Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-77/2023 10.10.2023 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Allahverdiyev Əli Kərim oğlu (sədrliyi və məruzəsi ilə), Kuimova Vera Gennadiyevna və X1 ibarət tərkibdə, X6 məhkəmə iclas katibliyi ilə, Sədərək Rayon Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli, 2(088)-54/2022 nömrəli qətnaməsindən Cavabdeh vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq müəyyənetdi: Sədərək Rayon Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli, 2(088)-54/2022 nömrəli qətnaməsi ilə iddiaçı "xxxx" X3 Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbi barədə iddiası qismən təmin edilərək iddiaçı "xxxx" X5 məxsus əmlaka vurulmuş maddi ziyanın qalıq olaraq qalan 4489 (dörd min dörd yüz səksən doqquz) manat pul vəsaitinin C avabdeh tutularaq iddiaçı "xxxx" X3 xeyrinə ödənilməsi qət edilmişdir. İşin halları: İddiaçı "xxxx" X3 Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" X5 vurulmuş maddi ziyandan qalıq olaraq qalan 4612 (dörd min altı yüz on iki) manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sədərək Rayon Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli, 2(088)-54/2022 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Məhkəmənin qətnaməsindən narazı qalan iş üzrə Cavabdeh vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına müraciət edərək mə hkəmənin qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş Cavabdeh vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətinə əsasən baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına daxil olmuşdur. Cavabdeh vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sədərək Rayon Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə onun hüquqları pozulmuş, mənafelərinə ciddi şəkildə ziyan dəymişdir. Belə ki, iddiaçı "xxxx" Elektrik Şəbəkə ona qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, guya "xxxx" X5 4612 (dörd min altı yüz on iki) manat məbləğində pul vəsaiti ziyan dəymiş, həmin pulu qabağa düşərək ondan alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh 10 oktyabr 2021-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, H.Əliyev prospektində idarə etdiyi avtomobillə yol nəqliyyat hadisəsi törətmişdir və nəticədə "xxxx" X3 balansında olan (müəssisəyə məxsus) 2 ədəd “Mitaj tipli 2 çıraqlı işıq dirəyini, 4 ədəd 400 W işıqlandırıcı ”Philips” lampalarını zədələyərək guya fantastik məbləğdə 9612 (doqquz min altı yüz on iki) manat dəyərində maddi ziyan yetirmişdir. Eyni zamanda hadisə baş verən zaman onun avtomobilinin mülki məsuliyyətinin icbari sığortası "xxxx" ASC-də sığortalanmışdır. Ona görə də "xxxx" ASC tərəfindən "xxxx" X3 bank hesabına 5000 (beş min) manat məbləğində sığorta ödənişi ödənilmişdir. Bu qədər məbləğdə ödəniş edildikdən sonra belə "xx xx" Elektrik Şəbəkənin cəvahiratdan olan dirəklərinin qiyməti ödənməmiş, onların fikrinə görə borc qalmışdır. Özü də nə çox, nə az 4612 (dörd min altı yüz on iki) manat məbləğində borc. Hesab edir ki, tam şəkildə əsassız, haqsız hesablanan tələbdir, "xxxx" Elektrik Şəbəkənin bu məbləğdə hansısa işıq dirəyini alması inandırıcı deyildir. Sədərək Rayon Məhkəməsi səhv və kobud hüquq pozuntuları ilə nəticələn qərar qəbul edərək, yalnız "xxxx" Elektrik Şəbəkənin tərtib etdiyi qanunsuz aktla müəyyən olunan qiymətə sübut kimi qəbul edərək, yeganə bir ekspertiza rəyi ilə əleyhinə qanunsuz, əsassız və ədalətsiz qətnamə qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 103-cü maddəsinin tələbindən də göründüyü kimi, həmin maddədə göstərilir ki, iş üzrə müəyyən olunmuş ekspert rəyi məhkəmə üçün, məcburi hüquqi qüvvəyə malik deyil, iş üzrə əhəmiyyətli dərəcədə ziddiyyətlər mövcuddursa, məhkəmə əlavə ekspertiza təyin etməli, ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda onun keçirilməsini həmin və ya başqa ekspertə tapşırmalıdır. İş üzrə hallardan aydın olur ki, 12 avqust 2022-ci il tarixdə ekspertiza təyin olunarkən, məhkəmə ekspert qarşısında geniş suallar tərtib etmiş, mövcud işıq dirəklərinin təzə, işlənmiş vəziyyətdə olan qiymətləri, o cümlədən həmin işıq dirəklərinin xarici bazarlarda, həmçinin ölkədə mövcud satış qiymətlərini ətraflı müqayisə edib təhlil edərək, işlənmiş vəziyyətdə hansı məbləğdə olması barədə suallar vermiş, ekspert tərəfindən 17 gün sonra tez tələm-tələsik, guya araşdırılıb, obyektiv vətəndaş hüquqlarına xidmət edən araşdırma nəticəs i ortaya qoyulurmuş kimi tərtib olunan saxta, fiktivni ekspert rəyi ilə müəyyən olunmuşdur ki, bəs sən demə, "xxxx" Elektrik Şəbəkə düzgün qiymət müəyyən edib, Ekspert də nə deyə bilər, o nə deyir, o da düzdü yəni, 4489 manat məbləğində ziyan dəymişdir. Yəni heç bir araşdırma aparılmadan. Bu isə ekspertizanın kobud pozuntularla, özlərinin istinad etdiyi halların həll olunmadığı halda, öz fikirlərinə zidd olaraq, ekspertiza keçirməklə ciddi qanunsuzlar etdiklərini ortaya çıxarmışdır. Məhkəmə isə bu ziddiyyətli halları araşdırmadan, ciddi yanaşmayaraq, diqqətdən yayındırmışdır. Həmçinin bu ziddiyyətlər, onların diqqətindən yayınmayaraq, bunların aydınlaşdırılması üçün, məhkəmədə təkrar komisyon ekspertiza keçirilməsi barədə, vəsatətlə müraciət etmələrinə imkan yaradılmayaraq əsassız olaraq d ərhal qətnamə çıxarılmışdır. Həmçinin iddiaçı qeyd etmişdir ki, ona ümumilikdə 9612 manat məbləğində ziyan dəymişdir. Həmin məbləği isə öz təxəyyüllərinə, fikirlərinə əsasən müəyyən etmiş, heç bir beynəlxalq təcrübə, beynəlxalq bazar qiymətləri, xarici bazar qiymətləri, xarici bazar təcrübələri iş materiallarına əlavə olunmamış, necə, hansı formada o qiymətləri çıxardıqları müəyyən edilməmişdir. Belə ki, "xxxx" Elektrik Şəbəkə həmin dirəkləri alınması üçün Azərbaycan Dövləti tərəfindən birbaşa olaraq subsiyalaşdırılır, maliyyə ayrılır, həmin idarə isə rəsmi qəbzlərlə, möhürlərlə, beynəlxalq banklara tranşlar, köçürmələr edərək, həmin ləvazimatların alınmasını təsdiqedici sənədlərlə ortaya çıxarır. Ancaq hal-hazırda görünür ki, iddiaçı tərəfindən malların alınması üçün sərf olan məbləğlər, maliyyə arayışları, o malların Azərbaycan Respublikasına gətirilməsi üçün xərclənən hər hansı təsdiqedici sübutlar məhkəməyə təqdim olunmamış, hesabatlar gizlədilmiş, maliyyə mənbələri isə ört basdır edilmişdir. Məhkəmə işi tam, hərtərəfli və obyektiv araşdırmamışdır. İş materiallarından göründüyü kimi, iddiaçı tərəfindən, saxta akt tərtib edilməklə malın qiyməti süni şəkildə şişirdilmiş, ekspertiza isə bunlara diqqət etməyərək, saxatalaşdırılmış, aktı təkrarlamışdır. "xxxx" Elektrik Şəbəkə aktın qəbul edilməsinə əsas olan sübutları məhkəməyə təqdim edə bilməmişdir. Sədərək Rayon Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli qətnaməsi "xxxx" Elektrik Şəbəkəsinə 9612 manat məbləğində ziyan dəydiyini sübut edə bilməmişdir. Ekspertin formal rəyinə, "xxxx" Elektrik Şəbəkəsinin fərziyyə ilə qeyd e tdiyi, qondarma saxta akta əsaslanmışdır. Göründüyü kimi, məhkəmə iddiaçının iddia etdiyi pul məbləğini, haradan, mənbəyi müəyyən olmadan sübuta yetirə bilməmişdir. Göstərilənlərə əsasən məhkəmənin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" X3 nümayəndəsi Nümayəndə2 elektron qaydada kollegiyaya etiraz göndərərək iş yükünün çoxluğu ilə bağlı olaraq, təyin edilmiş məhkəmə iclasında nümayəndənin iştirakını təmin etmək mümkün olmadığını, iddianı müdafiə etdiklərini, məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və şikayətin əsassız olduğu üçün rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh və onun vəkili-nümayəndəsi Vəkil işə baхılmanın vaхtı və yeri haqqında lazımi qaydada хəbərdar edilmələrinə baхmayaraq məhkəmə iclasına gəlməmişlər. Kollegiya Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən iddiaçı "xxxx" X3 nümayəndəsi, Cavabdeh və onun vəkili-nümayəndəsi Vəkil iştirakları olmadan apellyasiya şikayəti üzrə işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Аzərbаycаn Rеspublikаsı MPM-in 372.1-ci mаddəsinin tələbinə əsаsən аpеllyаsiyа instаnsiyаsı məhkəməsi tаm hüquqlu məhkəmə kimi işə işdə оlаn və əlаvə təqdim оlunmuş sübutlаr əsаsındа mаhiyyəti üzrə bахır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə görə mülki mühakimə icraatının əsas vəzifələrindən biri qanunçuluğun bərqərar edilməsidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsidir (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsi). Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil. Məhz buna görə də qanunverici MPM-in 372.7-ci maddəsində müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlamalıdır. İşin məhkəmə tərəfindən araşdırılmış halları ilə müəyyən olunmuşdur ki, iddiaçı "xxxx" X3 direktoru Eldar Eldarov iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 10 oktyabr 2021-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, H.Əliyev prospektində idarə etdiyi “X9 minik” markalı, **-UL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yol nəqliyyat hadisəsi törətməsi və nəticədə "xxxx" X3 balansında olan (müəssisəyə məxsus) 2 ədəd “Mitaj tipli 2 çıraqlı işıq dirəyini, 4 ədəd 400 W işıqlandırıcı ”Philips” lampalarını, 2 ədəd işıq dirəyinin özül hissəsini vuraraq sıradan çıxardığını və nəticədə müəssisəyə 9612 (doqquz min altı yüz on iki) manat dəyə rində maddi ziyan yetirmişdir. yetirdiyini, hadisə yerinə gəlmiş Bakı şəhər DYPİ-nin əməkdaşı tərəfindən tərtib edilən xx.xx.2021-ci il tarixli, İXP ******* saylı İnzibati xəta haqqında protokola və TP ******* saylı İnzibati tənbeh vermə haqqında qərara əsasən yol nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxsin **-UL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh tanınmasını, yol nəqliyyat hadisəsi baş verən zaman Cavabdeh tərəfindən idarə edilən “X9 minik” markalı **-UL-***dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülki məsuliyyətinin icbari sığortasının "xxxx" ASC-də sığortalandığını, bu səbəbdən "xxxx" ASC tərəfindən "xxxx" X3 bank hesabına 5000 (beş min) manat məbləğində sığorta ödənişi ödənildiyini, xx.xx.2021ci il tarixdə baş vermiş yol nəqliyyat hadis əsi nəticəsində müəssisələrinə dəymiş 9612 (doqquz min altı yüz on iki ) manat məbləğində maddi ziyanın qalıq olaraq qalan 4612 (dörd min altı yüz on iki) manat hissəsinin Cavabdeh tutularaq "xxxx" X5 ödənilməli olduğunu, cavabdehin maddi ziyanın ödənilməsi üçün müəsissəyə dəfələrlə dəvət edilsə də, gəlməyərək ödənişdən imtina etdiyini göstərərək "xxxx" X5 vurulmuş maddi ziyandan qalıq olaraq qalan 4612 (dörd min altı yüz on iki) manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarında olan 10 oktyabr 2021-ci il tarixli Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı tərtib edilən inz ibati xəta haqqında İXP ******* saylı protokol və Yol-nəqliyyat hadisəsinin sxemindən görünür ki, yol nəqliyyat hadisəsi saat 05:20 radələrində Sabunçu rayonu, H.Əliyev prospektində Koroğlu metro stansiyasından Sabunçu istiqamətinə gedərkən baş vermişdir. İş materiallarında olan 10 oktyabr 2021-ci il tarixli izahatında Cavabdeh saat 05:20 radələrində Koroğlu metro stansiyasından Sabunçu istiqamətində idarə etdiyi “X9“ markalı **-UL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkət zamanı qarşısına maneə çıxdığı üçün idarə etməni itirərək yolun kənarında olan işıq dirəyinə dəydiyini bildirmişdir. İş materiallarına əlavə olunmuş 10 oktyabr 2021-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan göründüyü kimi Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəll əsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən tərtib olunmuş həmin protokola baxılmaqla “X9” markalı **-UL-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin sürücüsü iş üzrə Cavabdeh barəsində İnzibati tənbeh vermə haqqında TP ******* saylı qərarla 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarına əlavə edilmiş iddiaçı "xxxx" X8 tərəfindən tərtib edilmiş Sabunçu rayonu, Koroğlu metro stansiyasından hava limanına gedən avtomobil yolunda “X9” markalı **-UL-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə vurulmuş işıq dirəyinin bərpasına sərf olunan xərclərin simetasında 10 oktyabr 2021-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, H.Əliyev Prospektində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində, həmin ərazidə quraşdırılmış, 2 ədəd “Mitaj” tipli iki buynuzlu H-14 minlik işıq dirəyinin dayaq hissəsini 5114 manat, 4 ədəd 400 W işıqlandırıcı “Philips” lampa 3492 manat, 2 ədəd İşıq dirəyinin özül hissəsinin bərpası 1006 manat, ümumilikdə dirəyin bərpasına 9612 manat məbləğində xərc sərf olunması göstərilmişdir. İşin məhkəmədə araşdırılmış halları ilə,"xxxx" tərəfindən tərtib olunmuş PXA 96497 nömrəli sığorta aktına əsasən, cavabdeh tərəfindən törədilmiş yol-nəqliyyat hadisəsi nəticəsində "xxxx" X5 köçürmə yolu ilə 5000 (beş min) manat mıbləğində sığorta ödənişinin verilməsi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzini n daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlildir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərər çəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Kollegiya apellyasiya şikayətində göstərilmiş iddiaçı "xxxx" X3 iddia ərizəsində cavabdehin 10 oktyabr 2021-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, H.Əliyev prospektində idarə etdiyi avtomobillə yol nəqliyyat hadisəsi törətməsi nəticəsində "xxxx" X3 balansında olan (müəssisəyə məxsus) 2 ədəd “Mitaj” tipli 2 çıraqlı işıq dirəyini, 4 ədəd 400 W işıqlandırıcı ”Philips” lampalarını zədələyərək guya fantastik məbləğdə 9612 manat dəyərində iddiaçıya maddi ziyan yetirməsini göstərməsi, onun avt omobilinin mülki məsuliyyətinin icbari sığortası "xxxx" ASC-də sığortalandığından "xxxx" ASC tərəfindən "xxxx" X3 bank hesabına 5000 (beş min) manat məbləğində sığorta ödənişinin ödənilməsi, bu qədər məbləğdə ödəniş edildikdən sonra belə "xxxx" X2 cəvahiratdan olan dirəklərinin qiymətinin ödənməməsi, onların fikrinə görə borc qalması, tələbin tam şəkildə əsassız, haqsız olması, "xxxx" Elektrik Şəbəkənin bu məbləğdə hansısa işıq dirəyini almasının inandırıcı olmaması, Sədərək Rayon Məhkəməsinin səhv və kobud hüquq pozuntuları ilə nəticələnən qərar qəbul edərək, yalnız "xxxx" Elektrik Şəbəkəsinin tərtib etdiyi qanunsuz aktla müəyyən olunan qiyməti sübut kimi qəbul edərək, yeganə bir ekspertiza rəyi ilə əleyhinə qanunsuz, əsassız və ədalətsiz qətnamə qəbul etməsi, tərtib olunan saxta, fiktivn i ekspert rəyi ilə "xxxx" X3 düzgün qiymət qoyduğunun müəyyən olunması, ekspertin də heç bir araşdırma aparılmadan 4489 manat məbləğində ziyan dəyməsini müəyyən etməsi, bu isə ekspertizanın kobud pozuntularla, özlərinin istinad etdiyi halların həll olunmadığı halda, öz fikirlərinə zidd olaraq, ekspertiza keçirməklə ciddi qanunsuzluqlar etdiklərini ortaya çıxarması, məhkəmənin isə bu ziddiyyətli halları araşdırmadan, ciddi yanaşmayaraq, diqqətdən yayındırması, həmçinin bu ziddiyyətlər, onların diqqətindən yayınmayaraq, bunların aydınlaşdırılması üçün, məhkəmədə təkrar komisyon ekspertiza keçirilməsi barədə, vəsatətlə müraciət etmələrinə imkan yaradılmayaraq əsassız olaraq dərhal qətnamə çıxarılması, iddiaçının maddi ziyan kimi qeyd etdiyi 9612 manat məbləği isə öz təxəyyüllərinə, fikirlərin ə əsasən müəyyən etməsi, heç bir beynəlxalq təcrübə, beynəlxalq bazar qiymətləri, xarici bazar qiymətləri, xarici bazar təcrübələrinin iş materiallarına əlavə olunmaması, necə, hansı formada o qiymətləri çıxardıqlarının müəyyən edilməməsi, "xxxx" X3 həmin dirəklərin alınması üçün Azərbaycan Dövləti tərəfindən birbaşa olaraq subsiyalaşdırılması, maliyyə ayrılması, həmin idarənin isə rəsmi qəbzlərlə, möhürlərlə, beynəlxalq banklara tranşlar, köçürmələr edərək, həmin ləvazimatların alınmasını təsdiqedici sənədlərlə ortaya çıxarması, ancaq iddiaçı tərəfindən malların alınması üçün sərf olan məbləğlərin, maliyyə arayışları, o malların Azərbaycan Respublikasına gətirilməsi üçün xərclənən hər hansı təsdiqedici sübutların məhkəməyə təqdim olunmaması, hesabatların gizlədilməsi, maliyyə mənbələrinin isə ört basdır edilməsi, məhkəmənin işi tam, hərtərəfli və obyektiv araşdırmaması, iddiaçı tərəfindən saxta akt tərtib edilməklə malın qiymətinin süni şəkildə şişirdilməsi, ekspertizanın isə bunlara diqqət etməyərək, saxtalaşdırılmış aktı təkrarlaması, "xxxx" Elektrik Şəbəkə aktın qəbul edilməsinə əsas olan sübutları məhkəməyə təqdim edə bilməməsi ilə əlaqədar dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. Belə ki, işin araşdırılmış halları ilə müəyyən olunmuşdur ki, Cavabdeh 10 oktyabr 2021-ci il tarixdə, saat 05:20 radələrində Koroğlu metro stansiyasından Sabunçu istiqamətində idarə etdiyi “X9“ markalı **-UL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkət zamanı qarşısına maneə çıxdığı üçün idarə etməni itirərək yolun kənarında olan işıq dirəyinə çırpılmış, yol nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs **-UL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh tanınmışdır. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində "xxxx" X3 balansında olan 2 ədəd “Mitaj” tipli 2 çıraqlı işıq dirəyini, 4 ədəd 400 W işıqlandırıcı ”Philips” lampalarını, 2 ədəd işıq dirəyinin özül hissəsini vuraraq sıradan çıxararaq iddiaçıya maddi ziyan vurmuş, baş vermiş hadisəyə görə “X9“ markalı **-UL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibinin mülki məsuliyyətinin icbari sığortası olduğundan, "xxxx" tərəfindən dəymiş ziyana görə 5000 (beş min) manat "xxxx" X5 ödənilmişdir. Kollegiyada mülki işə baxılarkən Cavabdeh vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətində göstərdiyi birinci instansiya məhkəməsi tərəfindən keçirilən məhkəmə əmtəəşüna slıq ekspertizasının ekspert rəyi ilə razı olmamasını nəzərə alaraq Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2023-cü il tarixli qərardadı ilə təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilərək ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə əmtəəşünaslıq ekspertizasının 04 sentyabr 2023-cü il tarixli, 9/4820 nömrəli ekspert rəyində göstərilmişdir ki, aparılmış tədqiqat nəticəsində iş materiallarında olan "xxxx" X8 tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli akta əsasən baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində "xxxx" X5 dəymiş ziyan “Mitos” tipli” 2 konsullu H=14 markalı 2 ədəd dayaq 16.5 % k öhnəlmə dərəcəsi nəzərə alınmaqla 5043.40 manat, “Philips” markalı 400 vt-luq 4 ədəd işıqlandırıcı 16.5 % köhnəlmə dərəcəsi nəzərə alınmaqla 3440.20 manat, N44 2x2.4 50 metr uzunluğunda kabel 16.5 % köhnəlmə dərəcəsi nəzərə alınmaqla 75 manat olmaqla, ümumilikdə 8558.80 manat müəyyən edilmişdir. Kollegiya işin yuxarıda şərh olunmuş hallarına əsasən belə nəticəyə gəlir ki, yol nəqliyyat hadisəsi nəticəsində "xxxx" X5 8558.80 manat məbləğində ziyan dəyməsinin müəyyən olunması ilə əlaqədar Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə əmtəəşünaslıq ekspertizasının 04 sentyabr 2023-cü il tarixli, 9/4820 nömrəli ekspert rəyi işin həqiqi hallarına uyğun olmaqla qanuni və əsaslıdır, ona görə də kollegiya tərəfindən sübut kimi qəbul edilir. Azərbaycan Respublika sı Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegiya qeyd edir ki, cavabdeh öz etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməmiş, öz dəlillərini təsdiq edən sübutlarını kollegiyaya təqdim etməmişdir. Göstərilənlərə əsasən kollegiya qeyd edir ki, mülki qanunvericilik tələb və etirazların əsası kimi istinad edilmiş halları sübut etmək vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuşdur. Sübutları qiymətləndirmək isə məhkəmənin səlahiyyətidir. Kollegiya belə nəticəyə gəlir ki, Cavabdeh vəkili və nümayəndəsi Vəkil öz tələblərinin əsası kimi istinad etdiyi halları qismən sübut edə bilmişdir. Kollegiya işin araşdırılmış hallarına əsasən qeyd edir ki, apellyasiya şikayətinin də lilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd olunması üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası MPM-in 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinin tələbinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Аzərbаycаn Rеspublikаsı MPM-in 217.4-cü maddəsinə əsаsən məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neqauti incumbit probat ion” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzibolunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 19 aprel 1994-cü il tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mül ahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qa baqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 4 nömrəli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda, baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə əsasən apellyasiya in stansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Kollegiya işin yuxarıda şərh olunmuş hallarına hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin olunmaqla birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh iddiaçı "xxxx" X5 məxsus əmlaka vurulmuş maddi ziyanın qalıq olaraq qalan 4489 (dörd min dörd yüz səksən doqquz) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" X3 xeyrinə ödənilməsinə dair hissədə dəyişdirilməlidir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə əmtəəşünaslıq ekspertizasının 04 sentyabr 2023-cü il tarixli, 9/4820 nömrəli ekspert rəyində göstərilmiş baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində "xxxx" X5 dəymiş ziyan ümumilikdə məbləğinin 8558.80 manat olması və baş vermiş hadisəyə görə “X9” markalı **-UL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibinin mülki məsuliyyətinin icbari sığortası olduğundan "xxxx" tərəfindən dəymiş ziyana görə 5000 (beş min) manat "xxxx" X5 ödənilməsi nəzərə alınaraq qalıq olaraq qalan 3558.80 (85xx.xx5000) manat məbləğində pul Cavabdeh alınaraq "xxxx" X3 xeyrinə ödənilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manatın Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X4 kod 210005 VÖEN **********, Müxbir hesab № AZ41NABZ********************, hesab AZ34CTRE********************) ödənilməlidir. Göstərilənləri və Аzərbаycаn Rеspublikаsı MPM-in 382, 384.0.3, 392, 393 və 402ci mаddələrini rəhbər tutaraq kollegiya qətеtdi: Cavabd eh vəkili və nümayəndəsi Vəkil аpеllyаsiyа şikаyəti qismən təmin еdilsin. Sədərək Rayon Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli, 2(088)-54/2022 nömrəli qətnaməsinin qət etdi hissəsində “4489 (dörd min dörd yüz səksən doqquz)” sözləri göstərilən hissəsi dəyişdirilsin. Qətnamənin qət etdi hissəsinə qalan sözündən sonra “3558.80 (üç min beş yüz əlli səkkiz manat səksən qəpik)” sözü əlavə edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X4 kod 210005 VÖEN **********, Müxbir hesab № AZ41NABZ********************, hesab AZ34CTRE********************) ödənilsin. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(108)-77/2023
Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(108)-77/2023
10.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver