Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-81/2025 02.05.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Allahverdiyev Mehman Dünyamalı oğlu (sədrliyi və məruzəsi ilə), Kuimova Vera Gennadiyevna və Əliyev Zamiq Xudaverdi oğlundan ibarət tərkibdə, X2 məhkəmə iclas katibliyi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Culfa Rayon Məhkəməsinin 13 fevral 2025-ci il tarixli, 2(089)-42/2025 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada “BMW 530” markalı, ** RH *** dövlət qeydiyya t nişanlı minik avtomobilinin (buraxılış ili 2005, Ban nömrəsi WBANE71036CM03845, mühərrik nömrəsi 04046112, metalik rəng) dəyərinin ödənilməməsinə görə 12200 manatın və dövlət rüsumu olaraq ödənilmiş 127 manatın, cəmi 12327 manat məbləğində vurulmuş maddi ziyanın xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Culfa Rayon Məhkəməsinin 13 fevral 2025-ci il tarixli, 2(089)-42/2025 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh1 11200 manat məbləğində pulun alınıb İddiaçı verilməsi, ödənilmiş 127 manat məbləğində dövlət rüsumunun 123.6 manat hissəsinin Cavabdeh1 alınıb İddiaçı verilməsi, 3.4 manat hissəsinin özünə aid edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Məhkəmənin həmin qətnaməsi ilə razılaşmayan cavabdeh Məmmədov X4 Muxtar Resp ublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verərək Culfa Rayon Məhkəməsinin 13 fevral 2025-ci il tarixli, 2(089)-42/2025 nömrəli qətnaməsinin ləğv edilməklə, iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, “...qətnamə ilə razılaşmır, ona görə ki, iddiaçı X3 ilə avtomobil barədə ilk danışıqları 27 oktyabr 2024-cü il tarixində olmuş, həmin vaxt iddiaçı onlara gələrək özünə məxsus olan avtomobili təcili olaraq 12000 manata satmasını ona bildirmişdir. Həmin vaxt avtomobili alması ilə bağlı aralarında razılıq olmamış, lakin ona bildirilmişdir ki, bir neçə günə pulu olacaq, gözləsə götürər. 29 oktyabr 2024-cü il tarixdə iddiaçı yenə onlara gələrək bildirmişdir ki, avtomobilini satır, amma 15000 manata. Ona bildirmişdir ki, o həyat yoldaşına avtomobil alacaq. 15000 manat pula razılaşmışlar və həyat yoldaşı ilə birlikdə 8200 manat pulu hazırlayıb, sayaraq yaşadığı evin önündə iddiaçıya təhvil vermişdir. İddiaçı ilə razılaşmışdır ki, avtomobilin qalan pulunu 02 noyabr 2024-cü il tarixdə versin və Xəncər də həmin vaxt avtomobili ona versin. Göstərilən tarixdə o, iddiaçıya 3000 manat pul verdikdən sonra iddiaçı könüllü olaraq mobil notariat vasitəsi ilə ona avtomobil barədə sərəncam vermək və sair səlahiyyət verən etibarnamə vermişdir. Həmin tarixdən Xəncər avtomobili ona təhvil vermişdir. Ona bildirmişdir ki, ən qısa zamanda avtomobilin pulundan ona borclu qaldığı 3800 manat pulu ona verəcək. 04 noyabr 2024-cü il tarixdə isə özünə məxsus olan “Şevrolet Kruz” markalı avtomobili satmış və Xəncərə borclu qaldığı 3800 manat pulu ona məxsus karta göndərərək həmin avtomobili həyat yoldaşının adına rəsmiləşdirmişdir. Onların arasında heç bir borc qalmamışdır. İddiaçı iddiasında göstərir ki, Qara Qarayev prospektindən Koroğlu metro stansiyasına gedən yolda hərəkətdə olan zaman yanacaqdoldurma stansiyasının yanında maşınını arxadan “Prius” markalı maşın vurmuş, həmin vaxt maşını Beyrək idarə etmişdir. Həmin vaxt özünün sürücülük vəsiqəsi olmadığından Beyrək sığorta vasitəsilə avtomobilə dəymiş ziyanı ala bilmək üçün ona avtomobili idarə etməyə və istifadəyə dair ümumi etibarnamə verməsini bildirmiş, o da qohum olduqları üçün Beyrəyə inanmış, güvənmiş onlayn qaydada ona ümumi etibarnamə vermişdir. Etibarnamə verməkdə məqsədi Beyrəyin maşını təmir etdirməsi olmuşdur. Ond a sual yaranır birincisi maşını təmir etmək üçün etibarnamə verilməsi lazımdırmı?, ikincisi avtomobili təmir üçün etibarnamə verilmişdirsə, nə üçün özünün də etiraf etdiyi hissəyə münasibətdə ona ödədiyi avtomobili almağına görə 3800 manat pulu niyə qəbul etmişdir?. Buradan da aydın olur ki, iddiaçının göstərdikləri reallığı əks etdirmir. Həmçinin iddiaçı məhkəmə prosesində avtomobilini ona satmasını mübahisələndirməmişdir. Ümumiyyətlə iddiaçı tərəfindən məhkəmə qarşısında irəli sürülmüş tələb düzgün əsaslandırılmamış və heç bir sübuta söykənmir. Əgər iddiaçıdan aldığı avtomobilin pulunu ona verməsəydi o, nə üçün onun adına etibarnamə verərək, sərəncam vermək hüququ vermişdir. O, iddiaçıdan razılaşdığı pulu verib avtomobil almışdır. İddiaçı onun adına etibarnamə verənədək avtomobil almasın a görə artıq ona ödəməli olduğu 15000 manat puldan 8200 manat və 3000 manat olmaqla 11200 manat pulu ödəniş etmişdir ki, iddiaçı 02 noyabr 2024-cü il tarixdə onun adına sərəncam vermək hüququ verən etibarnamə vermişdir. Onun iddiaçıya borclu olmağını (qalmağını) təsdiq edən heç bir sübut yoxdur, məhkəmə yalnız iddiaçının haqsız tələbi, izahatı ilə onun iddiaçıya pul ödəməli olduğu qənaətinə gəlmişdir ki, bunun da heç bir hüquqi əsası yoxdur. Məhkəmə qəbul etdiyi qətnamədə qeyd edir ki, məhkəmə tərəflərin verdiyi izahatı, digər sübutları və işin faktiki hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, Cavabdeh1 İddiaçı aldığı nəqliyyat vasitəsinin dəyərindən 11200 manatı ona ödəməməsi öz təsdiqini tapır. İzahat dedikdə yalnız iddiaçı ifadə edir ki o, iddiaçıya pul ödəməmişdir. Məhkəmə digər sübutlar dedikdə hansı digər sübutlar olmasını göstərməyərək əsaslandırmır, çünki belə sübutlar mövcud deyildir. İşin faktiki halları dedikdə işin hansı faktiki hallarından müəyyən olunur ki, o, iddiaçıya aldığı avtomobilin pulunu verməmiş və iddiaçıya 11200 manat ödəməlidir. Məhkəmə nə üçün ödəməli olmalı olduğunu müəyyən etdiyi sübutları və faktiki halları sadalayaraq göstərməmişdir. Heç bir sübuta söykənmədən onun iddiaçıya 11200 manat pul ödəməli olmasını göstərməsi tamamilə qanunsuzdur. Hesab edir ki, məhkəmə tərəfindən İddiaçı aldığı nəqliyyat vasitəsinin dəyərindən 11200 manatı ona ödəməməyini təsdiqini tapan heç bir sübut və dəlil olmadan məhkəmə əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Hesab edir ki, məhkəmə yuxarıda qeyd etdiyi halları (sübutları) tam, hərtərəfli araşdırmadan və düzgün qiymətləndirmə aparmadan qətnamə qəbul etmişdir. Məhkəmə həqiqətin müəyyən edilməsi ilə bağlı onun şahid dindirilməsi ilə bağlı yaşayış yeri üzrə məhkəmə tapşırığının verilməsi barədə vəsatətini əsassız olaraq qəbul etməmiş, iddiaçı tərəfindən isə məhkəməyə heç bir şahid və sübut təqdim olunmamışdır. Məhkəmə istinad etdiyi maddi və prosessual hüquq normalarını nəzərə almadığından iddiaçının iddiasını əsassız olaraq təmin etmişdir. Nəticə etibarı ilə də iş üzrə materiallar məhkəmə tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılmadan heç bir hüquqi əsası olmayan ədalətsiz bir qətnamə çıxarmışdır. Apellyator sonda Culfa Rayon Məhkəməsinin 13 fevral 2025-ci il tarixli, 2(089)42/2025 nömrəli qətnaməsinin ləğv edilərək, iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini kollegiyad an xahiş etmiş, şikayətinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1, 329.1, 329.2, 385.1, 425.1, 443.7, 445.2, 445.3, 560.1, 560.2, 567, 600.1, 600.4, 1091.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.2, 9.1, 14.1, 88-ci maddələrinə, F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli, N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli qərarlara və Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlara istinad etmişdir. Mülki iş apellyasiya şikayətinə əsasən baxılması üçün Naxçıvan MR Ali Məhkəməsinin Mü lki kollegiyasına daxil olmuşdur. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə qarşı etiraz daxil olmuş, etirazda göstərilmişdir ki, apellyasiya şikayətinin dəlilləri söz yığımından ibarət olmaqla, heç bir hüquqa söykənmədiyindən, əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin dəlillərindən məlum olur ki, (apellyator belə düşünür) guya ki, məhkəmə qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, cavabdeh tərəfin kifayət qədər sübut təqdim etməsinə baxmayaraq düzgün nəticəyə gəlməmiş, guya iddiaçı istinad etdiyi halları sübuta yetirə bilməməsinə baxmayaraq, məhkəməyə heç bir sübut təqdim etməmiş anlamına gəlməklə qətnamə qəbul etmişdir. Apellyator Azərbaycan Respubl ikası Mülki Məcəlləsinin 16.1, 329.1, 385.1, 425.1, 443.7, 445.2, 445.3. 560.1, 567, 600.1, 1091.1-ci maddələrinə və MPM-nin 2.2, 9.1, 14.1, 88-ci maddələrinə istinad edərək qətnamənin ləğv olunmasını, iddiaçının tələblərinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Birinci instansiya məhkəməsində cavabdehin etirafedici izahatı ilə bir daha sübut olunmuşdur ki, həqiqətən də, avtomobil digər cavabdehin adına keçirildiyi gündən sonra, yəni ki, xx.xx.2024-cü il tarixdə 2 dəfəyə 1800+2000 manat, cəmi 3800 manat pul vəsaiti onun kart hesabına köçürülmüşdür. Cavabdeh izahatında bildirmişdir ki, İddiaçılə maşın barədə ilk danışıqları xx.xx.2024-cü il tarixdə olmuş, 15000 manata razılaşmışlar. Təqribən 30-31 oktyabr 2024-cü il tarixlərdə 8200 manat, xx.xx.2024-cü il tarixdə 3000 manat, son olaraq xx.xx.2024-cü il tarixdə 3800 manat pulu İddiaçı vermiş, bundan sonra maşını yoldaşı Cavabdeh2 adına sənədləşdirmişdir. 3800 manat ödəməsi ilə bağlı qəbzi təqdim etmişdir, lakin qalan məbləği ödəməsi ilə bağlı sübutu yoxdur. Pul vermiş, maşını almışdır. İddianı qəbul etmir, onun Xəncərə borcu yoxdur. Cavabdeh tərəfindən başqa bir sübut təqdim edilməmişdir. (Məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsinin yenidən etirazda əks olunmasına zərurət yoxdur). Məhkəmə kollegiyasının nəzərinə çatdırır ki, apellyasiya şikayətində göstərilən dəlillər mülki iş materialları ilə təkzib olunur. Cavabdehin məhkəməyə qədərki tutduğu mövqe, aidiyyəti qurumlara haqsız şikayətləri, hazırda da davam edən hərəkətləri bir daha təsdiq edir ki, qəbul edilmiş qətnamə əsaslı olmuşdur. Belə ki, məhkə mə tərəfindən proses iştirakçılarına mübahisə predmetinə dair olan bütün sübutları (yazılı sənədlər, izahatlar və s.) məhkəməyə təqdim etməyə bərabər, obyektiv şərait (imkan) yaradılmış, məhkəmə tərəfindən mülki iş üzrə bütün faktiki və həqiqi hallar araşdırmaqla qətnamə qəbul edilmişdir. Culfa Rayon Məhkəməsi maddi və prosessual hüquq normalarını hazırki mübahisə predmetinə düzgün tətbiq etmiş, məhkəmə prosesləri tərəflərin çəkişmə prinsipi əsasında keçirilmişdir. Məhkəmə obyektiv, qərəzsiz, tədqiq olunmuş sübutlar əsasında qətnamə qəbul etmişdir. Hesab edir ki, faktlar nöqteyi nəzərincə düzgün, həqiqi, əsaslı olan birinci instansiya məhkəməsinin qətnaməsi formal mülahizələrə əsasən ləğv edilə bilməz. Apellyasiya şikayətinə qarşı etirazı əsaslıdır və məhkəmə kollegiyası tərəfindən nəzərə alınmalıdır. Azərbaycan Respublikası MPM-nin 367.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər apellyasiya şikayətinin surəti onlara rəsmi qaydada verildikdən sonra (mənim artıq apellyasiya şikayətinin verilməsi barədə məlumatım vardır, gələcəkdə etirazlar, gələcəkdə etiraza əlavələr etmək istisna olunmur) 20 gün müddətində ona qarşı öz etiraz və ya izahatlarını məhkəməyə göndərməyə haqlıdırlar. Bu Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlanılması barədə qətnamə qəbul etmək səlahiyyətinə malikdir. İddiaçı sonda Naxçıvan MR Culfa Rayon Məhkəməsinin 2(089)-42/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməyərək, birinci instansiya məhkəməsi qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Apellyasiya şikayətinə baxılması zamanı izahat verən iş üzrə Cavabdeh1 iş üzrə İddiaçıla uzaq qohumluq münasibətində olduğunu, iddiaçının polis nəfəri olduğunu və uzun müddətdir onlayn kazino oynadığı üçün borcu olduğunu, 29 oktyabr 2024-cü il tarixdə Xəncərin onlara gələrək ondan təcili ehtiyacı olduğu üçün 8200 manat borc pul istədiyini və 2-3 gün sonra avtomobilini sataraq borcu qaytaracağını bildirdiyini, həyat yoldaşı Səmanənin pulu verməyə etiraz etməsinə baxmayaraq həmin məbləği iddiaçıya verdiyini, 02 noyabr 2024-cü il tarixdə Xəncərin avtomobilini lombarda qiymət edərək vermək istəyərkən həmin avtomobili almasını ona təklif etdiy ini, iddiaçıya verdiyi borcu geri ala bilməyəcəyini düşünərək təklif olunan həmin avtomobili 15000 manata razılaşdıqlarını və iddiaçı tərəfindən ona etibarnamə verildiyini bildirmişdir. Cavabdeh1 qeyd etmişdir ki, həmin gün etibarnamə ilə avtomobil ona təhvil verildikdən sonra yenidən iddiaçıya 3000 manat pul vermiş və 04 noyabr 2024-cü il tarixdə isə avtomobili həyat yoldaşı Səmanənin adına sənədləşdirdikdən sonra razılıqlarına uyğun olaraq qalmış 3800 manat pulu kart vasitəsi ilə iddiaçıya ödəmişdir. Sonuncu ödədiyi pulu isə özünə məxsus olan “Şevrolet Kruz” markalı avtomobili satdığı üçün ödəyə bilmişdir. Özünün və həyat yoldaşının heç bir yerdə rəsmi olaraq işləmədiyini, qeyri-rəsmi olaraq taksi fəaliyyəti ilə məşğul olduğunu bildirən cavabdeh, mübahisə olunan avtomobilin üzərinə həbs qoyulması səbəbindən artıq sürücü də işləyə bilmədiyini və məhkəmə prosesinə belə yoldaşının üzüyünü sataraq gəldiyini qeyd etmişdir. Hazırda iddiaçıya heç bir borcunun olmadığını, bu hadisələrin yeganə şahidinin arvadı Səmanə olduğunu bildirən apellyator sonda Culfa Rayon Məhkəməsinin 13 fevral 2025-ci il tarixli, 2(089)-42/2025 nömrəli qətnaməsinin ləğv edilərək, iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə baxılması zamanı izahat verən iş üzrə Cavabdeh2 Culfa Rayon Məhkəməsinin 13 fevral 2025-ci il tarixli, 2(089)-42/2025 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə İddiaçı m əhkəmə iclasında iştirak etməmiş, lakin kollegiyanın ünvanına ərizə ilə müraciət edərək xidməti işi ilə əlaqədar olaraq məhkəmə iclasında təyin olunmuş vaxtda iştirak edə bilməyəcəyini, məhkəmə iclasının onun iştirakı olmadan keçirilərək, Culfa Rayon Məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iş üzrə İddiaçı iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, həmin maddənin tələbinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraa tının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1, 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmin Məcəllənin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olar aq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materialları nı araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalıdır. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi işə baxarkən gəldiyi nəticə ilə bağlı maddi hüquq normasını səhv tətbiq etmişdir ki, bu səbəbdən də gəldiyi nəticə qanuni və əsaslı hesab edilə bilməz. Belə ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, aşağıdakıları müəyyən etmişdir. Yuxarıda da qeyd olunduğu kimi iş üzrə Cavabdeh1 apellyasiya şikayətinin dəlillərində birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsinin ləğvinə əsas kimi “..İddiaçı ilə avtomobil barədə ilk danışıqlarının 27 oktyabr 2024-cü il tarixində olduğunu, həmin vaxt iddiaçının onlara gələrək ona məxsus olan avtomobili təcili olaraq 12000 manata satmasını ona bildirdiyini, həmin vaxt avtomobili alması ilə bağlı aralarında razılıq olmadığını, lakin ona bir neçə günə pulu olacaq, gözləsə götürəcəyini bildirdiyini, 29 oktyabr 2024-cü il tarixdə iddiaçının yenə onlara gəldiyini, avtomobilini 15000 manata satacağını dediyini, o həyat yoldaşına avtomobil alacağını bildirdyini, onların 15000 manat pula razılaşdıqlarını və həyat yoldaşı ilə birlikdə 8200 manat pulu hazırlayıb, sayaraq yaşadığı evin önündə iddiaçıya təhvil verdiyini, avtomobilin qalan pulunu 02 noyabr 2024-cü il tarixdə verəcəyi və Xəncərin də həmin vaxt avtomobili ona verəcəyi barədə razılaşdıqlarını, göstərilən tarixdə iddiaçıya 3000 manat pul verdikdən sonra iddiaçının könüllü olaraq mobil notariat vasitəsi ilə ona avtomobil barədə sərəncam vermək və sair səlahiyyət verən etibarnamə verdiyini, həmin tarixdən Xəncərin avtomobili ona təhvil verdiyini, ən qısa zamanda avtomobilin pulundan ona borclu qaldığı 3800 manat pulu ona verəcəyini bildirdiyini, 04 noyabr 2024-cü il tarixdə isə özünə məxsus olan “Şevrolet Kruz” markalı avtomobili satdığını və Xəncərə borclu qaldığı 3800 manat pulu ona məxsus karta göndərərək həmin avtomobili həyat yoldaşının adına rəsmiləşdirdiyini, onların arasında heç bir borc qalmadığını” göstərmiş və məhz bu qeyd olunan əsaslara görə Culfa Rayon Məhkəməsinin 13 fevral 2025-ci il tarixli, 2(089)42/2025 nömrəli qətnaməsinin ləğv edilərək, iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini kollegiyadan xahiş etmişdir ki, kollegiya qeyd olunan bu dəli llərlə bağlı aşağıdakıları qeyd edir: Belə ki, iş materiallarından göründüyü kimi, iş üzrə İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada “BMW 530” markalı, ** RH *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin (buraxılış ili 2005, Ban nömrəsi WBANE71036CM03845, mühərrik nömrəsi 04046112, metalik rəng) dəyərinin ödənilməməsinə görə 12200 manat məbləğində vurulmuş maddi ziyanın xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın predmetindən də göründüyü kimi iddiaçı tələbində cavabdehlər tərəfindən ona vurulmuş ziyanın ödənilməsini xahiş etmiş, həmçinin iddia tələbinin hüquqi əsası kimi də zərərin əvəzinin ödənilməsinə dair maddi hüquq normalarına istinad etmiş, birinci instansiya məhkəməsi isə iddianı qism ən təmin etməklə yuxarıda qeyd olunan nəticəyə gəlmişdir. Kollegiya hazırki mübahisə ilə bağlı ilk növbədə aşağıda qeyd olunan 3 məsələyə hüquqi baxımdan aydınlıq gətirilməsini zəruri hesab edir.
1. Tərəflər arasında hüquqi əsaslarla bağlanmış hər hansı müqavilə və ya qanunla müəyyən edilmiş öhdəlik mövcuddurmu?.
2. İddiaçının iddia tələbinin predmetini təşkil edən vurulmuş ziyanla bağlı hüquqi əsaslar mövcuddurmu?.
3. Tərəflər arasında yaranan münasibətlərdə əsassız varlanma ilə bağlı hüquqi əsaslar varmı?. Çünki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Beləliklə, tələbin hüquqi əsası ilə bağlı birinci məsələyə aydınlıq gətirən kollegiya qeyd edir ki, mülki iş materiallarına əlavə olunmuş 05 sentyabr 2024-cü il tarixli etibarnamənin surətindən (səh.6) göründüyü kimi “BMW 530” markalı, ** RH *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin (buraxılış ili 2005, Ban nömrəsi WBANE71036CM03845, mühərrik nömrəsi 04046112, metalik rəng) mülkiyyətçisi X8 olmuş, qeyd olunan etibarnamə ilə avtomobil X1 etibar edilmiş, Ə.E.Qurbanzadə sürücülük hüququ olduqda idarə etmək, ipoteka qoymaq, qeydiyyata salmaq, ərizə vermək, bağışlamaq, sərəncam vermək və digər hərəkətlər etmək, qeydiyyatdan çıxarmaq səlahiyyətlərinə malik olmuşdur. İş materiallarında olan 02 noyabr 2024-cü il tarixli etibarnamədən (səh.7) görünür ki, “BMW 530 minik” m arkalı (buraxılış ili 2005, Ban nömrəsi WBANE71036CM03845, mühərrik nömrəsi 04046112, metalik rəng) nəqliyyat vasitəsi X8 tərəfindən təmsilçilik qaydasında (İddiaçı verilmiş etibarnamə əsasında) Cavabdeh1 etibar edilmiş, bu etibarnaməyə əsasən Cavabdeh1 sürücülük hüququ olduqda idarə etmək, ipoteka qoymaq, qeydiyyata salmaq, ərizə vermək, bağışlamaq, sərəncam vermək və digər hərəkətlər etmək, qeydiyyatdan çıxarmaq səlahiyyətlərinə malik olmuş, Cavabdeh1 isə 04 noyabr 2024-cü il tarixdə ona verilən həmin etibarnamə əsasında avtomobili öz həyat yoldaşı Cavabdeh2 adına rəsmləşdirmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” 18 mart 2022ci tarixli qərarında qeyd edilmişdir ki, yalan əqd ba şqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir. Beləliklə, yalan əqd tərəflərin həqiqi iradələri ilə bu iradənin ifadəsi arasında bilərəkdən yaratdıqları uyğunsuzluqdur. Tərəflər əslində bir hüquqi prosedur həyata keçirmək iradəsinə sahib olduqları halda, üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyəti ilə qəsdən sanki başqa bir hüquqi prosedur həyata keçirmək iradəsində olduqlarını göstərirlər. Hazırki vəziyyətdə tərəflər arasında bağlanmış müqavilə nəqliyyat vasitəsinin alqısatqısı müqaviləsi olsa da, onlar qanunvericiliyin forma və tələbi baxımından, yəni həmin müqavilənin yazılı olma şərtinə əməl etmədiklərindən kollegiya yuxarıda qeyd edilən maddi hüquq normalarını sübutetmə qaydası və vəzifələri baxımından nəzərə almışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi nin: - 324.2-ci maddəsinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər; - 324.4-cü maddəsinin tələbinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir; - 329.1 və 329.2-ci maddələri ilə müəyyən edilir ki, əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır; - 650-ci maddəsinə əsasən rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alqı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. A zərbaycan Respublikası MM-nin 394-cü maddəsinə əsasən bir tərəfin daşınmaz əşyaya mülkiyyət hüququ və digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Beləliklə, işin müəyyən olunmuş faktiki və hüquq hallarına əsasən tərəflər arasında hüquqi əsaslarla bağlanmış hər hansı müqavilə ilə müəyyən edilmiş öhdəlik münasibətlərinin mövcud olması halı müəyyən olunmamış, avtomobil könüllü şəkildə iddiaçı tərəfindən etibarnamə əsasında cavabdehə təqdim olunmuş və qarşılığında heç bir müqavilə bağlanmamış, Cavabdeh1 da avtomobili öz həyat yoldaşı Cavabdeh2 adına rəsmiləşdirmişdir. Belə olan halda isə tərəflər arasında bağlanan nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi notarial qaydasında təsdiqlənməli olduğu halda tər əflər bunu etmədiklərindən, həmçinin onlar nəqliyyat vasitəsinin alqı-satqısı ilə bağlı qanunvericiliklə müəyyən olunmuş müqavilə şərtlərinə riayət etmədiklərdən hazırkı mübahisəyə müqavilə münasibətlərindən irəli gələn maddi hüquq normalarının tətbiq olunması yolverilməzdir. Qeyd olunmalıdır ki, bu hissədə birinci instansiya məhkəməsi də eyni mövqedən çıxış etmişdir ki, kollegiya bu hissədə gəlinən nəticə ilə razılaşır. Tələbin hüquqi əsası ilə bağlı ikinci məsələyə, yəni iddiaçının iddia tələbinin predmetini təşkil edən vurulmuş ziyanla bağlı hüquqi əsaslar mövcudluğuna aydınlıq gətirən kollegiya ilk olaraq qeyd edir ki, iddia ərizəsindən də göründüyü kimi, iddiaçı tələbini hüquqi əsası kimi Mülki Məcəllənin 158.1.2, 158.4 və 1115-cı maddələrinə istinad etmişdir. Kollegiya əvvəlcə qeyd e tməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.8-ci maddəsinə görə mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir. Bu Məcəllənin 157.2-ci maddəsində qeyd olunur ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məcəllənin 158.4-cü maddəsinə əsasə n mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Yuxarıda da qeyd olunduğu kimi iş materiallarına əsasən müəyyən olunmuşdur ki, (05 sentyabr 2024-cü il tarixli və 02 noyabr 2024-cü il tarixli etibarnamələrin surətindən) “BMW 530” markalı, ** RH *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin mülkiyyətçisi X8 olmuş, mülkiyyətçi tərəfindən verilmiş etibarnamə ilə avtomobilə dair səlahiyyətlər X1 və İddiaçı ötürülmüş, 02 noyabr 2024-cü il tarixli etibarnamə (səh.7) əsasında həmin nəqliyyat vasitəsi İddiaçı tərəfindən Cavabdeh1 etibar edilmiş, verilən həmin etibarnaməyə əsasən Cavabdeh1 sürücülük hüququ olduqda idarə etmək, ipoteka qoymaq, qeydiyyata salmaq, ərizə vermək, bağışlamaq, sərəncam vermək və digər hərəkətlər etmək, qeydiyyatdan çıxarmaq səlahiyyətlərinə malik olmuşdur. Göründüyü kimi “BMW 530” markalı, ** RH *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin mülkiyyətçisi X8 olmuş, mülkiyyətçi tərəfindən verilən etibarnamələr əsasında adıçəkilən şəxslərə səlahiyyətlər ötürülmüşdür. Mülki qanunvericiliyin yuxarıda istinad olunan normalarından da göründüyü kimi, mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir. Mülki işin müəyyən olunmuş hallarından isə görünür ki, İddiaçı ona etibarnamə ilə ötürülmüş səlahiyyət əsasında öz iradəsi ilə av tomobili Cavabdeh1 etibar etmişdir. İddiaçının mülkiyyətçi olmayan şəxs kimi əmlak hüquqlarının pozulmasından müdafiə ilə bağlı istinad etdiyi maddələrə münasibətdə isə kollegiya diqqəti ona yönəldir ki, Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozisiya şərtlərinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Yəni maddənin məzmunundan da göründüyü kimi, iddiaçı tərəfindən istinad olunan bu maddədə şəxsin əmlak hüquqlarının pozulması halı ilə bağlı qanunvericiliyin tələbi ifadə olunur və nəzərə alınmalıdır ki, hazırki tələbin predmetini mülkiyyət hüquqlarının müdafiəsi təşkil etmir. Tələbin hüquqi əsası ilə bağlı üçüncü məsələyə, yəni tərəflər arasında yaranan münasibətlərdə əsassız varlanma ilə bağlı əsasların mövcudluğuna gəlincə, birinci instansiya məhkəməsinin qətnaməsinin məzmunundan da göründüyü kimi, işə baxan məhkəmə hazırki mübahisəyə münasibətdə tələbin əsasını əsassız varlanma kimi qiymətləndirmiş və bu əsasdan irəli gələn maddi hüquq normaları tətbiq edilməli olduğu qənaətinə gəlmişdir. İlk olaraq qeyd edək ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinin tələbinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə görə, əsasız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsa sa və ya sonralar aradan qalxmış əsasa söykənir. Bu Məcəllənin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Bu Məcəllənin 1093.1-ci maddəsinə görə öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Mülki işin müəyyən olunmuş hallarına əsasən hazırkı tələblə bağlı hüquqi əsas əsassız varlanma olsa da, yəni birinci instansiya məhkəməsi iddia tələbinin qanuni əsasını düzgün tapsa da, qərar qəbul edərkən maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Belə ki, yuxarıda sadalanan maddələrin dispozisiya şərtlərindən də göründüyü kimi, hazırki vəziyyətdə iddiaçı cavabdehdən ilk olaraq verdiyini, yəni avtomobili geri tələb etməli olduğu halda, bunu etməmiş, əvəzində vurulmuş maddi ziyanın xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış münasibətlərin mahiyyətini, yəni iddia tələbinin qanuni əsasını düzgün tapsa da, gəldiyi nəticəni işin halları və tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə izah etməmiş, maddi hüquq normalarını düzgün qiymətləndirməyərək nəticədə işin hallarına uyğun olmayan qətnamə qəbul etmişdir. Kollegiya qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəy i və nəyə əsasən tələb edir?. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki mühakimə icraatında hakimin işinə yarayan, yəni yekun qərarın çıxarılmasını asanlaşdıran bir qayda var – iddiaçının dediklərinə əsasən iddia təmin olunan deyilsə, qarşı tərəfin etirazları ilə bağlı araşdırma aparmadan mübahisəni bitirmək olar. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, apellyasiya baxışı zamanı Cavabdeh1 izahatında göstərdiyi halları aydınlaşdırmaq məqsədilə “Elektron Məhkəmə” İnformasiya Sistemində cavabdehin digər məhkəmə işlərinə nəzər salan zaman məlum olmuşdur ki, mübahisəli avtomobil barədə xx.xx.2024-cü tarixdə müvəqqəti təminat tədbiri barədə ərizə Culfa Rayon Məhkəməsinə daxil olmuşdur. İş üzrə Cavabdeh1 izahatı ilə həmin avtomobilin üzərinə həbs qoyulduğu, 6 aydan çox müddətdir ki, avtomo bilin onların yaşadığı həyətdə saxlanıldığı, həbs səbəbindən avtomobildən istifadə edilmədiyi, həmçinin avtomobilin hazırda saz vəziyyətdə olduğu məlum olmuşdur. Belə olan halda isə kollegiya hesab edir ki, iddia tələbi düzgün qoyulmamış, hazırki vəziyyətdə iddiaçı cavabdehdən ilk olaraq verdiyini, yəni varlanmış şəxsdən əldə etdiyini geri tələb etməli olduğu halda, bunu etməmiş, əvəzində vurulmuş maddi ziyanın xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, birinci instansiya məhkəməsi isə iddia tələbinin qanuni əsasını düzgün müəyyən etsə də, maddi hüquq normalarının tətbiqində səhvə yol verərək hazırki nəticəyə gəlmişdir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 nömrəli Qərarında göstərilmişdir ki, qətnam ə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin əsaslandırıcı hissəsinə xüsusi diqqət verilməlidir. Qətnamənin həmin hissəsində işin məhkəmə tərəfindən müəyyən olunmuş halları məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər rəhbər tutduğu, qanunlar və ya digər hüquqi aktlar göstərilməlidir. Məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edi lməməsinin səbəbləri orada aydın izah edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddədə göstərilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya intansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasın da yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Bu Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Beləliklə, kollegiya mülki işin apellyasiya qaydasında baxılması zamanı müəyyən edilmiş hallarına əsaslanmaqla qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı səhv nəticəyə gəlmiş, iş üzrə mövcud olan sübutların tədqiqi nəticəsində qəbul edilmiş qətnamə qanuni əsaslarla əsaslandırılmamışdır. Mübahisənin həllində mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmamış, maddi hüquq normalarının tətbiqində səhvə yol verməklə düzgün olmayan qətnamə qəbul edilmişdir. Sadalanan xüsusatları nəzərə alaraq kollegiya belə nəticəyə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Culfa Rayon Məhkəməsinin 13 fevral 2025-ci il tarixli, 2(089)-42/2025 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Culfa Rayon Məhkəməsinin 13 fevral 2025-ci il tarixli, 2(089)-42/2025 nömrəli qətnaməsi tamamilə ləğv edilməli və iddia tələbi r ədd olunmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 385.1.1, 392 və 402.1-ci maddələrini rəhbər tutaraq kollegiya qətetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Culfa Rayon Məhkəməsinin 13 fevral 2025-ci il tarixli, 2(089)42/2025 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Culfa Rayon Məhkəməsinin 13 fevral 2025-ci il tarixli, 2(089)-42/2025 nömrəli qətnaməsi tamamilə ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Naxçı van Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.