Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(108)-75/2022 27.05.2022 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Quliyev Vüqar Kərim oğlu (sədrliyi və məruzəsi ilə), Qurbanov Yusifəli Süleyman oğlu və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Muradov Vüsal Hicran oğlunun məhkəmə iclas katibliyi, Cavabdeh və onun nümayəndəsi X1 iştirakları ilə İddiaçı Cavabdeh dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Kəngərli Rayon Məhkəməsinin 29 mart 2022-ci il tarixli, 2(111)-17/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Kəngərli Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh avtomobilinin dəyəri olan 21500 (iyirmi bir min beş yüz) manat, yeni m otor alması üçün ona ödədiyi 3300 (üç min üç yüz) manat, hüquqi yardıma görə vəkilə ödədiyi 400 (dörd yüz) manat və dövlət rüsumu olaraq ödəmiş olduğu 165 (yüz altmış beş) manat olmaqla, ümumilikdə 25365 (iyirmi beş min üç yüz altmış beş) manat pulun alınıb ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Kəngərli Rayon Məhkəməsinin 29 mart 2022-ci il tarixli, 2(111)-17/2022 nömrəli qətnaməsi ilə (sədrlik edən X3) iddia qismən təmin edilərək Cavabdeh 21500 (iyirmi bir min beş yüz) manat, hüquqi yardıma görə vəkilə ödənilmiş 400 (dörd yüz) manat və 143,04 (yüz qırx üç, dörd) manat dövlət rüsumunun əvəzi, cəmi 22043,04 (iyirmi iki min qorx üç, dörd) manat pulun alınaraq İddiaçı verilməsi, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 21,96 (iyirmi bir, doxsan altı) manat hissəsi nin özünə aid edilməsi və iddianın qalan hissədə rədd edilməsi barədə qərar qəbul edilmişdir. Məhkəmənin qətnaməsindən narazı qalan Cavabdeh apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına müraciət etmiş, mülki iş apellyasiya şikayətinə əsasən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Cavabdeh verdiyi apellyasiya şikayətində mühakimə icraatında maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmədiyinə görə Kəngərli Rayon Məhkəməsinin 29 mart 2022-ci il tarixli, 2(111)-17/2022 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması üzrə təyin edilmiş 27 may 2022-ci il tarixli məhkəmə baxışı iclasındakı izahatlarında Cavabdeh və onun nümayəndəsi X2 verilmiş apellyasiya şikayətin in mümkün hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 364-cü maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsa sların olması daxildir. Kollegiya qeyd edir ki, prosessual əsaslar dedikdə apellyasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357 (apelyasiya şikayəti vermək hüququ), 358-ci (apellyasiya qaydasında işə baxan məhkəmələr), 360 (apellyasiya şikayətinin verilmə müddəti), 361-ci (apellyasiya şikayətinin məzmunu) və 362-ci (apellyasiya şikayətinin verilməsi) maddələrində müəyyən olunmuş tələblərə riayət olunmaqla verilməsi başa düşülür. Bu baxımdan apellyasiyanın mümkünlüyü apellyasiya şikayətinin həmin normaların tələblərinə uyğun verilməsi ilə bağlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsində göstərilir ki, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Kollegiya daxil olmuş apellyasiya şi kayətinin mümkünlüyünü yoxlayaraq hesab edir ki, hazırkı iş üzrə verilmiş apellyasiya şikayətində Azərbaycan Respublikası MPM-in 361ci maddəsinin tələbinə riayət edilmədiyindən işə apellyasiya qaydasında baxılması üçün prosessual əsaslar mövcud deyil və buna görə də apellyasiya qeyri-mümkün hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in “Apellyasiya şikayətinin forması” adlı 2 saylı Əlavəsində apellyasiya şikayətində hansı məlumatların hansı ardıcıllıqla göstərilməli olması müəyyən edilmişdir. Əlavə ilə tələb olunmuşdur ki, apellyasiya şikayəti verən şəxs işin faktiki halları ilə bağlı mövqeyini aydın ifadə etməli, işin materiallarına istinad edilməklə məhkəmələr tərəfindən müəyyən edilmiş hansı halları qəbul etdiyini, hansı halları isə qəbul etməyərək mübahisələndirdiyini dəqi q göstərməli, eləcə də mübahisənin düzgün həlli üçün əhəmiyyətli hesab etdiyi digər hansı faktiki halların məhkəmələr tərəfindən araşdırılmadığını dəqiq bildirməli, işin halları ilə bağlı mövqe mübahisənin predmetinə aidiyyəti nəzərə alınmaqla, yığcam şəkildə, xronoloji ardıcıllıqla, sadə və anlaşıqlı formada təqdim edilməli, şikayət olunan qətnamə və ya qərardad çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia edilən hər bir maddi hüquq norması sıralanmaqla göstərilməli, göstərilmiş hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməli, məhkəmənin hansı faktiki halları aydınlaşdırmadığı dəqiq göstərilməli və hər birinin qarşısında bu halın məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətinin nədən ibarət olduğuna aydın şə kildə izah verilməli, məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hansı halların sübut edilməməsi dəqiq göstərilməli və hər birinin qarşısında bunun nədə ifadə olunmasına (qanunla göstərilən sübutlarla təsdiq edilməməsi və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilməsi) aydın şəkildə izah verilməli, apellyasiya şikayəti verən şəxs özünün tələblərini aydın göstərməli, yəni, məhkəmə aktının tam və ya qismən ləğv edilməsinə və yaxud dəyişdirilməsinə və mübahisənin həlli ilə bağlı nə barədə qərarın qəbul edilməsinə dair tələblərini dəqiq bildirməlidir. Apellyasiya şikayətində mülki prosessual qanunvericiliyin qeyd olunan imperativ göstərişləri yerinə yetirilməmiş, şikayət “Apellyasiya şikayətinin forması” adlı 2 saylı Əlavə ilə tələb olunan forma və məzmu na uyğun tərtib edilməmişdir. Eyni zamanda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361-ci maddəsinin tələbləri baxımından Cavabdeh verdiyi apellyasiya şikayətində mübahisələndirdiyi qətnamənin qanuni və ya əsaslı olmamasına, işə baxılarkən maddi və prosessual hüquq normalarının pozulmasının və ya düzgün tətbiq edilməməsinin nədən ibarət olmasına, məhkəmənin gəldiyi nəticə üçün bütün faktiki halların araşdırılmamasına, işin məhkəmə tərəfindən müəyyən olunmuş əhəmiyyətli hallarının sübut edilməməsinə və işə baxan məhkəmənin işin mahiyyətcə həllinə dair qətnamədə göstərdiyi nəticələrin işin hallarına uyğun gəlməməsinə dair dəlillərini əsaslandırmalı idi. Lakin iş materiallarında olan apellyasiya şikayətindən aydın olur ki, Cavabdeh tərəfindən apellyasiya şikayəti yuxarıda qeyd olunan norma və tələblərə cavab verməməklə birinci instansiya məhkəməsinə göndərilmiş, birinci instansiya məhkəməsi tərəfindən isə qeyd olunan hallar araşdırılmadan, şikayət birinci instansiya məhkəməsi tərəfindən qaytarılmalı olduğu halda apellyasiya şikayəti qəbul edilərək baxılması üçün mülki işlə birlikdə Naxçıvan MR Ali Məhkəməsinin Mülki kollegiyasına göndərilmişdir. Kollegiya həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh verdiyi apellyasiya şikayətində kollegiyadan qəbul ediləcək qərara münasibətdə xahişinin konkret olaraq nədən ibarət olmasını göstərməmişdir. Belə ki, o apellyasiya şikayətində Kəngərli Rayon Məhkəməsinin 29 mart 2022-ci il tarixli, 2(111)-17/2022 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmiş, lakin icraatda olan müvafiq iddia tələbinə dair hər hans ı bir münasibətini (iddia tələbinin rədd edilməsi, iddia tələbinin qismən təmin edilməsi və s.) bildirməmişdir. Beləliklə yuxarıda qeyd olunan xüsusatları nəzərə alan kollegiya belə hesab edir ki, İddiaçı Cavabdeh dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Kəngərli Rayon Məhkəməsinin 29 mart 2022-ci il tarixli, 2(111)-17/2022 nömrəli qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Həmin Məcəllənin 366.4-cü və 402-ci maddələrinə əsasən apellyasiyanın qeyrimümkün hesab edilməsi barədə qərardaddan kassasiya şikayəti verilə bilər. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 358.0.3, 361, 365, 366, 402 və 405.0.2-ci maddələrini rəhbər tutaraq kollegiya qərara alır: İddiaçı Cavabdeh dəymiş ziyanın ödənilməsi tələbinə da ir mülki iş üzrə Kəngərli Rayon Məhkəməsinin 29 mart 2022-ci il tarixli, 2(111)-17/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(108)-75/2022
Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2(108)-75/2022
27.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver