Məhkəmə qərarları › İş №2(108)-78/2025

Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(108)-78/2025

21.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-78/2025 21.04.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Allahverdiyev Mehman Dünyamalı oğlu (sədrliyi və məruzəsi ilə), Kuimova Vera Gennadiyevna və Əliyev Zamiq Xudaverdi oğlundan ibarət tərkibdə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 18 fevral 2025-ci il tarixli, 2(078)-335/2025 nömrəli qətnaməsindən cavabdehin vəkili və nümayəndəsi Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayətinə yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı “Kapital Bank“ Açıq Səhmdar Cəmiyyəti Naxçıvan Şəhər Məhkəməsinə ərizə ilə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 2092.74 (iki min doxsan iki manat yetmiş dörd qəpik) manat əsas, 4 67.04 (dörd yüz altmış yeddi manat dörd qəpik) manat faiz, cəmi 2559.78 (iki min beş yüz əlli doqquz manat yetmiş səkkiz qəpik) manat pul vəsaitinin və 45.60 (qırx beş manat altmış qəpik) manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 18 fevral 2025-ci il tarixli, 2(078)-335/2025 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, xx.xx.2020-ci il tarixli, BBLK3189067A102 saylı kart vasitəsilə kreditin verilməsi müqaviləsi üzrə 2092.74 (iki min doxsan iki manat yetmiş dörd qəpik) manat əsas borc və 467.04 (dörd yüz altmış yeddi manat dörd qəpik) manat faiz borcu olmaqla, cəmi 2559.78 (iki min beş yüz əlli doqquz manat yetmiş səkkiz qəpik) manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilməsi, iş üz rə Cavabdeh 45.60 (qırx beş manat altmış qəpik) manat miqdarında dövlət rüsumunun alınaraq iş üzrə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Məhkəmənin həmin qətnaməsi ilə razılaşmayan Cavabdeh vəkili və nümayəndəsi Nümayəndə2 vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verərək Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)335/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinin ləğv edilməklə iddia tələbinin təmin edilməməsi (rədd edilməsi) barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh vəkili və nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birincisi, cavabdehin "xxxx" ASC-də 2020-ci ildə kredit kartı olmuşdur. 2022-ci ildə onun xəbəri olmadan həmin karta 2092.74 manat pul oturmuşdur. O, bu barədə iddiaçı bankın filiallarına müraciət etmiş, lakin bu barədə məlumatları olmadıqlarını bildirmişlər. Həmin vaxtlar kapital bankda uduşlar olmuşdur, nə qədər çox alış veriş etsən lotereyaya qoşulurdun. Sumqayıt filalında cavabdeh limiti keçdiyindən kartından pul çıxarda bilməmişdir. Bankdan 500 manat yazılaraq kassadan götürmüşdür. Səhəri gün kartın limitini artırmaq üçün bankın Həzi Aslanov filialına yaxınlaşmışdır. Ona bildirilmişdir ki, birbank kartı vermək mümkün deyil və kartında qalan pulları yazıb kassadan götürməyini qeyd etmişlər. Cavabdeh kartdan istifadə edə bilmədiyindən kartın bağlanmasını xahiş etmiş və kart bağlanaraq kapital bank tətbiqində kart deaktiv edilmişdir. Onun digər kartları aktiv olduğundan kapital bank tətbiqindən istifadə etmişdir. Bundan 2 il 3 ay s onra kapital bank tətbiqində 2092.74 borc və 500 manata kimi yubanmış borc faizi qeyd edilmişdir. Bununla bağlı cavabdeh iddiaçı bankın Həzi Aslanov filialına müraciət etmiş, bankdan ona ilk öncə yanlışlıq olduğu bildirilmiş və baş ofisə cavabdehin adına sorğu göndərilmişdir. 2 ay xəbər olmadığından inzibati şöbəyə müraciət olunmuş, oradan bildirilmişdir ki, kartın məlumatları oğurlanmış və istifadə olunaraq pul çəkilmişdir. Göründüyü kimi cavabdeh nə 2092.74 manat kredit alınması ilə bağlı müraciət etməmiş, nə də ki, həmin pulu almamışdır. İkincisi, 2020-ci ildə verilmiş kredit kart 2022-ci ildə bağlanmış və müddəti 2023-cü ilə kimi olmuşdur. İddiaçı məlum olmayan səbəblərdən 2025-ci ildə iddia ilə məhkəməyə müraciət etmiş və əlavə faiz tələb etmişdir. Məhkəmə isə obyektiv, hərtərəfli a raşdırma aparmadan iddianın təmin edilməsi qənaətinə gələrək qətnamə qəbul etmişdir. Üçüncüsü, məhkəmə qeyd edir ki, cavabdeh kredit müqaviləsinə imza atmışdır. Lakin hansı müqaviləyə nə vaxt hansı qaydada olmasına münasibət bildirməmişdir. Belə ki, mübahisə məhz 2022-ci il tarixdə 2092.74 manat kredit məbləği ilə bağlıdır. Cavabdeh bununla bağlı nə müraciət etmədiyi, nə də ki, həmin pulu almadığını bildirmişdir. Bununla bağlı nə iddiaçı bank, nədə ki, məhkəmə araşdırma aparmamışdır. Məhkəmə cavabdehin məhkəmə iclasında iştirak etməməyinin səbəblərini araşdırmadan, iştirakını təmin etmədən məhkəmə qətnaməsi qəbul etmişdir. Cavabdehin qeydiyyatda olduğu ünvanda yaşamaması həm iddiaçıya məlum idi, həm də məhkəməyə bildirilmişdir. Bununla da məhkəmə sübutların araşdırılmasından və sübutların təqdim olunmasından iddiaçını məhrum edərək ədalət mühakiməsinin müqəddəs olan tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsi prinsiplərini pozaraq ədalətli məhkəmə araşdırılması hüquqlarının pozulmasına səbəb olmuşdur. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsində göstərilir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Məhkəmə işin hallarını və qanun normalarını sadalamaqla qətnamə qəbul etmişdir. Belə ki, iş üçün əhəmiyyətli olan hallarını tam və hərtərəfli araşdırmadan qətnamə qəbul etmişdir. Halbuki qətnamə o va xt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə müqavilənin qüvvədə olmasını, xəbərdarlıq və pretenziyanın cavabdehə çatdırılmasını araşdırmamış, düzgün hüquqi qiymət verməmişdir. Apellyator sonda Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-335/2025 saylı, xx.xx.2025ci il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi (rədd edilməsi) barədə yeni qətnamə qəbul edilməsini xahiş etmiş, şikayətinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2, 439.7, 445 və 44 8-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1, 77, 88, və 217ci maddələrinə istinad etmişdir. Mülki iş apellyasiya şikayətinə əsasən baxılması üçün Naxçıvan MR Ali Məhkəməsinin Mülki kollegiyasına daxil olmuşdur. Kollegiyaya apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Həmin Məcəllənin 394-1.3-cü maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlərlə bağlı çıxarılmış məhkəmə q ətnamələrindən verilmiş apellyasiya şikayəti məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə yazılı icraat qaydasında işdə olan sənədlər əsasında baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda i sə tam yoxlayır. Bu Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya göstərilən prosessual normalara əsaslanaraq belə hesab edir ki, şikayət qətnamənin ləğvinə yönəldiyinə görə qətnamənin əsaslılığı tam yoxlanılmalıdır. Yuxarıda göstərilən maddələrin tələblərini nəzərə alan kollegiya verilmiş şikayətin dəlilləri əsasında mülki iş materiallarını tədqiq edərək belə nəticəyə gəlir ki, şikayət təmin edilməməli və Naxçıvan Şəhər Məhkəməsinin 18 fevral 2025-ci il tarixli, 2(078)-335/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Belə ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, aşağıdak ıları müəyyən etmişdir. İş materiallarına əlavə olunmuş sənədlərdən aydın olur ki, Cavabdeh ilə İddiaçı ASC arasında xx.xx.2020-ci il tarixli, BBLK3189067A102 saylı kart vasitəsilə kreditin verilməsi müqaviləsi imzalanmışdır. Həmin müqavilənin 1-ci bəndinə əsasən BOKT müştəriyə qaytarılması şərtilə kredit xətti verir. Yəni BOKT təyinatı şəxsi istehlak olan bərpaolunan kredit xətti ayırır. Müştəri isə həmin kredit xətti üzrə borclarını (xidmət haqqı, əsas və faiz borcu, dəbbə pulu), habelə ona göstərilmiş xidmətlərin haqqını tariflərə əsasən ödəyir. Bu müqavilədə borclar üzrə müddətlər borcun verildiyi gündən hesablanır. Tərəflər razılaşır ki, BOKT kredit xəttini bu müqavilə ilə müəyyən olunan şərtlərlə birkarta köçürərək verməlidir. Müqavilənin 10-cu bəndinə əsasən kredit xəttindən ilkin o laraq müştəri tərəfindən istifadə edilə biləcək məbləğ BOKT tərəfindən 950 AZN müəyyən olunur. BOKT birtərəfli qaydada müqaviləyə əsəsən müəyyən olunmuş istifadə edilə biləcək kredit xəttinin məbləğini 15000 AZN (on beş min manat) həddində (yəni 15000 AZN-dək olan hər hansı məbləğ) artıra bilər. Bundan əlavə, BOKT bu müqavilə üzrə kredit xətti üzrə kreditlərin verilməsini dayandıra, kredit xətti üzrə ayrılmış məbləği azalda yaxud çoxalda bilər. Həmin müqavilənin 10.17 və 10.17.1-ci bəndlərinə əsasən müştəri tərəfindən bu Müqavilə üzrə borcların (əsas, faiz və digər borclar) vaxtında ödənilməsi müddətləri pozulduqda, BOKT kreditin hesablanmış faizi ilə və digər borcları ilə birlikdə qaytarılmasını müştəridən vaxtından əvvəl tələb edə bilər. Ərizəyə əlavə edilmiş 15 yanvar 2025-ci il tarixli, 15/00235 nömrəli maliyyə arayışından (səh.4) görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixli, BBLK3189067A102 saylı kart vasitəsilə kreditin verilməsi müqaviləsi üzrə İddiaçı ASC-yə xx.xx.2025-ci il tarixə 2092.74 (iki min doxsan iki manat yetmiş dörd qəpik) manat əsas, 467.04 (dörd yüz altmış yeddi manat dörd qəpik) manat faiz, cəmi 2559.78 (iki min beş yüz əlli doqquz manat yetmiş səkkiz qəpik) manat borcu mövcuddur. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2020-ci il tarixli balansdan kənar məxaric orderindən (səh.18) görünür ki, 1 ədəd PAN nömrəsi **********732061 olan bir kart həmin gün bank tərəfindən borcalana-yəni cavabdehə verilmiş və həmin balansdankənar məxaric orderi cavabdeh tərəfindən imzalanmışdır. İddia ərizəsinə əlavə olunmuş 05 dekabr 2024-cü il tarixli, 16/MH34356 nömrəli son uncu pretenziya məktubundan (səh.9) isə Cavabdeh müqavilədən irəli gələn öhdəliyini lazımi qaydada icra etməməsi və bununla bağlı “Kapital Bank“ Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehə xəbərdarlıq göndərilməsi aydın olur. Beləliklə, mülki işin yuxarıda sadalanan təqdim edilmiş sənədlərlə müəyyən edilmiş mübahisəsiz halları ondan ibarətdir ki, tərəflər arasında olan razılaşma üzrə iddiaçının müqavilədə göstərilən kredit məbləğini cavabdehə verməsi(açılan xətt üzrə), sonuncunun isə müqavilə ilə müəyyən edilən hissə-hissə ödənişləri, faizləri və sair haqları, gecikmə zamanı hesablanmış cərimə məbləğlərini ödəməsi onların müqavilədən irəli gələn əsas öhdəliyidir. Mülki işin mübahisəli halları isə cavabdehin vəkili və nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətində birinci instansiya məhkə məsinin qətnaməsinin ləğvinə əsas kimi yuxarıda göstərdiyi dəlilləridir ki, kollegiya apellyatorun şikayətində göstərdiyi həmin dəlillərlə razılaşmayaraq iş üzrə müəyyən edilmiş hallara əsaslanmaqla qeyd edir ki, cavabdehin vəkili və nümayəndəsi Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayətində göstərilən dəlillər formal mülahizə xarakteri daşımaqla şikayətin təmin olunması üçün əsas təşkil etmir. Belə ki, yuxarıda da qeyd olunduğu kimi Cavabdeh ilə İddiaçı ASC arasında xx.xx.2020-ci il tarixli, BBLK3189067A102 saylı kart vasitəsilə kreditin verilməsi müqaviləsi imzalanmış, müqaviləyə əsasən cavabdehə illik 25% dərəcəsi ilə xx.xx.2023-cü ilə qədər kredit xətti ayrılmış, cavabdeh tərəfindən müqavilə öhdəliklərinə əməl olunmadığından (müqavilə üzrə çıxarış məlumatlarına ( iş mat. səh 5- 8) əsasən cavabdeh müxtəlif tarixlərdə müxtəlif məbləğlərdə götürdüyü pulları təyin olunmuş müddətdə ödəmədiyindən) “Kapital Bank“ Açıq Səhmdar Cəmiyyəti Naxçıvan Şəhər Məhkəməsinə ərizə ilə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 2092.74 (iki min doxsan iki manat yetmiş dörd qəpik) manat əsas, 467.04 (dörd yüz altmış yeddi manat dörd qəpik) manat faiz, cəmi 2559.78 (iki min beş yüz əlli doqquz manat yetmiş səkkiz qəpik) manat pul vəsaitinin və 45.60 (qırx beş manat altmış qəpik) manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş, Naxçıvan Şəhər Məhkəməsinin 18 fevral 2025-ci il tarixli, 2(078)-335/2025 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir. Apellyasiya şikayətində göstərilən dəlillərlə bağlı olaraq kollegiya qeyd edir ki, mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Belə ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan prosessual norman ın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə öz növbəsində iddiaya qarşı etirazını əsaslandıran halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məh kəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Nəzərə alınmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı bir hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. k imi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Məhkəmə hansı halların sübuta yetirilməli olduğunu təsbit etdikdən sonra həmin halların sübut edilməsi yükünün kimin üzərinə düşdüyünü müəyyən etməlidir. İddiaçının müqavilədən irəli gələn öhdəliyini yerinə yetirməsi mülki iş materiallarına əlavə edilmiş sübutlarla öz təsdiqini tapsa da, cavabdeh apellyasiya şikayətində göstərdiyi dəlillərə münasibətdə sözügedən halları təsdiq edən sübutları istər birinci instansiya məhkəməsinə, istərsə də kollegiya ya təqdim etməmiş, birinci instansiya məhkəməsi işdə olan sübutlar əsasında qanuni və əsaslı nəticəyə gəlmişdir. İş üzrə cavabdehin vəkili və nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətində qeyd etdiyi “...məhkəmənin cavabdehin məhkəmə iclasında iştirak etməməyinin səbəblərini araşdırmadan, iştirakını təmin etmədən məhkəmə qətnaməsi qəbul etdiyinə, cavabdehin qeydiyyatda olduğu ünvanda yaşamamasının həm iddiaçıya məlum olduğuna, həm də məhkəməyə bildirildiyinə, bununla da məhkəmənin sübutların araşdırılmasından və sübutların təqdim olunmasından iddiaçını məhrum edərək ədalət mühakiməsinin müqəddəs olan tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsi prinsiplərini pozaraq ədalətli məhkəmə araşdırılması hüquqlarının pozulmasına səbəb olduğuna” dair göstərdiyi dəlillərə gəlincə k ollegiya qeyd edir ki, iş materialları tədqiq olunan zaman Cavabdeh hazırki mülki iş üzrə rəsmi qaydada təqdim olunmalı məhkəmə sənədlərinin, yəni iddia ərizəsinin surətinin, birinci instansiya məhkəməsinin 22 yanvar 2025-ci il tarixli, e-2(078)-335/2025 nömrəli məhkəmə bildirişinin Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin 135-ci maddəsinin tələblərinə uyğun olaraq rəsmi qaydada ona göndərildiyi aydın olmuş, eyni zamanda cavabdehə göndərilmiş bildirişdə cavabdehə iddiaçının tələbinə qarşı etirazının olduğu halda bildirişi aldıqdan sonra 10 iş günü müddətində bunu əsaslandıran dəlil və sənədləri məhkəməyə təqdim etməsi izah olunsa da, cavabdehin onlara qarşı olan iddia tələbini təkzib edən hər hansı bir etiraz və ya sübutu məhkəməyə təqdim edilməmişdir. Apellyasiya şikayətində “ cavabdehin qeydiyyatda olduğu ünvanda yaşamamasının həm iddiaçıya məlum olduğu, həm də məhkəməyə bildirildiyi” göstərilsə də, iş materiallarına tədqiq olunan zaman birinci instansiya məhkəməsinin bildirişinin (iş mat. səh.27) xx.xx.2025-ci tarixdə cavabdehin qeydiyyatda olduğu ünvan 1 ünvanına göndərildiyi, iş materiallarına əlavə olunmuş F119-dan həmin bildirişin surətinin imza edilərək (iş mat. səh.30) xx.xx.2025-ci il tarixdə alındığı məlum olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin məhkəmə sənədlərinin çatdırılması və rəsmi qaydada verilməsi qaydalarını tənzimləyən 135.1-135.3-cü maddələrinə əsasən bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərb aycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra h akimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Həmin Məcəllənin 135.5.-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin - 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsi nə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. - 743-cü maddəsinə əsasən, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikasının adından borc alınması, habelə ixtisaslaşmış dövlət qurumlarının və Azərbaycan Respublikası Mərkəzi Bankının vəsaitləri hesabına, eləcə də lombardlar tərəfindən kreditlərin verilməsi müvafiq hüquqi aktlara uyğun olaraq həyata keçirilir. Kreditlərin verilməsi ilə bağlı həmin hüquqi aktlarla tənzimlənməyən məsələlər bu Məcəlləyə uyğun olaraq tənzimlənir - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 389.3-cü maddəsinin tələbinə görə isə, öhdəliklər haqqında ümumi müddəalar tənzimləyən Mülki Məcəllənin müvafiq fəslinin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair həmin Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. - 425.1-ci maddəsinin tələbinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. - 443.1-ci maddəsinin tələbinə görə isə, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsul iyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. - 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Kollegiya qeyd edilən maddi hüquq normalarını hazırki münasibətlərə tətbiq edərək hesab edir ki, tərəflər arasında kart vasitəsilə kreditin verilməsinə dair müqavilə əsasında öhdəlik münasibətləri yaranmışdır. Öhdəliyin mahiyyəti isə ondan ibarətdir ki, kredit müqaviləsində müəyyən edilmiş məbləği iddiaçı təşkilat cavabdehin sərəncamına vermək öhdəliyini götürmüş, iddiaçı təşkilat müqavilə ilə götürmüş olduğu öhdəliyi lazımınca və vaxtında icra etmiş, cavabdeh isə iddiaçının müqavilə və sazişlər üzrə götürmüş olduğu öhdəliyə münasibətdə üzərinə düş ən öhdəliyi lazımınca icra etməmiş, buna görə də müvafiq məsuliyyət yaranmışdır. Beləliklə, kollegiya mülki işin apellyasiya qaydasında baxılması zamanı müəyyən edilmiş hallarına əsaslanmaqla qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmiş, iş üzrə mövcud olan sübutların tədqiqi nəticəsində qəbul edilmiş qətnamə kifayət qədər düzgün və qanuni əsaslarla əsaslandırılmışdır. Mübahisənin həllində mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmış, maddi və prosessual hüquq normalarına düzgün əməl edilməklə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Mülki işin kollegiyada baxılması zamanı birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi və ya ləğv e dilməsinə səbəb ola biləcək yeni hallar müəyyən edilməmişdir. Bütün yuxarıda sadalananları nəzərə alan kollegiya belə nəticəyə gəlir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 18 fevral 2025-ci il tarixli, 2(078)-335/2025 nömrəli qətnaməsindən cavabdehin vəkili və nümayəndəsi Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Naxçıvan Şəhər Məhkəməsinin 18 fevral 2025-ci il tarixli, 2(078)-335/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0-384.0.1-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392 və 402.1-ci maddələrini rəhbər tutaraq kollegiya qətetdi: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 18 fevral 2025-ci il tarixli, 2(078)-335/2025 nömrəli qətnaməsindən cavabdehin vəkili və nümayəndəsi Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Şəhər Məhkəməsinin 18 fevral 2025-ci il tarixli, 2(078)-335/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar