Məhkəmə qərarları › İş №2(108)-93/2021

Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(108)-93/2021

29.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-93/2021 29.04.2021 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Allahverdiyev Mehman Dünyamalı oğlunun (sədrliyi və məruzəsi ilə), Abbasov Fərman Məmməd oğlu və Qarayev Sənan Məmməd oğlundan ibarət tərkibdə, Nəcəfova Taliyə Tofiq qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı sabit pul məbləğində müəyyən olunmuş alimentin artırılması tələbinə dair mülki iş üzrə Şahbuz Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(090)-32/2021 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı xx xxxxxx 2021-ci il tarixdə iddia ərizəsi ilə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək Şahbuz Rayon Məhkəməsinin 2(090)-67/2019 nö mrəli, xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə müəyyən olunmuş aliment miqdarının dəyişdirilərək xx xxxxxxx 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh sabit pul məbləğində hər ay 175 (bir yüz yetmiş beş) manat miqdarında alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şahbuz Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(090)-32/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Şahbuz Rayon Məhkəməsinin 2(090)-67/2019 nömrəli, xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə müəyyən olunmuş aliment miqdarının dəyişdirilməsi, qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmaqla Cavabdeh xx xxxxxxx 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 130 (bir yüz otuz) man at miqdarında alimentin tutularaq anası İddiaçı ödənilməsi, Cavabdeh 22.30 (iyirmi iki manat, otuz qəpik) manat miqdarında dövlət rüsumunun alınaraq dövlət büdcəsinə keçirilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Qətnamədən narazı qalan iş üzrə Cavabdeh apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına müraciət edərək, Şahbuz Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(090)-32/2021 nömrəli qətnaməsinin ləğv olunaraq iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən aliment məbləği artırılarkən cavabdehin dövlət müəssisəsində işləməklə aylıq 174.60 manat əmək haqqı alması, həmçinin himayəsində hal-hazırda yetkinlik yaşına çatmayan uşağın olması qeyd olunsa da əsassız olaraq aliment məbləği artırılmışdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli, 8-2/2016 nömrəli qərarının 8.13-cü bəndinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təs irini nəzərə almalıdır. Şahbuz Rayon Məhkəməsi tərəfindən 2(090)-67/2019 nömrəli, xx xxxx 2019-cu il tarixli qətnamə ilə Əliyev Ayxanın yetkinlik yaşına çatanadək saxlanılması üçün sabit pul məbləğində 100 (bir yüz) manat aliment təyin olunarkən də o, təsərrüfat müdiri işləməklə ayda 174.60 manat əmək haqqı alırdı. Yəni cavabdehin maddi vəziyyətində əsaslı bir dəyişiklik olmamışdır ki, aliment məbləği artırılsın. Digər cəhətdən ailəli olmaqla öhdəsində azyaşlı uşağın olması da alimentin məbləği artırılarkən nəzərə alınmamışdır. Uşağı böyütmək hər iki valideynin vəzifəsidir. İddiaçının müəllimə kimi işləməklə yuxarı məbləğdə əmək haqqı alması məhkəmə tərəfindən araşdırılmamış və qiymət verilməmişdir. Apellyasiya şikayətinin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 17-ci, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1, 75.1, 112.1-ci, “Uşaq Hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2016-cı il tarixli qərarına istinad edilmişdir. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Cavabdeh kollegiyadakı izahatında apellyasiya şikayətini müdafiə edərək Şahbuz Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(090)-32/2021 nömrəli qətnaməsinin ləğv olunaraq iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini kollegiyadan xahiş etmişdir. İddiaçı kollegiyadakı izahatında apellyasiya şikayətini qəbul etməyərək Şahbuz Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(090)-32/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini k ollegiyadan xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinin tələbinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Kollegiya iş üzrə məruzəçinin məruzəsini, mülki iş üzrə araşdırılmış materiallarını, apellyasiya şikayətinin təmin edilməklə Şahbuz Rayon Məhkəməsinin xx xxxxxx 20 21-ci il tarixli, 2(090)-32/2021 nömrəli qətnaməsinin ləğv olunaraq iddia tələbinin rədd edilməsi barədə Cavabdeh və apellyasiya şikayətinin təmin edilməməklə Şahbuz Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(090)-32/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə İddiaçı izahatlarını dinləyib, apellyаsiya şikayətinin dəlillərini müzakirə edib, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Belə ki, iş üzrə Cavabdeh apellyasiya şikayətinin dəlillərində birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsinin ləğvinə əsas kimi “Məhkəmə tər əfindən aliment məbləği artırılarkən cavabdehin dövlət müəssisəsində işləməklə aylıq 174.60 manat əmək haqqı almasını, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmənin alimentin miqdarının müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalı olduğunu, Şahbuz Rayon Məhkəməsi tərəfindən 2(090)-67/2019 nömrəli, xx xxxx 2019-cu il tarixli qətnamə ilə Əliyev Ayxanın yetkinlik yaşına çatanadək saxlanılması üçün sabit pul məbləğində 100 (bir yüz) manat aliment təyin olunarkən də özünün təsərrüfat müdiri işləməklə ayda 174.60 manat əmək haqqı almasını, yəni cavabdehin maddi vəzi yyətində əsaslı bir dəyişiklik olmadığını, digər tərəfdən ailəli olmaqla öhdəsində azyaşlı uşağın olmasının da alimentin məbləği artırılarkən nəzərə alınmadığını” göstərmiş və məhz bu əsaslara görə Şahbuz Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(090)-32/2021 nömrəli qətnaməsinin ləğv olunaraq iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Kollegiya iş üzrə Cavabdeh apellyasiya şikayətində göstərdiyi bu dəlilləri işin halları ilə əlaqəli şəkildə müzakirə edərək həmin dəlillərin əsassız olması qənaətinə gəlir və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə düzgün nəticəyə gəlmişdir. Belə ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideyn lərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxx 2016-cı il tarixli Plenum Qərarının 8.2 və 8.7-ci bəndlərində məhkəmələrə tövsiyyə olunmuşdur ki, “Məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərcləri ndən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə y etirməlidir. Konstitusiyanın 17-ci maddəsində göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının xx xxx 1998-ci il tarixli Qanununun 17-ci maddəsində qeyd olunur ki, uşağın ailədə valideynləri ilə birgə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Həmin Qanunun 19-cu maddəsində isə qeyd olunur ki, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Va lideynlərin uşaqlar barəsində hüquq və vəzifələrinin həyata keçirilməsinə dövlət orqanlarının qarışmasına yalnız qanunla nəzərdə tutulmuş hallarda və uşağın maraqları naminə yol verilə bilər. Həmin Qanununun 13-cü maddəsində qeyd olunmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 29.2-ci maddəsinə əsasən, analıq, atalıq, uşaqların tərbiyəsi və təhsili, eləcə də ailənin digər məsələləri ər-arvadın hüquq bərabərliyi prinsiplərinə uyğun olaraq birgə həll edilir. Həmin Məcəllənin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını sax lamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit p ul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitiusiya Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli qərarında qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qaz anca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Ölkə üzrə bir uşağın saxlanması üçün tələb olunan yaşayış minimumu isə hər il müəyyən edilir və həmin məbləğ qanunla tənzimlənir. Beləliklə kollegiya cavabdehin yuxarıda göstərdiyi bu dəlilləri işin halları ilə əlaqəli şəkildə təhlil edib, bu dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilərək və ya ləğv edilərək təyin olunmuş aliment məbləğinin azaldılması və ya ümumiyyətlə tələbin rədd olunması üçün əsas hesab etmir və qeyd edir ki, alimentin məbləği müəyyən edilərkən ilk növbədə tərəflərin marağı deyil, qanuna uyğun olaraq uşaqların mənafeləri üstün götürülməlidir. Cavabdehin apellyasiya şikayətində dəlil kimi istinad etdiyi həmin hallar onun bir valideyn kimi uşaqlarını sağlam şər aitdə böyütmə, ümumtəhsil və milli dəyərlər əsasında tərbiyə etmə, müstəqil həyata hazırlama, uşağın təminat səviyyəsinin mümkün qədər maksimal saxlamalı olması, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi kimi vəzifələrindən azad edilməsi üçün əsas deyildir. Şahbuz Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(090)-32/2021 nömrəli qətnaməsindən də göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən adıçəkilən qətnamə qəbul olunarkən məhz qanunvericiliyin yuxarıda göstərilən tələbləri və meyarları nəzərə alınmaqla cavabdehdən hər ay bir uşaq üçün 130 (bir yüz otuz) manat sabit pul məbləğində alimentin tutularaq xx xxxxxxx 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. Az ərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsində qeyd olunur ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Qanunvericiliyin sadalanan bu normasının mənasına görə sabit pul məbləğində alimentin müəyyən edilməsi zamanı həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması müəyyənləşdirilir. Bu zaman müəyyənləşdiriləcək məbləğ uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasına kifayət etməklə yanaşı respublika ərazisində uşaqlar üçün müəyyən olunan yaşayış minimumuna uyğun olmalıdır. «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimum u haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2021-ci ildə yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 175 (bir yüz yetmiş beş) manat məbləğində müəyyən edilmişdir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi Şahbuz Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(090)32/2021 nömrəli qətnaməsi ilə xx xxxxxxx 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 130 (bir yüz otuz) manat məbləğində müəyyən edilmiş aliment yuxarıda qeyd olunan qanunla müəyyən edilmiş yaşayış minimumu məbləğinə uyğundur və birinci instansiya məhkəməsinin bu qətnamə ilə gəldiyi nəticə uşağın təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasına yönəlmişdir. Beləliklə kollegiya mülki işin apellyasiya qaydasında baxılması zamanı müəyyən edilmiş hallarına əsaslanmaqla qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmiş, iş üzrə mövcud olan sübutların tədqiqi nəticəsində qəbul edilmiş qətnamə kifayət qədər düzgün və qanuni əsaslarla əsaslandırılmışdır. Mübahisənin həllində mühüm əhəmiyyəti olan bütün faktiki hall ar araşdırılmış, maddi və prosessual hüquq normalarına düzgün əməl edilməklə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Mülki işin kollegiyada baxılması zamanı birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi və ya ləğv edilməsinə səbəb ola biləcək yeni hallar müəyyən edilməmişdir. Bütün sadalananları nəzərə alaraq kollegiya belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı sabit pul məbləğində müəyyən olunmuş alimentin artırılması tələbinə dair mülki iş üzrə Şahbuz Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(090)-32/2021 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Şahbuz Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(090)-32/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya qeyd olunan nəticəyə gələrk ən yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və onlardan istifadə etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianin qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 404-1-ci maddəsinə uyğun olaraq “Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan,.....az olan iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.” Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393 və 404-1-ci ma ddələrini rəhbər tutaraq, kollegiya qət etdi: İddiaçı Cavabdeh qarşı sabit pul məbləğində müəyyən olunmuş alimentin artırılması tələbinə dair mülki iş üzrə Şahbuz Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(090)32/2021 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şahbuz Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(090)-32/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Bu qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar