Məhkəmə qərarları › İş №2(108)-85/2022

Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(108)-85/2022

18.07.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-85/2022 18.07.2022 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Xıdırov Əhliman Mehman oğlu (sədrlik edən və məruzəçi), Abbasov Fərman Məmməd oğlu və Allahverdiyev Mehman Dünyamalı oğlundan ibarət tərkibdə, Muradov Vüsal Hicran oğlunun məhkəmə iclas katibliyi ilə, İddiaçı, onun nümayəndəsi Zamanov Rəhman Məmməd oğlunun və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması tələbi barədə” mülki iş üzrə Şərur Rayon Məhkəməsinin 04 may 2022-ci il tarixli, 2(110)-194/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Naxçıvan MR Ali Məhkəməsinin 2(108)-140-2021-ci il saylı, xx.xx. 2021-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilərək, Cavabdeh yetkinlik yaşına çatmayan xx.xx.2020-ci il tarixdə doğulmuş Həsənova Fidan Elvin qızının saxlanması üçün hər ay 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində aliment tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şərur Rayon Məhkəməsinin 04 may 2022-ci il tarixli, 2(110)-194/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Naxçıvan MR Ali Məhkəməsinin 2(108)-140-2021-ci il saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilməsi və hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla 11 oktyabr 2020-ci il tarixdə doğulmuş Həsənova Fidan Elvin qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Məhkəmənin qətnaməsindən narazı qalan iş üzrə Cavabdeh apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına müraciət edərək Şərur Rayon Məhkəməsinin 04 may 2022-ci il tarixli, 2(110)-194/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə iddianı təmin edərkən təmin edilməni ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minumumunun 193 manat olması ilə əsaslandırmışdır. Qeyd edirəm ki,bu hal aliment təyin edilərkən nəzərə alınmalı hal olsa da aliment təyin edilərkən mütləq əsas deyildir. Uşağı saxlamaq hər iki valideynin borcudur. Uşaqlar üçün m üəyyən edilmiş yaşayış minumumu 193 manat da hər iki valideyn arasında bölünməlidir. İddianın təmin edilməsi barədə qətnamə qəbul etməsini məhkəmə tərəfindən işin dəqiq araşdırılmadığının nəticəsi kimi verilmiş bir qərar olduğunu hesab edirəm. Hesab edirəm ki, məhkəmə qeyd etdiyimiz halları (sübutları) tam, hərtərəfli araşdırmadan nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 16-cı maddəsinin İ hissəsinə əsasən Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1 və 112.1-ci maddələri mövcud mübahisə üzrə düzgün tətbiq edilməmişdir. Belə ki, həmin maddələrin tələbinə əsasən sabit pul məbləği olan alimentin təyin olunması aliment verməyə borc lu olan şəxsin qazancının qeyri-müntəzəm dəyişkən olması, almentin valideynin qazancından (gəlirindən) tutulmasının mümkün olmaması, ailə və ya maddi vəziyyətində dəyişikliyin olmasıdır. Həmin əsaslar isə mübahisələndirilən iş üzrə mövcud deyildir. Məhkəmənin gəldiyi nəticə işin həqiqi hallarına uyğun deyildir. İşin faktiki halları aydınlaşdırılmamışdır. Belə ki, Şərur rayon Məhkəməsinin qətnaməsinə əsasən İddiaçı ilə aramızda olan nikah pozulub, 11 oktyabr 2020-ci il tarixdə doğulmuş qızımız Fidan anası İddiaçı yanında saxlanılmış və onun yetkinlik yaşına çatanadək saxlanılması üçün 140 manat aliment qət olunmuşdur, lakin İddiaçı həmin qətnamədən apelyasiya şikayəti vediyinə görə işə apellyasiya qaydasında baxılanda 15 manat da artırılaraq 155 manat olmuşdur. Mən həmin alimenti həmişə vax tlı-vaxtında ödəmişəm. Ali Məhkəmənin qətnaməsinin çıxmasından heç 5-6 ay keçməmiş təkrar alimentin artırılması barədə iddia qaldırdığından məhkəmə əsassız olaraq iddianı tam təmin etməklə 193 manat aliment qət etmişdir. Hörmətli məhkəmə kollegiyası! Mən hərbi xidmətdə olduğum vaxt sol gözümdən xəsarət aldığıma görə 3-cü qrup əlil kimi pensiyaya çıxmışam. Hal-hazırda 400 manat pensiya alıram. Hər hansı bir işlə məşğul olmuram, əlavə hər hansı bir gəlirim, qazancım yoxdur. Xəstə yaşlı anama da mən baxıram. İddiaçı Şərur rayon Püsyan kənd tam orta məktəbində işləyir o da əmək haqqı alır. Valideynləri ilə birlikdə yaşayır, onlar da köməklik göstərir. Həmçinin onu da qeyd etmək istəyirəm ki, uşaqları saxlamaq hər iki valideynin vəzifəsidir ki, məhkəmə qətnamə qəbul edilən zaman bunu da nəzərə almayaraq 193 manat bir uşağın yaşam xərcinin hamısını mənə kəsmişdir. Məhkəmə iddiaçının ümumi sözlərini əsas götürərək mənim təqdim etdiyim sübutlara düzgün hüquqi qiymət verməyərək nəticədə qanunsuz qərar qəbul etmişdir. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Cavabdeh məhkəmə baxışı iclasında apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, Şərur Rayon Məhkəməsinin 04 may 2022-ci il tarixli, 2(110)-194/2022 nömrəli qətnaməsinin ləğv edilməklə iddianın rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə baxışı iclasında İddiaçı və nümayəndəsi Zamanov Rəhman Məmməd oğlu apellyasiya şikayətinin təmin edilməməsini və Şərur Rayon Məhkəməsinin 04 may 2022-ci il tarixli, 2(110)-194/2022 nömrəli qətnaməsinin dəyişdirilməd ən saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən Azərbaycan Respublikası MPM-in müvafiq maddələrinin tələbinə müvafiq olaraq belə hesab edir ki, şikayət qətnamənin ləğvinə yönəldiyinə görə birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı tam yoxlanmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normaları na riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Kollegiya iş üzrə məruzəçinin məruzəsini, iş üzrə təfələrin izahatlarını dinləyib, apellyаsiya şikayətini müzakirə edib, mülki iş ü zrə araşdırılmış materialları nəzərə alıb Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarına riayət edilməsini apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayıb, apellyasiya şikayətinin təmin olunmaması və Şərur Rayon Məhkəməsinin 04 may 2022-ci il tarixli, 2(110)-194/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması nəticəsinə gəlir. Kollegiya apellyasiya şikayətində qeyd edilmiş məhkəmə iddianı təmin edərkən təmin edilməni ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaş ayış minumumunun 193 manat olması ilə əsaslandırdığı, bu hal aliment təyin edilərkən nəzərə alınmalı hal olsa da aliment təyin edilərkən mütləq əsas olmadığı, uşağı saxlamağın hər iki valideynin borcu olduğu, uşaqlar üçün müəyyən edilmiş yaşayış minumumu 193 manatın da hər iki valideyn arasında bölünməli olduğu, iddianın təmin edilməsi barədə qətnamə qəbul etməsini məhkəmə tərəfindən işin dəqiq araşdırılmadığının nəticəsi kimi verilmiş bir qərar olduğunu hesab etdiyi, məhkəmənin qeyd etdikləri halları (sübutları) tam, hərtərəfli araşdırmadan nəticəyə gəldiyini hesab etdiyi, məhkəmənin gəldiyi nəticənin işin həqiqi hallarına uyğun olmadığı, işin faktiki hallarının aydınlaşdırılmadığı, Ali Məhkəmənin qətnaməsinin çıxmasından heç 5-6 ay keçməmiş təkrar alimentin artırılması barədə iddia qaldı rdığından məhkəmənin əsassız olaraq iddianı tam təmin etməklə 193 manat aliment qət etdiyi, hərbi xidmətdə olduğu vaxt sol gözündən xəsarət aldığıma görə 3-cü qrup əlil kimi pensiyaya çıxdığı hal-hazırda 400 manat pensiya aldığı, hər hansı bir işlə məşğul olmadığı əlavə hər hansı bir gəliri, qazancı olmadığı, xəstə yaşlı anasına baxdığı, İddiaçı Şərur rayon Püsyan kənd tam orta məktəbində işlədiyi, onun da əmək haqqı aldığı, valideynləri ilə birlikdə yaşadığı, onların da köməklik göstərdiyi, həmçinin uşaqları saxlamağın hər iki valideynin vəzifəsi olduğunu qeyd etmək istədiyi, məhkəmənin qətnamə qəbul edilən zaman bunu da nəzərə almayaraq 193 manat bir uşağın yaşam xərcinin hamısını ona kəsdiyi barədə dəlilləri ilə əlaqədar aşağıdakıları qeyd edir. Belə ki, iş materiallarından məlum olur k i, Naxçıvan MR Ali Məhkəməsinin 23 iyul 2021ci il tarixli 2(108)-140/2021 nömrəli qətnaməsi ilə Şərur Rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli, 2(110)-105/2021 nömrəli qətnaməsi mübahisələndirilən- “11 oktyabr 2020-ci il təvəllüdlü Həsənova Fidan Elvin qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 140 (bir yüz qırx) manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı Həsənova Nazlı Rəhman qızına ödənilməsi” hissədə dəyişdirilərək 11 oktyabr 2020-ci il təvəllüdlü Həsənova Fidan Elvin qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 155 (bir yüz əlli beş) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Həsənova Nazlı Rəhman qızına ödənilməsi qət olunmuşdur. İş üzrə iddiaçı hazırki iş üzrə iddia ilə məhkəməyə 02 fevral 2022-ci il tarixind ə müraciət etmişdir. Əvvəlcə aliment müəyyənləşdirilərkən qüvvədə olan Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edildiyi halda, iddiaçı hazırki iş üzrə iddia ilə məhkəməyə müraciət edərkən qüvvədə olmuş Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Buradan məlum olur ki, 2021-ci ilə nisbətən uşaqlar üçün minimum yaşayış xərcləri artmışdır. Bu halın isə himayəsində uşaq olan valideynin-iş üzrə iddiaçının maddi vəziyyətinə mənfi yöndən təsir edəcəyi, beləliklə də iş üzrə iddiaçının maddi vəziyyətin də dəyişiklik olduğu şübhəsizdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112-ci maddəsinə əsasən də aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmçinin iş üzrə cavabdehin birinci instansiya məhkəməsində məhkəmə iclaslarında iştirakı təmin olunmuş, lakin o, əlil olması və gəliri barədə hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının MPM-in 14.2-ci maddəsində də məhkəmənin yalnız tərəflərin təqdim etdiklər i sübutları araşdırmalı və onlardan istifadə etməli olduğu müəyyənləşdirilmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.2-ci bəndində məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə kollegiyası da qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsas təşkil etmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəll əsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-in 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-in 218.3-cü ma ddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 2005-ci il 24 noyabr tarixli, 4 nömrəli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda, baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Apellyasiya şikayətində cavabdeh, məhkəmənin iddiaçının ümumi sözlərini əsas götürərək, onun təqdim etdiyi sübutlara düzgün hüquqi qiymət verməyərək nəticədə qanunsuz qərar qəbul etdiyini göstərsə də, t əqdim etdiyi hansı sübuta düzgün hüquqi qiymət verilmədiyini qeyd etməmiş, iş materiallarından da iş üzrə cavabdehin birinci instansiya məhkəməsinə sübut təqdim etməsi müəyyən edilmir. Eyni zamanda birinci instansiya məhkəməsi iddiaçının ümumi sözlərini əsas götürməklə deyil, yuxarıda əsaslandırıldığı kimi qanunvericiliyin tələblərinə uyğun nəticəyə gəlmişdir. Buna görə də məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, göstərilən dəlillər əsassızdır. Beləliklə kollegiya iş materiallarını işin həqiqi halları ilə müqayisəli şəkildə təhlil edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas deyildir, həmçinin mülki işin kollegiyada baxılması zamanı birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi və ya ləğv edilməsinə səbəb ola biləcək yeni hallar da müəyyən edilməmişdir. Göstərilənlərə əsasən kollegiya mülki işin apellyasiya qaydasında baxılması zamanı müəyyən edilmiş hallarına əsaslanmaqla qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmiş, iş üzrə mövcud olan sübutların tədqiqi nəticəsində qəbul edilmiş qətnamə kifayət qədər düzgün və qanuni əsaslarla əsaslandırılmışdır. Mübahisənin həllində mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmış, maddi və prosessual hüquq normalarına düzgün əməl edilməklə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi və d əyişdirilməsi üçün əsas təşkil etmədiyindən, həmçinin apellyasiya icraatı zamanı da qətnamənin ləğvi və dəyişdirilməsi üçün əsaslar müəyyən edilmədiyindən apellyasiya şikayəti təmin edilməməli və Şərur Rayon Məhkəməsinin 04 may 2022-ci il tarixli, 2(110)-194/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384.0 və 384.0.1-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası onu da qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslandırıcı hissəsində bir neçə halda və nəticə hissəsində əvvəlcə aliment müəyyənləşdirilən Naxçıvan MR Ali Məhkəməsinin 2(108)-140/2021 nömrəli qətnaməsinin tarixi “xx.xx.2021-ci il” kim i göstərilmişdir. Həmçinin iş üzrə iddia ərizəsində də müvafiq qətnamənin tarixi “xx.xx.2021-ci” il kimi göstərilmişdir. Halbuki, birinci instansiya məhkəməsinin qətnaməsində sübut kimi müvafiq qətnaməyə istinad olunarkən (i.v.54) qətnamənin tarixi “xx.xx.2021-ci il” kimi qeyd olunmuş, eyni zamanda iş materiallarına əlavə olunmuş Naxçıvan MR Ali Məhkəməsinin 2(108)-140/2021 nömrəli qətnaməsindən (i.v. 4449) məlum olur ki qətnamənin çıxarıldığı tarix xx.xx.2021-ci ildir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsindəki göstərilən yanlışlığı texniki səhv kimi qəbul edir və qeyd edir ki, bu hal düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olmamışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, müvafiq yanlışlıq düzəldilməklə birinci instansiya məhkə məsinin qətnaməsinin əsaslandırıcı və nəticə hissəsindəki ismin müvafiq hallarında “Naxçıvan MR Ali Məhkəməsinin 2(108)-140-2021-ci il saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi “ ifadəsindəki “xx.xx.2021-ci il” rəqəm və sözləri “xx.xx.2021-ci il” kimi oxunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.6-cı maddəsinə əsasən iddianın qiyməti ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir. Belə olan təqdirdə hazırki iş üzrə iddianın qiyməti 456 manat (193-155= 38; 38x12=456) təşkil edir.İş üzrə iddianın qiyməti 5000 (beş min) manatdan az olduğuna görə hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Çünki Azərbaycan Respublikasının Mülki Prosessua l Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 382, 392, 403, 404, 405.0.1 və 406.1-ci maddələrini rəhbər tutaraq kollegiya qətetdi: Şərur Rayon Məhkəməsinin 04 may 2022-ci il tarixli, 2(110)-194/2022 nömrəli qətnaməsinin əsaslandırıcı və nəticə hissəsindəki ismin müvafiq hallarında “Naxçıvan MR Ali Məhk əməsinin 2(108)-140-2021-ci il saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi “ ifadəsindəki “xx.xx.2021-ci il” rəqəm və sözləri “xx.xx.2021-ci il” kimi oxunsun. Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Şərur Rayon Məhkəməsinin 04 may 2022-ci il tarixli, 2(110)-194/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar