Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-76/2024 01.05.2024 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Kuimova Vera Gennadiyevna (sədrliyi və məruzəsi ilə), X6 və Quliyev Vüqar Kərim oğlundan ibarət tərkibdə, X3 məhkəmə iclas katibliyi, İddiaçı, Cavabdeh və cavabdehin vəkili-nümayəndəsi Vəkil iştirakları ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Şərur Rayon Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli, 2(110)-611/2023 nömrəli qətnaməsindən Cavabdeh vəkilinümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə 07 iyun 2023-cü il tarixdə Şərur Rayon Məhkəməsinə müraciət edərək, Şərur rayonu, Zeyvə kənd sakini Cavabdeh 3650 (üç min altı yüz əlli) manat borcun və dövlət rü sumu olaraq ödədiyi 58 (əlli səkkiz) manat, cəmi 3708 (üç min yeddi yüz səkkiz) manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şərur Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(110)-611/2023 nömrəli qətnaməsi ilə (sədrlik edən: M.Ə.Əliyev) iddia təmin olunmuş, Şərur rayon Zeyvə kəndində yaşayış yeri üzrə qeydiyyatda olan Cavabdeh 3650 (üç min altı yüz əlli) manat pul vəsaiti və 58 manat dövlət rüsumu olmaqla, ümumilikdə 3708 (üç min yeddi yüz səkkiz) manat alınaraq Babək rayonu, Şəkərabad kəndində yaşayan İddiaçı ödənilməsi qət edilmişdir. Şərur Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(110)-611/2023 nömrəli qətnaməsindən narazı qalan Cavabdeh vəkili-nümayəndəsi Vəkil xx.xx.2023-cü il tarixdə apelyasiya şikayəti vermək üçün buraxılmış prosessual mü ddətin bərpa edilməsi barədə ərizə ilə Şərur Rayon Məhkəməsinə, apellyasiya şikayəti ilə isə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına müraciət edərək Şərur Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(110)-611/2023 nömrəli qətnaməsinin ləğv edilib, iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Şərur Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(110)-611/2023 nömrəli qərardadı ilə prosessual müddətin bərpasından imtina olunmuşdur. Məhkəmənin həmin qərardadından narazı qalan cavabdehin vəkili-nümayəndəsi Vəkil şikayətlə Şərur Rayon Məhkəməsinə müraciət edərək məhkəmənin 14 dekabr 2023-cü il tarixli, 2(110)-611/2023 nömrəli qərardadının ləğv edilərək, Şərur Rayon Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli, 2(110)-611/2023 nömr əli qətnaməsindən verilmiş apellyasiya şikayətinə baxılması üçün Naxçıvan MR Ali Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şərur Rayon Məhkəməsinin 12 yanvar 2024-cü il tarixli, 2(110)-611/2023 nömrəli qərardadı ilə iş üzrə cavabdehin vəkili-nümayəndəsi Vəkil tərəfindən verilmiş həmin şikayət təmin edilməyərək, şikayət mülki işin materialları ilə birlikdə baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına göndərilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 05 fevral 2024cü il tarixli, 2(108)-37/2024 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair mülki iş üzrə Şərur Rayon Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli, 2(110)-611/2023 nömrəli qərardadından cavabdehin vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayət əsaslı olduğundan təmin edilmiş, Şərur Rayon Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli, 2(110)-611/2023 nömrəli qərardadı ləğv olunmuş, Şərur Rayon Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli, 2(110)-611/2023 nömrəli qətnaməsindən Cavabdeh apellyasiya şikayəti verə bilməsi üçün buraxılmış prosessual müddət həmin şəxsə münasibətdə bərpa olunmuşdur. Mülki iş prosessual hərəkətlərin aparılması üçün Şərur Rayon Məhkəməsinə qaytarılmışdır. Şərur Rayon Məhkəməsi tərəfindən mülki iş apellyasiya şikayətinə baxılması üçün 22 fevral 2024-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına göndərilmişdir. Mülki iş 06 mart 2024-cü il tarixdə kollegiyaya daxil olmuşdur. Cavabdeh və cavabdehin vəkili-nümayəndəsi Vəkil apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, məhkəmə iddianın təmin olunmasını onunla əsaslaşdırmışdır ki, tərəflər arasında avtomobilin alqı-satqısına dair sövdələşmə olmuş və avtomobilin 9500 manata satılması barədə razılıq əldə etmələrini, ilkin olaraq onun 3500 manat ödəniş etdiyini, qalan 5800 manat borcu isə hissə-hissə ödəməyə dair yazılı öhdəlik götürdüyünü, onun borcdan 2300 manat ödədiyini, lakin qalan borcunu ödəməkdən imtina etdiyini, məhkəmə iclasında borcunun hamısını ödədiyi barədə hər hansı sübut məhkəməyə təqdim etmədiyini əsas gətirməklə iddianı tam təmin etmişdir. “Mercedes” markalı ** BD *** dövlət qeydiyyat nişanlı avtomobili satın almaq üçün İddiaçı ilə aralarında yazılı razılıq olmuşdur. Yazılı razılıqda o, Fikrətə 9450 manata avtomobil aldığını və 3500 manat pulu ödədiyi qeyd edilmişdir. 9450 manata belə razı lığa gəliblər ki, 150 manata 10 illik sürücülük etibarnaməsi verəcək, avtomobili isə 9300 manata razılaşmışlar. Qeyd etdiyi kimi 3500 manatı tam şəkildə verib, 5800 manatı isə hər ay 300 manat ödəmə şərti ilə razılığa gəlmişlər. O “Az Səməd" markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilini satıb və aldığı 5800 manat pulu Babək rayonu, Şəkərabad kəndində Fikrətin qapılarının yanında pulu verib. Hətta onların arasında olan əl yazısını Fikrətdən tələb etsə də ona bildirib ki, həmin əlyazmanı yırtıb atacaq. Həmin müddətdə telefonla səs yazmaya vurub səslərini yazıb və 5800 manatı verməyi barədə soruşub. Fikrət isə 5800 manat pulu ona verdiyini etiraf edərək bildirib ki, 5800 manat pulu ondan alıb. Məhkəmə prosesində ikisinin arasında olan səs yazısını məhkəməyə təqdim etsə də məhkəmə qə bul etməyib. Onun yeganə sübut növü həmin səs yazması olub, çünki o pulu verəndə onun yanında kimsə olmayıb. Bu səbəbdən həmin müddətdə Fikrətin səsini yazıb ki, yenə nəsə olsa onu təqdim edər. Lakin məhkəmə bunlara qiymət verməyərək iddianı rədd etmişdir. Hesab edirlər ki, məhkəmənin qətnaməsi qanunsuz və əsassızdır. Belə ki, birinci instansiya məhkəməsində işə qeyri-obyektiv və birtərəfli baxılmış, işin faktiki halları araşdırılmamış və düzgün hüquqi qiymət verilməmişdir. İddia tələbinin təmin edilməsi barədə qətnaməni qanunsuz və ədalətsiz sayırlar. İddianın təmin edilməsi barədə qətnamə qəbul etməsini məhkəmə tərəfindən işin dəqiq araşdırılmadığının nəticəsi kimi verilmiş bir qərar olduğunu hesab edirlər. Hesab edirlər ki, məhkəmə qeyd etdiyi halları (sübutları) tam, hərtərəfli araşdır madan səhv nəticəyə gələrək iddianı təmin etməmişdir. Apellyasiya şikayətinə qarşı iddiaçı tərəfindən kollegiyaya etiraz daxil olmamışdır. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh apellyasiya şikayəti ilə eyni məzmunlu izahatında apellyasiya şikayətinin təmin edilməsini, Şərur Rayon Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli, 2(110)-611/2023 nömrəli qətnaməsinin ləğv olunmaqla iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini kollegiyadan xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh vəkili-nümayəndəsi Vəkil kollegiyaya verdiyi izahatında apellyasiya şikayətinin təmin edilməsini, Şərur Rayon Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli, 2(110)-611/2023 nömrəli qətnaməsinin ləğv olunmaqla iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini kollegiyadan xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı kollegiyaya verdiyi izahatında apellyasiya şikayətinin təmin edilməməsini, Şərur Rayon Məhkəməsinin 12 sentyabr 2023cü il tarixli, 2(110)-611/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mü bahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya iş materiallarını araşdırıb tərəflərin izahatlarını dinləyərək, apelyasiya şikayətinin dəlillərini müzakirə edib, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakıları qeyd edir. İş materiallarında olan 15 yanvar 2022-ci il tarixli, AR-İİ seriyalı, 373295 nömrəli etibarnamədən aydın olur ki, X1 X4 ötürmüşdür. O da İddiaçı daşınar əm lak üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən almaq, bağışlamaq hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka (girov) qoymaq və ipotekanı (girovu) qəbul etmək haqqında əqdləri bağlamağı, bu əqdlər üzrə haqq-hesab aparmağı, pul ödəməyi... bütün hüquqi hərəkətləri etməyi etibar etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli əlyazmadan görünür ki, Məmmədov X2 Fikrət Yaqub oğluna ilkin ödəniş olaraq 3500 manat vermiş, qalan 5950 manat borcu 10 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh həmin əlyazmanın ona məxsus olduğunu kollegiyada verdiyi izahatında bir daha olaraq təsdiq etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnun digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Kollegiya cavabdehin apellyasiya şikayətində göstərdiyi “Az Səməd" markalı 68-BF 405 dövlət qeydiyyat nişanlı avtomabilini satıb və aldığı 5800 manat pulu Babək rayonu, Şəkərabad kəndində Fikrətin qapılarının yanında pulu verib. Hətta onların arasında olan əl yazısını Fikrətdən tələb etsə də ona bildirib ki, həmin əlyazmanı yırtıb atacaq. Həmin müddətdə telefonla səs yazmaya vurub səslərini yazıb və 5800 manatı verməyi barədə soruşub. Fikrət isə 5800 manat pulu ona verdiyini etiraf edərək bildirib ki, 5800 manat pulu ondan alıb” dəlillərə münasibətdə aşağıdakıları qeyd edir. İddiaçı kollegiyada verdiyi izahatında cavabdehin ona maşının alqı-satqısı ilə bağlı 3500 manat ödədiyini, qalan 5950 manatı 10 ay müddətində kreditlə ödəməli olduğunu, cavabdeh tərəfdən həmin məbləğdən 5 ay 300 manatdan, bir ay 400 manat, 2023-cü ilin yanvar ayında isə iki dəfə hərdən 200 manat cəmi 2300 manatın borc hesabına ödənildiyini, həmin məbləğin əvvəlcədən ödənilən məbləğlə cəmi 5800 manat olduğunu, cavabdehlə söhbət etdiyi vaxt məhz həmin məbləği etiraf etdiyini, cavabdehin onların danışıqlarını telefona yazdığını bildiyini göstərdi. Cavabdeh isə apellyasiya şikayətində göstərdiklərini təsdiq edən, iddiaçının dediklərini isə təkzib edən hər hansı sübutu kollegiyaya təqdim edə bilməmişdir. Kollegiya cavabdehin apellyasiya şikayətində “birinci instansiya məhkəməsində işə qeyri-obyektiv və birtərəfli baxılmış, işin faktiki halları araşdırılmamış və düzgün hüquqi qiymət verilməmişdir” dəlilləri ilə bağlı qeyd edir ki, apellyator tərəfindən birinci instansiya məhkəməsinin konkret olaraq işin hansı halların araşdırılmaması və düzgün hüquqi qiymət verilməməsi göstərilməmişdir. Ko llegiya apellyasiya şikayətinin dəlillərini iş materialları və tərəflərin izahatları ilə müqayisəli şəkildə müzakirə edərək onların əsassız olması qənaətinə gəlir və hesab edir ki, həmin dəlillər qətnamənin ləğv olunması üçün əsas sayıla bilməz. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mülki işə baxılarkən məhkəmə tərəfindən iddiaçının və cavabdehin izahatları, şahid ifadələri, tərəflərin məhkəməyə təqdim etdiyi sübutlar tam və obyektiv araşdırılmış və həmin sübutlar əsasında qanuni və əsaslı qərar qəbul edilmişdir. Kollegiya qeyd olunan nəticəyə gələrkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və onlardan istifadə etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllə sinin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrı ldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası apellyasiya baxışı zamanı şikayətin dəlillərini və iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Şərur Rayon Məhkəməsinin 12 sentyabr 2 023-cü il tarixli, 2(110)-611/2023 nömrəli qətnaməsindən Cavabdeh vəkili-nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Şərur Rayon Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli, 2(110)611/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 402.1ci maddəsinə uyğun olaraq mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayətinin verilməsi istisna olunduğundan həmin qətnamədən də kassasiya şikayəti verilə bilməz. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 402.1-ci maddələrini rəhbər tutaraq kollegiya qətetdi: İddiaç ı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Şərur Rayon Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli, 2(110)-611/2023 nömrəli qətnaməsindən Cavabdeh vəkilinümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şərur Rayon Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli, 2(110)-611/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(108)-76/2024
Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(108)-76/2024
01.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver