Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-86/2024 07.05.2024 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Ali Məhkəmənin hakimi Allahverdiyev Əli Kərim oğlunun sədrliyi (məruzəsi) ilə, hakimlər Allahverdiyev Mehman Dünyamalı oğlu və X3 ibarət tərkibdə, X5 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Culfa Rayon Məhkəməsinin 06 fevral 2024-cü il tarixli, 2(089)-25/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilən apellyasiya şikayətinə baxaraq müəyyənetdi: Culfa Rayon Məhkəməsinin (sədrlik edən hakim M.F.Məmmədov) 06 fevral 2024-cü il tarixli, 2(089)-25/2024 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiasının rədd edilməsi və İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun özünə aid edi lməsi qət olunmuşdur. İşin halları: İddiaçı iddia ərizəsi ilə Culfa Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 9980 manat məbləğində pulun və 119.80 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Culfa Rayon Məhkəməsinin 06 fevral 2024-cü il tarixli, 2(089)-25/2024 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Məhkəmənin qətnaməsindən narazı qalan İddiaçı 11 mart 2024-cü il tarixli apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına müraciət edərək Culfa Rayon Məhkəməsinin 06 fevral 2024-cü il tarixli, 2(089)-25/2024 qətnaməsini ləğv edərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş İdd iaçı apellyasiya şikayətinə əsasən baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına daxil olmuşdur. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmış ki, Cavabdeh ona heç bir borcu qalmadığını israrla söyləsə də, onun 7 il ərzində cavabdehin xırdabuynuzlu heyvanlarını otarmağı qarşılığında ona olan 9980 manat borcu hələ də qalmaqdadır. Qətnamədə də qeyd olunduğu kimi, məhkəmə onun tərəfindən təqdim edilmiş şahidlərin ifadələrini sübut kimi qəbul etmir. Məhkəmə özü də qətnamədə qeyd etdiyi kimi, Şahid1 ifadəsi ilə cavabdehin ifadəsi arasında heç bir uyğunluq tapa bilmədiyi üçün, daha doğrusu cavabdehin sözünü demədiyi üçün “təsdiqini tapmamışdır” deyə qeyd apararaq bununla da şahid ifadəsinə heç bir məhəl qoymadan birtərəfli mövqeyini nümayiş etdirərək onun iddiasını əsassız hesab edir. Məhkəmə prosesində iştirak edən hər bir şahid cavabdeh Hüseynovun ona cavabdehin heyvanlarını otardığı üçün əvəzində pul vermədiklərini öz ifadələri ilə təsdiq etmişlər. Məhkəmə məhkəmə prosesi başlamadan öncə cavabdehin öz xətti ilə yazdığı ərizəsinə diqqət yetirmir. Həmin ərizədə cavabdeh Hüseynov öz xətti ilə aşağıdakı məzmunda ərizə yazaraq ona borclu olmasını etiraf edir. Ərizədə qeyd olunur ki, “2013-2020-ci ilə qədər Oqtay 15 keçimi otarıb. Müəyyən vaxtlarda mənim 70-80 heyvanımı təxminən 6 il otarmışdır. Bu müddət ərzində əllərinə pul verməmişəm. 6 heyvan və əlavə olaraq 1 və ya 2-də vermişəm. Oqtayın mənə 2560 manat borcu var idi. Oqtay onun əvəzində mənim heyvanımı otarırdı. Onu da qeyd edim ki, əvvəllər Oqtaya dəfələrlə borc pul vermişəm və uzun müddətə qaytarıb”. Cavabdeh yazdığı ərizəyə tarix olaraq xx.xx.2023-cü il yazaraq, öz imzası ilə təsdiq etmişdir. Əgər Sahibin ona borcu yox idisə, nə üçün məhkəmə prosesi başlamadan öncə Culfa Rayon Məhkəməsinin inzibati binasında yazaraq ona heyvanlarını təxminən 6 il otardığı üçün pul vermədiyini bildirən etiraf edici ərizə verirdi. Bu ərizəni verdikdən sonra isə cavabdehin məhkəməyə təqdim etdiyi əldə olunma şəraiti, vəziyyəti məhkəmə tərəfindən araşdırılmayan səs yazısında isə cavabdehin ona hədə-qorxu gəldiyi həmin hissələri məhkəməyə təqdim etməyərək, sırf ailəsinə zərər gəlməsin deyə həmin an qorxduğu üçün söylədiyi “sənin mənə borcun yoxdur” hissəsini sübut qismində məhkəməyə təqdim etmişdir. Məhkəmə təkcə bu ziddiyyətli məqama diqqət yetirsə idi, cavabdehin ona borclu olduğunu, l akin müxtəlif bəhanələrlə məhkəməni yanıltmağa çalışdığını görərdi. Lakin məhkəmə nədənsə bu məqamlara diqqət etməmişdir. Məhkəmə cavabdehin ifadəsinə söykənərək əsassız olaraq, heç bir sübut olmadan cavabdehin ödəməli olduğu pulu cavabdehin ifadəsində söylədiyi kimi pul, quzu, bal, pendirlə əvəzləşdirib ödədiyi qənaətinə gəlmişdir. Nəticə etibarı ilə məhkəmə cavabdehin Culfa Rayon Məhkəməsinin inzibati binasında öz xətti ilə yazdığı ərizəsinə, şahidlərin verdiyi ifadələrə heç bir məhəl qoymayır, onları sübut kimi qiymətləndirmir, lakin cavabdehin dediklərini əsaslı sübut kimi qiymətləndirib nəticəyə gəlir və gəldiyi nəticəni qanuni və ədalətli hesab edir. Məhkəmə heç bir sübut olmadan cavabdehin mövqeyini müdafiə edərək birtərəfli mövqe nümayiş etdirir. Bu halların hansı sübutla əsaslandı ğı isə hələ də məlum deyil. Çünki qəbul etdiyi qətnamədə hansı sübutlara söykənərək belə nəticəyə gəlməsini əsaslandırmamışdır, yalnız öz şəxsi qənaəti kimi qiymətləndirmişdir. Qeyd edir ki, insanların hüquqları və taleləri şəxsi qənaətlərlə həll olunmur. Onu da qeyd edir ki, ona borclu olduğuna görə cavabdehin heyvanlarını otarmayacağını bildirdiyinə görə ağacla onu vurmaq istərkən həyat yoldaşı X1 xəsarət yetirmişdir. Bu xəsarətə səbəb onun Sahibdən borclu olduğu pulunu istəməyi olmuşdur. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün bu faktın da məhkəmə baxışında araşdırılmasını istəyir. Qeyd olunan halları nəzərə almadan iddianın rədd edilməsi barədə qətnamə qəbul etməsini məhkəmə tərəfindən işin dəqiq araşdırılmaması və məqsədyönlü olması nəticəsində verilmiş bir qərar olduğunu hesab edir. Hesab edir ki, məhkəmə qeyd olunan halları (sübutları) tam, hərtərəfli araşdırmadan bu nəticəyə gəlmişdir. İddiaçı şikayətinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425.1, 448.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1, 4.2, 76.1, 76.3, 77.1, 88-ci maddələrinə, həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il qərarına istinad etmiş və Culfa Rayon Məhkəməsinin 06 fevral 2024-cü il tarixli, 2(089)-25/2024 qətnaməsini ləğv edərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini müdafiə edərək kollegiyadakı izahatında onun təxminən 32-33 ildir çoban kimi kəndin hey vanını otarıb camaatla işlədiyini, cavabdehlə aralarında olan mübahisəni bütün kənd camaatının bildiyini, 2023-cü ilin sentyabr ayının 5də gəlini xəstələndiyindən onu Naxçıvan şəhərinə xəstəxanaya apardığını, cavabdehin isə sentyabr ayının 4-də çöldən heyvan gələn zaman 2 heyvanının gəlmədiyini, cavabdehin xəstəxanaya gedərkən yolda ona zəng edib onun cavabdehin 2 heyvanını satdığını bildirdiyini, onun isə Sahibə gəlini xəstəxanaya apardığını, qayıdandan sonra çöldən heyvanların ölüsünü və ya dirisini tapıb gətirəcəyini bildirdiyini, həmin günü saat 5-də həkimdən qayıtdıqlarını, paltarlarını dəyişib çölə getdiyini, çöldən Sahibin heyvanlarının ikisinində ölüsünü tapdığını, onun çölə gedərkən Sahibin də arxasınca gəldiyini, onun heyvanları Sahibə göstərdiyini, çöldə qaldıqları üçün qurd y ediyini bildirdiyini, bundan sonra Sahibin ona dediyi sözlərə görə peşman olduğunu bildirdiyini, heyvanlarını otarmaq üçün sürüyə qatıb-qatmayacağını ondan soruşduğunu, onun isə hələ bu barədə qərar vermədiyini, qərarını kənddə Sahibə deyəcəyini bildirdiyini, səhər tezdən Sahibin heyvanlarını sürüyə qatmaq üçün gətirdiyini gördüyünü, həmin vaxt onun Sahibin heyvanlarını sürüyə qatmasına imkan vermədiyini, heyvanlarını otarmayacağını ona bildirdiyini, bu zaman Sahibin əlindəki ağacla onu vurmaq istədiyini, arvadı araya girdiyindən Sahibin ağacının arvadına dəydiyini, aralarında olan mübahisəyə görə onun Sahibi polisə verməsindən təxminən 1 ay sonra axşamçağı çöldə heyvan otardığını, Sahibin oğlu ilə onun yanına gəldiyini, çöldə onun yaxasından yapışaraq ona borcu olmadığını deməyini bildird iyini, onun isə Sahibə yaxasını buraxmasını, ona borcu olmadığını bildirdiyini, həmin vaxt Sahibin oğlunun onun səsini telefonuna yazdığını, onun səsinin telefona yazılmasından məlumatının olmadığını, onun 2013-cü ilin təxminən martaprel ayından 2023-cü ilin sentyabr ayının 5-ə qədər cavabdehin otardığı heyvanlarına görə ondan zəhmət haqqı almadığını, bu müddətdə yalnız cavabdehdən bir neçə dəfə borca pul aldığını, həmin borcunu da cavabdehə qaytardığını, cavabdehin isə heyvanlarını otardığına görə borclu olduğu pulu ödəmədiyindən onun pul tələbi ilə məhkəməyə müraciət etdiyini, Culfa Rayon Məhkəməsinin onun iddia tələbinin rədd olunması barədə qərar qəbul etdiyini, onun cavabdehə borcunun olmadığına dair Sahibin öz imzası ilə məhkəmədə ərizəsinin olduğunu, hazırda cavabdehin ona olan borc unu qaytarmadığını, məhkəmənin isə bir tərəfli qərar qəbul etməklə iddia tələbini rədd etdiyini, Culfa Rayon Məhkəməsində işə baxılan zaman təqdim etdiyi şahidlərə lazımi şərait yaradılıb, məhəl qoyulmadığını, onun çoban olduğunu, kənd camaatının heyvanını otarmaqla qazanc əldə etdiyini, başqa yerdən gəliri olmadığını, iddia ərizəsində qeyd edib cavabdehdən tələb etdiyi pula çox ehtiyacının olduğunu, Sahibdən ona borclu olduğu pulu ala bilmədiyindən ehtiyaclarını ödəyə bilmədiyini, onun 2013-cü ildən 2023-cü ilin sentyabr ayına qədər cavabdehin təxminən 140-150 baş heyvanını otardığını, heyvanların otarılmasına görə cavabdehin ona zəhmət haqqı olaraq 36000 manat borcu yarandığını hesabladığını, ancaq cavabdehin ərizə verərək ona 9980 manat borcu olduğunu bildirdiyindən onun cavabdehin etir afını nəzərə alıb həmin məbləğdə iddia qaldırdığını, 2013-cü ildən 2023-cü ilə qədər cavabdehdən təxminən 30000 manat məbləğlərdə borca pul aldığını, həmin pulları sonradan gec də olsa, qaytardığını, onun ürəyindən anju olunan zaman cavabdehin ona təxminən 400 manat pul və halallıq üçün 6 baş heyvan verdiyini, həmin heyvanların hər birinin yuxarı bazar qiymətinin 80 manat olmaqla cəmi olaraq 480 manat təşkil etdiyini, cavabdehin ona heyvanlarını otarmağının müqabilində pul əvəzinə bal, pendir verməsini iddia etməsinin yalan məlumat olduğunu, onun cavabdehin heyvanlarını ona borca verdiyi pulun faizi əsasında otardığını, əsas borcunu isə cavabdehə qaytardığını, onun cavabdehin 15 keçisini, təxminən 70-75 baş heyvanını 6 il müddətində 2 manata otardığını, heyvanları 2 manata otarmağını ümumi olaraq kənd camaatı ilə razılaşdığını, Sahibin otardığı heyvanlarının aylıq ödənişini hesabladığında iddia ərizəsində qeyd etdiyi borc məbləğinin yarandığını, onun cavabdehdən borca aldığı pulları sonradan cavabdehin ona faizə verdiyini, bunun müqabilində heyvanlarını pulsuz otarmağını bildirdiyini, onun isə cavabdehdən heç bir zəhmət haqqı almadan borcuna görə Sahibin heyvanlarını pulsuz otardığını, hazırda onun cavabdehə 2560 manat borcunun olduğunu, onun bunu etiraf etdiyini, ancaq onun cavabdehə olan borcunu cavabdehin ona olan borcunun bir qismi ilə əvəzlədiyini, iddia ərizəsində göstədiyi 9980 manat borcunu ona qaytarmasını cavabdehdən tələb etdiyini, cavabdehin heyvanlarını otarmasına görə Cavabdeh ona 9980 manat məbləğində borcunun olmasına dair heç bir sübutunun olmadığını bildir ərək, apellyasiya şikayətinin təmin edilməklə Culfa Rayon Məhkəməsinin 06 fevral 2024-cü il tarixli, 2(089)-25/2024 qətnaməsini ləğv edərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək kollegiyadakı izahatında Oqtayın 2013-cü ildən 2023-cü ilədək onun heyvanlarını otardığını, onun 2013-cü ildən 2019-cü ilədək 15 baş keçisinin olduğunu, əlavə olaraq yaşadığı Dizə kəndində su olmadığından kənddən kənarda heyvan saxladığını, həmin heyvanları iddiaçının otarmadığını, bu müddətdə iddiaçının yalnız onun 15 baş keçisini otardığını, onun iddiaçının zəhmət haqqını ata-anasının pensiyasını aldıqca pul şəklində, heyvan verməklə ödədiyini, iddiaçının 2013-cü ildə onun 15 baş keçisini əvvəl 1 manata, daha sonra isə 1,50 man at otardığını, onun iddiaçının zəhmət haqqını Oqtayın istəyinə uyğun olaraq heyvan, bal, pendir, pul kimi ödədiyini, iddiaçı ilə çox yaxın münasibətləri olduğu üçün öz bacısına vermədiyi pulu öz ehtiyaclarını qarşılaması üçün iddiaçıya verdiyini, elə vaxtlar olub ki, iddiaçının ondan 500 ABŞ dolları borc pul aldığını, ancaq həmin borcu ona hər ay 1,50 manat olaraq qaytardığını, onun iddiaçının ödənişini qəbul etdiyini, lakin onun iddiaçıya etdiklərinin qarşılığında Oqtayın onun heyvanını məlumatı olmadan başqa bir şəxsə satdığını, 2023-cü ilin təxminən aprel-may aylarında onun ən yaxşı heyvanlarından birinin çöldən gəlmədiyini, onun iddiaçıdan heyvanının harada olduğunu soruşduğunu, heyvanı tapıb gətirməsini bildirdiyini, iddiaçının isə onun bu barədə heç bir yerdə danışmamağını bildirərək, bir neçə gün sonra heyvanının gələcəyini ona bildirdiyini, həqiqətən də bir neçə gün sonra həmin heyvanın digər heyvalarla birlikdə gəldiyini, daha sonra iddiaçının onun heyvanını satdığını başa düşdüyünü, bir müddət sonra onun 3 heyvanının gəlmədiyini, həmin heyvanlardan birinin ölüsünü çöldən tapdıqlarını, digər iki heyvanın tapılmadığını, onun iddiaçının bütün uşaqlarının toy xərcini, bəzi aylarda Naxçıvan banka olan kreditini ödədiyini, bir sözlə yaxın adam kimi iddiaçının bütün maddi ehtiyaclarını qarşıladığını, onun iddiaçının heyvanlarını otarmasına görə zəhmət haqqı ödəmədiyinin yalan məlumat olduğunu, əgər onun iddiaçının zəhmət haqqını ödəməsəydi, iddiaçının onun heyvanlarını sürüdən ayıra biləcəyini, iddiaçının əlavə olaraq onun təxminən 70-75 baş heyvanını otardığını, onun hə min heyvanların ya pulunu ödədiyini, ya da zəhmət haqqının əvəzində ona bal, pendir, heyvan verdiyini, onun iddiaçının heyvanlarını otardığı müddətdə çəkdiyi siqaretini, danışdığı telefonunun konturunu belə alıb verdiyini, hazırda onun heyvanlarını otarmasına görə iddiaçıya heç bir borcunun olmadığını, onun etdiyi yaxşılıqlar qarşılığında iddiaçının onun heyvanlarını satdığını, onun isə iddiaçıdan heyvanlarını satmasının səbəbini soruşduğu üçün iddiaçının onun başına bu oyunları açdığını, onun iddiaçıya heç bir borcunun olmadığını, əksinə iddiaçının ona 2760 manat borcunun olduğunu, həmin borcdan ona cəmi 200 manat qaytardığını, hazırda iddiaçının ona 2560 manat borcunun olduğunu, ancaq əlində həmin borcla bağlı sübutunun olmadığını, iddiaçının onun heyvanlarından mübahisələri olana qədər 2-3 baş satdığını, onun 2013-cü ildən 2019-cü ilə kimi 15 baş keçisının olduğunu, 2019-cu ildən 2023-cü ilin sentyabr ayının 4-ə qədər isə orta hesabla 75 baş heyvanının olduğunu, iddiaçının həmin heyvanları otardığını, onun15 baş keçiyə görə 1,50 manatdan iddiaçıya hər ay ümumilikdə 22,50 manat, 2019cu ildən 2023-cü ilə qədər 75 baş heyvana görə 2 manatdan iddiaçıya hər ay 150 manat, 2023-cü ildən isə 75 beş heyvana görə iddiaçıya hər ay 3 manatdan pul ödədiyini bildirərək, iddiaçının apellyasiya şikayətinin təmin olunmamasını və Culfa Rayon Məhkəməsinin 06 fevral 2024-cü il tarixli, 2(089)-25/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını barədə qətnamə çıxarılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə apel lyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi ni yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə müdafiəsindən istifadə etmə hüququ İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6-cı maddəsində də təsbit olunmuşdur. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində müəyyən olunmuşdur ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777.1-ci maddəsinə görə tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat ver mədən icra etməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777.2-ci maddəsinə görə tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 778.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 783.2-ci maddəsinə görə vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. Kollegiya apellyasiya şikayətinin dəlillərini işin material ları və tərəflərin kollegiyadakı izahatları ilə əhatəli şəkildə yoxlayıb onlara hüquqi qiymət verərək aşağıdakı qənaətə gəlir. Belə ki, işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, İddiaçı iddia ərizəsi ilə Culfa Rayon Məhkəməsinə müraciət edərək, Culfa rayonunun Dizə kəndində çoban kimi fəaliyyət göstərir və ailəsini saxlayır. 2013-cü ildən 2020-ci ilə qədər, 7 il Cavabdeh 15 keçisini, həmçinin 6 il 75 heyvanını otarmışdır. Həmin dövrdə bir heyvanın aylıq otarma xərci 2 manat olmuşdur. Cavabdeh 15 keçisini 6 il yəni 74 ay otarmış, bunun müqabilində Cavabdeh ona 2220 manat (15 keçi x 2 manat = 30 manat x 74-ay = 2220) ödəməli olmuşdur. Həmçinin Cavabdeh 75 qoyununu 6 il yəni, 72 ay otarmış bunun müqabilində də Cavabdeh ona 10800 manat pul (75 qoyun x 2 manat = 150 manat x 72 ay = 1 0800 manat) ödəməli olmuşdur. Cavabdeh qeyd edilən müddətlər ərzində heyvanlarının otarılması qarşılığında ona ümumilikdə 2560 manat borc pul və 6 ədəd quzu vermişdir. Həmin quzuların hər birinin yuxarı qiyməti 80 manat olmuş, cəmi 480 manat olmuşdur. Cavabdeh ona ümumilikdə 13020 manat borcu olmuş, 3040 manatı ödəmiş, nəticədə ona 9980 manat borcu qalmışdır. 2023-cü ilin sentyabr ayında Cavabdehla aralarında münasibətlər pozulmuş, onun heyvanlarını otardığı üçün ona olan borcunu ödəməsini istəmiş, ona “sənə pul veməyəcəyəm” göstərərək Cavabdeh 9980 manat məbləğində pulun və 119.80 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Kollegiya İddiaçı apellyasiya şikayətində Cavabdeh öz xətti ilə ərizə yazaraq ona borclu olmasını eti raf etməsi, ərizədə “2013-2020-ci ilə qədər Oqtayın 15 keçisini otarması, müəyyən vaxtlarda onun 70-80 heyvanını təxminən 6 il otarması, bu müddət ərzində əllərinə pul verməməsi, 6 heyvan və əlavə olaraq 1 və ya 2-də verməsi, iddiaçının cavabdehə 2560 manat borcu olması və iddiaçının onun əvəzində heyvanlarını otarması ilə əlaqədar iddiaçının qeyd etdiyi həmin dəlilinə münasibətdə qeyd edir ki, işin birinci instansiya məhkəməsi və kollegiyada araşdırılmış hallarından da göründüyü kimi, 20132019-cu ilin sentyabr ayınadək cavabdehin 15 baş keçisini o cümlədən tərəflərin izahatlarında da göstərdiyi kimi 2019-cu ildən 2023-cü ilin sentyabr ayının 4-dək 75 baş xırda buynuzlu heyvanlarını otarmış və həmin heyvanların otarılması ilə əlaqədar cavabdeh tərəfindən müxtəlif vaxtlarda 6 baş xırda bu ynuzlu heyvan, o cümlədən ərizəsində də göstərdiyi kimi əlavə 1-2 heyvan, bal, pendir, müxtəlif vaxtlarda pul vermişdir. İddiaçının apellyasiya şikayətində istinad etdiyi qeyd olunan cavabdeh tərəfindən yazılan həmin ərizədə cavabdeh iddiaçıya borcunun olmasını etiraf etməmiş, əksinə həmin ərizəsində heyvanlarının otarılmasının qarşılığında iddiaçıya xırda buynuzlu heyvanlar verməsini, iddiaçının cavabdehə 2560 manat borcunun olması və bunun qarşılığında heyvanları otarmasını bildirmiş və iddiaçı ərizədə göstərilənlərə qarşı etirazı olmasını bildirməmiş və sübut vasitəsi kimi həmin ərizəni təqdim etmiş, kollegiyadakı izahatında iddiaçı 2013-2020-ci illərdə cavabdehdən müxtəlif vaxtlarda 3000 manat pul aldığını və həmin pulları qaytardığını bildirmiş, cavabdehin heyvanlarını otarmasına görə Cavabdeh ona 9980 manat məbləğində borcunun olmasına dair heç bir sübutunun olmadığını bildirmişdir. Bundan əlavə mülki işə əlavə olunmuş cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş DVD-də olan səs yazısı birinci instansiya məhkəməsində tərəflərin iştirakı ilə tədqiq olunaraq dinlənilmiş, həmin səs yazısında iddiaçı cavabdehin ona borclu olmadığını bildirmişdir. Kollegiya işin yuxarıda qeyd olunan hallarına əsasən İddiaçı apellyasiya şikayətində göstərdiyi bu dəlillərini əsassız hesab edir. Kollegiya iddiaçının apellyasiya şikayətində göstərdiyi birinci instansiya məhkəməsində işə baxılarkən cavabdehin verdiyi ərizə və təqdim etdiyi şahidlərin işin həlli üçün yetərli olacaqlarını hesab etməsi, bu səbəbdən də iş üzrə mühüm əhəmiyyət kəsb edəcək halları bilən şəxsləri əlavə olaraq şahid qi smində çağırmaması, lakin məhkəməyə təqdim etdiyi sübutlara baxmayaraq, əsassız olaraq əleyhinə qərar verməsi, hazırda həmin şəxslərin də şahid qismində apellyasiya məhkəməsində dindirilməsi zərurətinin olması, bu səbəbdən də həmin şahidlərin dəvət edilib apellyasiya baxışında dindirilmələri, iş üzrə Cavabdeh ona borclu olduğu üçün onu döyməsini və s. halları təsdiq edəcək şəxslər X6 və X4 şahid qismində dindirilmələri ilə əlaqədar dəlillərini əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.2-ci maddəsinə əsasən yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən İddiaçı təqdim etdiyi şahidlər məhkəməyə dəvət olunmaqla dindirilmiş və işə baxan məhkəmə tərəfindən toplanmış sübutlar kifayət qədər araşdırılmaqla hüquqi qiymət verilməsi təmin edilmişdir və hazırda şahidlərin əlavə dəvət olunmaqla dindirilmələri zərurəti yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il tarixli qərarında göstərilir ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqəti n müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neqauti incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzibolunm az oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 19 aprel 1994-cü il tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, Konvensiyanın 6cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegiya belə nəticəyə gəlir ki, İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 2005-ci il 24 noy abr tarixli, 4 nömrəli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda, baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Kollegiya işin yuxarıda şərh olunmuş hallarına hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üçün əhəmiyyətli olan qanunun tələblərinə uyğun olaraq işə aid edilən bütün sübutlar hərtərəfli tədqiq olunmaqla əsaslandırılaraq işə qanuni nəticə verilmişdir. Kollegiya belə nəticəyə gəlir ki, işə baxan məhkəmə maddi hüquq normalarını düzgün tətbi q etməmiş, tapşırıq müqaviləsindən əmələ gələn münasibətləri podrat müqaviləsindən əmələ gələn münasibət kimi qiymətləndirməklə düzgün olmayaraq gəldiyi nəticəni MM-in 752.1 və 753.1-ci maddələri ilə əsaslandırmışdır. Kollegiya qeyd edir ki, hazırkı işdə qanunun yuxarıda sadalanan podrat müqaviləsinin normalarında müəyyən edilən hallar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Kollegiya işin yuxarıda şərh olunmuş hallarını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının tələblərinə əməl olunmaqla işə düzgün nəticə verilmişdir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olduğundan İddiaçı apellyasiya şikayəti təmin edilməməli və məhkəmənin bu iş üzrə qəbul etdiyi qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya belə hesab edir ki, birinci instansiya məhkəməsi sübutetmə predmetinə daxil olan bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanmaqla sübutları qiymətləndirərək iş üzrə düzgün nəticəyə gəlmişdir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olduğundan apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Kollegiya işin yuxarıda şərh olunmuş hallarına əsasən İddiaçı apellyasiya şikayətində göstərdiyi dəlillərinə məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti nin dəlilləri əsassız olduğundan təmin edilməməli və məhkəmənin bu iş üzrə qəbul etdiyi qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənləri və Аzərbаycаn Rеspublikаsı MPM-in 382, 384.0.2, 385.1.1, 392, 393, 402, 403, 404, 405 və 406-cı mаddələrini rəhbər tutaraq kollegiya qətetdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Culfa Rayon Məhkəməsinin 06 fevral 2024-cü il tarixli, 2(089)-25/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(108)-86/2024
Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(108)-86/2024
07.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver