Məhkəmə qərarları › İş №2(108)-77/2024

Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2(108)-77/2024

06.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(108)-77/2024 06.05.2024 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Quliyev Vüqar Kərim oğlu (sədrliyi və məruzəsi ilə), X2 və Abbasov Fərman Məmməd oğlundan ibarət tərkibdə, X1 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Culfa Rayon Məhkəməsinin 12 yanvar 2024-cü il tarixli, 2(089)-22/2024 nömrəli qətnaməsindən iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 9500 manat məbləğində borcun və ödənilmiş 115 manat dövlət rüsumunun tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Culfa Rayon Məhkəməsinin 12 yanvar 2024-cü il tarixli 2(089)-22/2024 nömr əli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası rədd edilərək, İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilməsi qət edilmişdir. Məhkəmənin həmin qətnaməsi ilə razılaşmayan İddiaçı Culfa Rayon Məhkəməsinin 12 yanvar 2024-cü il tarixli 2(089)-22/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş apellyasiya şikayətinə əsasən baxılması üçün Naxçıvan MR Ali Məhkəməsinin Mülki kollegiyasına daxil olmuşdur. Kollegiyaya apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Apellyasiya şikayətinə baxılması ilə bağlı keçirilən məhkəmə iclası zamanı İddiaçı 06 may 2024-cü il tarixli ərizə ilə kollegiyaya müraciət edərək, Culfa Rayon Məhkəməs inin 12 yanvar 2024-cü il tarixli 2(089)-22/2024 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtina etdiyini bildirib, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369-cu maddəsinə əsasən apellyasiya icraatına xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Kollegiya apellyasiya şikayətindən imtina ilə əlaqədar İddiaçı ərizəsini müzakirə edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətindən imtinanı rədd etmək üçün işdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191 və 369.3-cü maddələrində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.1-ci maddəsinə əsasən işdə iştirak edən şəхsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin tanınmasına səbəb olur. Həm in Məcəllənin 369.2-ci maddəsində göstərilir ki, apellyasiya şikayəti verən şəхs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Qeyd edilənlərə əsasən İddiaçı apellyasiya şikayətindən imtinası qanuni və əsaslı olduğundan qəbul edilməli və apellyasiya şikayəti üzrə icraata xitam verilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.4, 400 və 402-ci maddələrini rəhbər tutaraq kollegiya q ə r a r a a l ı r: İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Culfa Rayon Məhkəməsinin 12 yanvar 2024-cü il tarixli, 2(089)-22/2024 nömrəli qətnaməsindən iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətindən İddiaçı imtinası qəbul edilsin və apellyasiya şikayəti üzrə icraata хitam verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar