Məhkəmə qərarları › İş №2(108)-81/2021

Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(108)-81/2021

22.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-81/2021 22.04.2021 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Quliyev Vüqar Kərim oğlu (sədrliyi və məruzəsi ilə), Xıdırov Əhliman Mehman oğlu və Abbasov Fərman Məmməd oğlundan ibarət tərkibdə, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı borc tələbinə dair mülki iş üzrə Şərur Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(110)-639/2020 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı “xxxx” MMC xx xxxxxx 2020-ci il tarixdə iddia ərizəsi ilə Şərur Rayon Məhkəməsinə müraciət edərək xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********47475 olan Huawei P Smart Z markalı telefon üçün 600 (altı yüz) manat ödənilməmiş hissə, 60 (altmış) manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********27040 olan HOFFMANN X Ultra markalı telefon, HOFFMANN LED TV üçün 588 (beş yüz səksən səkkiz) manat ödənilməmiş hissə, 58 (əlli səkkiz) manat cərimə, ümumilikdə 1306 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1336 manat pulun Cavabdeh alınaraq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şərur Rayon Məhkəməsinin (sədrlik edən S.Ə.Qarayev) xx xxxxxx 2020-ci il tarixli, 2(110)-639/2020 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh xx xxxxxx 2019-cu il tarixli, 00870554 saylı müqaviləyə əsasən İMEİ kodu **********47475 olan Huawei P Smart Z markalı telefon üçün 600 (altı yüz) manat ödənilməmiş hissə, 60 (altmış) manat cərimə, xx xxxxxx 2019-cu il tarixli, 01068336 saylı müqaviləyə əsasən İMEİ kodu **********27040 olan HOFFMANN X Ultra markalı telefon, HOFFMANN LED markalı 32F3100 model televizor üçün 588 (beş yüz səksən səkkiz) manat ödənilməmiş hissə, 58 (əlli səkkiz) manat cərimə, ümumilikdə 1306 (bir min üç yüz altı) manat borc, 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi, cəmi 1336 (bir min üç yüz otuz altı) manat məbləğində pulun tutularaq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməsi qət edilmişdir. Məhkəmənin qətnaməsindən narazı qalan Cavabdeh xx xxxxxx 2021-ci il tarixli apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına müraciət edərək Şərur Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(110)-639/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və i şin yenidən araşdırılması üçün geri qaytarılmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətinin əsası kimi göstərmişdir ki, onun 1336 manat borcu yoxdur, məhkəmə ekspertizası keçirilmədən qət olunmuş qətnamənin hüquqi əsası yoxdur, qətnamə heç bir maddi və prosessual hüquqa əsaslanmamış və qət edilmişdir. Apellyasiya şikayətində Azərbaycan Respublikası MPM-in 372.1, 372.6, 372.7, 385.1-ci maddələrinə istinad edilmişdir. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə baxışı iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə tərəflər məhkəmə baxışı iclaslarında iştirak etməmişlər. İş üzrə Cavabdeh kollegiyaya ünvanladığı teleqramında xx.xx.2021-ci il tarixdə keçiriləcək baxış iclasının təxirə salınmasını xahiş etmiş, xx xxxxx 2021-ci il tarixli teleqramında isə məhkəmə iclasına üzrlü səbəbə görə gələ bilmədiyini qeyd etmişdir. Həmçinin iddiaçı “xxxx” MMC tərəfindən kollegiyaya ünvanlanmış 08 aprel və xx xxxxx 2021-ci il tarixli teleqramlarda məhkəmə iclaslarının iddiaçı təşkilatın iştirakı olmadan baxılmasına etirazlarının olmadığı qeyd edilmişdir. Kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır. Belə ki, həmin maddənin tələblərinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Cavabdeh tərəfindən kollegiyaya teleqram ünvanlanaraq teleqramda iş üzrə ekspertiza keçirilmədiyi və MM-in 467-ci maddəsinin tələblərinin ciddi pozulduğu və düzgün tət biq edilmədiyi göstərilmiş və iş üzrə mühasibatlıq ekspertizasının təyin edilməsini xahiş edilmişdir. İş üzrə mühasibatlıq ekspertizasının təyin edilməsi barədə vəsatətə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası tərəfindən baxılmış və kollegiyanın 2(108)81/2021 nömrəli, xx xxxxx 2021-ci il tarixli qərardadı ilə Cavabdeh iş üzrə mühasibatlıq ekspertizasının təyin edilməsi barədə vəsatəti rədd edilməsi qərara alınmışdır. Kollegiya iş üzrə məruzəçinin məruzəsini və apellyasiya şikayətinin dəlillərini müzakirə edib, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilibedilməməsini apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb apellyasiya ş ikayətinin dəlillərini mülki işin materialları ilə müqayisəli tədqiq edərək, iş üzrə toplanmış sübutları hərtərəfli araşdıraraq aşağıdakıları qeyd edir: Azərbаycаn Rеspublikаsı MPM-in 372.1-ci maddəsinin tələbinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbаycаn Rеspublikаsı MPM-in 372.6-cı maddəsinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 37 2-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitiusiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli qərarında qeyd olunmuşdur ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Kollegiya qanunvericiliyin sadalanan tələblərinə müvafiq olaraq apellyasiya şikay ətinin dəlilini müzakirə etməklə əsassız hesab edir. Belə ki, iş materiallarına əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh (müştəri) arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli, 00870554 saylı müqavilənin 1.1-ci bəndinə əsasən "İddiaçı" özünə məxsus olan əşyaları (bu andan etibarən "Mal"ı adlanacaq) müştəri" yə qeyd edilən şərtlərlə verir, "Müştəri" isə "Mal"ı göstərilən şərtlərlə qəbul edir. Həmin Müqavilələrin 2.1-ci bəndinə əsasən bu Müqavilə üzrə ona məxsus fərdi əlamətləri olan əşya- YENİ QİZİL ZEMANET 2 İL, kodu **********47475 və **********77480 olan Huawei P Smart Z markalı mobil telefondur. X3 2-ci bəndinə əsasən "Ödəniş cədvəli" üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizədək həcmində "Müştəri" mübahisəsiz olaraq peniya ödəyir. Tərəflər arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli, 00870554 saylı müqaviləyə əlavədən (ödəniş cədvəlindən) görünür ki, alıcı qiyməti 720 (yeddi yüz iyirmi) manat olan əşyalar üçün ilkin ödəniş olaraq 0 (sıfır) manat ödəməklə 12 (on iki) ay müddətinə, ayda 60 (altmış) manat ödəməyi öhdəsinə götürüb. İş materiallarına əlavə olunmuş xx xxxxxx 2019-cu il tarixli əşyaların təhvil-təslim aktına əsasən Cavabdeh kodu **********47475, **********77480 olan Huawei P Smart Z model mobil telefonu tam qüsursuz halda təhvil almışdır. İş materiallarına əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh (müştəri) arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli, 01068336 saylı müqavilənin 1.1-ci bəndinə əsasən "İddiaçı" özünə məxsus olan əşyaları (bu andan etibarən "Mal”ı adlanacaq) Müştəri"yə qey d edilən şərtlərlə verir, "Müştəri" isə "Mal"ı göstərilən şərtlərlə qəbul edir. Həmin Müqavilələrin 2.1-ci bəndinə əsasən bu Müqavilə üzrə ona məxsus fərdi əlamətləri olan İMEİ kodu **********27040 və **********27057 olan HOFFMANN X Ultra model mobil telefon və HOFFMANN LED 32F3100 model televizordur. X3 2-ci bəndinə əsasən "Ödəniş cədvəli” üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizədək həcmində "Müştəri”-mübahisəsiz olaraq peniya ödəyir. Tərəflər arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli, 01068336 saylı müqaviləyə əlavədə (ödəniş cədvəlindən) görünür ki, alıcı qiyməti 655 (altı yüz əlli beş) manat, İMEİ kodu **********27040 olan HOFFMANN X Ultra markalı telefon və HOFFMANN LED 32F3100 model televizor üçün ödəniş ola raq 67 (altmış yeddi) manat ödəməklə 12 (on iki) ay müddətinə ayda 49 (qırx doqquz) manat ödəməyi öhdəsinə götürüb. İş materiallarına əlavə olunmuş xx xxxxxx 2019-cu il tarixli əşyaların təhvil-təslim aktına əsasən Cavabdeh kodu **********27040 və **********27057 olan HOFFMANN X Ultra model mobil telefonu və HOFFMANN LED 32F3100 model televizoru tam qüsursuz halda təhvil almışdır. İş materiallarına əlavə olunmuş xx xxxxxx 2020-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən, hal-hazırda cavabdehin cəmiyyətə olan borcu 1188 (bir min yüz səksən səkkiz) manat ödənilməmiş hissə, 118 (bir yüz on səkkiz) manat məbləğində cərimə, ümumilikdə 1306 (bir min üç yüz altı) manat təşkil edir. İş materiallarında olan ********* nömrəli, xx.xx.2020-ci il tarixli Mədaxil Qəbzindən görünür ki, ABC “xxxx" MM C tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar dövlət büdcəsinin AZ21 NABZ**********0000005944 xəzinə hesabına 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli Xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh müqavilənin şərtlərini pozaraq, müqavilədə müəyyən olunmuş vaxt və qaydaya əməl etmədiyi üçün məktubu aldıqdan sonra qısa bir zamanda borcunu ödəmədiyi təqdirdə müvafiq olaraq aidiyyəti üzrə dövlət qurumuna müraciət olunacağı barədə xəbardar edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi 600-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət n əzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 427-ci maddəsinə əsasən isə əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dö vrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsi 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsi 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Yuxarıda sadalananlara əsasən kollegiya qeyd edir ki, mülki qanunvericiliyin tələbinə müvafiq olaraq öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirmə si sayılır Azərbaycan Respublikası Mülki Məcəlləsi 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, verilmiş tələb Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə uyğun olmaqla yanaşı, tələbi təsdiq edən sənədlər təqdim olunmuşdur və ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə mövcud deyildir. Çünki qeyd ol unan sənədlərdən də göründüyü kimi "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli, 00870554 saylı Müqaviləyə əsasən alıcı Cavabdeh "xxxx" MMC-dən qiyməti 720 (yeddi yüz iyirmi) manat, İMEİ kodu **********47475 olan Huawei P Smart Z markalı telefon üçün ilkin ödəniş 0 (sıfır) manat ödəyərək, 12 (on iki) ay müddətinə, ayda 60 (altmış) manat olmaqla ödəməyi, xx xxxxxx 2019-cu il tarixli, 01068336 saylı müqaviləyə əsasən qiyməti 655 (altı yüz əlli beş) manat, İMEİ kodu 3**********27040 olan HOFFMANN X Ultra markalı telefon, HOFFMANN LED 32F3100 model televizor üçün ilkin ödəniş 67 (altmış yeddi) manat ödəyərək, 12 (on iki) ay müddətinə, ayda 49 (qırx doqquz) manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Lakin Cavabdeh üzərinə götürdüyü öhdəlikləri lazımı qaydada icra etm əyərək cəmi 187 (bir yüz səksən yeddi) manat ödəniş etmişdir və iş üzrə tərəflər arasında bağlanmış Müqavilələrə əlavənin 2-ci bəndinə əsasən "ödəniş cədvəli" üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizədək həcmində "Müştəri” mübahisəsiz olaraq peniya ödəməlidir. Qeyd edilənlərə müvafiq olaraq iş materiallarına əlavə olunmuş maliyyə və ödəniş cədvəlinə əsasən, hal- hazırda cavabdehin iddiaçıya ümumilikdə 1306 (bir min üç yüz altı) manat borcunun olması müəyyən edildiyindən iş üzrə tərəflər arasında bağlanmış Müqavilənin şərtlərinə müvafiq olaraq da iddiaçının cavabdehdən ümumilikdə borcun ödənilməsini tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1 və 399.1-ci maddələrinə əsasən mülki hüqu q və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən isə tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Yuxarıda qeyd olunan iddiaçı təşkilatın birinci instansiya məhkəməsinə təqdim etdiyi sübutlardan da aydın olduğu kimi, tərəflər arasında müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada qarşılıqlı razılığa gəlinməklə qeyd olunan müqavilə bağlanmış və müqavilə bağlandığı andan qüvvəyə minməklə tərəflər üçün bir sıra qarşılıqlı öhdəliklər yaratmışdır. Kollegiya həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki Pr osessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan,...az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılır. Həmin Məcəllənin 284-5.1-284-5.3-cü maddələrinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Mülki işin araşdırılmış hallarından göründüyü kimi, iddiaçı təşkilatın tələb etdiyi məbləğ də iki min manatdan az olduğu üçün birinci instansiya məhkəməsi tərəfindən həmin tələbə düzgün olaraq sadələşdirilmiş icraat qaydasında baxılmış və işə baxılarkən mülki prosessual qanunvericiliyin yuxarıda sadalanan normalarına tam əməl olunmuş dur. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iş üzrə Cavabdeh apellyasiya şikayətinin dəlili kimi göstərdiyi yuxarıda sadalanan müvafiq hallar birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas təşkil etmir. Beləliklə, kollegiya mülki işin apellyasiya qaydasında baxılması zamanı müəyyən edilmiş hallarına əsaslanmaqla qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmiş, iş üzrə mövcud olan sübutların tədqiqi nəticəsində qəbul edilmiş qətnamə kifayət qədər geniş, düzgün və qanuni faktlarla əsaslandırılmışdır. Mübahisənin həllində mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmış, maddi və prosessual hüquq normalarına düzgün əməl edilməklə qan uni və əsaslı qətnamə qəbul edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin kassasiya şikayətinin mümkünlüyü adlanan 404-1-ci maddəsinin tələbinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: İddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı borc tələbinə dair mülki iş üzrə Şərur Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(110)-639/2020 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayət i təmin edilməsin. Şərur Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(110)-639/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Bu qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar