Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(108)-91/2021 13.04.2021 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Xıdırov Əhliman Mehman oğlu (sədrliyi və məruzəsi ilə), Qarayev Sənan Məmməd oğlu və Allahverdiyev Mehman Dünyamalı oğlundan ibarət tərkibdə, Rəhimova Aybəniz Məhəmməd qızının məhkəmə iclas katibliyi, Cavabdeh iştirakı ilə Kəngərli Rayon Məhkəməsinin xx xxxx 2021-ci il tarixli, 2(111)-154/2021 nömrəli qərardadından Cavabdeh verdiyi şikayətin mümkünlüyünü yoxlayıb müəyyən etdi: Kəngərli Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(111)-154/2020 nömrəli qətnaməsi ilə (sədrlik edən Z.Ə.Əhmədov) İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilmiş, qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpası b arədə ərizə ilə məhkəməyə müraciət etmiş, ərizəyə Kəngərli Rayon Məhkəməsində xx xxxx 2021-ci il tarixdə baxılmış və həmin tarixli qərardad qəbul edilərək vəsatət təmin edilməmiş, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti və ödənilmiş dövlət rüsumu geri qaytarılmışdır. Həmin qərardaddan narazı qalan Cavabdeh şikayət ərizəsi ilə Kəngərli Rayon Məhkəməsinə müraciət etmiş və şikayət xx xxxx 2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Cavabdeh şikayətdə qərardadın ləğv edilməsini, qərardad ləğv olunmadığı təqdirdə Azərbaycan Respublikası MPM-in 269.3-cü maddəsinə əsasən işin apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Həmin şikayətə Kəngərli Rayon Məhkəməsi tərəfindən xx xxxx 2021-ci il tarixdə baxılmış və verilmiş şikayət təmin olunmadığından şikayət iş materialları ilə bi rlikdə baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına göndərilmişdir. Cavabdeh şikayətini onunla əsaslandırmışdır ki, buraxılmış müddətin üzrlü sayılması üçün onun gətirdiyi dəlilləri, yəni həyat yoldaşının xəstə olmasını, pandemiya ilə bağlı qətnamədən şikayət verə bilmədiyini qeyd etsə də bu hal qərar qəbul edilən zaman nəzərə alınmamışdır. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş İddiaçı məhkəmə iclasında iştirak etmədiyindən kollegiya Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinin tələbinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şikayətin mümkünlüyü yoxlanılarkən Cavabdeh məhkəmə iclasında verdiyi izahatında Kəngərli Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(111)-154/2020 nömrəli qət naməsindən verdiyi apellyasiya şikayətini də vəsatəti ilə birlikdə əvvəlcə həmin məhkəməyə verdiyini, sonra Kəngərli Rayon Məhkəməsi tərəfindən apellyasiya şikayəti və əlavə etdiyi sənədlərin ona qaytarıldığını, xx xxxx 2021-ci il tarixli qərardaddan verdiyi şikayətinə isə əlavə etmədiyini, qərardaddan şikayəti verərkən apellyasiya şikayəti və əlavə etdiyi sənədlər qaytarıldıqdan sonra hələ ona çatmadığını göstərərək Kəngərli Rayon Məhkəməsinin xx xxxx 2021-ci il tarixli, 2(111)-154/2020 qərardadının ləğv edilərək buraxılmış prosessual müddətin bərpa olunması barədə vəsatətinin təmin edilərək apellyasiya şikayətinin icraata qəbul edilməsini xahiş etdi. Birinci instansiya məhkəməsinin qərardadlarından verilmiş şikayətlərin mümkünlük məsələlərini tənzimləyən normalar Azərbaycan Respublikas ı MPM-də olmasa da, həmin Məcəllənin oxşar-apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması məsələlərini tənzimləyən müddəaları tətbiq edilməlidir. Çünki Azərbaycan Respublikası MPM-in 13.4cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Azərbaycan Respublikası MPM-in 366.1 və 366.2-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Kollegiya daxil olmuş şikayətin mümkünlüyünü yoxlayaraq he sab edir ki, hazırkı işə apellyasiya qaydasında baxılması üçün prosessual əsaslar olmadığından şikayət qeyrimümkün hesab edilməlidir. Belə ki, iddiaçı tərəfindən verilmiş şikayət və iş materialları nəzərdən keçirilərkən aydın olur ki, cavabdeh buraxılmış prosessual müddətin bərpa olunması üçün məhkəməyə müraciət etmiş, lakin məhkəmə vəsatətin təmin edilməməsi və apellyasiya şikayətinin geri qaytarılması haqqında xx xxxx 2021-ci il tarixli qərardad qəbul etmiş, həmin qərardad qanuni qüvvəyə minmədən apellyasiya şikayəti fiziki olaraq da birinci instansiya məhkəməsinin xx xxxx 2021-ci il tarixli müşayiət məktubu ilə iş üzrə cavabdehə qaytarılmış, onun surəti iş materiallarında saxlanılmamışdır. Cavabdeh həmin qərardaddan şikayət verərkən də apellyasiya şikayəti və ona əlavə olunmalı sənədlər i məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-in 133.3-cü maddəsinə əsasən müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). Hazırkı şikayətə baxılarkən prosessual müddətin bərpası üçün əsasların olubolmaması və buna müvafiq olaraq birinci instansiya məhkəməsinin prosessual müddətin bərpa olunmasından imtina etməsinin əsaslı olub-olmaması yoxlanılmalıdır. Lakin apellyasiya şikayəti və ona əlavə olunmalı sənədlər iş materiallarında olmadığından bu mümkün deyil. Ona görə də kollegiya qeyd edir ki, indiki halda şikayət, mümkün hesab edilərək baxıla bilmədiyindən, qeyri-mümkün hesab edilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 366, 402, 405.0. 2 və 406-cı maddələrini rəhbər tutaraq kollegiya qərara alır: Kəngərli Rayon Məhkəməsinin xx xxxx 2021-ci il tarixli, 2(111)-154/2021 nömrəli qərardadından Cavabdeh verdiyi şikayət qeyri-mümkün hesab edilsin. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Əhliman Xıdırov Hakimlər: Sənan Qarayev Mehman Allahverdiyev
Məhkəmə qərarları › İş №2(108)-91/2021
Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2(108)-91/2021
13.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver