Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-84/2021 18.05.2021 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Qarayev Sənan Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, Xıdırov Əhliman Mehman oğlu və Allahverdiyev Mehman Dünyamalı oğlundan ibarət tərkibdə, X2 məhkəmə iclas katibliyi, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair Culfa Rayon Məhkəməsinin 26 yanvar 2021-ci il tarixli, 2(089)-15/2021 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı 07 avqust 2020-ci il tarixdə pul tələbinə dair iddia ərizəsi ilə Daşkəsən Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 7800 (yeddi min səkkiz yüz) manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daşkəsən Rayon Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli, 2(030)-314/2020 nömrəli qərardadı ilə Cavabdeh vəsatəti təmin edilmiş, İddiaçı Cavabdeh qarşı Cavabdeh 7800 manat məbləğinin alınıb ona verilməsi tələbinə dair iddia ərizəsi üzrə 2(030)-314/2020 nömrəli mülki iş aidiyyəti üzrə baxılması üçün Naxçıvan Muxtar Respublikası Culfa Rayon Məhkəməsinə göndərilmişdir. Culfa Rayon Məhkəməsinin (sədrlik edən M.F.Məmmədov) 26 yanvar 2021-ci il tarixli, 2(089)-15/2021 qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 7500 (yeddi min beş yüz) manat məbləğində pulun alınıb İddiaçı verilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Qətnamə ilə razılaşmayan Cavabdeh 19 fevral 2021-ci il tarixdə apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kol legiyasına müraciət edərək Culfa Rayon Məhkəməsinin 26 yanvar 2021-ci il tarixli, 2(089)-15/2021 nömrəli qətnaməsinin iddianın qismən təmin olunması hissəsinə münasibətdə dəyişdirilməsini, 2300 manat pulun alınıb İddiaçı verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı 7500 (yeddi min beş yüz) manat borcdan əlavə 300 manat da əlavə olaraq sərfıyyat kimi ondan pul tələb etmişdir. Əsl həqiqətdə İddiaçı Tərtər rayonunda zabit kimi xidmətə başlayarkən hərbi qulluqçulara sələmlə (faizlə) pul verən şəxs kimi tanımışdır. Onunla heç bir yaxın dostluq münasibəti olmayıb və onun əsl adının pulu götürdüyü günədək İddiaçı olduğunu belə bilməmişdir. Onun ləqəbi Tərtər rayonunda sələmçi Dədəş olub və onu belə tanımışdır. Hazırkı tələbdən əvvəl 2020-ci ilin fevral ayında Dədəş ləqəbli Mütəllifdən 1200 manat pul götürmüş 15 faizlə həmin ilin mart ayında 1380 manat pul qaytarmış, hazırkı borc tələbi üzrə isə əsl borcu 7500 (yeddi min beş yüz) manat deyil, 2300 (iki min üç yüz) manatdır. Belə ki 2020-ci ilin may ayında Dədəş kimi tanıdığı İddiaçı 2300 manat 15 faizlə sələmə pul götürmüş və Mütəllifın təkidi ilə qəbzdə yazdığı kimi iyul ayının 20-ə deyil, müddətsiz götürmüşdür. Çünki sələm götürülərkən sələmçilərin əsas məqsədi pulun qaytarılması deyil, pulun faizinin alınmasıdır. Dədəşin (Mütəllifın) razılaşdığı kimi də o pulun əsasını deyil, faizini ondan istəmiş, həmin qəbzdən də göründüyü kimi orada konkret olaraq heç bir il yazılmayıbdır və tarix qoyulmayıb, hansı ilin hansı ayında pulun qaytarılacağı da göstəri lməyibdir. Həmin qəbzlə tanış olan istənilən şəxs açıq-aydın hiss edə bilər ki, həmin qəbz yaxşı münasibəti olan şəxslər tərəfindən deyil, sələmlə bağlı yazılıbdır. Hətta şəxsiyyət vəsiqəsi qəbzlə birlikdə İddiaçıdır. Həmin qəbzdə 2300 manat yerinə 7500 manat yazmağının səbəbi isə Dədəşin onun dediklərini yazmayacağı təqdirdə həmin pulu verməyəcəyi ilə bağlıdır. Yəni ki, əgər qəbzdə 7500 manat borcalandığını göstərməsəydi götürəcəyi 2300 manatı ona verməyəcəyini, qəbzdəki qeydlərin hamısını bütünlüklə Dədəşin diktəsi ilə yazdığını, əgər kredit götürüb pulu qaytarmaq imkanı olsaydı nəyə görə Dədəş ləqəbli Mütəllifdən borc pul götürməli olduğunu, elə həmin krediti götürüb problemlərini həll edə biləcəyini, qəbzdə Dədəşin ona diktə etdiyi yalan məlumatları göstərməsəydi ona lazım olan 2300 ma nat pulu verməkdən boyun qaçırırdı. Dədəş ləqəbli İddiaçı olmadığı vaxt Daşkəsən Rayon Məhkəməsində izahat verərək ondan 23 fevral 2020ci il tarixdə guya 7500 manat məbləğində borc pul götürdüyünü göstərmişdir. Dədəşin qeyd etdiyi 23 fevral 2020-ci il tarixdəki borc hazırkı iddia tələbi olan 7500 manat (əslində 2300 manat) ondan aldığı yuxarıda qeyd etdiyi 1200 manat sələmin tarixidir. Hazırkı 7500 manatlıq qəbzlə götürdüyü 2300 manat borcun isə tarixi 2020-ci ilin may ayıdır. Bütün bunlardan görünür ki, o digər sələm verdiyi şəxslərlə və onunla olan sələm pul münasibətlərini yalanları ucbatından qarışdırır. Onun vaxtında əsas borcunu qaytarıb şişirdilmiş rəqəmlə yazılmış qəbzi ala bilməməyinin səbəbi isə xidmətilə əlaqədar olmuşdur. 2300 manat sələm pulu Dədəş ləqəbli Mütəllifdən may ayın da götürdükdən sonra hərbi xidmətlə əlaqədar (istehkamçı olmağı ilə bağlı) xidmətində təcili yerdəyişmələr baş verdiyini və bu səbəbdən 2020-ci ilin iyul ayından Daşkəsən rayonunda yerləşən hərbi hissəyə xidmətə göndərilmiş, həmin vaxtdan xidməti əhəmiyyətli işlər getdiyindən ümumiyyətlə Dədəşlə əlaqə saxlayıb vəziyyəti ona izah etməyinin qeyri-mümkün olduğunu, sadəcə olaraq ona gözləməyini deyə bildiyini, lakin o da sələmçi olduğundan öz qaydalarına uyğun olaraq məhkəməyə yalan üzərindən yazılmış qəbzlə şikayət etdiyini, sonuncu iş yeri dəyişikliyindən sonra müəyyən səbəblərdən istehkamçı olduğundan həmin ilin sentyabr ayının ortalarınadək gücləndirilmiş iş rejimində işlədiyindən Mütəlliflə görüşüb ondan sələmə götürdüyü 2300 manatı ödəyib qəbzi ala bilmədiyini və sonra müharibə başlayand an sonra hərbi hissə Kəlbəcər rayonuna yerləşdirildiyindən 29 yanvar 2021-ci ilədək həmin rayonda gücləndirilmiş iş rejimində xidmətdə olduğunu, buna görə də Culfa Rayon Məhkəməsindəki proseslərdə iştirak edə və əlaqə saxlaya bilmədiyini, əlavə olaraq Daşkəsən Rayon Məhkəməsindəki prosesdə iştirak edəndən sonra qısa müddətə icazə aldığına görə iddiaçı Dədəşin (Mütəllifın) prosesə gecikməsi səbəbindən onu gözləyə bilmədiyini və izahatını verərək təcili hərbi hissəyə qayıtdığını, sonradan məhkəmə işçisinin zəng vuraraq iddiaçının əsas borcu olan 2300 manatla razılaşdığını bildirdiyini, lakin həmin vaxt təkrar icazə ala bilmədiyinə görə pulu aparıb Dədəşə verə bilmədiyini, sonradan isə müharibə başladığından ümumiyyətlə nə Dədəşlə, nə də ki digər şəxslərlə əlaqə yarada bilmədiyindən həmin pul un ödənilməmiş qaldığını, Vətən müharibəsinin əvvəlindən aktiv iştirak edən hərbi qulluqçu olduğunu və Kəlbəcər rayonunun işğaldan azad olunmasına görə medalla təltif olunduğunu, Dədəş ləqəbli İddiaçı 2300 manatdan artıq borcunun olmadığını, ona görə də məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdiyini bildirmişdir. Apеllyаsiyа şikаyətinə qаrşı heç bir еtirаz dахil оlmamışdır. İddiaçı və Cavabdeh məhkəmə baxışı iclaslarının yeri və vaxtı barədə onlara qabaqcadan lazımi qaydada məlumat verilməsinə baxmayaraq iştirak etməmişlər. İddiaçı 31 mart 2021-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına ünvanladığı teleqramda şikayəti qəbul etmədiyini qeyd edərək işə onun iştirakı olmadan baxılması və Culfa Rayon Məhkəməsinin 26 yanvar 2021-ci il tarixli, 2(0 89)15/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını kollegiyadan xahiş etmişdir. Kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə İddiaçı və Cavabdeh iştirakları olmadan baxmışdır. Belə ki, qeyd olunan maddənin tələblərinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə baxışı iclasındakı izahatında Cavabdeh nümayəndəsi X3 аpеllyаsiyа şikаyətini müdаfiə еdərək, oğlu Cavabdeh iddiaçıya borcunun 7500 manat deyil, 2300 manat olduğunu, məhkəməyə təqdim edilən qəbzə zorla, məcbur edərək imza etdirdiklərini, bu barədə dəfələrlə hüquq-mühafizə orqanlarına müraciət etməsinə baxmayaraq tədbir görülmədiyini bildirərək, Culfa Rayon Məhkəməsinin 26 yanvar 2021- ci il tarixli, 2(089)15/2021 nömrəli qətnaməsinin iddianın qismən təmin olunması hissəsinə münasibətdə dəyişdirilməsini, 2300 manat pulun Cavabdeh alınıb İddiaçı verilməsi barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinin tələbinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazda ifadə olunmuş dəlill ərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Kollegiya, iş üzrə məruzəçinin məruzəsini, mülki iş üzrə işdə iştirak edən cavabdehin nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin yuxarıda sadalanan dəlillərini müzakirə edib, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlmişdir: Kollegiya ilk olaraq qeyd edir ki, apellyasiya şikayətində Cavabdeh xahişi Culfa Rayon Məhkəməsinin 26 yanvar 2021-ci il tarixli, 2(089)-15/2021 nömrəli qətnaməsinin iddianın qismən təmin olunması, cavabdehdən tutulmalı olan məbləğ hissəsində dəyişdirilərək, ondan 2300 manat pulun alınıb İddiaçı verilməsi barədə qərar qəbul edilməsindən ibarətdir. Cavabdeh İddiaçı ilə aralarında borc münasibətlərinin olması, borc alması müqabilində Cavabdeh iş materiallarına əlavə edilmiş pul alması barədə qəbzi yazıb imza edərək İddiaçı verməsi və aldığı borcu bu günədək qaytarmaması işin hamılıqla qəbul edilən mübahisəsiz hallarıdır. Cavabdeh tərəfindən işin apellyasiya qaydasında mübahisələndirilən hissəsi isə qeyd edildiyi kimi qaytarılmalı olan borcun məbləği ilə əlaqədardır. Yəni cavabdeh iddiaçıya borcunun olduğunu və ya bu barədə qəbz yazaraq imza etdiyini deyil, iddiaçıya olan borcunun imzaladığı qəbzdə göstərildiyi kimi 7500 (yeddi min beş yüz) manatdan daha az 2300 (iki min üç yüz) manat olduğunu mübahisələndirir. Mülki işin materiallarda olan Daşkəsən R ayon Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli məhkəmə iclas protokolundakı izahatında Cavabdeh iddia ərizəsini qismən qəbul etdiyini, iddiaçıdan 2300 manat məbləğində faizə borc götürdüyünü, ödəyə bilmədiyi üçün iddiaçı faizləri hesablayaraq ona 7500 manat məbləğində borcu olduğu barədə qəbz yazdırdığını, onu hədələyərək qəbzə qol çəkdirdiyini, onun iddiaçıya real borcunun 2300 manat təşkil etdiyini qeyd etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Məhkəmə iclas protokolu da yazılı sübut hesab olunur. İş üzrə tərəflərin Azərbaycan Respublikası Mülki Pro sessual Məcəlləsinin 273-cü maddəsinə uyğun olaraq protokolla tanış ola və onun imzalandığı andan 3 gün ərzində onda yol verilmiş yanlışlıqları və ya natamamlığı göstərməklə protokol barədə yazılı qeydlər təqdim edə bilərlər. Lakin nə iddiaçı, nə də cavabdeh tərəfindən Daşkəsən Rayon Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli məhkəmə iclas protokoluna hər hansı qeyd verilməmişdir. Yanlışlıqlar və ya natamamlıqla bağlı məhkəmə iclas protokoluna qeyd verilməyibsə həmin protokol sübut kimi qəbul edilməlidir. Mülki işin materiallarına əsli və surəti əlavə edilmiş olan, Cavabdeh tərəfindən imzalanaraq İddiaçı verilmiş qəbzdə “Mən Cavabdeh Naxçıvan MR Culfa rayon Yaycı kəndi xx.xx.1996-cı ildənəm. Hal-hazırda N nömrəli hərbi hissədə xidmət edirəm. Tərtər rayonunda yaşayan İddiaçılə yaxın müna sibətim olduğum üçün ondan xahiş etdim ki, mənə 7500 manat pul lazımdır. Həmin pulu ailəmdə xəstə olduğu üçün götürdüm. Həmin pulu mənə mal-qarasını sataraq verdi. Həmin pulu iyul ayının 20-nə kimi kredit götürərək qaytaracam. Qaytarmadığım halda məni məhkəməyə verib öz pulunu almağına heç bir narazılığım və heç bir etirazım yoxdur. İmza: imza Cavabdeh **********” qeyd edilmişdir. Qeyd edilən qəbzin Cavabdeh tərəfindən imzalanması mübahisə olunmur. Belə ki, həm cavabdeh tərəfindən Daşkəsən Rayon Məhkəməsində keçirilən məhkəmə baxışı iclasında verdiyi izahatında, eyni zamanda Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasında keçirilən apellyasiya baxışı zamanı iştirak edən cavabdehin nümayəndəsi X3 tərəfindən də qəbzin şəxsən cavabdeh tərəfindən imzalandığı təsdiq edilir. L akin cavabdeh və onun nümayəndəsinin mübahisələndirdiyi hal həmin qəbzə cavabdehə hədə qorxu gəlməklə imza etdirildiyi ilə əlaqədardır. Eyni zamanda qeyd edildiyi kimi tərəflər arasında borc münasibətləri üzrə öhdəliklərin mövcud olması cavabdehin şəxsən birinci instansiya məhkəməsində, nümayəndəsinin apellyasiya baxışı zamanı verdikləri izahatlarla, eyni zamanda digər iş materialları ilə mübahisəsiz şəkildə təsdiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublik ası Mülki Məcəlləsinin 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Kollegiya cavabdehin apellyasiya şikayətində qeyd etdiyi borc tələbi üzrə isə əsl borcu 7500 (yeddi min beş yüz) manat deyil, 2300 (iki min üç yüz) manat olduğunu, 2020-ci ilin may ayında Dədəş kimi tanıdığı İddiaçı 2300 manat 15 faizlə sələmə pul götürdüyünü və Mütəllifin təkidi ilə qəbzdə yazdığı kimi iyul ayının 20-nə deyil müddətsiz götürdüyünü, sələm götürülərkən sələmçilər in əsas məqsədinin pulun qaytarılması deyil, pulun faizinin alınması olduğunu, Dədəşin (Mütəllifın) razılaşdığı kimi də o pulun əsasını deyil, faizini ondan istədiyini, həmin qəbzdən də göründüyü kimi orada konkret olaraq heç bir il yazılmadığını və tarix qoyulmadığını, hansı ilin hansı ayında pulun qaytarılacağının da göstərilmədiyini, həmin qəbzin sələmlə bağlı yazıldığını, hətta şəxsiyyət vəsiqəsinin qəbzlə birlikdə İddiaçı olduğunu, həmin qəbzdə 2300 manat yerinə 7500 manat yazmağının səbəbinin isə Dədəşin onun dediklərini yazmayacağı təqdirdə həmin pulu verməyəcəyi ilə bağlı olduğuna dair dəlillərinə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 529.3-cü maddəsinə əsasən əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icra nı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Lakin cavabdeh bu halları təsdiq edəcək hər hansı sübutu və ya bunları təsdiq edəcək şahidi məhkəməyə təqdim edə bilməmişdir. Kollegiya cavabdeh və nümayəndəsi tərəfindən borcun məbləği barədə qəbzə zorla və hədə qorxu ilə cavabdehə imza etdirilməsi barədə qeyd edilənlərlə əlaqədar qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339.4-cü maddəsinə əsasən əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hə dələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. Həmin Məcəllənin 354.2-ci maddəsində qeyd edildiyi kimi “Bu Məcəlləni n 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər.”. Qanunvericiliyin qeyd edilən müddəalarının tələblərinə baxmayaraq həmin qəbzə cavabdehə hədə qorxu gəlməklə imza etdirildiyi ilə əlaqədar cavabdeh tərəfindən nə məhkəməyə, nə də başqa hüququ-mühafizə orqanına müraciət edilməsi ilə bağlı hər hansı bir sübut təqdim etməmiş və sonuncu məhkəmə baxışı iclasında da cavabdehin nümayəndəsi belə bir halın olmadığını cavabdehin etiraf etdiyini b ildirmişdir. Həmçinin kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.2-ci maddəsinə əsasən mülki hüquqların həyata keçirilməsi mülki hüquq subyektlərinin iradə sərbəstliyi prinsipinə əsaslanır. Yəni hazırki mülki işdə Cavabdeh iddiaçıdan könüllü borc götürmüşdür. Onlar arasında öhdəlik münasibətləri tərəflərin iradə sərbəstliyinə uyğun olaraq yaranmışdır. Beləliklə, məhkəmə kollegiyası cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir və qeyd edir ki, cavabdeh məhkəməyə Culfa Rayon Məhkəməsinin 26 yanvar 2021-ci il tarixli, 2(089)-15/2021 nömrəli qətnaməsinin iddianın qismən təmin olunması hissəsinə münasibətdə dəyişdirilməsinə əsas ola biləcək hər hansı mötəbər və legitim sübut təqdim edə bilməmişdir. Buna g örə də iddia özü-özlüyündə əsaslıdır və birinci instansiya məhkəməsi tərəfindən doğru olaraq qismən təmin edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin normanın məzmunundan göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd olunan normaya əsasən iddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cav abdeh isə iddiaya qarşı etirazını əsaslandıran halları sübut etməlidir. Cavabdeh tərəfindən iddiaçıya olan borcunun məbləğini təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilməmiş, işə baxılması zamanı hər hansı bir halın araşdırılması ilə əlaqədar vəsatət verilməmişdir. Cavabdeh iddiaya qarşı etirazının əsasını sübut edə bilməmişdir. Ona görə də cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri əsassızdır. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdı r. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə kollegiyası cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir və qeyd edir ki, iddiaçı məhkəməyə cavabdehin hüquqlarının məhdudlaşdırılmasına əsas ola biləcək zəruri halların mövcudluğunu təsdiq edəcək hər hansı mötəbər və legitim sübut təqdim edə bilməmişdir. Buna görə də məhkəmə kollegiyası hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcud olmadığ ı qənaətinə gəlir. Yuxarıda qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mahiyyəti üzrə düzgün çıxarılmış qətnamədir. Apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Culfa Rayon Məhkəməsinin 26 yanvar 2021ci il tarixli, 2(089)-15/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya qeyd olunan nəticəyə gələrkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə əsasən yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq onlardan istifadə etmişdir. Şərh edilənlərə əsasən və Mülki Prosessuаl Məcəllənin 382, 384.0.1, 393 və 402406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cul fa Rayon Məhkəməsinin 26 yanvar 2021-ci il tarixli, 2(089)-15/2021 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Culfa Rayon Məhkəməsinin 26 yanvar 2021-ci il tarixli, 2(089)-15/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(108)-84/2021
Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(108)-84/2021
18.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver