Məhkəmə qərarları › İş №2(108)-82/2025

Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(108)-82/2025

02.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-82/2025 02.06.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Kuimova Vera Gennadiyevna (sədrliyi və məruzəsi ilə), Allahverdiyev Mehman Dünyamalı oğlu və Əliyev Zamiq Xudaverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Şərur Rayon Məhkəməsinin 17 fevral 2025-ci il tarixli, 2(110)-36/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyətində olan "Kia Sorento" markalı, **-LS-*** dövlət qeydiyyat nişanlı avtomobilinə dəymiş ziyanın ödənilməyən 6920 (altı min doqquz yüz iyirmi) manat hissəsi və ödədiyi 89.2 (səksən doqquz manat iyirmi qəpik) manat dövlət rüsumunun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şərur Rayon Məhkəməsinin (S.Ə.Qarayev) 17 fevral 2025-ci il tarixli, 2(110)-36/2025 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh "Kia Sorento" markalı, **LS-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın ödənilməyən 1110 (bir min bir yüz on) manatı və 89.2 manat dövlət rüsumunun 14.30 manatı olmaqla, ümumilikdə 1124.30 (bir min bir yüz iyirmi dörd manat otuz qəpik) manat məbləğində pulun alınaraq İddiaçı ödənilməsi, iddianın digər hissədə rədd edilməsi, iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası ilə bağlı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pulun Cavabdeh alınar aq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (kod 502906, VÖEN **********, müxbir hesab AZ88NABZ********************, SFİFT BİK NAXCAZ21, Naxçıvan MR Maliyyə Nazirliyi VÖEN **********, hesab AZ21NABZ********************) hesabına köçürülməsi qət edilmişdir. Məhkəmənin qətnaməsindən narazı qalan İddiaçı apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına müraciət edərək, Şərur Rayon Məhkəməsinin 2(110)-36/2025 saylı xx.xx.2025 tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdi. İddiaçı apellyasiya şikayətini əsaslandıraraq, mülkiyyətində olan "Kia Sorento" markalı, **-LS-*** dövlət qeydiyyat nişanlı avtomobilinə dəymiş ziyanın ödənilməyə n 6920 (altı min doqquz yüz iyirmi) manat hissəsi və ödədiyi 89.2 (səksən doqquz manat iyirmi qəpik) manat dövlət rüsumunun Cavabdeh alınıraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdiyini, iddia ərizəsində xx.xx.2024-cü il tarixində saat 18:00 radələrində mülkiyyətində olan "Kia Sorento" markalı, **-LS-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhəri, Sabunçu rayonunda Ramana Şuşa şəhərciyində yerləşən "Naxçıvan" adlı kafenin qarşısında üzü qəsəbəyə doğru təxminən 40- 45 km saat sürətlə hərəkətdə olarkən yolun döngəli hissəsinə bir qədər qalmış anidən təxminən 5-6 metr məsafədə qarşı əks yolun döngəli hissəsində hərəkətdə olan cavabdehin idarə etdiyi ağ rəngli "Saipa" markalı **-FR-*** dövlət qeydiyyat nişanlı avtomobilin onun avtomobilini vurduğunu, hadisə nəticəsi ndə onun mülkiyyətində olan "Kia Sorento" markalı, **-LS-*** dövlət qeydiyyat nişanlı avtomobilinə maddi zərər dəydiyini, hadisə yerinə TTY avtomobili və Yol Patrol Xidmətinin gəldiyini, TTY əməkdaşlarının onun və digər avtomobilin sürücüsünün aldığı xəsarətləri yerində müayinə etdiklərini və X4 gətirdiklərini, hadisə nəticəsində özünün sağlamlığına yüngün zərər vurmaya aid xəsarətlər aşkar edildiyini, beləliklə Bakı şəhəri, Sabunçu rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin baş təhqiqatçisi polis mayoru İsayev Faiq Żahid oğlunun araşdırma apardığını, təhqiqatçının toplanmış materialları nəzərdən keçirdiyini və araşdırma zamanı “Cavabdeh xx.xx.2024-cü il tarixində saat 17 radələrində etibarnamə əsasında idarə etdiyi "Saipa" markalı **-RF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Sabunçu ra yonu, Ramana Şuşa Şəhərciyi qəsəbə yolunda hərəkətdə olarkən yolun döngəli hissəsində əks istiqamətli yolun hərəkət zolağına çıxaraq qarşıdan əks istiqamətdə hərəkətdə olan sürücü İddiaçı idarə etdiyi "Kia Sorento" markalı, **-LS-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş və toqquşma nəticəsndə sonuncuya yüngün bədən xəsarətlərinin yetirilməsi və özünün yüngül bədən xəsarəti alması ilə nəticələnən ehtiyatsızlıqdan yol nəqliyyat hadisəsi törətmişdir. Beləliklə, sürücü Cavabdeh "Yol hərəkəti haqqında" qanunun 69-cu madddəsinin, 6-cı bəndinin, 1-ci hissəsinin tələblərini pozmuşdur. Bu səbəbdən də Cavabdeh əməlində Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulan cinayət tərkibi olmadığından cinayət işinin başlanılması rədd edilmiş və cavabdeh İXM-nin 327.8-ci maddəsi ilə inz ibati məsuliyyətə cəlb olunması üçün toplanmış materialların Sabunçu Rayon Məhkəməsinə göndərilməsi barədə xx.xx.2024-cü il tarixli Qərar çıxarılmışdır” müəyyən edildiyini, hadisə nəticəsində mülkiyyətində olan "Kia Sorento" markalı, **-LS-*** dövlət qeydiyyat nişanlı avtomobilinə küllü miqdarda ziyan dəydiyini, avtomobilin yararsız hala düşdüyünü, cavabdehin idarə etdiyi ağ rəngli "Saipa" markalı **-FR-*** dövlət qeydiyyat nişanlı avtomobilin "xxxx" tərəfindən icbari sığortalandığını, bu səbəbdən də "xxxx" tərəfindən onun avtomobilinə dəymiş ziyanın təxmini olaraq 5965 manat dəyərləndirildiyini, "xxxx"nın müqavilədə göstərilən maksimum 5000 (beş min) manat dəymiş ziyan ödənişini ona ödədiyini, özünün "xxxx"nın çıxardığı dəymiş zərər məbləğindən narazı olduğu üçün dəymiş ziyanın hesablanma sı üçün qüsur aktının çıxarılması və dəymiş ziyanın düzgün dəyərləndirilməsi üçün "xxxx" MMC-ə müraciət etdiyini, 4 iş günü ərzində avtomobilinə dəymiş ziyanın hesablandığını və nəticədə onun “Kia Sorento" markalı, **-LS-*** dövlət qeydiyyat nişanlı avtomobilinə 11920 (on bir min doqquuz yüz iyirmi) manat ziyan dəydiyi barədə xx.xx.2024-cü il tarixli qüsur aktının "xxxx" MMC tərəfindən ona təqdim edildiyini, "xxxx" MMC tərəfindən avtomobilinə dəymiş ziyan kimi hesablanmış 11920 (on bir min doqquz yüz iyirmi) manat məbləğin 5000 (beş min) manat hissəsinin "xxxx" tərəfindən ödənildiyini, lakin qalan 6920 (altı min doqquz yüz iyirmi) manat hissəsinin ödənilmədiyini, bu səbəbdən də qalan 6920 (altı min doqquz yüz iyirmi) manal hissəsinin cavabdehdən tələb etdiyini, lakin, cavabdehin həmin məbl əği ödəmək istəmədiyini, bu səbəbdən də cavabdehə həmin borcun ödənilməsi tələbi ilə pretenziya məktubu göndərdiyini, lakin cavabdehin yenə də dəymiş ziyanı ödəmədiyini, Şərur Rayon Məhkəməsinin 2(110)976/2024nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə mülki iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının təyin edildiyini, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli 1547 saylı ekspert rəyindən: “ekspertiza tədqiqatına təqdim edilmiş materiallarında olan "xxxx" MMC (VÕEN **********) tərəfindən 17 iyul 2024-cü il tarixli qiymətləndirmə aktında qeyd olunan cədvəldən göründüyü kimi baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 2018-ci il buraxılışlı "Kia" markalı, "Sorento" minik modelli, universal, qara metallik rəngli, mühərrikin həcmi 2199 sm³, ban nömrəsi KNAPG81BBJA451202 olan **-LS-*** dövlət qeydiyyat nişanlı avtomobilinin təmirbərpaxərclərinin dəyəri nəzəri hesablama yolu ilə təxminən 9620,00 (doqquz min altı yüz iyirmi) manat müəyyən edilir. Dəyişilməli hissələrin dəyəri-7820,00 manat; Təmirbərpaxərclərinin dəyəri–1800.0 manat” göründüyünü, Naxçıvan MR Şərur Rayon Məhkəməsinin 2(110)-36/2025 saylı xx.xx.2025 tarixli qətnaməsi ilə Cavabdeh "Kia Sorento" markalı, **-LS-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın ödənilməyən 1110 (bir min bir yüz on) manatı və 89.2 manat dövlət rüsumunun 14.30 manatı olmaqla, ümumilikdə 1124.30 (bir min bir yüz iyirmi dörd manat otuz qəpik) manat məbləğində pulun alınaraq iddiaçıya ödənilməsinin qət olunduğunu, iddianın digər hissədə rədd edildiyini, qeyd edilənlə rə əsasən mülki işə baxan məhkəmə tərəfindən qanunvericiliyin tələblərinin qismən pozulduğunu hesab etdiyini, eləcə də məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan faktiki halların dəqiq aydınlaşdırılmadığını, bunun nəticəsi olaraq birinci instansiya məhkəməsinin qanunsuz və əsassız qətnamə qəbul etdiyini bildirmişdi. İddiaçı apellyasiya şikayətinin hüquqi əsası kimi, Azərbaycan Respublikası Komstitusiyasının 26-cı, 27-ci, 60-cı maddəsinə, İnsan Hüquqlarının və X2 Haqqında Konvensiyanın 6-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 102.1-ci maddəsinə istinad etmişdir. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. İddiaçı məhkəmə baxışı iclasının yeri və vaxtı barədə qabaqcadan lazımi qaydada məlumat verilməsinə baxmayaraq iştirak etməmişdir. Kollegiy a Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakları olmadan baxılmasını mümkün hesab etməşdi. Cavabdeh məhkəmə kollegiyasında verdiyi izahatında apellyasiya şikayətini qəbul etmədiyini, iddiaçının izahatında ki, 40-45 km/saat surətlə onun avtomobilinə zərbə dəydiyini bildirdiyini, amma təqribən 30-35 min manat dəyəri olan avtomobilin 40-45 km/saat surətlə başqa avtomobilə dəydiyi halda ortalama 12.000 manat zərərin hesablanmasının doğru olmadığını, ikinci bir tərəfdən iddiaçı avtomobili qəzadan sonra sığorta təşkilatına aparıb, sığortanın isə 5965 manat olaraq dəyən zərər hesabladığını, iddiaçının isə sığorta təşkilatı ilə razılaşmayıb və avtomobilə dəyən zərəri başqa yerdə hesabladıb 12.000 zərər çıxardığını, əgər iddiaçı sığorta təşkilat ının birinci mərhələdə verdiyi məbləğ ilə razılaşmamışdırsa onda yenidən dəyən zərəri sığorta təşkilatında hesablatmalı olmalı idi, yəni sığorta şərtlərinə əsasən belə olmalı olduğunu, yəni iddiaçının sığorta təşkilatı tərəfindən aparılan qiymətləndirmə ilə razılaşmayıb, oradan 5.000 manatı alıb, sonra isə gedib başqa bir özəl şirkətdə zərəri hesabladıb və zərəri 12.000 manat olaraq müəyyən etdirdiyini, sığorta təşkilatının iddiaçıya dəyən zərərin 5965 manat olaraq müəyyən etdiyini, 5000 manatın ona sığorta təşkilatı tərəfindən ödənildiyini, qalan 965 manat məbləğinin isə onun iki dəfəyə 500-500 manat olaraq ödəyəcəyini bildirdiyini, Naxçıvana gedib-gəlmək və s. xərclər üçün imkanı olmadığını, iddiaçının onunla razılaşmadığını, dəyən zərərin 12.000 manat olduğunu və məhkəməyə verəcəyini de diyini, həmçinin əgər iddiaçı sığorta təşkilatının verdiyi zərərin məbləği ilə razı deyildisə avtomobili təmir etdirmək üçün də sığorta təşkilatına verə biləcəyini qeyd etmək istədiyini, sığorta təşkilatının bunu da təklif etdiyini, lakin iddiaçının sığorta təşkilatı ilə razılaşmayaraq başqa özəl şirkətə müraciət etdiyini, bunun onun hüququ olduğunu, amma zərərin məbləği olaraq 12.000 manatın göstərilməsinin absurd olduğunu, birinci instansiya məhkəməsi tərəfindən "xxxx" şirkətinə elektron qaydada sorğu ünvanlandıraraq iddiaçının avtomobilinə dəyən zərərin 5965 manat olaraq hesablandığını, 5000 manatını sığorta şirkətinin qarşıladığını, onun üzərinə düşən 965 manat məbləğini isə ödəməyə razılıq bildirdiyini, hətta iddiaçının özünə bu barədə məlumat verdiyini, ancaq iddiaçının ona sərt form ada avtomobilinə əlavə olaraq 7.000 manat zərər dəydiyini dediyini, iddiaçının avtomobilini onu tanımadığı, məlumatı olmadığı bir yerə aparıb və orada qeyd etdiyi məbləği müəyyən etdiyini, qəza baş verən zaman səhv etmirsə surətinin 60-70 km/saat olduğunu və bu qəza barədə inzibati xəta haqqında protokol tərtib edildiyini, sığorta şirkətinin verdiyi məbləğ ilə qiymətləndirmə aktında göstərilmiş məbləğ arasında ciddi təqribən 5000 manata qədər fərq olduğunu, qiymətləndirmə aktı ilə tanış olmadığını, hadisə zamanı özünün də yaralandığını, avtomobilin içində qaldığını, bu qəzaya görə dizindən əməliyyat olunduğunu, avtomobildən çıxarılandan sonra özündən getdiyini, hadisə ilə bağlı iddiaçının avtomobilinin buferinin qırıldığını gördüyünü, hazırda avtomobilin iddiaçının istifadəsində olduğunu, iddiaçının avtomobili harada təmir etdirdiyi barədə məlumatının olmadığını, özünün avtomobilinə isə təqribən 2500 manat ziyan dəydiyini, 1500 manat avtomobilin materiallarına, 1000 manat isə ustaya verdiyini, qarşı tərəfin avtomobilinin cip olduğunu, onun avtomobilinin qəza zamanı təkər tərəfinə düşdüyünü, ekspert rəyində göstərilən 6110 manat məbləğin 5000 manatı sığorta şirkəti tərəfindən iddiaçıya ödənildiyini, özünün yerdə qalan 1100 manat ilə razı olduğunu, çünki elə bu məbləğin də sığorta şirkətinin verdiyi məbləğə-965 manat yaxın bir məbləğ olduğunu, hadisə zamanı sığorta şirkətinin hadisə yerinə gəlib şəkilləri çəkib, sonra müəyyən vaxt razılaşdırılmaqla avtomobillər sığorta şirkətinə aparılır və əsaslı yoxlanış aparıldğını, şitin balaca hissəsinin, açılacaq olan hava yerinin ayr ı dəyişdirildiyini, ümumi şitin ayrı dəyişdirildiyini, iddiaçının balaca yeri dəyişdirdiyi halda ümumi şitin qiymətininin ondan tələb etdiyini başa düşmədiyini, hava yastığı açılanda ümumi şitin bəzən zədələnmədiyini, iddiaçının qiymətləndirmə aktını tərtib etdiyi şirkətin şəxsi şirkət olduğunu, iddiaçının avtomobilin dəyərinin-bazar qiymətinin qəzadan sonra azaldığı faktını qəbul etdiyini, hakimin avtomobilin hər bir hissəsi üzrə iş materiallarında olan qiymətləndirmə aktında, ekspert rəyində göstərilmiş, həmçinin sığorta tərəfindən müəyyən edilmiş məbləğləri elan etdiyini, hadisə vaxtı yay fəsli olduğunu, lükun açıq olması məntiqli olmadığını, kapota dəyən zərəri tələb etmək iddiaçının hüququ olduğunu, onun dəyərinin çox olmadığını, dumanlı faraya gəldikdə isə qarşı tərəfin avtomobilində dumanlı faranın olub-olmadığı barədə məlumatı olmadığını, iddiaçının avtomobilinin sol tərəfində dumanlı faranın olmadığını tam görmək olmadığını, amma solda da dumanlı lampa olmalı olduğunu, iddiaçının avtomobilini təmir etdirdiyini və onun istifadəsində olduğunu, ona görə də zərərin hesablanması üçün avtomobili yenidən hesablatdırmağa apara bilmədiyini bildirdi. İş materiallarında olan: "xxxx" ASC-nin qiymətləndirmə aktından görünür ki, «Kia Sorento» markalı, **-LS-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 5965 manatdır.; "xxxx" ASC-nin sığorta aktından görünür ki, «Kia Sorento» markalı, **-LS-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 5965 manat müəyyən edilmiş və sığorta şirkəti tərəfindən İddiaçı hesabına 5000 manat məbləğində pul köçürülmüşdür. Sığorta ödənişini n alınması üçün plastik ödəmə kartının Təhvil-Təslim Aktından görünür ki, "xxxx" ASC tərəfindən İddiaçı AZ43HAJC**********0A90235896 İBAN nömrəli plastik kart təhvil verilmişdir. xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, İddiaçı və Cavabdeh yol nəqliyyat hadisəsi zamanı xəsarət almaları faktına dair toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İddiaçı yenidən "xxxx" MMC şirkətinə müraciəti nəticəsində Acons” MMC tərəfindən tərtib edilmiş Daşınar əmlakın zərər aktından görünür ki, «Kia Sorento» markalı, **-LS-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 11920 manat qiymətləndirilmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 3(008)-5076/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Cavabdeh Az ərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 300 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. **********5 nömrəli, xx.xx.2024-cü il tarixli Mədaxil Qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar "xxxx" MMC elektron ödəmə sistemi vasitəsilə dövlət büdcəsinin xəzinə hesabına 89.20 manat dövlət rüsumu ödənilmişdir. Şərur Rayon Məhkəməsinin 2(110)-976/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə mülki iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli 1547 saylı ekspert rəyinə əsasən: 1. ekspertiza tə dqiqatına təqdim edilmiş iş materiallarında olan "xxxx" MMC (VÕEN **********) tərəfindən 17 iyul 2024-cü il tarixli qiymətləndirmə aktında qeyd olunan cədvəldən göründüyü kimi baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 2018-ci il buraxılışlı "Kia" markalı, "Sorento" minik modelli, universal, qara metallik rəngli, mühərrikin həcmi 2199 sm³, ban nömrəsi KNAPG81BBJA451202 olan **-LS-*** dövlət qeydiyyat nişanlı avtomobilinin təmir-bərpa xərclərinin dəyəri nəzəri hesablama yolu ilə təxminən 9620,00 (doqquz min altı yüz iyirmi) manat müəyyən edilir. Dəyişilməli hissələrin dəyəri - 7820,00 manat; Təmir-bərpa xərclərinin dəyəri – 1800.0 manat təşkil edir.

2. Ekspertiza tədqiqatına təqdim edilmiş iş materiallarında olan "xxxx" ASC tərəfindən tərtib edilmiş qiymətləndirmə aktında qeyd olunan c ədvəldən göründüyü kimi baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində 2018-ci il buraxılışlı "Kia" markalı, "Sorento" minik modelli, universal, qara metallik rəngli, mühərrikin həcmi 2199 sm³, ban nömrəsi KNAPG81BBJA451202 olan 77-LS706 dövlət qeydiyyat nişanlı avtomobilinin təmir-bərpa xərclərinin dəyəri nəzəri hesablama yolu ilə təxminən 6110.0 (altı min yüz on) manat müəyyən edilir. Dəyişilməli hissələrin dəyəri – 4560.0 manat; Təmir-bərpa xərclərinin dəyəri – 1550.0 manat təşkil edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.1-ci maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi bi rinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Kollegiya İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətini yuxarıda qeyd edilən prosessual normaların tələbləri ilə qarşılıqlı şəkildə yoxlayaraq bildirir ki, iddiaçının verdiyi apellyasiya şikayəti mübahisələndirilən Şərur Rayon Məhkəməsinin 17 fevral 2025-ci il tarixli, 2(110)-36/2025 nömrəli qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, məhkəmə aktı tam yoxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə görə mülki mühakimə icraatının əsas vəzifələrindən biri qanunçuluğun bərqərar edilməsidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsidir. (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsi). Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil. Məhz buna görə də qanunverici MPM-in 372.7-ci maddəsində müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlamalıdır. Kollegiya iş materiallarını araşdırıb tərəflərin izahatlarını dinləyərək, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə məcmu halında qiymət verərək, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: -21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; - 925.1-ci maddəsinə əsasən sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsa sında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir; - 925.3-cü maddəsinə əsasən sığorta hadisəsi nəticəsində dəyən zərərin sığortaçı tərəfindən qiymətləndirilməsi, habelə miqdarı barədə tərəflər arasında razılıq əldə edilmədikdə zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla, təyin olunan müstəqil ekspert tərəfindən aparılır. - 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, Sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; - 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin ə vəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak Sığortası üzrə Sığorta ödənişini vermiş Sığortaçıya subroqasiya qaydasında onun verdiyi Sığorta ödənişi məbləğində keçir; -1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. -1097.3.-cü maddəsinə əsasən qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. İddiaçı iddia ərizəsi ilə Şərur Rayon Məhkəməsinə müraciət edərək mülkiyyətində olan "Kia Sorento" markalı, **-LS-*** dövlət qeydiy yat nişanlı avtomobilinə dəymiş ziyanın ödənilməyən 6920 (altı min doqquz yüz iyirmi) manat hissəsi və ödədiyi 89.2 (səksən doqquz manat iyirmi qəpik) manat dövlət rüsumunun Cavabdeh alınıraq ona verilməsini xahiş etmişdir. Şərur Rayon Məhkəməsi tərəfindən İddiaçı Cavabdeh qarşı “dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair iddiasının qismən təmin edilməsi qət edilmişdir. “İcbari sığortalar” haqqında Azərbaycan Respublikasının Qanununun 16.2-ci maddəsinə əsasən Sığortaçı sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən edir. Zərərin sığortaçı tərəfindən müəyyən edilm iş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925-1-ci maddəsinə uyğun olaraq bu Qanunun 34-1-ci maddəsində nəzərdə tutulmuş informasiya sistemi üzərindən təyin olunan müstəqil ekspert tərəfindən aparılır. Həmin Qanunun 16.3-cü maddəsinə əsasən Sığortalı və ya sığorta olunan zərər məbləğinin sığortaçı tərəfindən və ya onun razılığı ilə bu Qanunun 16.4-cü maddəsində nəzərdə tutulmuş müddətdə qiymətləndirilməsinin başladığı anadək Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925.5-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, zərər dəymiş əmlakı sığorta hadisəsindən dərhal sonrakı vəziyyətində saxlamadıqda və ya dəymiş zərərin qiymətləndirilməsi üçün şərait yaratmadıqda, zərərin sığortaçı tə rəfindən müvafiq şəkildə qiymətləndirilməsinin nəticələrini qəbul etməlidir. Həmin Qanunun 16.4-cü maddəsinə əsasən Sığortaçı sığorta hadisəsinin baş verməsi barədə qanunvericiliyin tələblərinə uyğun olaraq məlumatlandırıldığı tarixdən 7 iş günü müddətində əmlaka dəymiş zərərin məbləğinin qiymətləndirilməsini təşkil etmədikdə sığortalı və sığorta olunan, həmçinin zərər çəkmiş üçüncü şəxs təyin etdiyi müstəqil ekspert və ya qiymətləndirici vasitəsilə əmlaka dəymiş zərərin ədalətli şəkildə qiymətləndirilməsinə və aradan qaldırılmasına başlaya bilər. Bu halda əgər sığortaçı əmlaka dəymiş zərərin vaxtında qiymətləndirilməməsini əmlak sahibinin ölümü və ya xəstəliyi, həmçinin sığortalının, sığorta olunanın və ya zərər çəkmiş üçüncü şəxsin əmlakın qiymətləndirilməsi üçün şərait yaratmaması nətic əsində baş verdiyini sübut edə bilməsə, o, zərər çəkmiş üçüncü şəxs tərəfindən bu maddədə nəzərdə tutulmuş qaydada həyata keçirilmiş qiymətləndirmənin nəticələrini qəbul etməlidir. Bu maddədə müəyyən edilmiş zərərin qiymətləndirilməsinə çəkilən xərclər sığortaçı tərəfindən ödənilir. İşin araşdırılması zamanı aydın olmuşdur ki, "xxxx" ASC-i tərəfindən Qanunun tələblərinə riayət edilməmiş hadisənin xx.xx.2024-cü baş verməsinə baxmayaraq qiymətləndirmə aktı 07 noyabr 2024-cü il tarixdə tərtib edilərək yekun məbləğ olaraq 5965 manat hesablanmışdır. Qiymətləndirmə aktında qeyd olunan ehtiyyat hissələrinin qiymətləri qeyd olunsa belə, həmin qiymətləndirmənin hüquqi bazası və normativ sənədlər, metodik yanaşmalar qeyd edilməmişdir. Göründüyü kimi, “İcbari sığortalar” haqqında Azərbaycan Respublik asının Qanununun 56-cı maddəsinə əsasən "xxxx" ASC-i sığortalıya ödəniləcək məbləğlə kifayətlənərək, hadisə nəticəsində dəymiş zərəri tam və obyektiv araşdırmamış, ümumilikdə bunun marağında olmamışdır. Daşınar əmlakın zərər aktının alınması üçün sifarişçi İddiaçı tərəfindən 2022-ci ildə yaradılmış, qiymətləndirmə üzrə xidmətlərin göstərilməsi sahəsində fəaliyyət göstərən "xxxx" MMC müraciət edilmişdir. Şirkət tərəfindən aparılan qiymətləndirmənin nəticəsi olaraq yekun zərərin xərci olaraq 11920 manat göstərilmişdir. Kollegiya "xxxx" MMC (VÕEN **********) tərəfindən tərtib edilmiş 17 iyul 2024-cü il tarixli qiymətləndirmə aktına qiymət verərək belə nəticəyə gəlir ki, "xxxx" MMC tərəfindən akt tərtib edilərkən qiymətləndirmənin hüquqi bazası və normativ sənədlər, metodik yanaşmalardan ist ifadə edilmiş, hər bir ehtiyyat hissəsinin ayrı-ayrılıqda qiymətləri göstərilmiş, qəzaya uğramış avtomobilinin zərər çəkdiyi hissələrinin fotoşəkilləri çəkilmişdir. "xxxx" MMC (VÕEN **********) tərəfindən çeviklik göstərilərək tərtib edilmiş 17 iyul 2024-cü il tarixli qiymətləndirmə aktı obyektiv, hərtərəfli və əhatəli olmaqla mübahisənin həlli üçün daha məqsədəmüvafiq hesab edilməlidir. Kollegiya qeyd edir ki, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli 1547 saylı ekspert rəyində qeyd olunan ekspertiza tədqiqatına təqdim edilmiş iş materiallarında olan "xxxx" MMC (VÕEN **********) tərəfindən 17 iyul 2024-cü il tarixli qiymətləndirmə aktında qeyd olunan cədvəldən göründüyü kimi baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 2018-c i il buraxılışlı "Kia" markalı, "Sorento" minik modelli, universal, qara metallik rəngli, mühərrikin həcmi 2199 sm³, ban nömrəsi KNAPG81BBJA451202 olan **-LS-*** dövlət qeydiyyat nişanlı avtomobilinin təmir-bərpa xərclərinin dəyəri nəzəri hesablama yolu ilə təxminən 9620,00 (doqquz min altı yüz iyirmi) manat müəyyən edilir. Dəyişilməli hissələrin dəyəri - 7820,00 manat; Təmir-bərpa xərclərinin dəyəri – 1800.0 manat nəzərə alınmalıdır. Kollegiya hesab edir ki, 9620 manat məbləğdən "xxxx" ASC-i tərəfindən ödənilmiş 5000 manat məbləğ çıxılaraq, 4620 manat Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Kollegiya apellyasiya şikayətinin dəlillərini iş materialları və tərəflərin izahatları ilə müqayisəli şəkildə müzakirə edərək həmin dəlillərin qətnamənin ləğv olunması üçün əsas sayıla bilməməsi nəti cəsinə gəlsə də hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki hallarını, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlməmiş, iş üzrə mövcud olan sübutların tədqiqi nəticəsində qəbul edilmiş qətnaməni kifayət qədər düzgün və qanuni əsaslarla əsaslandırmamışdır. Mübahisənin həllində mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmamış, maddi və prosessual hüquq normalarına düzgün əməl edilməməklə qanuni və əsaslı qətnamə qəbul edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 385-ci maddəsinə əsasən: 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, y axud qanunu səhv təfsir etsin. İş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası ilə bağlı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğinin 33.38 manatı Cavabdeh, 16.62 manatı isə İddiaçı alınaraq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (kod 502906, VÖEN **********, müxbir hesab AZ88NABZ********************, SFİFT BİK NAXCAZ21, Naxçıvan MR Maliyyə Nazirliyi VÖEN **********, hesab AZ21NABZ********************) hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1, 119.2, 119.5 -ci maddələrinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən dövlət rüsumu olaraq ödənilən 89.20 manat məbləğin 59.55 manatı, apellyasiya şikayəti verilərkən ödənilən 45 manat məbləğin 29.77 manatı, ümumilikdə 89.32 manatı Cavabdeh, qalanı isə iddiaçının özünə aid edilməlidir. Azərbаycаn Respublikаsının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edil miş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsasən kollegiya belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Şərur Rayon Məhkəməsinin 17 fevral 2025-ci il tarixli, 2(110)-36/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Şərur Rayon Məhkəməsinin 17 fevral 2025-ci il tarixli, 2(110)-36/2025 nömrəli qətnaməsi tamamilə ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 382, 384.0.2, 392 və 402.1-ci maddələrini rəhbər tutaraq kollegiya qətetdi: İddiaçı Cavabdeh qarşı “dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Şərur Rayon Məhkəməsinin 17 fevral 2025-ci il tarixli, 2(110)-36/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şərur Rayon Məhkəməsinin 17 fevral 2025-ci il tarixli, 2(110)-36/2025 nömrəli qətnaməsi tamamilə ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdeh qarş ı “dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh 4620 manat dəymiş ziyan alınaraq İddiaçı ödənilsin. İş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası ilə bağlı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğinin 33.38 manat məbləği Cavabdeh, 16.62 manatı isə İddiaçı alınaraq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (kod 502906, VÖEN **********,müxbir hesab AZ88NABZ********************, SFİFT BİK NAXCAZ21, Naxçıvan MR Maliyyə Nazirliyi VÖEN **********, hesab AZ21NABZ********************) hesabına köçürülsün. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi ilə bağlı İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumlarının 89,32 manat miqdarı Cavabdeh tutularaq iddiaçıya ödənilsin. İddiaçı tərəfind ən ödənilmiş dövlət rüsumunun qalan hissəsi onun özünə aid edilsin. Qətnamə dərhal qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar