İltizamnamə Cavabdeh tərəfindən imzalanmışdır. Həmçinin 28.09.2018-ci il tarixdə müvafiq Aktivlər üzrə İnventarizasiya cədvəli, 28.09.2018-ci il tarixində Oba Ramana 5 filialında aparılmış yoxlama nəticələrinə dair yekun Akt da Cavabdeh tərəfin dən imzalanmışdır. Kollegiya qeyd edilənlərə əsasən “X9” MMC-nin İnventarizasiya şöbəsinin Araşdırma qrupuna İltizamnaməni Cavabdeh tərəfindən 28.09.2018-ci il tarixində Oba Ramana 5 filialında aparılmış yoxlama nəticələrinə dair yekun Akta münasibətdə həmin Akt üzrə mövcud olan əksikgəlmənin (ziyanın) etirafı kimi qəbul edir və bildirir ki, 28.09.2018-ci il tarixində Oba Ramana 5 filialında aparılmış yoxlama nəticələrinə dair yekun Akt üzrə İddiaçınə vurulmuş maddi ziyan (əksik gəlmə) Cavabdeh tərəfindən İddiaçı xeyrinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 106.3-cü maddəsinin tələbinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəm ə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Kollegiya apellyasiya şikayətinin 28.09.2018, 23.05.2019 və 03.09.2019-cu il tarixli “inventarizasiya Nəticələrinə dair” Aktlara əsasən guya “Oba-Ramana mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində cavabdehin Cəmiyyətə zərər vurmasının müəyyən edilməsi, 28.09.2018, 23.05.2019 və 03.09.2019-cu il tarixli “İnventarizasiya Nəticələrinə” dair Akta əsasən yekun ziyan məbləğinin 9667 manat olsa da təhvil-təslim nəticəsində guya 7886 manat məbləğində zərər vurmasının məlum olması dəlilinə münasibətdə isə qeyd edir ki, iş materiallarında olan apellyasiya icraatı zamanı iddiaçı təşkilatın nümayəndəsi tərəfindən kollegiyaya tə qdim edilmiş ərizədə iddia ərizəsində və ona əlavə edilmiş maliyyə arayışında Cavabdeh İddiaçınə 9667 manat borcu olduğu, yoxlamadan keçən dövrdə 1781 manat borcun Cəmiyyət tərəfindən güzəşt edildiyi, müvafiq güzəştin edilmə əsasının illik dövriyyənin (mağazanın) 5% məbləğində müəyyən edilməsi göstərilmişdir. Kollegiya, ödənilmiş dövlət rüsumuna münasibətdə isə aşağıdakıları qeyd edir: İddiaçı tərəfindən müvafiq iddia tələbi ilə məhkəməyə müraciət edilən zaman ödənilmiş 30 (otuz) manat dövlət rüsumundan iddia tələbinin qismən təmin edildiyi hissəyə münasibətdə- 22, 68 (iyirmi iki manat altmış səkkiz qəpik) manatı Cavabdeh alınaraq İddiaçınə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in işə baxılarkən məhkəmənin çəkdiyi xərclərin ödənilməsi adlanan 124-cü maddəsinə əsasən İşə baxıl ması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Qeyd edilənlərə əsasən kollegiya belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Sədərək Rayon Məhkəməsinin 16 noyabr 2020-ci il tarixli, 2(088)32/2020 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Sədərək Rayon Məhkəməsinin 16 noyabr 2020-ci il tarixli, 2(088)-32/2020 nömrəli qətnaməsi dəyişdirilməli, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası qismən təmin edilməli, İddiaçı əmlakına vurduğu maddi ziyana görə Cavabdeh 5963.69 (beş min doqquz yüz altmış üç manat altmış doqquz qəpik) manat pul borcu və 22,68 (iyirm i iki manat altmış səkkiz qəpik) manat ödənilmiş dövlət rüsumu ilə birlikdə ümumilikdə 5986,37 (beş min doqquz yüz səksən altı manat otuz yeddi qəpik ) manat pul Cavabdeh alınaraq İddiaçı bank hesabına ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri adlanan 384.0.3-cü maddəsinin tələbinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Azərbaycan Respublikasının MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 392, 393, 402, 403, 40 4-406cı maddələrini rəhbər tutub kollegiya qət etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Sədərək Rayon Məhkəməsinin 16 noyabr 2020-ci il tarixli, 2(088)-32/2020 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Sədərək Rayon Məhkəməsinin 16 noyabr 2020-ci il tarixli, 2(088)-32/2020 nömrəli qətnaməsi dəyişdirilsin. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası qismən təmin edilsin. İddiaçı əmlakına vurduğu maddi ziyana görə Cavabdeh 5963.69 (beş min doqquz yüz altmış üç manat altmış doqquz qəpik) manat pul borcu və 22,68 (iyirmi iki manat altmış səkkiz qəpik) manat ödənilmiş dövlət rüsumu ilə birlikdə ümumilikdə 5986,37 (beş min doqquz yüz səksən altı manat otuz yeddi qəpik ) manat pul Cavabdeh alınaraq İddiaçı bank hesabın a ödənilsin. İddia tələbi digər hissədə rədd edilsin. Sədərək Rayon Məhkəməsinin 16 noyabr 2020-ci il tarixli, 2(088)-32/2020 nömrəli qətnaməsi qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(108)-75/2021
Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(108)-75/2021
21.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver