Məhkəmə qərarları › İş №2(108)-77/2025

Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(108)-77/2025

20.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-77/2025 20.05.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Kuimova Vera Gennadiyevna (sədrlik edən və məruzəçi), Allahverdiyev Mehman Dünyamalı oğlu və Əliyev Zamiq Xudaverdi oğlundan ibarət tərkibdə, X4 məhkəmə iclas katibliyi, İddiaçı, Cavabdeh və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Şahbuz Rayon Məhkəməsinin 26 fevral 2025-ci il tarixli, 2(090)-37/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh ona məxsus Vaz 21102 markalı, ** BB *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilinə dəymiş ziyan olan 1105 (min yüz beş) manatın və ödəmiş olduğu 32 (otuz iki) manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şahbuz Rayon Məhkəməsinin 26 fevral 2025-ci il tarixli, 2(090)-37/2025 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 830 (səkkiz yüz otuz) manat məbləğində pulun alınaraq İddiaçı ödənilməsi, iddiaçı tərəfindən ödənilmiş 24 (iyirmi dörd) manat miqdarında dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Məhkəmənin qətnaməsindən narazı qalan Cavabdeh xx.xx.2025-ci il tarixdə apellyasiya şikayəti ilə Naxçıvan MR Ali Məhkəməsinə müraciət edərək Şahbuz Rayon Məhkəməsinin 26 fe vral 2025-ci il tarixli, 2(090)-37/2025 nömrəli qətnaməsinin ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətində bəhs edilən 26 fevral 2025-ci il tarixli, 2(090)37/2025 nömrəli qətnamə ilə razılaşmadığını və sözügedən qətnamənin iş üzrə mühüm əhəmiyyət kəsb edən bir sıra halları, ümumiyyətlə, nəzərə alınmadığı üçün ləğv edilməli olduğunu, xx.xx.2024-cü il tarixdə təsərrüfatla məşğul olan Şahbuz şəhəri sakini olaraq həmişəki qaydada mallarını otlamaları üçün örüş yerinə apardığını, orada malların qaçmaları, başqa şəxslərə və ya əmlaka zərər vurmaları ehtimallarını aradan qaldıracaq zəruri tədbirlər görməklə, axşamüstü geri açıb tövləyə qaytarmaq üzrə möhkəm zəncirlə bağlayıb getdiyini, oradan uzaqlaşdıqdan bir müddət sonra saat 17:30 radələrində X3 Ş ahbuz Rayon Polis Şöbəsində alınmış, xx.xx.2024-cü il tarixli izahatında da etiraf etdiyi kimi, özünün deməsinə görə mallarını ona məxsus torpaq sahəsinə bağladığını gördüyünü (bu barədə onun məlumatı olmadan, yalnız həmin yeri bələdiyyənin heyvan otlatmaq üçün icazə verdiyi yer kimi bilərək həmin əraziyə bağladığını) ona və ya hər hansı bir nəfərə xəbərdarlıq etmədən birbaşa malları bağladığı yerdən açaraq qovduğunu, ürkmüş malların da qaçaraq oradan uzaqlaşdığını, həyat yoldaşının həmişə olduğu kimi axşama doğru malları açıb gətirməyə getdikdə, onlardan 2 malın yerlərində olmadığını gördüyünü, N.Musayevdən soruşduqda isə “malları açıb ötürdüyü və haraya ötürdüyünü bilmədiyi” cavabını aldığını, bunu öyrəndikdən dərhal sonra fənər götürərək inəkləri axtarmağa getdiyi zaman onların səsini eşitdiyini, səs eşitdiyi yerə çatdıqda Şahbuz Rayon Polis Şöbəsinin əməkdaşı Anarın ona inəklərdən birinin həmin vaxt adını demədiyi bir nəfərin avtomobilini zədələdiyini dediyini, ertəsi gün hazırkı iş üzrə İddiaçılə görüşdüyünü, o zaman ona avtomobilini Şahbuz RPŞ-nin təxminən 30-50 metr yaxınlığında ( həmin yerdə dayanmaq qadağan olduğu halda) saxlayıb dərman almaq üçün aptekə getdiyini, həmin vaxt inəklərin təpədən aşağı doğru ürkmüş vəziyyətdə qaçdıqlarını, nəticədə onun maşınına dəyərək ziyan vurduğunu deməsinə, hətta Şahbuz Rayon Polis Şöbəsində alınmış izahatında da bunu bildirməsinə baxmayaraq, Şahbuz Rayon Məhkəməsinə ünvanladığı müraciətində “avtomobili idarə edərkən...heyvan mənim avtomobilimin qarşısına çıxmış və avtomobilimə zərər dəymişdir” ifadəsini işlədərək öz-özlüyündə ziddiyyət yaratdığını, birinci instansiya məhkəməsi tərəfindən yekun qətnamə çıxarılmadan əvvəl iş üzrə verdiyi izahatlarda, habelə elektron məhkəmə portalında da yükləndiyi hakimə ünvanladığı ərizələrində bu faktı bildirməyinə və üzərində dayandığı məsələnin birbaşa işin hallarına əhəmiyyətli təsiri olmasına baxmayaraq məhkəmə tərəfindən, ümumiyyətlə, ünvanladığı heç bir ərizəyə münasibət bildirilmədiyini, həmin ziddiyyətin aydınlaşdırılmasının və inəyin maşına zərər vurduğu faktiki şəraitin, yəni maşının park vəziyyətində və ya hərəkət halında olmasının dəqiqləşdirilməsi İddiaçı “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsində birbaşa təsbit olunmuş “Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltm aq üçün mümkün olan tədbirləri görməlidir” müddəasının tələblərini pozması, habelə bu pozuntunun törədilməsinə görə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndinə uyğun inzibati tənbeh tədbirinin görülməsi zərurətinin olması, ən əsası da zərərin baş vermə səbəbi “zərər çəkən” tərəfin təqsiri ucbatından olduqda həmin zərərin ödənilməsi məsuliyyətinin ortadan qalxması hallarının mövcudluğundan xəbər verməklə, iş üzrə olduqca əhəmiyyət kəsb edən hal olmasına baxmayaraq, bu ehtimallar dairəsi üzərində heç bir an belə dayanılmadığını, üstəlik heç bir protokol və ya qərarla tanış edilmədən, onun məhkəmə prosesində öyrəndiyi qədəri ilə polis tərəfindən ona cərimə də yazıldığını, Şahbuz RPŞ tərəfindən sürücüyə alkoqol yoxlanışının edilməməsi, şəxsin surət hədd ini aşıbaşmadığının dəqiqləşdirilməməsi və yekunda iddiaçı tərəfindən öz ərizəsinə sübut qismində onun və X8 Şöbəsindəki izahatlarının əlavə edildiyi halda, sırf özünün izahatının əlavə edilməməsinin onun öz iddia ərizəsində qeyd etdiyi “maşının hərəkət halında olması” bəyanının yüksək ehtimalla həqiqəti əks etdirmədiyini düşündürməkdə olduğunu, məhz bu amilləri nəzərə alaraq qeyd etdiyi halın dəqiqləşdirilməli və hadisənin baş verdiyi şəraitin tam aydınlaşdırılmalı olduğunu, Şahbuz Rayon Məhkəməsinin 26 fevral 2025-ci il tarixli, 2(090)-37/2025 nömrəli qətnaməsinin ləğv edilməsi barədə şikayət ünvanlamağının başlıca səbəbinin məhz birinci instansiya məhkəməsinin, ümumiyyətlə, iş üzrə icraatın tərəflərini düzgün müəyyənləşdirməməsi olduğunu, İddiaçı hüquqi biliyi kifayət etmədiyindən Azərb aycan Respublikası Mülki Məcəlləsinin 1110-cu maddəsində müəyyən olunmuş “Heyvanın sahibi öz heyvanının başqalarına vurduğu zərərin əvəzini ödəməyə borcludur. Bu zaman heyvanın nəzarət altında olduğunun, itdiyinin və ya qaçdığının əhəmiyyəti yoxdur” müddəasına əsaslanaraq Şahbuz Rayon Məhkəməsinə ünvanlamış olduğu iddiasında cavabdeh qismində onu göstərməsini təbii hal kimi qəbul etsə də, iş üzrə icraat zamanı ən başından yekun qərar çıxarılanadək onun sahibliyində olan heyvanların qaçıb və ya sahibsiz qalmadıqlarını, qaçmalarının, kənar şəxslərə və ya özgə əmlakına zərər yetirmələrinin qarşısını alacaq müvafiq tədbirləri gördüyünü (möhkəm zəncir, ip və mıxdan istifadə etdiyini), hər bir halda, heyvanların kənar bir şəxsinNiyaməddin Musayevin birbaşa müdaxiləsi ilə, qəsdən açılaraq qovuldu qlarını (bu faktı şəxs öz izahatında təsdiq etmişdir), məhz hadisənin yaşanmasına sözügedən şəxsin birbaşa səbəbiyyət verdiyini bildirməyinə, bu barədə şifahi ifadələr verməyinə və ərizələr ünvanlamağına baxmayaraq, barəsində şikayət etdiyi qətnaməni qəbul etmiş birinci instansiya məhkəməsinin elə həmin maddənin davamında qeyd olunmuş “Əgər heyvanın sahibi üçüncü şəxslərin müdafiəsi üçün zəruri tədbirlər görmüşsə, zərərin əvəzinin ödənilməsi öhdəliyi tətbiq edilmir” müddəasına əməl etməməsi ilə razılaşa bilmədiyini, iş üzrə mühüm əhəmiyyət kəsb edən, hətta iş üzrə icraata xitam verilməsinə əsas ola biləcək amillər nəzərə alınmadığından Şahbuz Rayon Məhkəməsinin 26 fevral 2025-ci il tarixli, 2(090)-37/2025 nömrəli qətnaməsinin ləğv olunması üçün məhkəməyə müraciət etdiyini, iddiaçının əvə zini ödənilməsini tələb etdiyi maddi zərərin məhz kənar bir şəxsin birbaşa müdaxiləsi hesabına yaransa da, birinci instansiya məhkəməsinin bu halı nəzərə almadığını, iddiaçının şəxsinə və ya əmlakına qarşı heç bir qəsdinin və ya hər hansı digər formada qəsdinin olmadığını, üstəlik də hadisənin Niyaməddin Musayevin dolayı qəsdi əsasında baş verdiyi halda məhkəmənin ( təbii ki bu barədə iddiaçının tələbi olduqda) birbaşa delikti törətmiş şəxsə deyil, onun üzərinə zərərin ödənilməsi öhdəliyini qoyduğunu, heyvan sahibinin öz heyvanının başqalarına vurduğu zərərin əvəzini ödəməyə borclu olduğunu, bu zaman heyvanın nəzarət altında olduğunun, itdiyinin və ya qaçdığının əhəmiyyətinin olmadığını, əgər heyvanın sahibi üçüncü şəxslərin müdafiəsi üçün zəruri tədbirlər görmüşsə, zərərin əvəzinin ödənil məsi öhdəliyinin tətbiq edilmədiyini, heyvanların kənar bir şəxsin-Niyaməddin Musayevin birbaşa müdaxiləsi ilə, qəsdən açılaraq qovulmaları nəticəsində (bu faktı şəxs öz izahatında təsdiq etmişdir) hadisənin yaşandığını bildirsə də, Şahbuz Rayon Məhkəməsinin qeyd etdiyi maddənin tələblərinə əməl etmədiyini, sürücünün hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şəraiti, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməli olduğunu, sürücünün hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğunu, daha əvvəl də qeyd etdiyi kimi iddiaçını n ilk başda maşınını park vəziyyətində ikən hadisənin baş verdiyini ona və Şahbuz RPŞ-dəki əməkdaşa bildirməsinə baxmayaraq iddia ərizəsində maşının hərəkət halında olduğunu bildirdiyi üçün məhkəmə icraatı zamanı şifahi və yazılı şəkildə şəxs barəsində heç bir alkoqol testi götürülmədiyini, sürücünün surət həddini aşması halı və hadisənin baş verdiyi ərazidə müvafiq “heyvan çıxa bilər” məzmunlu yol hərəkəti nişanının mövcudluğunun müəyyən edilmədiyini, o cümlədən, şəxsə dəymiş maddi zərərin sığorta tərəfindən qarşılanması üçün müvafiq sığortanın edilib-edilmədiyinin aydınlaşdırılmadığını vurğulasa da, sürücünün təqsiri barəsində heç bir araşdırma aparılmadığını, yalnız iddiaçının bəyanına və avtomobilin təmir xərci barədə olan servis sənədinə əsaslanaraq qərar çıxarıldığını, hadisə baş ver diyi vaxt “iddiaçının bəyanına görə” maşının hərəkət halında olduğunun hadisənin real baş verdiyi şərait olduğunu nəzərə alsaq, vurulmuş maddi zərərin əvəzinin ödənilməsi barədə qərar çıxarılmazdan əvvəl iddiaçının hadisənin baş verməsində AR İXM-nin 327 və ya 328-ci maddəsinin müvafiq bəndlərində müəyyən olunmuş hər hansı bir inzibati xəta törətmə ehtimalının qiymətləndirilməli və bu halların mövcudluğunu istisna edən vəziyyət öz təsdiqini tapmadan iddianın təmin edilməməli olduğunu, işin hallarından göründüyü kimi məhkəmə tərəfindən maddi zərərin vurulmasına dolayı yolla səbəb olmuş şəxsin nəzərə alınmaması bir yana (bu barədə iddiaçının hər hansı bir tələbi olmadığını da nəzərə aldıqda), heç bir təqsiri olmadığı halda onun əleyhinə qərar çıxarıldığını, bununla da qanunçuluq prinsipinə z idd addım atıldığını, tərəfindən məhkəməyə çoxsaylı şifahi etirazlar, habelə iş üzrə aydınlaşdırılması zəruri olan digər halları bildirilməsinə baxmayaraq, hakim tərəfindən yalnız iddiaçının bəyanlarına əsaslanılmaqla müvafiq qərar çıxarıldığını, onun ifadələrinə münasibət bildirilmədiyini, məhkəmə prosesində iddiaçının daha əvvəl də eyni maşınla avtoqəza etdiyindən servis tərəfindən çıxarılmış zərərin hamısının məhz onun inəyi hesabına yaranıb-yaranmadığının dəqiqləşdirilməsi üçün ekspertiza keçirilməsini tələb etsə də, tələbinə münasibət bildirilmədiyini, iş üzrə materiallardan göründüyü kimi, məhkəmənin qanunvericiliklə təsbit olunmuş səlahiyyətindən istifadə etmədiyini, əksinə, onun hüquqlarını pozan qərar qəbul etdiyini, israrla bildirməyinə baxmayaraq məhkəmə tərəfindən zərərin onun yoxsa N.Musayevin təqsiri ucbatından dəyməsinin, hadisənin baş verdiyi şəraitin maşının hərəkət və ya park halında olmasının, hadisə hərəkət halında baş vermişdirsə, sürücünün hadisənin baş verməsində təqsirinin olub-olmamasının, şəxsin avtomobilinə dəymiş zərərin hamısının onun heyvanının hesabına yaranması, yoxsa qısa müddət əvvəl baş vermiş avtoqəzadan qalma xəsarətlərin də həmin zərərə daxil edilməsinin, iddiaçının avtomobilinin sığortasının mövcud olması hallarının aydınlaşdırılmadığını, yuxarıda sadaladığı halların bir qismi (heyvanların N.Musayevin açıb qovması nəticəsində zərər yetirdikləri fakt) sübut olunsa da, digər halların sübuta yetirilməsi üçün heç bir prosessual tədbirlər görülmədiyini, qeyd etdiyi bütün bu natamamlıqların mövcudluğunu məhkəmə proseslərinin audio-video ya zılarının sübut etməkdə olduğunu, birinci instansiya məhkəməsində icraat zamanı iddiaçının məhkəməyə onun və N.Musayevin izahatlarını təqdim etdiyini, üstəlik də iddiaçının order üzrə vəkilinin sorğusuna verilmiş cavabla Şahbuz RPŞ dəftərxanasından bütün materialları əldə etdiyi halda məhz özünün şöbədə verdiyi izahatını təqdim etməməsinin yuxarıda qeyd etdiyi ziddiyyət halının, habelə iddiaçının ədalət mühakiməsini yanıltma ehtimalının göstəricisi olduğundan və həmin izahatı əldə etmək səlahiyyəti xaricində olduğundan İddiaçı işlə bağlı Şahbuz RPŞ-də verdiyi izahatının müvafiq sorğu əsasında əldə edilərək iş üzrə sübut qismində qiymətləndirməsini xahiş etdiyini qeyd etmişdir. Cavabdeh apellyasiya şikayətinin hüquqi əsası kimi, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Azə rbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 1096-cı maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2, 9, 54 və 76-ci maddələrinə, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 1110cu maddəsinə, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327 və 328-ci maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. İşin apellyasiya qaydasında məhkəmə baxışı iclası zamanı Cavabdeh apellyasiya şikayəti ilə eyni məzmunda izahat verərək apellyasiya şikayətini müdafiə etdiyini, apellyasiya şikayətində nə yazıbsa onun olduğunu, bu mübahisədə heyvanın itdiyini, amma onun itməyinin səbəbi onun heyvanı yaxşı bağlamamağı və ya onu açıb buraxmağı olmamasını, it məyinə səbəb kənar təsirin olduğunu, o təsirin də səbəbinin qonşusu Niyaməddin Musayev olduğunu, bu səbəbdən məhkəmənin heyvanın zəncirini açıb buraxan qonşunun işə cəlb edilməli və onun məsuliyyəti öz üzərinə götürməli olduğunu, məhkəmənin cavabdehi dəyişərək həmin şəxsi cavabdeh qismində işə cəlb etməli olduğunu, onun cavabdeh olmalı olmadığını, məhkəmənin bu səlahiyyətini yerinə yetirmədiyini və düzgün qərar qəbul etmədiyini, birinci instansiya məhkəməsində dəfələrlə iddiaçı tərəfin izahatlarında ziddiyyətin olduğunu qeyd etdiyini, “gah maşını saxlamışdım, gah da deyir maşını sürürdüm mal gəldi vurdum” dediyini, əgər bu onun təqsiri ucbatından olsaydı, o məsuliyyətsizlik etsəydi, heyvanları düzgün bağlamasaydı, onları açıb öz başına buraxsaydı, onun məsuliyyəti öz üzərinə götürəcəyini, onun bu hadisədə təqsirinin olmadığını, Söhrabın bu işlə bağlı polisə verdiyi izahatın işin içində olmadığını, Polis Şöbəsinə müraciət etdiyini, lakin onların orada nə sənəd varsa məhkəməyə təqdim etdiklərini bildirdiklərini, bununla əlaqədar Daşqın müəllimin yanında olduğunu, onun da həmin izahatın işin içində olduğunu bildirdiyini, iddiaçının məhkəməyə verdiyi izahatında “Vaz 21102” markalı, ** BB *** dövlət qeydiyyat nömrəli avtomobilin ona məxsus olduğunu, xx.xx.2024-cü il tarixdə avtomobili idarə edərkən Cavabdeh məxsus iribuynuzlu malın qarşısına çıxaraq avtomobilinə zərər dəydiyini, daha sonra Şahbuz Rayon Polis şöbəsinin əməkdaşlarının hadisə yerinə gəldiyini” göstərdiyini, özünün həmin hadisə yerində olmadığını, iddiaçının bu hissədə izahatının həqiqəti əks etdirmədiyini, həmin gü n izahat da vermədiyini, izahatı səhəri günü saat 12-də onu polis şöbəsinə dəvət edəndə verdiyini, iddiaçının “Nurəli izahatında qeyd edib ki, mənim iribuynuzlu heyvanım onun avtomobilinə ziyan vurub” dediyini, onun belə bir ifadə işlətmədiyini, çünki hadisə yerində onun olmadığını, Şahbuz rayonunun girişində sürət məhdudiyyətinin 50 olduğunu, Şahbuz rayonu məktəbin qarşısında isə sürət məhdudiyyətinin 40 olduğunu, hadisənin məktəbin altında olduğunu, sürət məhdudiyyəti 40 olan yerdə iddiaçının bu hadisədən qurtula biləcəyini, heyvanın da gözünün, qulağının olduğunu, maşın gəldiyini görüb kənardan keçdiyini, iddiaçının maşını birbaşa malın üzərinə sürdüyünü, malın sağ ayaqdan və sağ gözündən zədə aldığını, sahə həkiminin inəyin ayağının sağalacağını, lakin gözünün kor olmasını dediyini, əvvəl gözündən su gəldiyini, düzələcəyini fikirləşdiyini, lakin görmədiyini indi başa düşdüyünü, bununla bağlı sahə həkimindən arayış da alıb təqdim edə biləcəyini, iddiaçının hadisənin polis şöbəsi qarşısında olduğunu bildirdiyini, şöbənin qarşısında dayanmaq-durmağın qadağan olduğunu, həmçinin iddiaçının inəyin boynunda zəncirin mıxı olduğunu bildirdiyini, necə olur ki, inək gəlib avtomobilin hissələrini əzir, deməli iddiaçının maşını birbaşa inəyin üzərinə sürdüyünü, inəyi vurduqdan sonra inəyin qaçıb polis şöbəsinin aşağısına getdiyini, bunu Eldəniz Musayev adlı şəxsin gördüyünü, həmin şəxsin şahid kimi dindirilməsini məhkəmədən xahiş etdiyini, lakin hakimin buna ehtiyacın olmadığını bildirdiyini, hakimin onun sözünü yarımçıq kəsdiyini, izahat verməyinə imkan vermədiyini, ona sən günah karsan dediyini, bununla bağlı vəsatəti yazılı şəkildə məhkəməyə göndərdiyini, apellyasiya şikayəti verməmişdən əvvəl Ali Məhkəmənin sədrinin qəbulunda olduğunu, onun “sənədlərin burada yoxdur, sənədlərini toplayıb apellyasiya şikayəti ver baxılacaq” dediyini, onun, Niyaməddinin və Söhrabın eyni vaxt polis şöbəsinə dəvət olunaraq izahat verdiklərini, birinci məhkəmə prosesi zamanı onun həyat yoldaşının xəstə olduğunu, təcili yardımla onu xəstəxanaya apardığını, 25 dəqiqə yubandığını və gəlib çatanda məhkəmə prosesinin yekunlaşdığını gördüyünü, daha sonra məktub yazaraq heyvanları açan şəxslə hadisənin şahidi olan şəxsin məhkəmədə dindirilməsini xahiş etdiyini, məhkəmə iclasında iştirak etmək üçün getdiyini, iddiaçı və atasının məhkəmə prosesinə gəldiklərini, 3 dəfə məhkəmə iclasında iştira k etdiyini, hadisənin oktyabr ayında baş verdiyini, axşam vaxtları olduğunu, saat 9-a işləmiş heyvanları axtardığını, heyvanları çaya yaxın yerdə bağladığını, 3 heyvan olduğunu, Niyaməddin Musayevin ikisini açıb, birini isə açmadığını, onun guya həmin yerin ona məxsus olduğunu, ona görə malları açdığını dediyini, saat 6-da açıb aparıb saxlayıb qaranlıq düşəndə isə buraxdığını, hadisənin mərkəzi yolda məktəbin yuxarısında piyada keçidinin yaxınlığında olduğunu, ona cərimə tətbiq olunması barədə mobil telefonuna məlumat gəlmədiyini və həmçinin də bu barədə yaşadığı ünvana yazılı surətdə məlumat daxil olmadığını, Şahbuz Rayon Məhkəməsinin qətnaməsi ilə tanış olduğunu, heyvanları əvvəllər də həmin yerə bağladığını, həmin ərazinın çayın kənarında olduğunu, oraya hər kəsin malını bağlaya biləcəy ini, kiminsə torpağı olmadığını, heyvanları səhər vaxtı aparıb bağladığını, axşamçağı saat təxminən 6-da gedib açıb gətirdiyini, həmin günü malı gətirməyə gedəndə malın 2-sinin olmadığını, birinin orada olduğunu, həyat yoldaşının malı gətirməyə getdiyini, onun orada olmadığını, çay kənarı ilə polis şöbəsi arasındakı məsafənin 700-800 metr olduğunu, Niyaməddinin onunla heç bir problemi olmadığını, onun həmin ərazinin onun yeri olduğunu bildirdiyini, buna görə malları açıb buraxdığını, onun əlində torpağın mülkiyyətçisi olduğuna dair sənədin olmadığını, polis məsələni araşdıranda Niyaməddinin həmin sahənin onun olduğunu dediyini, hazırda heyvanları həmin əraziyə bağlamadığını, ot biçildikdən sonra heyvanları bağlaya bildiyini, onu bələdiyyədən ala biləcəyini, malını Niyaməddinin açıb aparıb tövlədə saxlayıb sonra buraxdığını, əgər açan kimi buraxsaydı, malların evə gələcəyini, bunu səhəri gün Niyaməddinin özünün ona dediyini, Niyaməddingilin evinin polis şöbəsi yaxınlığında olduğunu, ona görə də malları buraxdıqdan sonra malların yola çıxdığını, heyvanları tapanda onların zəncirinin üzərində olduğunu, polis əməkdaşı Anarın malı zəncirlə qaz turbasına bağladığını, malın səsinə getdiyini, ondan malın onun olub-olmadığını soruşduqlarını, malın onun olduğunu bildirdiyini, iddiaçının təklifini qəbul etmədiyini, iddiaçıya 200 manat verə biləcəyini, Şahbuz şəhər vətəndaşı olduqlarına görə onlara pay torpağının verilmədiyini, çayın digər tərəfindən “çay aparan massivi” adlanan bir yerin olduğunu, orada Kəndşahbuz sakinlərinin hamısına pay torpağı verildiyini, Niyaməddinin dayısının m üvafiq ərazini əkib-becərdiyini görmədiyini, lakin heyvanlarını bağlamaq üçün oranı suvardıqlarını, mübahisəli əraziyə heyvanlarını 2024-cü ilin oktyabr ayında bağladığını, əvvəllər bağlamadığını bildirdi. Apellyator əlavə olaraq cavabdeh tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 düzgün danışmadığını, onun heyvanları açıb buraxması barədə onun həyat yoldaşına heçnə demədiyini, həmçinin Musayev Niyaməddinin heç vaxt ona sözügedən əraziyə heyvanlarını bağlamamasını demədiyini, onun “o mənimlə danışmır” dediyini, X8də verdiyi izahatında heyvanları açdığını etiraf etdiyini, onun öz təqsirini boynuna götürdüyünü, birinci instansiya məhkəməsinin iddiaçı-sürücü digər şəxsi cavabdeh kimi yazsa da, yenə də məhkəmənin əsl cavabdehi cəlb etməli olduğunu, onun heyvanının zəncirini açan şəxsin məsuliyyətə cəlb edilməsini, ona təyin olunmuş cərimənin məbləğini Niyaməddin Musayevin ödəməli olduğunu bildirərək apellyasiya şikayətinin təmin olunmasını, Şahbuz Rayon Məhkəməsinin 26 fevral 2025-ci il tarixli, 2(090)-37/2025 nömrəli qətnaməsinin ləğv edilərək, iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini kollegiyadan xahiş etdi. İşin apellyasiya qaydasında məhkəmə baxışı iclası zamanı iş üzrə İddiaçı apellyasiya şikayətini qəbul etmədiyini, izahatında 07 oktyabr 2024-cü il tarixdə saat təxminən doqquzun yarısında Şahbuz şəhərindən kənd istiqamətində gedərkən Polis şöbəsi qarşısında əks istiqamətdə küyə düşüb qaçan 2 iribuynuzlu heyvanın gəldiyini, bu səbəbdən məcburən sağa çəkib saxlamalı olduğunu, malın birinin keçdiyini, digərinin gəlib sağdan bardurla yol arasından qaçıb keçərkən avtomobili əzdiyini, yol polisi əməkdaşının gəlib onun alkol alıb-almadığını yoxladığını və onu avomobillə birlikdə sərbəst buraxdığını, səhəri günü onları Polis şöbəsinə dəvət etdiklərini, lakin Nurəlinin gəlmədiyini, onların təkrarən kəndə qayıtmalı olduqlarını, daha sonra yenidən dəvət olunduqlarını, hər ikisindən izahat alındığını, polis əməkdaşı və Nurəli ilə birlikdə Qarababa kəndinə Zaur ustanın yanına getdiklərini, avtomobilə baxış keçirildikdən sonra ustanın 700 manat təmir xərci tutduğunu bildirdiyini, avtomobilinin 1999-cu ilin buraxılışı olduğunu, bundan sonra hər kəsin öz evinə getdiyini, səhəri günü tezdən Nurəlinin ona zəng edib “gəl gedək hissələri alım verim” deyə bildirdiyini, səhəri günü atası Sadıq Hacıyevlə polis şöbəsinə getdiklərini, Nurəlinin orada on lara “getməyinə gedək ancaq Niyaməddin Musayev də bizimlə birlikdə gedəcək” dediyini, orada malları Niyaməddin Musayevin açdığını öyrəndiyini, Nurəliyə “Niyaməddin Musayev niyə üç maldan ikisini açıb, birini açmayıb. Biri bağlı vəziyyətdə qalıb” deyə sual verdiyini, cavabdehin isə “sən Niyaməddin Musayevi cavabdeh qismində qoymalısan” deyə bildirdiyini, aralarında mübahisənin yarandığını, Polis şöbəsində və məhkəmə proseslərində verdiyi izahatların eyni olduğunu, Niyaməddinin malları açdığını 3 gün sonra Nurəli izahat verdikdən sonra öyrəndiyini, özünün Şahbuz rayonu, Qızıl Qışlaq kəndində yaşadığını, hadisə baş verən vaxt həmin kəndə getdiyini, yolun sağ tərəfi ilə getdiyini, görmə məsafəsinin neçə metr olduğunu dəqiq deyə bilməyəcəyini, amma malların çox sürətli şəkildə gəldiklərini, mal ların əsas yolda hərəkət etdiklərini, onun hərəkət etdiyi istiqamətdə üzü aşağı gəldiklərini, avtomobilin hərəkətdə olmadığını, malın boğazında zəncirin olduğunu, zəncir avtomobilin ön buferinə dolaşdığını, avtomobilə əsas ziyan verənin 5 metr uzunluqda zəncirin olduğunu, avtomobilin padpresinin sıradan çıxdığını, digər qeyd edilən hissələrə ziyan dəydiyini, malları görən kimi avtomobili saxlamağa çalışdığını, avomobili ustaya aparanda cavabdehin dəymiş ziyanı gördüyünü, ustanın yanında Nurəli ilə razılaşdıqlarını, hətta “mən də köməklik edəcəyəm” dediyini, orada 700 manata razılaşdıqlarını, Niyaməddin Musayevi görmədiyini, onu tanımadığını, avtomobili düzəltdirmədiyini, həmin vəziyyətdə məcbur qalaraq satdığını, çünki nasaz vəziyyətdə avtomobili idarə etdiyi üçün 3 dəfə cərimə olunduğunu, hadisənin Şahbuz şəhərində Seçki dairəsi binasının qarşısında baş verdiyini, Polis şöbəsindən təxminən 200 metr aşağıda olduğunu, yol işıqlı olsa da, heyvanların gəldiyini uzaqdan görə bilmədiyini, heyvanların birinin qara, birinin boz rəngdə olduğunu, padpresin necə sındığını görmədiyini, malın avtomobilə dəyib keçdiyini gördüyünü, keçdikdən sonra malın zənciri olduğunu gördüyünü, maşını o vəziyyətə zəncirin saldığını düşündüyünü, aynanın, buferin qırılmasının səsini eşitdiyini, sonra düşüb maşına baxdığını, avtomobildəki xəsarətlərin heç birinin əvvəlcədən mövcud olmadığını, 2 ildir avtomobili satın alıb qeydiyyatdan keçirdiyini, polisin hadisə zamanı avtomobilə baxış keçirib şəkillərini çəkdiyini, akt olmadığını, maşınla bardur arasındakı məsafənin heç yarım metr olmadığını, polisə mür aciət etdiyini, amma həmin ərazidə kamera görüntülərini polisin alıb-almadığını dəqiq bilmədiyini, hadisədən sonra heyvanın çıxıb getdiyini, onda xəsarət görmədiyini, hadisə baş verən yerlə malın bağlandığı işıq dirəyi arasında 300-400 metr məsafə olduğunu, əgər mal xəsarət alsaydı oraya necə gedəcəyini, malın hər ikisinin üzərində zəncir olduğunu, zəncirlərin üzərində yerə basdırılan dəmir olduğunu, dəmirin çox böyük olmadığını, ola bilər hadisədə onun də nöqsanının olduğunu, onun özünü itirdiyini, amma maşının sürətini tam azaltdığını, malın birinin gəlib keçdiyini, avtomobili 2200 manata təmirsiz vəziyyətdə satdığını, iki il əvvəl həmin avtomobili 5000 manata satın aldığını, markasının “Vaz 21102” olduğunu, cavabdehlə ustanın yanında 700 manata razılaşdığını, sonra avtomobili başqa se rvisə apardığını, Polis şöbəsinin avtomobilə çəkiləcək xərclər barədə ustanın verdiyi kağızı geri qaytardığını və həmin sənədin rəsmi sənəd olmadığını bildirdiyini, daha sonra Naxçıvan Servisə apardığını, 1105 manat xərci olması barədə sənədin oradan verildiyini, məhkəmə prosesində Daşqın müəllimin cavabdehin də çox xərcə düşməməsi üçün avtomobili Qarababa kəndində olan ustaya düzəltdirə biləcəyini soruşduğunu, onun da razılaşdığını və yenidən həmin ustadan avtomobilin xərclərini yazıb ona verməsini istədiyini, onun da 830 manat yazıb ona verdiyini, hətta cavabdehə görə ona köməklik edəcəyini dediyini, ustanın Nurəli ilə necə tanış olduqlarını bilmədiyini, hətta daha əvvəl 700 manat dediyini, yəni 700 manata da düzəldəcəyini, ustanın dedikləri ilə razılaşdığını, özünün cavabdehə 500 manata razılaşmalarını təklif etdiyini, bunu birinci instansiya məhkəməsində də bildirdiyini, cavabdehin razılaşmadığını, qətnamənin çıxarıldığını, cavabdehin təklif etdiyi 200 manat məbləğlə razılaşmadığını bildirərək, apellyasiya şikayətinin təmin olunmamasını, Şahbuz Rayon Məhkəməsinin 26 fevral 2025-ci il tarixli, 2(090)-37/2025 nömrəli qətnaməsinin qüvvədə saxlanılmasını kollegiyadan xahiş etdi. İşin apellyasiya qaydasında məhkəmə baxışı iclası zamanı iş üzrə mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 yerin onun dayısının yeri olduğunu, dayısı İsmayılov Oktayın rəhmətə getdiyini, onun oğluna hər il sözügedən torpağa görə 200 manat pul verib, inəyini bağladığını, həmin ərazinin sənədinin olub olmadığını bilmədiyini, həmin ərazinin 10 ildir ki dayısında olduğunu, hə min ərazinin bələdiyyənin mülkiyyətində olmadığını, cavabdehə mallarını istifadə etdiyi torpağa bağlamamasını dəfələrlə dediyini, cavabdeh ilə neçə ildir ki, danışmadığını, Mənsum adlı şəxslə cavabdehə onun yerinə inəklərini bağlamaması barədə söz göndərdiyini, gedib cavabdehin malları yenə bağlamasını gördüyünü, həmin günü cavabdehin mallarını açıb buraxanda cavabdehin həyat yoldaşına “axırıncı dəfə olsun ki, yerimə mallarınızı bağlayırsınız” dediyini, cavabdehin inəklərini saat 4-də təqribən 5-in yarısı açıb ötürdüyünü, amma onun heyvanlarının axşam saat 9-da gedib hadisə törətdiyini, cavabdehin heyvanlarına baxmadığını, rayonun bağına və s ötürdüyünü, cavabdehin heyvanlarını açıb ötürəndə heyvanların 2-in onun yerində, 1-in isə digər qonşunun yerində olduğunu, öz yerində olan cavabdehin 2 heyvanını açıb buraxdığını, cavabdehin özünün də çayın digər tərəfində heyvanlarını otardığını, cavabdehə bundan əvvəl də neçə dəfə istifadəsində olan yerə heyvanlarını buraxmamasını dediyini, xəbərdarlıq etdiyini, bu barədə polisə məlumat vermədiyini, hadisə günü axşamçağı təqribən saat 5-in yarısında heyvanlarını gətirməyə getdiyini, yenə də cavabdehin heyvanlarını yerinə bağladığını görüb heyvanları açıb buraxdığını, cavabdehin həyat yoldaşına “heyvanlarınızı açıb, çayın digər tərəfinə keçirdim, gedin heyvanlarınıza sahib çıxın” dediyini, həmin ərazilərin Kəndşahbuzda yaşayan şəxslərə məxsus olduğunu, onun da pulunu ödəyərək həmin adamdan ərazini alıb istifadə etdiyini, cavabdehin özünün də dəfələrlə bu qaydada yer alıb istifadə etdiyini, müvafiq ərazidə hər bir şəxsin ona aid hissən in olmasını traktor tərəfindən çəkilən xətlə, cızıqla müəyyən etdiyini, cavabdehin həmin ərazidə yerinin olmadığını, onun evinin altının çay olduğunu, heyvanını aparıb çayın kənarına bağlayanda cavabdehin həyat yoldaşının onun heyvanını açıb ötürdüyünü, özünün cavabdehin heyvanlarını açaraq nəzarətsiz buraxdığını, cavabdehin onun yerində olan iki heyvanının mıxını çıxardıb, çayın qırağında cavabdehin həyat yoldaşı heyvanları aparmağa gələndə, ona heyvanları onun ərazisinə bağlamamaları barədə xəbərdarlıq etdiyini, polis orqanına da müvafiq məsələ ilə bağlı eyni məzmunda izahat verdiyini, ilin təqribən 6-7 ayını müvafiq ərazidən aktiv şəkildə istifadə etdiyini, həmin vaxt gün qısa olduğu üçün heyvanları axşamçağı saat təqribən 5-də evə gətirdiyini, cavabdehin əvvəllər onun ərazisinə heyva n bağlayanda heyvanları açıb buraxmadığını, çünki gedəndə artıq heyvanların orada olmadığını, cavabdehin heyvanlarını haradasa saxlamadığını, sözügedən ərazidən 3 ildir ki istifadə etdiyini, cavabdehin onun ərazisində olan 2 heyvanını açıb buraxdığını, ərazisində olmayan 1 heyvanına toxunmadığını, onu cavabdehin həyat yoldaşının açıb apardığını, cavabdehin həyat yoldaşının onun heyvanlarını açdığımı gördüyünü, hətta cavabdehin özünün də çayın digər tərəfində heyvanlarını otardığını, həmin heyvanların çayın qırağında axşam saat 9-a qədər qaldıqlarını, heç kimin onları evə aparmadığını, cavabdehin heyvanları əvvəllər rayonda olan ərik bağına ötürdüyü üçün heyvanların da oraya getdiyini, o vaxt da hadisənin baş verdiyini bildirərək iş üzrə qanuni qərar qəbul edilməsini kollegiyadan xahiş etdi. İş materiallarında olan: Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyi Şahbuz Rayon Polis Şöbəsi tərəfindən ünvanlanmış məktubda Şahbuz rayon Şahbuz şəhəri ərazisində xx.xx.2024-cü il tarixində Şahbuz şəhər sakini, 1960-cı il təvəllüdlü X6 məxsus olan iribuynuzlu heyvan Şahbuz rayon Qızıl Qışlaq kand sakini, İddiaçı məxsus olan Vaz 21102 markalı, **-BB-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinə xəsarət yetirərək maddi ziyan vurmuşdur. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyi Şahbuz Rayon Polis Şöbəsinə cavabdeh tərəfindən verilmiş izahatda xx.xx.2024-cü il tarixdə özünə məxsus 2 baş iri buynuzlu malları ona məxsus olan yerin və qonşu yerə Musayev Niyaməd dinin yeri olduğunu bilmədən ora yaxın bağladığını, Niyaməddinin gəlib malları orada görüb ona xəbər vermədən saat 7-ə işləmiş açıb aparıb qapalı saxladığını, yoldaşının gedib malları gətirəndə 2 başın olmadığını gördüyünü, Niyaməddinin orada olduğunu görüb malları görməmisən deyə soruşduğunu, Niyaməddinin isə mən açıb ötürmüşəm dediyini, yoldaşının hara ötürmüsən deyə soruşduğunu, Niyaməddinin isə bilmirəm dediyini, yoldaşının gəlib malları onun açıb ötürdüyünü dediyini, özünün fanarı götürüb malları axtarmağa getdiyini, həyətlərə baxabaxa gəlib məhkəmənin yanına çatanda iki mühafizəçinin oturduğunu görüb onlardan soruşduğunu, onların görmədiklərini dediklərini, sonrasında aşağıdan mal səsinin gəldiyini, ora gedəndə öz malları olduğunu gördüyünü, polis əməkdaşı Anarın malın onun olduğunu soruşduğunu, özünün malı olduğunu dediyini, polisin isə malın maşına dəydiyini dediyini, maşının sahibinin kim olduğunu demədiyini, özünün malı götürüb getdiyini, səhəri günü zərər çəkən sürücü ilə görüşdüyünü, onun malların şahmat məktəbinin yanında çıxıb ürkək vəziyyətdə üstdən aşağı qaçdıqlarını dediyini, malları axtardığını, tapılacağını düşündüyü üçün polisə məlumat vermədiyini, malların boynunda zincir olduğunu, sabahkı gün Şahbuz rayon polis şöbəsinə gələrək maşına dəyən zərərə baxdığını, başqasının otlaq sahəsinə ziyan yetiribsə, bunu özünün ödəməli olduğunu, malları bağladığı yerdən açdığına görə maşına dəymiş ziyanı Niyaməddin adlı şəxsin qarşılamalı olduğunu, Niyaməddinlə maşına dəymiş ziyanın yarı-yarıya ödənilməsi barədə razılaşmağa çalışdığını, Niyaməddinin ona pulunun olmadı ğını bildirdiyini, özünün isə ona borc pul götürdüyünü, ona düşən pulu da özünün verə biləcəyini, Niyaməddinin ona pulu hissəhissə ödəyə biləcəyini bildirdiyini, Niyaməddinin isə apar pulun hamısını ver, mən də otlaq sahəsinə dəyən ziyanı səndən tələb etməyəcəyəm dediyini bildirmiş, izahatının düzgünlüyünü öz imzası ilə təsdiq etmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyi Şahbuz Rayon Polis X2 verdiyi izahatında 07 oktyabr 2024-cü il tarixdə 17:30 radələrində Şahbuz şəhəri ərazisində yerləşən “çay aparan masifi” adlanan yerdə iri buynuzlu özünə məxsus olan malı gətirmək üçün əraziyə getdikdə Şahbuz şəhər sakini Nurəliyə məxsus malın bir baş özünə məxsus olan malın yanında gördüyünü, özünün də yerində olanı açıb buraxdığın ı, malların onun otlaq sahəsinə bağlanılması ilə bağlı polisə məlumat vermədiyini, heyvanları sahibsiz buraxmağın məsuliyyətə səbəb olacağını bilmədiyini, Nurəlinin həyat yoldaşının özlərinə onlara məxsus olan otlaq sahəsində sağında qalan malları gətirdikdə özünün yolda qabaqlaşaraq mallarının ikisinin getdiyini bildirdiyini, 10 oktyabr 2024-cü ildə Şahbuz Rayon Polis şöbəsində açıb buraxdığı sahibsiz qalan iribuynuzlu malların Şahbuz şəhərində İddiaçı adlı şəxsin nəqliyyat vasitəsinə maddi zərər vurduğunu bildiyini bildirmiş, izahatının düzgünlüyünü öz imzası ilə təsdiq etmişdir. Avtomobil və ehtiyat hissələri ilə bağlı fakturadan Patbris-1 ədəd -220 (iki yüz iyimi) manat, Slikon-2 ədəd-30 (otuz) manat, Sağ farapavarotnik-1 ədəd – 80 (səksən) manat, Qabaq bufer-1 ədəd-110 (yüz on) mana t, Sağ dumanlı bufetdə olan-1 ədəd- 25 ( iyirmi beş) manat, Şüşə silən şotka- 2 ədəd- 30 (otuz) manat, Yan güzgü sağ-1 ədəd- 35 (otuz beş) manat, təkər üstü zaşitniki – 1 ədəd - 25 (iyirmi beş) manat, dəmirçi malyar işi – 1 ədəd - 550 (beş yüz əlli) manat olmaqla, ümumilikdə 1105 manat məbləğində xərcin iddiaçı tərəfindən öz nəqliyyat vasitəsinin təmiri üçün çəkilməli olduğu müəyyən olunur. Zaur adlı şəxsin imzası ilə təsdiq edilmiş siyahıdan padbris 1 ədəd 120 manat, sağ ön fara və sağ “povorotnik” 1 ədəd 40 manat, bufer ön 1 ədəd 60 manat, şüşə silən şotkalar 2 ədəd 8 manat, dumanlılar 2 ədəd 25 manat, sağ kırlo altı zaşitnik 1 ədəd 10 manat, sağ qapı aynası 1 ədəd 20 manat, şüşə kleyi 2 ədəd 18 manat, usta pulu- dəmirçi 150 manat, malyar 250 manat, elektrik 50 manat olmaqla ümumilikdə 8 30 (səkkiz yüz otuz) manat məbləğində xərcin iddiaçı tərəfindən öz nəqliyyat vasitəsinin təmiri üçün çəkilməli olduğu müəyyən olunur. İddiaçı məhkəmənin ünvanına daxil olmuş xx.xx.2025-ci il tarixli ərizəsində Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbi ilə Şahbuz Rayon Məhkəməsinə müraciət etməsini, "xxxx" MMC-nin təklif fakturasını iddia ərizəsinə sübut kimi əlavə edərək cavabdehdən 1105 manat dəymiş zərərin alınıb ona ödənilməsini xahiş etsə də, sonradan Şahbuz rayonunda avtomobil ustası kimi fəaliyyət göstərən Zaur ustanın avtomobilinə baxış keçirdiyini və onunla 830 manata avtomobilini düzəldəcəyi barədə razılaşdıqlarını, buna görə də ilkin olaraq təqdim etdiyi "xxxx" MMC-nin təklif fakturası ilə deyil, Zaur usta tərəfindən təqdim edilmiş ehtiyat hissələrinin və işçilik haqqının gö stərildiyi məbləğlərin dəymiş zərər kimi nəzərə almasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.1-ci maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Kollegiya Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətini yuxarıda qeyd edilən prosessual normaların tələbləri ilə qarş ılıqlı şəkildə yoxlayaraq bildirir ki, cavabdehin verdiyi apellyasiya şikayəti mübahisələndirilən Şahbuz Rayon Məhkəməsinin 26 fevral 2025-ci il tarixli, 2(090)-37/2025 nömrəli qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, məhkəmə aktı tam yoxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə görə mülki mühakimə icraatının əsas vəzifələrindən biri qanunçuluğun bərqərar edilməsidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsidir. (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsi). Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil. Məhz buna görə də qanunverici MPM-in 372.7-ci maddəsində müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlamalıdır. Kollegiya iş materiallarını araşdırıb tərəflərin izahatlarını dinləyərək, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini müzakirə edib, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə görə hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.3.-cü maddəsinə əsasən qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. 1110-cu maddəsinə əsasən heyvanın sahibi öz heyvanının başqalarına vurduğu zərərin əvəzini ödəməyə borcludur. Bu zaman heyvanın nəzarət altı nda olduğunun, itdiyinin və ya qaçdığının əhəmiyyəti yoxdur. Əgər heyvanın sahibi üçüncü şəxslərin müdafiəsi üçün zəruri tədbirlər görmüşsə, zərərin əvəzinin ödənilməsi öhdəliyi tətbiq edilmir. Kollegiya cavabdehin apellyasiya şikayətində göstərdiyi “xx.xx.2024-cü il tarixdə təsərrüfatla məşğul olan Şahbuz şəhəri sakini olaraq həmişəki qaydada mallarını otlamaları üçün örüş yerinə apardığını, orada malların qaçmaları, başqa şəxslərə və ya əmlaka zərər vurmaları ehtimallarını aradan qaldıracaq zəruri tədbirlər görməklə, axşamüstü geri açıb tövləyə qaytarmaq üzrə möhkəm zəncirlə bağlayıb getdiyini, oradan uzaqlaşdıqdan bir müddət sonra saat 17:30 radələrində X3 Şahbuz Rayon Polis Şöbəsində alınmış, xx.xx.2024-cü il tarixli izahatında da etiraf etdiyi kimi, özünün deməsinə görə mallarını ona məxsus torpaq sahəsinə bağladığını gördüyünü (bu barədə onun məlumatı olmadan, yalnız həmin yeri bələdiyyənin heyvan otlatmaq üçün icazə verdiyi yer kimi bilərək həmin əraziyə bağladığını) ona və ya hər hansı bir nəfərə xəbərdarlıq etmədən birbaşa malları bağladığı yerdən açaraq qovduğunu, ürkmüş malların da qaçaraq oradan uzaqlaşdığını, həyat yoldaşının həmişə olduğu kimi axşama doğru malları açıb gətirməyə getdikdə, onlardan 2 malın yerlərində olmadığını gördüyünü, N.Musayevdən soruşduqda isə “malları açıb ötürdüyü və haraya ötürdüyünü bilmədiyi” cavabını aldığını, bunu öyrəndikdən dərhal sonra fənər götürərək inəkləri axtarmağa getdiyi” dəlillərə münasibətdə aşağıdakıları bildirir. Kollegiyada mülki işin araşdırılması zamanı iş üzrə mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 izahatında sözügedən yerin onun dayısının yeri olduğunu, dayısı İsmayılov Oktayın rəhmətə getdiyini, onun oğluna hər il sözügedən torpağa görə 200 manat pul verib, inəyini bağladığını, həmin ərazinin sənədinin olubolmadığını bilmədiyini, həmin ərazinin 10 ildir ki dayısında olduğunu, həmin ərazinin bələdiyyənin mülkiyyətində olmadığını, cavabdehə mallarını istifadə etdiyi torpağa bağlamamasını dəfələrlə dediyini, cavabdehlə neçə ildir ki, danışmadığını, Mənsum adlı şəxslə cavabdehə onun yerinə inəklərini bağlamaması barədə söz göndərdiyini, gedib cavabdehin malları yenə bağlamasını gördüyünü, həmin günü cavabdehin mallarını açıb buraxanda cavabdehin həyat yoldaşına “axırıncı dəfə olsun ki, yerimə mallarınızı bağlayırsınız” dediyini, cavabdehin inəklərini saat 4-də təqribən 5-in yarısı açıb ötürdüyünü, cavabdehin heyvanlarını açıb ötürəndə heyvanların 2-nin onun yerində, 1-in isə digər qonşunun yerində olduğunu, öz yerində olan cavabdehin 2 heyvanını açıb buraxdığını, hadisə günü axşamçağı təqribən saat 5-in yarısında heyvanlarını gətirməyə getdiyini, yenə də cavabdehin heyvanlarını yerinə bağladığını görüb heyvanları açıb buraxdığını, cavabdehin həyat yoldaşına “heyvanlarınızı açıb, çayın digər tərəfinə keçirdim, gedin heyvanlarınıza sahib çıxın” dediyini göstərmişdi. Cavabdeh iş üzrə mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 izahatında göstərdiyi xüsusatları təkzib edəcək, tərəfindən iribuynuzlu mallarını otlamaq üçün bağladığı həmin yerin bələdiyyənin heyvan otlatmaq üçün icazə verdiyi yer kimi bilərək həmin əraziyə bağladığın a dair hər hansı sübutları, kollegiyaya təqdim edə bilməmişdi. Apellyatorun şikayətində göstərdiyi“ hadisənin ertəsi gün hazırkı iş üzrə İddiaçılə görüşdüyünü, o zaman ona avtomobilini Şahbuz RPŞ-nin təxminən 30-50 metr yaxınlığında ( həmin yerdə dayanmaq qadağan olduğu halda) saxlayıb dərman almaq üçün aptekə getdiyini, həmin vaxt inəklərin təpədən aşağı doğru ürkmüş vəziyyətdə qaçdıqlarını, nəticədə onun maşınına dəyərək ziyan vurduğunu deməsinə, hətta Şahbuz Rayon Polis Şöbəsində alınmış izahatında da bunu bildirməsinə baxmayaraq, Şahbuz Rayon Məhkəməsinə ünvanladığı müraciətində “avtomobili idarə edərkən heyvan mənim avtomobilimin qarşısına çıxmış və avtomobilimə zərər dəymişdir” ifadəsini işlədərək özözlüyündə ziddiyyət yaratdığını” dəlillər iş materiallarında təsdiqini tapmamışlar. A pellasiya şikayətində “inəyin maşına zərər vurduğu faktiki şəraitin, yəni maşının park vəziyyətində və ya hərəkət halında olmasının dəqiqləşdirilməsi İddiaçı “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsində birbaşa təsbit olunmuş “Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir” müddəasının tələblərini pozması, habelə bu pozuntunun törədilməsinə görə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndinə uyğun inzibati tənbeh tədbirinin görülməsi zərurətinin olması, ən əsası da zərərin baş vermə səbəbi “zərər çəkən” tərəfin təqsiri ucbatından olduqda həmin zərərin ödənilməsi məsuliyyətinin ortadan qalxması hallarının mövcudluğund an xəbər verməklə, iş üzrə olduqca əhəmiyyət kəsb edən hal olmasına baxmayaraq, bu ehtimallar dairəsi üzərində heç bir an belə dayanılmadığını, üstəlik heç bir protokol və ya qərarla tanış edilmədən, onun məhkəmə prosesində öyrəndiyi qədəri ilə polis tərəfindən ona cərimə də yazıldığını, Şahbuz RPŞ tərəfindən sürücüyə alkoqol yoxlanışının edilməməsi, şəxsin surət həddini aşıbaşmadığının dəqiqləşdirilməməsi və yekunda iddiaçı tərəfindən öz ərizəsinə sübut qismində onun və X8 Şöbəsindəki izahatlarının əlavə edildiyi halda, sırf özünün izahatının əlavə edilməməsinin onun öz iddia ərizəsində qeyd etdiyi “maşının hərəkət halında olması” bəyanının yüksək ehtimalla həqiqəti əks etdirmədiyini düşündürməkdə olduğunu, məhz bu amilləri nəzərə alaraq qeyd etdiyi halın dəqiqləşdirilməli və hadisənin ba ş verdiyi şəraitin tam aydınlaşdırılmalı olduğunu, sürücünün hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şəraiti, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməli olduğunu, sürücünün hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğunu, daha əvvəl də qeyd etdiyi kimi iddiaçının ilk başda maşınını park vəziyyətində ikən hadisənin baş verdiyini ona və Şahbuz RPŞ-dəki əməkdaşa bildirməsinə baxmayaraq iddia ərizəsində maşının hərəkət halında olduğunu bildirdiyi üçün məhkəmə icraatı zamanı şifahi və yazılı şəkildə şəxs barəsində heç b ir alkoqol testi götürülmədiyini, sürücünün surət həddini aşması halı və hadisənin baş verdiyi ərazidə müvafiq “heyvan çıxa bilər” məzmunlu yol hərəkəti nişanının mövcudluğunun müəyyən edilmədiyini, o cümlədən, şəxsə dəymiş maddi zərərin sığorta tərəfindən qarşılanması üçün müvafiq sığortanın edilib-edilmədiyinin aydınlaşdırılmadığını vurğulasa da, sürücünün təqsiri barəsində heç bir araşdırma aparılmadığını, yalnız iddiaçının bəyanına və avtomobilin təmir xərci barədə olan servis sənədinə əsaslanaraq qərar çıxarıldığını, hadisə baş verdiyi vaxt “iddiaçının bəyanına görə” maşının hərəkət halında olduğunun hadisənin real baş verdiyi şərait olduğunu dəlillərə münasibətdə kollegiya hesab edir ki, apellyatorun bu dəlilləri ehtimal xarakteri daşımaqla, qeyd olunanların cavablandırılmasının Şahb uz Rayon Polis Şöbəsinə ünvanlanmalı olduğunu bildirir. Kollegiya cavabdehin apellyasiya şikayətində qeyd etdiyi “iş üzrə icraatın tərəflərini düzgün müəyyənləşdirməməsi olduğunu, iddiaçının Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1110-cu maddəsində müəyyən olunmuş “Heyvanın sahibi öz heyvanının başqalarına vurduğu zərərin əvəzini ödəməyə borcludur. Bu zaman heyvanın nəzarət altında olduğunun, itdiyinin və ya qaçdığının əhəmiyyəti yoxdur” müddəasına əsaslanaraq Şahbuz Rayon Məhkəməsinə ünvanlamış olduğu iddiasında cavabdeh qismində onu göstərməsini təbii hal kimi qəbul etsə də, iş üzrə icraat zamanı ən başından yekun qərar çıxarılanadək onun sahibliyində olan heyvanların qaçıb və ya sahibsiz qalmadıqlarını, qaçmalarının, kənar şəxslərə və ya özgə əmlakına zərər yetirmələrinin qarşısın ı alacaq müvafiq tədbirləri gördüyünü (möhkəm zəncir, ip və mıxdan istifadə etdiyini), hər bir halda, heyvanların kənar bir şəxsin-Niyaməddin Musayevin birbaşa müdaxiləsi ilə, qəsdən açılaraq qovulduqlarını (bu faktı şəxs öz izahatında təsdiq etmişdir), məhz hadisənin yaşanmasına sözügedən şəxsin birbaşa səbəbiyyət verdiyini bildirməyinə, bu barədə şifahi ifadələr verməyinə və ərizələr ünvanlamağına baxmayaraq, barəsində şikayət etdiyi qətnaməni qəbul etmiş birinci instansiya məhkəməsinin elə həmin maddənin davamında qeyd olunmuş “Əgər heyvanın sahibi üçüncü şəxslərin müdafiəsi üçün zəruri tədbirlər görmüşsə, zərərin əvəzinin ödənilməsi öhdəliyi tətbiq edilmir” müddəasına əməl etməməsi ilə razılaşa bilmədiyini, iş üzrə mühüm əhəmiyyət kəsb edən, hətta iş üzrə icraata xitam verilməsinə əsas ola biləcək amillər nəzərə alınmadığından Şahbuz Rayon Məhkəməsinin 26 fevral 2025-ci il tarixli, 2(090)-37/2025 nömrəli qətnaməsinin ləğv olunması üçün məhkəməyə müraciət etdiyini, iddiaçının əvəzini ödənilməsini tələb etdiyi maddi zərərin məhz kənar bir şəxsin birbaşa müdaxiləsi hesabına yaransa da, birinci instansiya məhkəməsinin bu halı nəzərə almadığını, iddiaçının şəxsinə və ya əmlakına qarşı heç bir qəsdinin və ya hər hansı digər formada qəsdinin olmadığını, üstəlik də hadisənin Niyaməddin Musayevin dolayı qəsdi əsasında baş verdiyi halda məhkəmənin ( təbii ki bu barədə iddiaçının tələbi olduqda) birbaşa delikti törətmiş şəxsə deyil, onun üzərinə zərərin ödənilməsi öhdəliyini qoyduğunu, heyvan sahibinin öz heyvanının başqalarına vurduğu zərərin əvəzini ödəməyə borclu olduğunu, bu z aman heyvanın nəzarət altında olduğunun, itdiyinin və ya qaçdığının əhəmiyyətinin olmadığını, əgər heyvanın sahibi üçüncü şəxslərin müdafiəsi üçün zəruri tədbirlər görmüşsə, zərərin əvəzinin ödənilməsi öhdəliyinin tətbiq edilmədiyini, heyvanların kənar bir şəxsin-Niyaməddin Musayevin birbaşa müdaxiləsi ilə, qəsdən açılaraq qovulmaları nəticəsində (bu faktı şəxs öz izahatında təsdiq etmişdir) hadisənin yaşandığını bildirsə də, Şahbuz Rayon Məhkəməsinin qeyd etdiyi maddənin tələblərinə əməl etmədiyini” dəlilləri ilə razılaşmayaraq bildirir ki, maddənin məzmunundan görünür ki, “Heyvanın sahibi öz heyvanının başqalarına vurduğu zərərin əvəzini ödəməyə borcludur. Bu zaman heyvanın nəzarət altında olduğunun, itdiyinin və ya qaçdığının əhəmiyyəti yoxdur”, mülki işin araşdırılması zamanı müəyyən e dilmişdir ki, cavabdehin iribuynuzlu mallarını bağladığı otlaq yeri Niyaməddin Musayev tərəfindən şifahi razılığa əsasən hər il 200 manat məbləğində pulu dayısı oğluna ödəməklə icarəyə götürülmüşdür. Niyaməddin Musayev tərəfindən dəfələrlə, hətta bir dəfə Mənsum adlı şəxsin vasitəsilə, cavabdehə mallarını həmin yerə bağlamaması deyilsə də, cavabdeh buna əməl etməmişdir. Belə olan halda kollegiya hesab edir ki, Niyaməddin Musayev malları ona məxsus olan sahədən açıb buraxmaqla tam haqlı olmuşdur, malların onun tərəfindən qəsdən açılıb buraxılmasından söhbət gedə bilməz. Belə olan halda cavabdehin maddənin davamı olaraq qeyd etdiyi “Əgər heyvanın sahibi üçüncü şəxslərin müdafiəsi üçün zəruri tədbirlər görmüşsə, zərərin əvəzinin ödənilməsi öhdəliyi tətbiq edilmir” müddəası heç əhəmiyyət kəsb etmir. Apellyatorun “məhkəmə tərəfindən maddi zərərin vurulmasına dolayı yolla səbəb olmuş şəxsin nəzərə alınmaması bir yana (bu barədə iddiaçını hər hansı bir tələbi olmadığını da nəzərə aldıqda), heç bir təqsiri olmadığı halda onun əleyhinə qərar çıxarıldığını, bununla da qanunçuluq prinsipinə zidd addım atıldığını, tərəfindən məhkəməyə çoxsaylı şifahi etirazlar, habelə iş üzrə aydınlaşdırılması zəruri olan digər halları bildirilməsinə baxmayaraq, hakim tərəfindən yalnız iddiaçının bəyanlarına əsaslanılmaqla müvafiq qərar çıxarıldığını, onun ifadələrinə münasibət bildirilmədiyini, məhkəmə prosesində iddiaçının daha əvvəl də eyni maşınla avtoqəza etdiyindən servis tərəfindən çıxarılmış zərərin hamısının məhz onun inəyi hesabına yaranıb-yaranmadığının dəqiqləşdirilməsi üçün ekspertiza keçi rilməsini tələb etsə də, tələbinə münasibət bildirilmədiyini, iş üzrə materiallardan göründüyü kimi, məhkəmənin qanunvericiliklə təsbit olunmuş səlahiyyətindən istifadə etmədiyini, əksinə, onun hüquqlarını pozan qərar qəbul etdiyini, israrla bildirməyinə baxmayaraq məhkəmə tərəfindən zərərin onun yoxsa N.Musayevin təqsiri ucbatından dəyməsinin, hadisənin baş verdiyi şəraitin maşının hərəkət və ya park halında olmasının, hadisə hərəkət halında baş vermişdirsə, sürücünün hadisənin baş verməsində təqsirinin olub-olmamasının, şəxsin avtomobilinə dəymiş zərərin hamısının onun heyvanının hesabına yaranması, yoxsa qısa müddət əvvəl baş vermiş avtoqəzadan qalma xəsarətlərin də həmin zərərə daxil edilməsinin, iddiaçının avtomobilinin sığortasının mövcud olması hallarının aydınlaşdırılmadığını, yu xarıda sadaladığı halların bir qismi (heyvanların N.Musayevin açıb qovması nəticəsində zərər yetirdikləri fakt) sübut olunsa da, digər halların sübuta yetirilməsi üçün heç bir prosessual tədbirlər görülmədiyini, qeyd etdiyi bütün bu natamamlıqların mövcudluğunu məhkəmə proseslərinin audio-video yazılarının sübut etməkdə olduğunu, birinci instansiya məhkəməsində icraat zamanı iddiaçının məhkəməyə onun və N.Musayevin izahatlarını təqdim etdiyini, üstəlik də iddiaçının order üzrə vəkilinin sorğusuna verilmiş cavabla Şahbuz RPŞ dəftərxanasından bütün materialları əldə etdiyi halda məhz özünün şöbədə verdiyi izahatını təqdim etməməsinin yuxarıda qeyd etdiyi ziddiyyət halının, habelə iddiaçının ədalət mühakiməsini yanıltma ehtimalının göstəricisi olduğundan və həmin izahatı əldə etmək səlahiyyət im xaricində olduğundan İddiaçı işlə bağlı Şahbuz RPŞ-də verdiyi izahatının müvafiq sorğu əsasında əldə edilərək iş üzrə sübut qismində qiymətləndirməsini xahiş etdiyini” dəlillərinə münasibətdə kollegiya Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1110-cu maddəsinə əsaslanaraq qeyd edir ki, İddiaçı Sadiq oğluna məxsus Vaz 21102 markalı, 71-BB854 dövlət qeydiyyat nömrə nişanlı avtomobilinə zərər vuran iribuynuzlu mal-qaranın cavabdehə məxsus olması, cavabdehin həmin iribuynuzlu malların bağladığı otlaq yerinin Niyaməddin Musayev tərəfindən şifahi razılığa əsasən hər il 200 manat məbləğində pulu dayısı oğluna ödəməklə icarəyə götürülməsi, həmin otlaq yerinin Musayev Niyaməddinin qanuni istifadəsində olması, belə olan halda Niyaməddin Musayevin cavabdehin mallarını açıb buraxılmasında haql ı olması işin mübahisəsiz hallarıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.8– ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə mənsubdur. Cavabdeh məhkəmə prosesində iddiaçının daha əvvəl də eyni maşınla avtoqəza etdiyindən servis tərəfindən çıxarılmış zərərin hamısının məhz onun inəyi hesabına yaranıb-yaranmadığının dəqiqləşdirilməsi üçün ekspertiza keçirilməsini tələb etsə də, tələbinə münasibət bildirilmədiyini, dəlil kimi qeyd etsə də, buna dair sübutları təqdim etməmişdir. O ki qaldı birinci instansiya məhkəməsi tərəfindən onun ifadələrinə münasibət bildirilmədiyini, məhkəmə prosesində iddiaçının daha əvvəl də eyni maşınla avtoqəza etdiyindən servis tərəfindən çıxarılm ış zərərin hamısının məhz onun inəyi hesabına yaranıb-yaranmadığının dəqiqləşdirilməsi üçün ekspertiza keçirilməsini tələb etsə də, tələbinə münasibət bildirilmədiyinə, kollegiya qeyd edir ki, mülki işin 55-58 vərəqələrində olan birinci instansiya məhkəməsinin məhkəmə iclasının protokolunun 58-ci vərəqində məhkəmə ekspertizasının kemirilməsi ilə bağlı vəsatət işin halları üçün əhəmiyyət kəsb etmədiyindən, həmçinin şahidlərin çağrılması barədə vəsatət mülki prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq tərtib edilmədiyindən baxılmamış saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 273-cü maddəsinə əsasən işdə iştirak edən şəxslər və nümayəndələr, həmçinin vəkillər protokolla tanış olmağa haqlıdırlar və onun imzalandlğığı andan 3 gün ərzində onda yol verilmiş yanlışlıqların və ya natamamlığı göstərməklə protokol barədə yazılı qeydlər təqdim edə bilərlər. Göründüyü kimi, cavabdeh bu hüquqdan istifadə etmiş olsaydı, birinci instansiya məhkəməsi tərəfindən qaldırdığı vəsatətlərə qiymət verilməsi barədə məlumatlı olardı. Apellyator məhkəmənin qanunvericiliklə təsbit olunmuş səlahiyyətindən istifadə etmədiyini, əksinə, onun hüquqlarını pozan qərar qəbul etdiyini, israrla bildirməyinə baxmayaraq məhkəmə tərəfindən zərərin onun yoxsa N.Musayevin təqsiri ucbatından dəyməsinin, hadisənin baş verdiyi şəraitin maşının hərəkət və ya park halında olmasının, hadisə hərəkət halında baş vermişdirsə, sürücünün hadisənin baş verməsində təqsirinin olub-olmamasının, şəxsin avtomobilinə dəymiş zərərin hamısının onun heyvanının hesabına yaranması, yoxsa qısa müddə t əvvəl baş vermiş avtoqəzadan qalma xəsarətlərin də həmin zərərə daxil edilməsinin, iddiaçının avtomobilinin sığortasının mövcud olması hallarının aydınlaşdırılmadığını dəlil kimi qeyd etsə də, konkret olaraq məhkəmənin hansı səlahiyyətindən istifadə etmədiyini qeyd etməmiş, qalan qeyd olunan dəlillərlə bağlı, o cümlədən şəxsin avtomobilinə dəymiş zərərin hamısının onun heyvanının hesabına yaranması, yoxsa qısa müddət əvvəl baş vermiş avtoqəzadan qalma xəsarətlərin də həmin zərərə daxil edilməsi ilə bağlı mötəbər sübutları kollegiyaya təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründ üyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Kollegiya apellyatorun apellyasiya şikayətində qeyd etdiyi dəlillərini əsassız sayaraq bildirir ki, birinci instansiya məhkəməsi tərəfindən iş materialları hərtərəfli və tam şəkildə araşdırılmış, toplanmış sübutlara qiymət verilərək iddianın qismən təmin olunması barədə qətnamə qəbul edilərək düzgün nəticəyə gəlinmişdir. Belə ki, həm iş materialları ilə, həm də ki, iş üzrə tərəflərin məhkəmədə verdikləri izahatları ilə cavabdehə məxsus iribuynuzlu malın iddiaçıya ziyan vurulması öz təsdiqini tapmışdır. Bu səbəbdən də məhkəmə kollegiya hesab edir ki, iddiaçının cavabdehə qarşı olan maddi ziyanın ödənilməsi barədə tələbi əsaslıdır. Beləliklə, kollegiya hazırki işin apellyasiya qaydasında baxılması zamanı müəyyən edilmiş hallarına əsaslanmaqla qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmiş, iş üzrə mövcud olan sübutların tədqiqi nəticəsində qəbul edilmiş qətnamə kifayət qədər düzgün və qanuni əsaslarla əsaslandırılmışdır. Mübahisənin həllində mühüm əhəmiyyəti olan bütün f aktiki hallar araşdırılmış, maddi və prosessual hüquq normalarına düzgün əməl edilməklə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Kollegiya apellyasiya şikayətinin dəlillərini iş materialları və tərəflərin izahatları ilə müqayisəli şəkildə müzakirə edərək onların əsassız olması qənaətinə gəlir və hesab edir ki, həmin dəlillər qətnamənin ləğv olunması üçün əsas sayıla bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Həmin Məcəllənin 384.0.1-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsasən kollegiya belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Şahbuz Rayon Məhkəməsinin 26 fevral 2025-ci il tarixli, 2(090)-37/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikay əti təmin edilməməli, birinci instansiya məhkəməsinin sözügedən qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 382, 384.0.1, 392 və 402.1-ci maddələrini rəhbər tutaraq kollegiya qətetdi: İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Şahbuz Rayon Məhkəməsinin 26 fevral 2025-ci il tarixli, 2(090)-37/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şahbuz Rayon Məhkəməsinin 26 fevral 2025-ci il tarixli, 2(090)-37/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə dərhal qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar