Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-88/2024 03.12.2024 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Allahverdiyev Mehman Dünyamalı oğlu (sədrliyi və məruzəsi ilə), X6 və Quliyev Vüqar Kərim oğlundan ibarət tərkibdə, X4 məhkəmə iclas katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki iş üzrə Şərur Rayon Məhkəməsinin 09 yanvar 2024-cü il tarixli, 2(110)-52/2024 nömrəli qətnaməsindən Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı ASC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 birgə qaydada İddiaçı ASC-nin xeyrinə 20292,94 (iyirmi min iki yüz doxsan iki manat doxsan dörd qəpik) manat əsas, 1763,92 (bir min yeddi yüz altmış üç manat doxsan iki qəpik) manat faiz borc olmaqla, cəmi 22056,86 (iyirmi iki min əlli altı manat səksən altı qəpik) manat borc və ödənilmiş 157 (bir yüz əlli yeddi) manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şərur Rayon Məhkəməsinin 09 yanvar 2024-cü il tarixli, 2(110)-52/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Şərur rayon Çəmənli kəndində yaşayış yeri üzrə qeydiyyatda olan Cavabdeh4, Beyləqan rayonu Birinci Şahsevən kəndində yaşayış yeri üzrə qeydiyyatda olan Cavabdeh1, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 9-cu Badamdar küçəsi N nömrəli hərbi hissədə qeydiyyatda olan Cavabdeh2 və ünvan 1 ünvanında yaşayış yeri üzrə qe ydiyyatda olan Cavabdeh3 müştərək qaydada 20292,94 (iyirmi min iki yüz doxsan iki manat doxsan dörd qəpik) manat əsas, 1374,82 (bir min üç yüz yetmiş dörd manat səksən iki qəpik) manat faiz borc olmaqla, ümumilikdə 21667,76 (iyirmi bir min altı yüz altmış yeddi manat yetmiş altı qəpik) manat borcun və iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 154,23 (bir yüz əlli dörd manat iyirmi üç qəpik) manat dövlət rüsumunun alınaraq İddiaçı ASC-nin hesabına köçürülməsi, iddianın digər hissədə rədd edilməsi qət edilmişdir. Məhkəmənin həmin qətnaməsi ilə razılaşmayan cavabdeh Məmmədov X5 Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verərək Şərur Rayon Məhkəməsinin 09 yanvar 2024-cü il tarixli, 2(110)-52/2024 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. C avabdeh4 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Şərur Rayon Məhkəməsi məhkəmə iclasında onların iştiraklarını təmin etmədiyi üçün tərəflərindən müqavilə üzrə ödənilən ödənişlərin qəbzlərinin təqdim edilməsi mümkün olmamışdır. Eyni zamanda, məhkəmə tərəfindən müqavilə üzrə qalan borc məbləğinin müəyyən edilməsi üçün məhkəmə ekspertizası təyin edilməmişdir. Belə ki, nə qədər ödəniş edilibedilmədiyi ekspert tərəfindən müəyyən edilməli idi. Bu ekspertiza tərəfindən həll edilməli idi. Belə ki, məhkəmə, hakim ekspertin vəzifələrini icra edə bilməzdi və ekspertin vəzifələrini öz üzərinə götürə bilməzdi. Buna görə də hesab edirlər ki, iş üzrə məhkəməmühasibatlıq ekspertizası təyin edilməli və ekspertizanın nəticəsinə uyğun yekun məhkəmə aktı qəbul edilməli idi. Qeyd olunmuşdur ki, so n baxış iclasından əvvəl iddiaçı bankın nümayəndəsi təxir ərizəsi vuraraq iclasda iştirak edə bilməyəcəklərini bildirmişdir. Məhkəmə isə bu ərizəni qəbul etmişdir. Lakin məhkəmə həmin nümayəndənin buna səlahiyyəti olub-olmadığını, yəni ərizəni imzalamaq səlahiyyətinin olub-olmamasını yoxlamamışdır. Belə ki, bankın nümayəndələrinə verilən etibarnamənin müddəti xx.xx.2023-cü ildən xx.xx.2023-cü il tarixədəkdir. Bankın nümayəndəsinin ərizəsi isə xx.xx.2024-cü il tarixdə elektron məhkəmə sisteminə daxil edilmişdir. Ərizəni imzalayan şəxs X7 adı isə sözügedən qətnamədə qeyd edilmiş və etibarnamənin müddəti xx.xx.2023-cü ildə bitmişdir. Naxçıvan MR Şərur Rayon Məhkəməsinin e-2(110)-52/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi Mülki Prosessual Məcəllənin müddəalarının pozulması nəticəsində qəbul edilmişdir. Apellyator sonda Naxçıvan Muxtar Respublikası Şərur Rayon Məhkəməsinin e2(110)-52/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini kollegiyadan xahiş etmiş, apellyasiya şikayətinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 47.2, 76.1, 76.2, 87.2 və 97.1-ci maddələrinə istinad etmişdir. Mülki iş apellyasiya şikayətlərinə əsasən baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına daxil olmuşdur. Kollegiyaya apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin hər hansı üzrlü səbəbdən olması barədə məhkəməyə məlumat verməmişdirlər. Kollegiya Azərbaycan Respub likası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə müvafiq olaraq mülki işə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsinin, eyni zamanda cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, həmin maddənin tələbinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1 və 372.6-cı maddələ rinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Bu Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmin Məcəllənin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi d əyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şərur Rayon Məhkəməsinin 09 yanvar 2024-cü il tarixli, 2(110)-52/2024 nömrəli qətnaməsi dəyişdirilməlidir. Belə ki, məh kəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, aşağıdakıları müəyyən etmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli, MK/88168/86/1 saylı kredit sazişi müqaviləsindən (iş materialı, İ cild, səh. 24) Cavabdeh4 illik 23% dərəcəsi ilə 24 ay müddətinə 25000 (iyirmi beş min) manat məbləğində kredit verilməsi, digər cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 həmin kredit müqaviləsi üzrə zamin qismində çıxış etməsi, iş materiallarında olan xx.xx.2022-ci il tarixli kassa məxaric orderindən və qəbzdən (iş materialı, İ cild, səh. 24) Cavabdeh4 ümumilikdə 24589 (iyirmi dörd min beş yüz səksən doqquz) manat pul vəsaitinin təhvil verilməsi, xx.xx.2023-cü il tarixli pretenziya məktublarından (bildirişlərdən) cavabdehlərə müqavilənin b irtərəfli qaydada ləğv olunması və həmin tarixə olan 20292,94 (iyirmi min iki yüz doxsan iki manat doxsan dörd qəpik) manat əsas borcun və 1374,82 (bir min üç yüz yetmiş dörd manat səksən iki qəpik) manat faiz borcunun ödənilməsinin tələb olunması müəyyən olunmuşdur. Həmçinin xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən həmin tarixə Cavabdeh4 xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 20292,94 (iyirmi min iki yüz doxsan iki manat doxsan dörd qəpik) manat əsas, 1763,92 (bir min yeddi yüz altmış üç manat doxsan iki qəpik) manat faiz borcu olmaqla, cəmi 22056,86 (iyirmi iki min əlli altı manat səksən altı qəpik) manat borcunun olması göstərilmişdir. Beləliklə, mülki işin yuxarıda sadalanan təqdim edilmiş sənədlərlə müəyyən edilmiş mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı ASC ilə C avabdeh4 arasında kredit müqaviləsi, eyni zamanda Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ilə zaminlik müqaviləsi bağlanmış, cavabdehlər müqavilə üzrə öhdəliyinin icrasını pozduqlarından bank tərəfindən pretenziya qaydasında onlara xx.xx.2023-cü il tarixdə xəbərdarlıq edilmiş, müqavilə birtərəfli qaydada ləğv edilmiş və müqavilə üzrə bütün borc məbləğinin və hesablanmış faizlərin ödənilməsi onlardan tələb edilmiş, cavabdehlər tərəfindən müqavilə öhdəliyi pozulduğundan İddiaçı ASC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 birgə qaydada İddiaçı ASC-nin xeyrinə 20292,94 (iyirmi min iki yüz doxsan iki manat doxsan dörd qəpik) manat əsas, 1763,92 (bir min yeddi yüz altmış üç manat doxsan iki qəpik) manat faiz borcu olmaqla, cəmi 22056,86 (iyirmi iki min əlli altı manat səksən altı qəpik) manat borcun və ödənilmiş 157 (bir yüz əlli yeddi) manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş, iddiaçı borc tələbi ilə bağlı iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədləri (müqavilə, maliyyə arayışı, məxaric orderi və.s) məhkəməyə təqdim etmiş, cavabdehlər müqavilə üzrə öhdəliyin icrasına dair birinci instansiya məhkəməsinə hər hansı sübut təqdim etməmiş, Şərur Rayon Məhkəməsinin 09 yanvar 2024-cü il tarixli, 2(110)-52/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Şərur rayon Çəmənli kəndində yaşayış yeri üzrə qeydiyyatda olan Cavabdeh4, Beyləqan rayonu Birinci Şahsevən kəndində yaşayış yeri üzrə qeydiyyatda olan Cavabdeh1, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 9-cu Badamdar küçəsi N nömrəli hərbi hissədə qeydiyyatda olan Cavabdeh2 və ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olan Cavabdeh3 müştərək qaydada 20292,94 (iyirmi min iki yüz doxsan iki manat doxsan dörd qəpik) manat əsas, 1374,82 (bir min üç yüz yetmiş dörd manat səksən iki qəpik) manat faiz borc olmaqla, ümumilikdə 21667,76 (iyirmi bir min altı yüz altmış yeddi manat yetmiş altı qəpik) manat borcun və iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 154,23 (bir yüz əlli dörd manat iyirmi üç qəpik) manat dövlət rüsumunun alınaraq İddiaçı ASC-nin hesabına köçürülməsi, iddianın digər hissədə rədd edilməsi qət edilmişdir. İş üzrə Cavabdeh4 apellyasiya şikayətinin dəlillərində birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsinin ləğvinə əsas kimi və m ülki işin mübahisəli halı kimi “...Şərur Rayon Məhkəməsinin iclaslarda onların iştiraklarını təmin etmədiyi üçün tərəflərindən müqavilə üzrə ödənilən ödənişlərin qəbzlərinin təqdim edilməsinin mümkün olmadığını, eyni zamanda, məhkəmə tərəfindən müqavilə üzrə qalan borc məbləğinin müəyyən edilməsi üçün məhkəmə ekspertizası təyin edilmədiyini, belə ki, nə qədər ödəniş edilib-edilmədiyinin ekspert tərəfindən müəyyən edilməli olduğunu, hakimin ekspertin vəzifələrini icra edə bilməyəcəyini və ekspertin vəzifələrini öz üzərinə götürə bilməyəcəyini, buna görə də iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməli olduğunu və ekspertizanın nəticəsinə uyğun yekun məhkəmə aktı qəbul edilməli olduğunu, son baxış iclasından əvvəl iddiaçı bankın nümayəndəsinin təxir ərizəsi vuraraq iclasda iştirak edə bilməyəcəklərini bildirdiyini, məhkəmənin isə bu ərizəni qəbul etdiyini, lakin məhkəmənin həmin nümayəndənin buna səlahiyyəti olubolmadığını, yəni ərizəni imzalamaq səlahiyyətinin olub-olmamasını yoxlamadığını, belə ki, bankın nümayəndələrinə verilən etibarnamənin müddətinin xx.xx.2023-cü ildən xx.xx.2023-cü il tarixədək olduğunu, bankın nümayəndəsinin ərizəsinin isə xx.xx.2024cü il tarixdə elektron məhkəmə sisteminə daxil edildiyini, ərizəni imzalayan şəxs X7 adının isə sözügedən qətnamədə qeyd edildiyini və etibarnamənin müddətinin xx.xx.2023-cü ildə bitdiyini” göstərmişdir ki, kollegiya apellyatorun şikayətində göstərdiyi bu dəlillərlə bağlı aşağıdakıları qeyd edir. İlk növbədə qeyd olunmalıdır ki, tərəflər, yəni İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 arasında xx.xx.2022ci il tarixli, MK/88168/86/1 saylı kredit sazişinin müvafiq şərtlərlə bağlanması işdə iştirak edən şəxslər tərəfindən işin mübahisələndirilməyən halıdır. Mülki işin mübahisələndirilən halı isə şikayətin dəlillərindən də göründüyü kimi Cavabdeh4 məhkəmə tərəfindən müqavilə üzrə qalan borc məbləğinin müəyyən edilməsi üçün məhkəmə ekspertizasının təyin edilmədiyinə, nə qədər ödəniş edilibedilmədiyinin ekspert tərəfindən müəyyən edilməli olduğuna, hakimin ekspertin vəzifələrini icra edə bilməyəcəyinə və ekspertin vəzifələrini öz üzərinə götürə bilməyəcəyinə, buna görə də iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməli olduğuna və ekspertizanın nəticəsinə uyğun yekun məhkəmə aktı qəbul edilməli olduğuna dair göstərdiyi hallardır ki, kollegiya b u dəlillərə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən idd iaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə öz növbəsində iddiaya qarşı etirazını əsaslandıran halları sübut etməlidir. Kollegiya apellyasiya şikayətinin tam, hərtərəfli və obyektiv araşdırılmaqla, tərəflər arasında əmələ gəlmiş hazırkı mübahisəyə düzgün hüquqi qiymət verilməsi üçün və həmçinin apellyasiya şikayətinin dəlillərinə əsaslanaraq işə apellyasiya qaydasında baxılması zamanı 06 may 2024-cü il tarixdə mülki iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin etmiş, ekspertizanın aparılması Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmaqla müvafiq ekspert rəyi kollegiyaya təqdim edilənədək mülki işin icraatı dayandırılmış və ekspert qarşısında aşağıdakı sual qoyulmuşdur:
1. Tərəflər aras ında bağlanmış 26 iyun 2022-ci il tarixli kredit müqaviləsinin şərtlərinə və təqdim olunmuş hesabdan çıxarış məlumatlarına əsasən Cavabdeh4 kredit müqaviləsindən imtina olunduğu tarixə, yəni 28 avqust 2023-cü il tarixinə hansı məbləğdə əsas borcu və hansı məbləğdə faiz borcu mövcud olmuşdur? 03 iyun 2024-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 31 may 2024-cü il tarixli, 480 nömrəli ekspert rəyi məhkəməyə daxil olmuş, həmin ekspert rəyinə əsasən X2 ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 26 iyun 2022-ci il tarixli kredit sazişi müqaviləsinin şərtlərinə, hesabdan çıxarış məlumatlarına və xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən cavabdeh X1, İddiaçı Açıq Səhmdar Cəmiyyətinə xx.xx.2023-cü il tarixə (maliyyə arayışın da göstərilən tarixə) kredit üzrə olan əsas borcunun 18307,37 (on səkkiz min üç yüz yeddi manat otuz yeddi qəpik) manat, faiz borcunun 1239,82 (bir min iki yüz otuz doqquz manat səksən iki qəpik) manat təşkil etdiyi qeyd olunmuşdur. Rəydə xx.xx.2023-cü il tarixə (maliyyə arayışında göstərilən tarixə) cərimə borcu tələb edilməsə də, hesabdan çıxarış məlumatlarında 1917,25 (bir min doqquz yüz on yeddi manat iyirmi beş qəpik (15,96 + 33,68 + 16,60 + 17,82 + 21,78 + 166,47 + 653,69 + 991,25)) manat məbləğində cərimənin hesablandığı və silindiyi, cərimə məbləğinin hansı qaydada silinməsinin məhkəmənin səlahiyyətində olduğundan gecikmənin olduğu dövrlərə cavabdehə müqavilə üzrə 473,19 (dörd yüz yetmiş üç manat on doqquz qəpik) manat cərimə borcu hesablandığı qeyd olunmuşdur. 13 iyun 2024-cü il t arixdə İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən elektron məhkəmə sistemi vasitəsi ilə kollegiyanın ünvanına vəsatət daxil olmuş, vəsatətdə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzin verdiyi bu rəylə razı olmadıqları, ekspertin hesablama aparan zaman borc üzrə yaranmış cərimələri nəzərə almayaraq 1917.25 (bir min doqquz yüz on yeddi manat iyirmi beş qəpik) manatı əsas və faiz borclarından çıxdığını, halbuki, kredit şərtlərinin “nağd pul krediti” bölməsinin 1.3-cü bəndində (səh 5) “müqavilə üzrə gecikdirilmiş kreditə görə müştəri hər gecikdirildiyi gün üçün gecikdirilmiş kreditin kredit sazişi ilə müəyyən edilən faizi miqdarında lakin, 0,50 manatdan/ABŞ dollarından/Avrodan az olmamaq şərtilə cərimə ödədiyini, bu cərimə kredit üzrə gecikdirmə yaranan tari xdən 90 (doxsan) gün müddətində tətbiq edilir” sözlərinin açıq qeyd edildiyini, ekspertin müqavilədə qeyd edilən bəndinin ümumiyyətlə nəzərə almadığını, halbuki, xidmət şərtlərinin kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olduğunu, cərimələrin düzgün hesablanmaması və ödənilmiş məbləğlərin əsas və faizdən çıxılması tələb edilən məbləğin rəyin düzgün nəticəyə gəlməməsinə səbəb olduğu göstərilmiş və yuxarıda qeyd olunanların nəzərə alınaraq iş üzrə əlavə ekspertizanın təyin edilməsi barədə qərardad qəbul edilməsi kollegiyadan xahiş edilmişdir. İşə apellyasiya qaydasında baxılması zamanı 22 iyul 2024-cü il tarixdə kollegiya iş materiallarını nəzərdən keçirərək, eyni zamanda iddiaçı təşkilatın vəsatətini nəzərə alaraq mülki iş üzrə əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin etmiş və eks pertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmaqla müvafiq ekspert rəyi kollegiyaya təqdim edilənədək mülki işin icraatı dayandırılmış, ekspert qarşısında aşağıdakı suallar (suallar qoyularkən iddiaçı təşkilatın nümayəndəsinin vəsatətdə ekspert qarşısında baxılmasını təklif etdiyi suallar da nəzərə alınmışdır) qoyulmuşdur: 1. xx.xx.2022-ci il tarixdən - xx.xx.2023-cü il tarixədək Cavabdeh4 ilə bank arasında bağlanmış xx.xx.2022-ci il tarixli, MK/88168/86/1 nömrəli kredit sazişi üzrə aparılmış ödənişlər, habelə hesablanmış cəriməyə çıxılan məbləğlər nəzərə alınmaqla xx.xx.2023-cü il tarixinə banka olan kredit borcunun (əsas borc, müqavilə üzrə faiz borcu və cərimə ayrı-ayrılıqda göstərilməklə) məbləği nə qədər təşkil edir?
2. Tərə flər arasında bağlanmış 26 iyun 2022-ci il tarixli kredit müqaviləsinin şərtlərinə və təqdim olunmuş hesabdan çıxarış məlumatlarına (kredit şərtlərinin “nağd pul krediti” bölməsinin 1.3-cü bəndi nəzərə alınmaqla) əsasən Cavabdeh4 kredit müqaviləsindən imtina olunduğu tarixə - 28 avqust 2023-cü il tarixinə hansı məbləğdə əsas borcu və hansı məbləğdə faiz borcu mövcud olmuşdur? 21 noyabr 2024-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 15 oktyabr 2024-cü il tarixli, 9/6141 nömrəli ekspert rəyi məhkəməyə daxil olmuş, həmin ekspert rəyinin nəticə hissəsində 29 iyun 2022-ci il tarixdə bağlanmış, MK/88168/86/1 nömrəli kredit sazişində qeyd olunan şərtlər nəzərə alınmaqla Cavabdeh4 İddiaçı ASC-yə olan borcu aşağıdakı kimi müəyyən edilmişdir. xx.xx. 2023-cü il (sualda göstərilən tarixə) borcu 19547,19 (on doqquz min beş yüz qırx yeddi manat on doqquz qəpik) manat -əsas borc üzrə 18307,37 (on səkkiz min üç yüz yeddi manat otuz yeddi qəpik) manat. -faiz borcu üzrə 1239,82 (bir min iki yüz otuz doqquz manat səksən iki qəpik) manat. Göründüyü kimi, hazırki mülki iş üzrə verilmiş Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 31 may 2024-cü il tarixli, 480 nömrəli ekspert rəyi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 15 oktyabr 2024-cü il tarixli, 9/6141 nömrəli ekspert rəyi eynilik təşkil etmiş, hər iki rəydən aydın olur ki, tədqiqat aparılarkən iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş sənədlər (kredit müqaviləsi, ödəniş cədvəli, hesabdan çıxarış və.s) əsasında geniş araşdırma aparılmış və ekspert rəyləri kifayət qədər hərtərəfli əsaslandırılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Apellyasiya baxışı zamanı təqdim olunmuş ekspert rəyləri kollegiya tərəfindən iş materiallarında olan digər sübutlarla əlaqəli şəkildə tədqiq edilmiş, rəylərin mötəbərliyini şübhə altına alan hər hansı bir hal olmadığından belə qənaətə gəlinmişdir ki, rəylər mübahisənin obyektiv hallarını özündə əks etdirdiyindən mötəbər sübut kimi qəbul edilməlidir. Beləliklə, kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutların qiymətləndirilməsi baxımından Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhk əmə Ekspertizası Mərkəzinin 31 may 2024-cü il tarixli, 480 nömrəli ekspert rəyi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 15 oktyabr 2024-cü il tarixli, 9/6141 nömrəli ekspert rəyini mübahisənin hallarını özündə əks etdirən mötəbər sübut növü kimi qəbul etmişdir. Kollegiya həmin rəyləri mötəbər sübut növü kimi qəbul edərkən ekspertiza keçirilməsi zamanı prosessual qaydalara əməl edilməsini, tədqiqat üçün təqdim olunmuş mülki iş materiallarının tam və hərtərəfli araşdırılmasını, rəylərdə gəlinmiş nəticənin ekspert qarşısında qoyulmuş suallara uyğunluğunu və rəylərin əsaslandırılmış olmasını da nəzərə almışdır. Beləliklə, qeyd edilənlərə əsasən iş materiallarının müqayisəli şəkildə tədqiqindən aydın olur ki, birinci instansiya məhkəməsi 09 yanvar 2024-c ü il tarixli, 2(110)-52/2024 nömrəli qətnaməsi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki iş üzrə cavabdehlərin əsas borcunu 20292,94 (iyirmi min iki yüz doxsan iki manat doxsan dörd qəpik) manat, faiz borcunu isə 1374,82 (bir min üç yüz yetmiş dörd manat səksən iki qəpik) manat müəyyən etməklə düzgün nəticəyə gəlməmiş və buna görə də qətnamə müvafiq hissədə, yəni faiz və əsas borcun miqdarına münasibətdə dəyişdirilməlidir. Kollegiya iş üzrə Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayətinin digər dəlillərini mülki işin tədqiq olunmuş halları ilə qarşılıqlı qiymət verərək, həmin dəlillərin əsassız olması qənaətinə gəlir və gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır. Belə ki, Cav abdeh4 apellyasiya şikayətinin digər dəlillərində “Şərur Rayon Məhkəməsinin məhkəmə iclasında onların iştiraklarını təmin etmədiyi üçün tərəflərindən müqavilə üzrə ödənilən ödənişlərin qəbzlərinin təqdim edilməsinin mümkün olmadığını” göstərmişdir ki, kollegiya bu dəlilə münasibətdə qeyd edir ki, mülki iş materiallarına əsasən müəyyən olunmuşdur ki, birinci instansiya məhkəməsində işə baxılması zamanı iş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi olaraq xəbərdar edilmiş, buna baxmayaraq onlar məhkəmə iclaslarına gəlməmişdirlər. Cavabdeh4 nümayəndəsi və vəkili X12 birinci instansiya məhkəməsinə ərizə göndərərək Bakı Apellyasiya Məhkəməsində iştirak edəcəyi üçün təyin olunmuş məhkəmə iclasında iştirak edə bilməyəcəyini, məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, lakin cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin hər hansı üzrlü səbəbdən olması barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinə yazılı münasibətlərini bildirməmişdirlər. Həmçinin Cavabdeh4 nümayəndəsi və vəkili X9 ərizələri əsasında 2 dəfə məhkəmə hazırlıq iclası, 2 dəfə məhkəmə baxışı iclası təxirə salınsa da o, məhkəmə iclasında iştirak etməmiş, cavabdehin vəkili elektron kabinet vasitəsilə iş materiallarının elektron variantı ilə tanış olmaq və yazılı etirazını bildirmək imkanına malik olmasına baxmayaraq iddiaya yazılı etirazını bildirməmişdir. Belə olan halda haqlı olaraq birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə uyğun tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Həmçinin Cavabdeh4 a pellyasiya şikayətində “...son baxış iclasından əvvəl iddiaçı bankın nümayəndəsinin təxir ərizəsi vuraraq iclasda iştirak edə bilməyəcəklərini bildirdiyini, məhkəmənin isə bu ərizəni qəbul etdiyini, lakin məhkəmənin həmin nümayəndənin buna səlahiyyəti olub-olmadığını, yəni ərizəni imzalamaq səlahiyyətinin olub-olmamasını yoxlamadığını, belə ki, bankın nümayəndələrinə verilən etibarnamənin müddətinin xx.xx.2023-cü ildən xx.xx.2023-cü il tarixədək olduğunu, bankın nümayəndəsinin ərizəsinin isə xx.xx.2024-cü il tarixdə elektron məhkəmə sisteminə daxil edildiyini, ərizəni imzalayan şəxs X7 adının isə sözügedən qətnamədə qeyd edildiyini və etibarnamənin müddətinin xx.xx.2023-cü ildə bitdiyini, Naxçıvan Muxtar Respublikası Şərur Rayon Məhkəməsinin e-2(110)-52/2024 nömrəli, xx.xx.2024-cü il tarix li qətnaməsinin Mülki Prosessual Məcəllənin müddəalarının pozulması nəticəsində qəbul edildiyini” göstərmişdir ki, kollegiya bu dəlili əsassız hesab edərək qeyd edir ki, həmin halın mövcudluğu birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin apellyasiya şikayətində göstərildiyi kimi ləğv olunmasına səbəb olan hal kimi qiymətləndirilə bilməz. Belə ki, mülki işin tədqiq olunmuş hallarından aydın olur ki, məhkəmənin daha əvvəl keçirilən bütün iclaslarının onların iştirakı olmadan keçirilməsi və təqdim edilmiş sübutlar əsasında qərar qəbul olunması ilə bağlı iddiaçı təşkilatın səlahiyyətli nümayəndəsi Vüsalə Həsənova tərəfindən ərizələr göndərilmiş, iddiaçının digər nümayəndəsi Fidan Veyisova tərəfindən etibarnamənin müddətinin bitməsindən sonra isə yalnız bir haldasonuncu məhkəmə iclas ına ərizə ünvanlanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən isə işdə iştirak edən şəxsin nümayəndəsinin, yaxud vəkilinin gəlməməsi işə baxılmasına mane olmur. Kollegiya şikayətdə göstərilən bu dəlilin işin mübahisəli halları ilə əlaqəli olmadığından mülahizə xarakterli hesab edir və bir daha apellyatorun diqqətinə çatdırır ki, həmin halın mövcudluğu birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvinə əsas ola bilməz. Kollegiya mübahisənin hüquqi həlli ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin; -385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verilməli, iş görülməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətlə rdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. -405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. -425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. -442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. -443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. -445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. -448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -449.1-ci maddəsinin məzmununa əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. -449.4-cü maddəsində göstərilir ki, özgə vəsaitindən istifadə üçün faizlər, əgər bu Məcəllədə və ya müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. -460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. -470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kredito ru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür; -470.2-ci maddəsinə əsasən zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər; -471-ci maddəsinə əsasən zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur. -472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. -472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xər clərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. -739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Kollegiya qeyd edilən maddi hüquq normalarını hazırki münasibətlərə tətbiq edərək hesab edir ki, tərəflər arasında kredit müqaviləsi əsasında öhdəlik münasibətləri yaranmışdır. Öhdəliyin mahiyyəti isə on dan ibarətdir ki, kredit müqaviləsində müəyyən edilmiş məbləği iddiaçı təşkilat cavabdehin sərəncamına vermək öhdəliyini götürmüş, iddiaçı təşkilat müqavilə ilə götürmüş olduğu öhdəliyi lazımınca və vaxtında icra etmiş, cavabdehlər isə iddiaçının müqavilə üzrə götürmüş olduğu öhdəliyə münasibətdə üzərlərinə götürmüş olduqları öhdəliyi lazımınca icra etməmişlər. Belə ki, iddiaçı təşkilat cavabdehə faizlə vermiş olduğu kredit müqaviləsi üzrə öhdəliyi lazımınca və müəyyən edilmiş məbləği Cavabdeh4 verməklə kredit müqaviləsi üzrə öhdəliyi yerinə yetirməsinə baxmayaraq, cavabdehlər kredit və zaminlik müqaviləsi üzrə öhdəliyi lazımınca icra etməmiş və buna görə də müvafiq məsuliyyətləri yaranmışdır. Beləliklə, məhkəmə kollegiyası apellyasiya baxışı zamanı şikayətin dəlillərini və iş materialla rını araşdırıb, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki iş üzrə Şərur Rayon Məhkəməsinin 09 yanvar 2024-cü il tarixli, 2(110)-52/2024 nömrəli qətnaməsindən Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Şərur Rayon Məhkəməsinin 09 yanvar 2024-cü il tarixli, 2(110)-52/2024 nömrəli qətnaməsi dəyişdirilməlidir. Kollegiya iş üzrə keçirilmiş hər iki məhkəmə mühasibatlıq ekspertizası üzrə aparılmış tədqiqatın ümumi dəyəri olan 160 (bir yüz altmış) manat ekspertiza xərcinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin məhkəmə m əsrəfləri adlanan 115-ci maddəsinə əsasən iş üzrə ekspertlərə verilməli olan məbləğ işə baxılması ilə əlaqədar məsrəflərə aiddir və həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən aparılmış ekspertiza xərci olan 60 (altmış) manat xərcin iddianın təmin olunmuş hissəsinə uyğun olaraq 52.80 (əlli iki manat səksən qəpik) manat hissəsi Cavabdeh4, 7.20 (yeddi manat iyirmi qəpik) manat hissəsi isə İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq büdcə təsnifat kodu 142330, büdcə səviyyəsinin kodu 2, X11 MR İdarəsi, Kodu-502906, VÖEN **********, müxbir hesabı AZ88NABZ********************, S.W.İ.F.T BİK NAXCAZ21, Naxçıvan MR Maliyyə Nazirliyi VÖEN **********, hesab AZ21NABZ********************-ə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış ekspertiza xərci olan 100 (yüz) manat xərcin iddianın təmin olunmuş hissəsinə uyğun olaraq 88 (səksən səkkiz) manat hissəsi Cavabdeh4, 12 (on iki) manat hissəsi isə İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, X3, Kodu-210005, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, S.W.İ.F.T BİK-CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************-ə keçirilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.3, 392, 393, 402.1, 403.1, 404.1.1 və 405.0.1-ci maddələrini rə hbər tutaraq, kollegiya qətetdi: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki iş üzrə Şərur Rayon Məhkəməsinin 09 yanvar 2024-cü il tarixli, 2(110)-52/2024 nömrəli qətnaməsindən Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şərur Rayon Məhkəməsinin 09 yanvar 2024-cü il tarixli, 2(110)-52/2024 nömrəli qətnaməsi dəyişdirilsin. İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 18.307,37 (on səkkiz min üç yüz yeddi manat otuz yeddi qəpik) manat əsas, 1239,82 (bir min iki yüz otuz doqquz manat səksən iki qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 19.547,19 (on doqquz min beş yüz qırx yeddi manat on doqquz qəpik) manat pul tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən X14 vasitəsilə 02 oktyabr 2023-cü il tarixdə ********** nömrəli qəbzlə (transaksiya nömrəsi 47271) ödənilmiş 157 (bir yüz əlli yeddi) manat dövlət rüsumunun iddianın təmin olunmuş hissəsinə uyğun olaraq 138.16 (bir yüz otuz səkkiz manat on altı qəpik) manat hissəsi cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin və dövlət rüsumunun qalmış hissəsi iddiaçı təşkilata aid edilsin. Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən aparılmış ekspertiza xərci olan 60 (altmış) manat xərcin iddianın təmin olunmuş hissəsinə uyğun olaraq 52.80 (əlli iki manat səksən qəpik) manat hissəsi Cavabdeh4, 7.20 (yeddi manat iyirmi qəpik) manat hissəsi isə İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq büdcə təsnifat kodu 142330, büdcə səviyyəsinin kodu 2, X11 MR İdarəsi, Kodu-502906, VÖEN **********, müxbir hesabı AZ88NABZ********************, S.W.İ.F.T BİK NAXCAZ21, Naxçıvan MR Maliyyə Nazirliyi VÖEN **********, hesab AZ21NABZ********************-ə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən aparılmış ekspertiza xərci olan 100 (yüz) manat xərcin iddianın təmin olunmuş hissəsinə uyğun olaraq 88 (səksən səkkiz) manat hissəsi Cavabdeh4, 12 (on iki) manat hissəsi isə İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, X3, Kodu-210005, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, S.W.İ.F.T BİK- CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************-ə keçirilsin. Qətnamə qalmış hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Naxçıvan Мuxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.