Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-78/2023 06.07.2023 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Kuimova Vera Gennadiyevnanın (sədrliyi və məruzəsi ilə), Allahverdiyev Əli Kərim oğlu və X1 ibarət tərkibdə, X8 məhkəmə iclas katibliyi, Cavabdeh3 iştirakı ilə, İddiaçı təşkilat "xxxx" Qeyri-Bank Kredit Təşkilatı X3 cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı borc tələbi barədə mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 29 mart 2023-cü il tarixli, e-2(078)-67/2023 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: "xxxx" X7 Bank Kredit Təşkilatı Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh2, Cavabdeh 3 və Cavabdeh1 müştərək qaydada əsas borc üzrə 4835.00 AZN, faiz borcuna görə 772.48 AZN, cərimə borcuna görə 295.50 AZN, cəmi 5902.98 AZN məbləğində borcun və 79.05 manat məbləğində ödənilmiş dövlət rüsumunun "xxxx" MMM QBKT-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 29 mart 2023-cü il tarixli, e-2(078)-67/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada əsas borc üzrə 4061.26 (dörd min altmış bir manat iyirmi altı qəpik) manat, faiz borcuna görə 837.09 (səkkiz yüz otuz yeddi manat doqquz qəpik) manat olmaqla, cəmi 4898.35 (dörd min səkkiz yüz doxsan səkkiz manat otuz beş qəpik) manat məbləğində borcun, 68.98 (altmış səkkiz manat doxsan səkkiz qəpik) manat məbləğində ödənilmiş d övlət rüsumunun əvəzi "xxxx" X7-Bank Kredit Təşkilatının xeyrinə tutulması, artıq ödənilmiş 10.07 (on manat yeddi qəpik) manat məbləğində dövlət rüsumunun "xxxx" X7-Bank Kredit Təşkilatına qaytarılması, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Məhkəmənin qətnaməsindən narazı qalan Cavabdeh2 01 may 2023-cü il tarixdə apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına müraciət edərək Naxçıvan Şəhər Məhkəməsinin 29 mart 2023-cü il tarixli, e2(078)-67/2023 nömrəli qətnaməsini ləğv edərək iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 05 may 2023-cü il tarixli qərardadı ilə iddiaçı təşkilat "xxxx" X7-Bank Kredit Təşkilatının cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı borcun tutulması tələbi barədə mülki iş üzrə Cavabdeh2 Naxçıvan Şəhər Məhkəməsinin 29 mart 2023-cü il tarixli, e-2(078)-67/2023 nömrəli qətnaməsindən verdiyi apelyasiya şikayəti geri qaytarılaraq qərardadda göstərilən nöqsan aradan qaldırıldıqdan sonra yenidən elektron kabinet vasitəsi ilə şikayət vermək hüququ izah edilmişdir. Cavabdeh2 16 may 2023-cü il tarixdə yenidən apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına müraciət edərək Naxçıvan Şəhər Məhkəməsinin 29 mart 2023-cü il tarixli, e-2(078)-67/2023 nömrəli qətnaməsini ləğv edərək iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnaməsində öhdəliyin icrası üçün müəyyən edilmiş müddətdə onun icra etmədiyinin və icr anın gecikdirildiyinin qeyd olunması, halbuki qeyd olunan halın ondan asılı olmayan səbəbdən baş verdiyini, birinci instansiya məhkəməsinin işə bir tərəfli baxmasını, işin fartiki hallarını araşdırılmamasını və düzgün hüquqi qiymət verilməməsini, iddianın təmin edilməsi barədə qətnamə qəbul etməsinin məhkəmə tərəfindən işin dəqiq araşdırılmadığının nəticəsi kimi verilmiş bir qərar olduğunu hesab etdiyini, məhkəmənin qeyd etdikləri halları tam, hərtərəfli araşdırmadan nəticəyə gəldiyini, işə apellyasiya qaydasında baxılarkən məhkəmə heyətinin şikayətin dəlillərini tam və obyektiv surətdə araşdırıb qanuni və əsaslı qərar qəbul edəcəyini hesab edərək məhkəmədən Naxçıvan Şəhər Məhkəməsinin 29 mart may 2023-cü il tarixli, e-2(078)-67/2023 nömrəli qətnaməsinin ləğv edilərək, iddianın rədd olunma sı barədə qətnamə qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Mülki iş apelyasiya şikayətinə əsasən baxılması üçün Naxçıvan MR Ali Məhkəməsinin Mülki kollegiyasına daxil olmuşdur. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. İddiaçı təşkilat "xxxx" X7-Bank Kredit Təşkilatına məhkəmə baxış iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı təşkilatın nümayəndəsi məhkəmə baxış iclasına gəlməmiş, 20 iyun 2023-cü il tarixdə məhkəməyə teleqram göndərərək, işə iştirakları olmadan baxılmasını və qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər X2 və Cavabdeh1 məhkəmə baxış iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, оnlar məhkəmə baxış iclaslarına gəlməmiş və bu barədə məhkəməyə hər hansı bir məlu mat verməmişlər. Kollegiya Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən "xxxx" X7-Bank Kredit Təşkilatının nümayəndəsinin, cavabdehlər X4, Cavabdeh1 iştirakları olmadan apelyasiya şikayəti üzrə işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında Cavabdeh3 izahatında Cavabdeh2 Mirləkbər oğlunun kredit götürdüyünü, özünün və Cavabdeh1 ona zamin duraraq zaminlik müqaviləsinə imza etdiklərini, Cavabdeh2 uşağının xəstə olduğunu dediyi üçün onun da Cavabdeh2 zamin durmağa razılıq verdiyini, "xxxx" X7-Bank Kredit Təşkilatının nümayəndəsinin ona zəng vurduğunu, Cavabdeh2 borcu ödəmədiyindən borcu onun ödəməyini dediyini, onun da Cavabdeh2 zəng etdiyini, Cavabdeh2 cavabında borcu ödəməyəcəyini dediyini, Cavabdeh2 kredit borcunun ona yönəldilməsini istəmədiyini, hazırda özünü n də kirayə yaşadığını, ailəsini çətinliklə saxladığını, bu səbəbdən də Cavabdeh2 kredit borcunun Cavabdeh2 yönəldilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə olunmuş "xxxx" X7 Bank Kredit Təşkilatı ilə Cavabdeh2 arasında bağlanmış 11 iyun 2021-ci il tarixli, **********5508 nömrəli Kredit Müqaviləsinin 1.1, 1.2, 1.3, 1.5 və 5.1-ci bəndlərinə əsasən, bu müqaviləyə əsasən kredit verən kredit alana sonuncunun ailə-kəndli təsərrüfatının yaradılması və (və ya) genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması üçün 24 ay müddətinə 8000 manat məbləğində pul vəsaitini verməyi, kredit alan isə verilmiş krediti, o cümlədən kredit üzərində hesablanan faizləri və digər ödənişləri vaxtında kredit verənə ödəməklə öz öhdəliyini tam şəkildə yerinə yetirməyi öz öhdəsinə götürməsi, kredit ü zərində 26% illik faiz hesablanması və nominal faiz ilin 360 gündən ibarət olması nəzərə alınmaqla həqiqi ötən günlər əsasında hesablanması, kreditin verilməsinə görə kredit alan kredit verənə kreditin məbləğinin 2.5%-i miqdarında komissiya ödəməsi, kredit üzrə faktiki illik faiz dərəcəsinin 29% təşkil etməsi, kredit alan kreditin ödənilməsi üzrə öhdəliyi vaxtlı-vaxtında yerinə yetirmədiyi və ödəniş cədvəlində göstərilən kreditdən istifadəyə görə faizləri və kreditin əsas məbləğini ödəmədiyi təqdirdə, kredit alan kredit verənin xeyrinə gecikdirilmiş əsas məbləğin 1%-i məbləğində dəbbə pulunu (cəriməni) təqvim üzrə hər yubanma günü üçün ödəməyə borclu olması müəyyən edilir. İş materiallarına əlavə olunmuş "xxxx" X7 Bank Kredit Təşkilatı ilə Cavabdeh3 arasında bağlanmış 11 iyun 2021-ci il ta rixli, **********5***-******* nömrəli, "xxxx" X7 Bank Kredit Təşkilatı ilə Cavabdeh1 arasında bağlanmış 11 iyun 2021-ci il tarixli, **********5***-******* nömrəli zaminlik Müqaviləsinin 1-ci və 2-ci bəndlərinə əsasən, zamin kredit alan Cavabdeh2 tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürməsi, kredit alan öz öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə, zamin və kredit alan kredit verən qarşısında birgə məsuliyyət daşıması müəyyən olunmuşdur. İş materiallarına əlavə olunmuş "xxxx" X7 Bank Kredit Təşkilatının 13 oktyabr 2022-ci il tarixli maliyyə arayışına əsasən müəyyən edilmişdir ki, Cavab deh2 "xxxx" X7 Bank Kredit Təşkilatına əsas borc üzrə 4835.00 AZN, faiz borcuna görə 772.48 AZN, cərimə borcuna görə 295.50 AZN olmaqla, cəmi 5902.98 AZN məbləğində borcu var. İş materiallarına əlavə olunmuş Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertinin 17 fevral 2023-cü il tarixli, 74 nömrəli rəyinə əsasən, təqdim olunmuş hesabdan çıxarış məlumatları və 11 iyun 2021-ci il tarixli, **********5508 saylı kredit müqaviləsinin şərtlərinə əsasən, Cavabdeh2 "xxxx" X7 Bank Kredit Təşkilatına kredit üzrə 13 oktyabr 2022-ci il tarixə (maliyyə arayışının verilmə tarixinə) olan əsas borcu 4061.26 (dörd min altmış bir manat iyirmi altı qəpik) manat, faiz borcu 837.09 (səkkiz yüz otuz yeddi manat doqquz qəpik) manat təşkil etməsi, təqdim olunmuş hesabdan çıxarış məlumatların da kredit təşkilatı tərəfindən cərimə hesablanmadığı üçün hazırki tədqiqatla Cavabdeh2 cərimə hesablanmadığı müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutu lmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 472.3-ci maddəsinə əsasən, birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Kollegiya Naxçıvan Şəhər Məhkəməsinin 29 mart 2023-cü il tarixli, e-2(078)-67/2023 nömrəli qətnaməsində Cavabdeh2 öhdəliyin icrası üçün müəyyən edilmiş müddətdə icra etmədiyinin və icranın gecikdirildiyinin ondan asılı olmayan səbəbdən baş verdiyi dəlilinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, öhdəlik qanunvericiliklə nəzərdə tutulmuş müddətdə icra olunmalıdır, öhdəliyin vaxtında icra olunmaması həmin şəxsi öhdəliyin icra edilməsi məsuliyyətindən azad etmir. Kollegiya Cavabdeh2 birinci instansiya məhkəməsinin işə bir tərəfli baxması, işin fartiki hallarını araşdırılmaması və düzgün hüquqi qiymət verilməməsi, iddianın təmin edilməsi barədə qətnamə qəbul etməsinin məhkəmə tərəfindən işin dəqiq araşdırılmadığının nəticəsi kimi verilmiş bir qərar olduğunu hesab etməsi, məhkəmənin qeyd etdikləri halları tam, hərtərəfli araşdırmadan nəticəyə gəldiyi dəlilinə dair münasibətdə qeyd edir ki, Naxçıvan Şəhər Məhkəməsi tərəfindən mülki iş hərtərəfli araşdırılmış, Cavabdeh2 mühasibatlıq eksperti zası keçirilməsi barədə vəsastəti təmin edilərək, onun əsas borcu 4061.26 (dörd min altmış bir manat iyirmi altı qəpik) manat, faiz borcu 837.09 (səkkiz yüz otuz yeddi manat doqquz qəpik) manat təşkil etməsi, təqdim olunmuş hesabdan çıxarış məlumatlarında kredit təşkilatı tərəfindən cərimə hesablanmadığı üçün hazırki tədqiqatla Cavabdeh2 cərimə hesablanmaması müəyyən edilmişdir. Kollegiya məhkəmə mühasibatlıq ekspertizasının rəyini mötəbər sübut növü kimi qəbul edərək qətnamənin birinci instansiya məhkəməsi tərəfindən işin hərtərəfli, tam və obyektiv araşdırılaraq qəbul edilməsi ilə razılaşır. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Kollegiya qeyd edir ki, mülki qanunvericilik tələb və etirazların əsası kimi istinad edilmiş halları sübut etmək vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuşdur. Sübutları qiymətləndirmək isə məhkəmənin səlahiyyətidir. Kollegiya belə hesab edir ki, birinci instansiya məhkəməsi sübutetmə predmet inə daxil olan bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanmaqla sübutları qiymətləndirmişdir. Kollegiya göstərilənlərə əsasən Cavabdeh2 apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etmir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neqauti incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzibolunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixl i qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 19 aprel 1994-cü il tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, Konvensiyanın 6cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il tarixli q ərarında göstərilir ki, iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Ali Məhk əməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 4 nömrəli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda, baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasə n, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlar tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Kollegiya tədqiq edilmiş iş materiallarını yuxarıda sadalanan maddi və prosessual normalarla əlaqəli şəkildə təhlil edərək belə nəticəyə gəlir ki, iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada əsas borc üzrə 4061.26 (dörd min altmış bir manat iyirmi altı qəpik) manat və faiz borcuna görə 837.09 (səkkiz yüz otuz yeddi manat doqquz qəpik) manat olmaqla, cəmi 4898.35 (dörd min səkkiz yüz doxsan səkkiz manat otuz beş qəpik) manat məbləğində borcun və iddia qismən təmin edildiyinə görə 68.98 (altmış səkkiz manat doxsan səkkiz qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi iddiaçı təşkilat "xxxx" X7-Bank Kredit Təşkilatının xeyrinə tutulması, 10.07 (on manat yeddi qəpik) manat məbləğində artıq ödənilmiş dövlət rüsumunun isə iddiaçı təşkilat "xxxx" X7-Bank Kredit Təşkilatına qaytarılması, iddianın qalan hissədə rədd edilməsi barədə Naxçıvan Şəhər Məhkəməsinin 29 mart 2023-cü il tarixli, e-2(078)-67/2023 nömrəli qətnaməsi ilə gəldiyi nəticə qanuni və əsaslıdır. Kollegiya işin yuxarıda şərh olunmuş hallarına hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsində işə baxılarkən maddi və prosessu al hüquq normalarının tələblərinə əməl olunmuşdur. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olduğundan apelyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi üçün əsas ola bilməz. Buna görə də Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Naxçıvan Şəhər Məhkəməsinin 29 mart 2023-cü il tarixli, e-2(078)-67/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq kollegiya qətetdi: Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Naxçıvan Şəhər Məhkəməsinin 29 mart 2023-cü il tarixli, e-2(078)-67/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qüvvəyə minir
Məhkəmə qərarları › İş №2(108)-78/2023
Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(108)-78/2023
06.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver