Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(108)-83/2024 01.04.2024 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Kuimova Vera Gennadiyevna (sədrliyi və məruzəsi ilə), X1 və Allahverdiyev Mehman Dünyamalı oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki iş üzrə məhkəmələr arasında yaranmış ərazi aidiyyətinə görə fikir ayrılığının həll olunması məsələsinə yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i: "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Beyləqan Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 03 iyun 2021-ci il tarixli, İK0306/01 saylı kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixə 6740.39 (altı min yeddi yüz qırx manat otuz doqquz qəpik) manat əsas borc, 169.85 (bir yüz altmış doqquz manat səksən beş qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 6910.24 (altı min doqquz yüz on manat iyirmi dörd qəpik) manat kredit borcunun və iddia ərizənin verilməsi üçün ödənilmiş 89.10 (səksən doqquz manat on qəpik) manat dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq "xxxx" ASCnin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Beyləqan Rayon Məhkəməsinin 23 yanvar 2024-cü il tarixli, e-2(020)-146/2024 nömrəli qərardadı ilə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə bu nəticəyə gəlməsini Cavabdeh1 2019-cu il tarixdən etibarən Beyləqan rayonu, N nömrəli hərbi hissədən Naxçıvan şəhərində yerləşən N saylı hərbi hissəyə tərxis olunması və həmin tarixdən orada yaşaması ilə əsaslandırmışdır. Həmin məlumatı Beyləqan Rayon Məhkəməsinin məhkəmə iclas katibi X5 23 yanvar 2024-cü il tarixdə telefonoqramla Cavabdeh1 zəng vuraraq, ondan şəxsən almışdır. Naxçıvan Şəhər Məhkəməsinin 18 mart 2024-cü il tarixli, 2(078)-494/2024 nömrəli qərardadı ilə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit üzrə borcunun qaytarılması tələbinə dair mülki iş ərazi aidiyyətinin müəyyən edilməsi üçün Naxçıvan Мuxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, belə hesab edir ki, hazı rki mülki işə Beyləqan Rayon Məhkəməsində baxılmalıdır. Belə ki, Azərbаycаn Respublikаsı Mülki Prosessual Məcəlləsinin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. İş materiallarından və “Elektron Məhkəmə İnformasiya Sistemi”ndən əldə edilmiş çıxarış məlumatından aydın olur ki, Cavabdeh1 Beyləqan rayonu, N nömrəli hərbi hissədə qeydiyyatdadır. Həmçinin “Elektron Məhkəmə İnformasiya Sistemi”ndən çıxarılmış şəxsiyyət vəsiqəsi məlumatlarından aydın olur ki, iş üzrə digər Cavabdeh2 ünvan 1 ünvanında rəsmi qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 Beyləqan rayonu, N nömrəli hərbi hissədə qeydiyyatda olduğundan hazırki mülki iş ərazi aidiyyəti üzrə Naxçıvan Şəhər Məhkəməsinə aid deyildir. Beləliklə də mülki iş cavabdehin qeydiyyatda olduğu yerin məhkəməsinə verilməli, yəni işə ərazi aidiyyəti üzrə Beyləqan Rayon Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə əsasə n aidiyyət qaydalarının pozulmasına yol verilmir. Yəni mülki məhkəmə icraatı qaydasında baxılmalı olan iddia ərizəsi Mülki Prosessual Məcəllədə nəzərdə tutulmuş məhkəmə aidiyyəti və ərazi aidiyyəti qaydalarına ciddi riayət etməklə məhkəməyə verilməlidir. Belə ki, Mülki prosessual qanunvericiliyə görə məhkəmə və ya ərazi aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunur. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilm əlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apelyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Məhkəmə kollegiyası işin hallarına hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Beyləqan Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənləri və Аzərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 45.4, 263 və 264-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r а r v e r d i: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Beyləqan Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(108)-83/2024
Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2(108)-83/2024
01.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver