Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(108)-92/2022 28.07.2022 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Allahverdiyev Mehman Dünyamalı oğlu (sədrliyi və məruzəsi ilə), Xıdırov Əhliman Mehman oğlu və Qarayev Sənan Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə Naxçıvan Şəhər Məhkəməsinin 28 iyun 2022-ci il tarixli, e-2(078)-731/2022 nömrəli qərardadından verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq müəyyənetdi: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “KATV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz qoşulma nəticəsində 116.49 mаnаt abunə haqqı q ismində vurulmuş maddi zərərin, həmçinin hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanması üçün "xxxx" MMC-yə ödənilmiş 150 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun və 40 qəpik bank xidməti haqqının, ümumilikdə 296 manat 89 qəpik məbləğində vurulmuş maddi ziyanın alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 28 iyun 2022-ci il tarixli, e-2(078)-731/2022 nömrəli qərardadı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat barədə ərizəsi və ərizəyə əlavə olunmuş sənədlərin geri qaytarılması, İddiaçı MMC-nə ərizənin qaytarılmasına səbəb olan nöqsanların aradan qaldırıldıqdan sonra kiç ik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmayacağının izah olunması qərara alınmışdır. Məhkəmənin həmin qərardadından narazı qalan iddiaçının nümayəndəsi Nümayəndə "Elektron Məhkəmə" informasiya sistemi vasitəsi ilə 04 iyul 2022-ci il tarixdə Naxçıvan Şəhər Məhkəməsinə şikayətlə müraciət edərək Naxçıvan Şəhər Məhkəməsinin 28 iyun 2022-ci il tarixli, e2(078)-731/2022 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 06 iyul 2022-ci il tarixli, e-2(078)-731/2022 nömrəli qərardadı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə Naxçıvan Şəhər Məhkəməsinin 28 iyun 2022-ci il tarixli, e-2(078)-731/2022 nömrəli qərardadından verdi yi şikayət təmin edilməyərək, şikayət mülki işin materialları ilə birlikdə baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına göndərilmişdir. İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin qəbul etdiyi qərardadında qeyd etdiyi xüsusatlar əsassızdır. Belə ki, İddiaçı MMC Naxçıvan Şəhər Məhkəməsinə göndərdiyi iddia ərizəsini Azərbaycan Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə göndərdiyini, adıçəkilən sistem vasitəsi ilə iddia ərizəsi göndərilən zaman sistemdə mövcud olan “Ödəniş” bölməsində “Ödəniş üsulu “Artıq ödənilib” seçdikdən sonra hökümət ödəniş portalı vasitəsi ilə ödədikləri dövlət rüsumunun qəbzinin nömrəsini (qəbz nömrəsi 8********) daxil etdiyini, təsdiqlədikdən sonra sistem tərəfindən iddia ərizəsini imzalamaq bölməsinə yönəltdiyini, həmin bölmədə iddia ərizəsinin ASAN İMZA vasitəsi ilə imzalandığını və məhkəməyə göndərdiyini göstərmişdir. Həmçinin əgər ödənilmiş dövlət rüsumuna dair qəbz aktiv olmayan qəbz olmuş olsa idi iddia ərizəsini sistem vasitəsi ilə göndərməyin mümkün olmadığını qeyd etmişdir. Yəni tərəflərindən Naxçıvan Şəhər Məhkəməsinə göndərilmiş iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin Elektron məhkəmə informasiya sistemi vasitəsi ilə qaydalara uyğun olaraq göndərildiyini, tərəfindən elektron sistemə daxil edilmiş qəbzin eyni zamanda iddia ərizəsinə qoşma olaraq da əlavə edildiyini bildirən Nümayəndə sonda Naxçıvan Şəhər Məhkəməsi tərəfindən qəbul edilmiş qərardadın əsassız olduğundan ləvğ edilməsini və mülki işin baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə geri qayta rılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Həmin Məcəllənin 10.8-1-ci maddəsinə əsasən bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 139.4-cü maddəsi rəhbər tutulmaqla iddiaçı təşkilat İddiaçı MMC-nin nümayəndəsinə verdiyi şikayətlə bağlı izahatının Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına göndərilm əsi təklif edilsə də, nümayəndə tərəfindən kollegiyaya şikayətinə dair izahat daxil olmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Kollegiya şikayətin dəlillərini mülki işin materialları ilə əlaqəli şəkildə nəzərdən keçirib onlara hüquqi qiymət verərək, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayıb belə nəticəyə gəlir ki, şikayət təmin edilməməli və Naxçıvan Şəhər Məhkəməsinin 28 iyun 2022-ci il tarixli, e2(078)-731/2022 nöm rəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, şikayətdə qeyd olunan dəlillərin araşdırılması zamanı İddiaçı MMC-nin birinci instansiya məhkəməsinə ünvanladığı iddia ərizəsi və ona əlavə olunmuş sənədlərdən müəyyən olunmuşdur ki, iddia ərizəsinə əlavə olunmuş İddiaçı MMC tərəfindən “X1” vasitəsilə 16 fevral 2022-ci il tarixli, ********* nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu ilkin iddia qaldırılan zaman Naxçıvan Şəhər Məhkəməsinin “23” fevral 2022-ci il tarixli, e-2(078)-362/2022 nömrəli iddia ərizəsinin geri qaytarılması haqqında qərardadı ilə İddiaçı MMC-yə geri qaytarılmış (iş səh.38) və həmin qərardad qanuni qüvvəsini almışdır. Qərardad üzrə icra vərəqəsi çıxarılaraq icraya yönəldilmiş və ödənilmiş həmin dövlət rüsumu İddiaçı MMC-nə qaytarılaraq Naxçıvan Şəhər İcra və Probasiya şöbəsinin 15 aprel 2022-ci il tarixli icraata xitam verilməsi haqqında qərarı ilə icra sənədi üzrə icraata xitam verilmişdir (iş səh.41-46). Mülki işin kollegiya tərəfindən müəyyən olunmuş hallarından məlum olmuşdur ki, iddiaçı təşkilat İddiaçı MMC təkrar olaraq iddia tələbi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərkən iddia ərizəsinə yenidən 16 fevral 2022-ci il tarixli, ********* nömrəli qəbzin surətini əlavə etmişdir ki, yuxarıda qeyd olunan sənədlərdən də göründüyü kimi, həmin qəbzlə ödənilmiş dövlət rüsumu artıq iddiaçı təşkilata geri qaytarılmışdır. Bu isə onu deməyə əsas verir ki, qanunvericiliyin mənasına görə iddiaçı qanunvericilikdə nəzərdə tutulmuş qaydada dövlət rüsumunu ödəməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsin ə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.1 və 152.1.5-ci maddələrinin tələbinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 284-3.5-ci maddəsinə əsasən ərizənin bu Məcəllənin 284-3.1-ci və 2843.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlav ə olunmuş sənədləri geri qaytarır. Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda qeyd xüsusatları nəzərə alan kollegiya birinci instansiya məhkəməsinin iddiaçı təşkilat İddiaçı MMC-nin verdiyi iddia ərizəsinin ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılması ilə bağlı gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, Naxçıvan Şəhər Məhkəməsinin 28 iyun 2022-ci il tarixli, e-2(078)-731/2022 nömrəli qərardadından iş üzrə İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayətdə göstərilən dəlillər qərardadın ləğvi üçün əsas təşkil etmir. Məhz bu səbəbdən və şikayətin təmin edilməsi üçün əsaslar mövcud olmadığından şikayət təmin olunmamalı, Naxçıvan Şəhər Məhkəməsinin 28 iyun 2022-ci il tarixli, e2(078)-731/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Аzərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinin tələbinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsаsən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq kollegiya q ə r a r a a l ı r: İddiaçı MMC-nin Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə Naxçıvan Şəhər Məhkəməsinin 28 iyun 2022-ci il tarixli, e-2(078)-731/2022 nömrəli qərardadından verdiyi şikayət təmin olunmasın. Naxçıvan Şəh ər Məhkəməsinin 28 iyun 2022-ci il tarixli, e-2(078)-731/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(108)-92/2022
Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2(108)-92/2022
28.07.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver