Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(108)-80/2023 09.06.2023 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Kuimova Vera Gennadiyevnanın sədrliyi və məruzəsi ilə, X2 və X1 ibarət tərkibdə, İddiaçı cavabdehlər “X14” otelinə və Cavabdeh2 qarşı “zərərin əvəzinin ödənilməsi tələbinə dair” mülki iş üzrə Ordubad Rayon Məhkəməsinin 14 mart 2023-cü il tarixli, 2(080)76/2022 nömrəli qərardadından mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X4 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı vəkili və nümayəndəsi Vəkil1 iddia ərizəsi ilə Ordubad Rayon Məhkəməsinə müraciət edərək "X14” otelinin işçisi Cavabdeh2 13 iyun 2021-ci il tarixdə törətmiş olduğu yol-nəqliyyat hadisəsi nəticəsində "Audi A3 " markalı, ** KX *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin əvəzini təşkil edən 15184 manat məbləğində pul vəsaitinin "X14” otelindən və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ordubad Rayon Məhkəməsinin 03 iyun 2022-ci il tarixli, e-2(080)-76/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, "X14” otelindən və Cavabdeh2 15184 manat məbləğində pulun alınıb İddiaçı verilməsi barədə qərar qəbul edilmişdir. Ordubad Rayon Məhkəməsinin 03 iyun 2022-ci il tarixli, e-2(080)-76/2022 nömrəli qətnaməsindən narazı qalan fərdi sahibkar X8 12 sentyabr 2022-ci il tarixdə məhkəməyə daxil olmuş apellyasiya şikayətilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına müraciət edərək qətnamənin ona aid hissədə ləğv edilməsini xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 07 oktyabr 2022-ci il tarixli, 2(108)-126/2022 nömrəli qərardadı ilə İddiaçı cavabdeh "X14” otelinə və Cavabdeh2 qarşı "zərərin əvəzinin ödənilməsi tələbi”nə dair mülki iş üzrə Ordubad Rayon Məhkəməsinin 03 iyun 2022-ci il tarixli, e-2(080)-76/2022 nömrəli qətnaməsindən X8 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X4 nümayəndəsi və vəkili Vəkil2 02 mart 2023-cü il tarixdə Ordubad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(080)-76/2022 saylı qətnaməsindən apellyasiya şikayəti verərək, həmin qətnamənin tamamilə ləğv olunmasını və iddia tələbinin rədd edilməsi haqqında qərar qəbul edilməsini Naxç ıvan Muxtar Respublikası Ali Məhkəməsindən xahiş etmişdir. Ordubad Rayon Məhkəməsinin 14 mart 2023-cü il tarixli, e-2(080)-76/2022 nömrəli qərardadı ilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X4 nümayəndəsi və vəkili Vəkil2 Ordubad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(080)76/2022 saylı qətnaməsindən verdiyi apellyasiya şikayətinin geri qaytarılması və X9 tərəfindən ********** nömrəli qəbz ilə ödənilmiş 68 manat dövlət rüsumunun X5 qaytarılması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan X4 nümayəndəsi və vəkili Vəkil2 verdiyi 17 mart 2023-cü il tarixli şikayətdə Ordubad Rayon Məhkəməsinin 14 mart 2023-cü il tarixli, e-2(080)76/2022 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. O, şikayətini belə əsaslandırmışdır ki, Ordubad Rayon Məhkəmə sinin 03 iyun 2022-ci il tarixli, e-2(080)76/2022 nömrəli qətnaməsi onlara 15 fevral 2023-cü il tarixdə rəsmi qaydada təqdim edilmiş və qanunvericilikdə nəzərdə tutulmuş 1 (bir) aylıq müddətə əməl olunmuşdur. (bununla bağlı işə e-mail vasitəsilə qətnamənin xx.xx.2023-cü il tarixində təqdim edilməsini təsdiq edən screenshot (ekran görüntüsü) əlavə edilmişdir.) Ordubad Rayon Məhkəməsinin 05 may 2023-cü il tarixli, e-2(080)-76/2022 nömrəli qərardadı ilə İddiaçı cavabdeh “X14” otelinə və Cavabdeh2 qarşı “zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Ordubad Rayon Məhkəməsinin 14 mart 2023-cü il tarixli, 2(080)-76/2022 nömrəli qərardadından mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X4 nümayəndəsi və vəkili Vəkil2 verdiyi şikayət əsassız hesab edildiyindən 7 g ün müddətində mülki işlə birlikdə baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına göndərilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi verilən qərardaddan şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X5 və onun nümayəndəsi və vəkili Vəkil2 şikayətə yazılı icraat qaydasınd a baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün izahat və sübutların bildirişdə göstərilən tarixədək təqdim edilməsi təklif edilmiş, xx.xx.2023-cü il tarixdə X4 vəkili və nümayəndəsi Vəkil2 tərəfindən Ordubad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(080)-76/2022 nömrəli qərardadından verdiyi şikayətin nəzarətə götürülərək, işin obyektiv araşdırılması barədə X9 tərəfindən yazılmış ərizə və ona əlavə edilmiş xx.xx.2022-ci il tarixli qətnamənin rəsmi qaydada təqdim edilməsi barədə Vəkil2 tərəfindən yazılmış xx.xx.2023-cü il tarixli ərizə və həmin qətnamənin xx.xx.2023-cü il tarixdə rəsmi qaydada alınması barədə screenshot (ekran görüntüsü) elektron qaydada məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsas ən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X4 nümayəndəsi və vəkili Vəkil2 şikayətində göstərdiyi dəlilləri mülki işin materialları ilə əlaqəli şəkildə təhlil edərək aşağıdakıları qeyd edir. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, İddiaçı cavabdehlər “X14” otelinə və Cavabdeh2 qarşı “zərərin əvəzinin ödənilməsi tələbi” barədə mülki iş üzrə Ordubad Rayon Məhkəməsinin xx.xx.20 22-ci il tarixli, e-2(080)-76/2022 nömrəli qətnaməsinin xx.xx.2022-ci il tarixdə tərəflərə göndərilməsi barədə poçt reyestri olsa da, cavabdeh “X14” otelinin həmin qətnamənin surətini rəsmi qaydada alması barədə iş materiallarında heç bir məlumat mövcud deyil. İşin araşdırılmış hallarından da görünür ki, xx.xx.2023-cü il tarixdə “X14”nun sahibkarı X4 nümayəndəsi və vəkili X6 ərizə ilə Ordubad Rayon Məhkəməsinə müraciət edərək mülki işin mahiyyəti ilə tanış olmaq məqsədilə həmin mülki iş üzrə iddia ərizəsinin və məhkəmə qətnaməsinin onlara göndərilməsini xahiş etmiş, Ordubad Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli, 2(080)-76/2022 nömrəli qətnaməsinin surəti 08 fevral 2023-cü il tarixli məktubla 09 fevral 2023-cü il tarixdə X5 və onun nümayəndəsi-vəkili X3 göndərilmişdir. Mübahisə predmet i barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs “X14”nun sahibkarı X4 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti 02 mart 2023-cü il tarixində Ordubad Rayon Məhkəməsinə daxil olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Kollegiya işin yuxarıda şərh olunan hallarına əsasən belə hesab edir ki, qeyd edilmiş apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsində müəyyən olunmuş 1 ay müddətində verildiyindən Ordubad Rayon Məhkəməsinin 03 iyun 2022-ci il tarixli, 2(080)-76/2022 nömrəli qətnaməsindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs “X14”nun sahibkarı X4 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən apellyasiya verilməsi üçün müəyyən edilmiş müddət ötürülməmişdir. Kollegiya həmçinin qeyd edir ki, iş materiallarında Ordubad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(080)-76/2022 nömrəli qərardadından X4 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş 17 mart 2023-cü il tarixli şikayətin 02 may 2023-cü il tarixdə Ordubad Rayon Məhkəməsinə daxil olmasını təsdiq edən heç bir məlumat yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 364-cü maddəsinə əsasən apellyasiya şikayətini aldıqdan sonra birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Həmin maddənin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayə tinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. 128.1-ci maddəsinə əsasən, prosessual hərəkətlər həmin Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinin tələbinə əsasən, apellyasi ya instansiyası məhkəməsinin məhkəmənin qərardadını tam ləğv edib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Yuxarıda qeyd olunanları nəzərə alaraq kollegiya belə nəticəyə gəlir ki, İddiaçı cavabdehlər “X14” otelinə və Cavabdeh2 qarşı “zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Ordubad Rayon Məhkəməsinin 14 mart 2023-cü il tarixli, 2(080)-76/2022 nömrəli qərardadından mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X4 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş şikayət təmin edilməli, Ordubad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(080)-76/2022 nömrəli qərardadı tam ləğv edilərək iş həmin məhkəməyə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 264, 397.2, 398.0.2, 400 və 402-ci maddələrini rəhbər tutaraq kollegiya q ə r a r v e r d i: İddiaçı cavabdehlər “X14” otelinə və Cavabdeh2 qarşı “zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Ordubad Rayon Məhkəməsinin 14 mart 2023-cü il tarixli, 2(080)76/2023 nömrəli qərardadından mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X4 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş şikayət təmin edilsin. Ordubad Rayon Məhkəməsinin 14 mart 2023-cü il tarixli, 2(080)-76/2022 nömrəli qərardadı tam ləğv edilərək iş həmin məhkəməyə göndərilsin. Bu qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Bu qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(108)-80/2023
Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2(108)-80/2023
09.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver