Məhkəmə qərarları › İş №2(108)-90/2021

Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2(108)-90/2021

14.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(108)-90/2021 14.06.2021 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Qarayev Sənan Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, Xıdırov Əhliman Mehman oğlu və Abbasov Fərman Məmməd oğlundan ibarət tərkibdə, X3 məhkəmə iclas katibliyi, İddiaçı, iddiaçının vəkili X1, cavabdehlər Cavabdeh3, Cavabdeh2, Qanuni nümayəndə və cavabdehin vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2, Qanuni nümayəndə, Cavabdeh4 və Cavabdeh5 qarşı pul tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 04 fevral 2021-ci il tarixli, 2(078)-59/2021 nömrəli qətnaməsindən cavabdeh Qanuni nümayəndə və onun vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı mərhum X2 vərəsələri Cavab deh3, Cavabdeh2, Qanuni nümayəndə, Cavabdeh4 və Cavabdeh5 55000 (əlli beş min) manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 04 fevral 2021-ci il tarixli, 2(078)-59/2021 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2, Qanuni nümayəndə, Cavabdeh4 və Cavabdeh5 qarşı pul tələbinə dair iddiası qismən təmin edilmiş, mərhum X2 vərəsəsi-cavabdeh Qanuni nümayəndə 16600 (on altı min altı yüz) manat məbləğində pulun alınaraq iş üzrə İddiaçı verilməsi, iddia tələbinin qalan məbləğinin cavabdeh Qanuni nümayəndə münasibətdə rədd edilməsi, iddia tələbinin cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 münasibətdə əsassız olduğundan rədd edilməsi qət edilmişdir. Məhkəmənin qətnaməsindən narazı qalan cavabdeh Qanuni nümayəndə və onun vəkili Vəkil 12 mart 2021-ci il tarixdə apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına müraciət edərək Naxçıvan Şəhər Məhkəməsinin 04 fevral 2021-ci il tarixli, 2(078)-59/2021 nömrəli qətnaməsinin ləğv edilməsi (iddianın cavabdeh Qanuni nümayəndə aid qismən təmin olunmuş hissəsinə münasibətdə), iddianın bütövlükdə rədd edilməsi barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etmişlər. Məhkəmə baxışı iclası gedişində İddiaçı və cavabdeh Qanuni nümayəndə məhkəməyə aşağıdakı məzmunda barışıq sazişi təqdim edərək həmin barışıq sazişinin təsdiq olunaraq mülki işin icraatına xitam verilməsini kollegiyadan xahiş etmişlər. Tərəflərin məhkəməyə təqdim etdikləri barışıq sazişinə görə: 1.Cavabdeh Qanuni nümayəndə: Apellyasiya şikay əti üzrə 11 iyun 2021-ci il tarixli məhkəmə baxışı iclasında İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2, Qanuni nümayəndə, Cavabdeh4, Cavabdeh5 qarşı pul tələbinə dair iddiasından imtina etməsi qarşılığında 8.000 (səkkiz min) manat pulu 11 iyun 2021-ci il tarixli məhkəmə baxışı iclasında nağd olaraq İddiaçı təqdim etməyi və 2000 (iki min) manat məbləğində pulu isə 2021-ci ilin iyul ayından başlayaraq 2021-ci ilin oktyabr ayınadək, yəni 4 (dörd) ay müddətində hər ay 500 (beş yüz) manat olmaqla İddiaçı poçt vasitəsi ilə ödəməyi öhdəsinə götürür.

2. İddiaçı: Apellyasiya şikayəti üzrə 11 iyun 2021-ci il tarixli məhkəmə baxışı iclasında cavabdeh Qanuni nümayəndə 8.000 (səkkiz min) manat pulu məhkəmə baxışı iclasında nağd olaraq ona təqdim etməsi və 2000 (iki min) manat məbləğində pulu isə 2021c i ilin iyul ayından başlayaraq 2021-ci ilin oktyabr ayınadək, yəni 4 (dörd) ay müddətində hər ay 500 (beş yüz) manat olmaqla ona poçt vasitəsi ilə ödəməyi öhdəsinə götürməsi qarşılığında cavabdehlər Cavabdeh3, Cavabdeh2, Qanuni nümayəndə, Cavabdeh4, Cavabdeh5 qarşı pul tələbinə dair iddiasından imtina edir. Kollegiya tərəflərin təqdim etdiyi barışıq sazişini müzakirə edərək belə nəticəyə gəlir ki, təqdim olunmuş barışıq sazişi qanunvericiliyin tələblərinə uyğundur və sazişdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.4-cü maddəsində nəzərdə tutulmuş qanuna zidd və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozan hallar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 391-ci maddəsinə uyğun olaraq bu Məcəllənin 19-cu və 20-ci fəsillə rində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.2-ci maddəsinə əsasən tərəflərin barışıq sazişi məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə bu barədə qərardad çıxarır və eyni zamanda həmin qərardadla işin icraatına xitam verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.5-ci maddəsinə uyğun olaraq tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq olunmuşsa, hakim iş üzrə icraata xitam verir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.3-cü maddəsinə əsasən məhkəmələr tərəfindən iş üzrə icraata xitam verildikdə dövlət rüsumu qaytarılır. Qeyd olunanlara uyğun olaraq İddiaçı və cavab deh Qanuni nümayəndə tərəfindən məhkəməyə təqdim edilmiş barışıq sazişi təsdiq olunmalı və iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 04 fevral 2021-ci il tarixli, 2(078)-59/2021 nömrəli qətnaməsi ləğv edilərək mülki iş üzrə icraata xitam verilməli, İddiaçı tərəfindən 16.09.2020-ci il tarixdə “xxxx” ASCnin Şərur filialına AZ21NABZ******************** İBAN nömrəli hesaba ödənilmiş 30 (otuz) manat, cavabdeh Qanuni nümayəndə tərəfindən 10.03.2021-ci il tarixdə “xxxx” ASC-nin Naxçıvan filialına ********* nömrəli qəbzlə ödənilmiş 15 (on beş) manat dövlət rüsumu geri qaytarılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262, 402-406-cı maddələri rəhbər tutaraq məhkəmə q ə r a r v e r d i: İddiaçı və cavabdeh Qanuni nümayəndə arasında bağlanmış “1.Cavabdeh Qan uni nümayəndə: Apellyasiya şikayəti üzrə 11 iyun 2021-ci il tarixli məhkəmə baxışı iclasında İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2, Qanuni nümayəndə, Cavabdeh4, Cavabdeh5 qarşı pul tələbinə dair iddiasından imtina etməsi qarşılığında 8.000 (səkkiz min) manat pulu 11 iyun 2021-ci il tarixli məhkəmə baxışı iclasında nağd olaraq İddiaçı təqdim etməyi və 2000 (iki min) manat məbləğində pulu isə 2021-ci ilin iyul ayından başlayaraq 2021-ci ilin oktyabr ayınadək, yəni 4 (dörd) ay müddətində hər ay 500 (beş yüz) manat olmaqla İddiaçı poçt vasitəsi ilə ödəməyi öhdəsinə götürür.

2. İddiaçı: Apellyasiya şikayəti üzrə 11 iyun 2021-ci il tarixli məhkəmə baxışı iclasında cavabdeh Qanuni nümayəndə 8.000 (səkkiz min) manat pulu məhkəmə baxışı iclasında nağd olaraq ona təqdim etməsi və 2000 (iki min) manat məbləğində pulu isə 2021-ci ilin iyul ayından başlayaraq 2021-ci ilin oktyabr ayınadək, yəni 4 (dörd) ay müddətində hər ay 500 (beş yüz) manat olmaqla ona poçt vasitəsi ilə ödəməyi öhdəsinə götürməsi qarşılığında cavabdehlər Cavabdeh3, Cavabdeh2, Qanuni nümayəndə, Cavabdeh4, Cavabdeh5 qarşı pul tələbinə dair iddiasından imtina edir.” məzmunlu barışıq sazişi təsdiq edilsin. İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2, Qanuni nümayəndə, Cavabdeh4 və Cavabdeh5 qarşı pul tələbinə dair mülki üzrə Naxçıvan Şəhər Məhkəməsinin 04 fevral 2021-ci il tarixli, 2(078)-59/2021 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2, Qanuni nümayəndə, Cavabdeh4 və Cavabdeh5 qarşı pul tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçi İddiaçı tərəfindən 16.09.2020-ci il tarix də “xxxx”-ASC-nin Şərur filialına AZ21NABZ******************** İBAN nömrəli hesaba ödənilmiş 30 (otuz) manat, cavabdeh Qanuni nümayəndə tərəfindən 10.03.2021-ci il tarixdə “xxxx” ASC-nin Naxçıvan filialına ********* nömrəli qəbzlə ödənilmiş 15 (on beş) manat dövlət rüsumu geri qaytarılsın. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10(on) gün müddətində Naxçıvan MR Ali Məhkəməsinin mülki kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar