Məhkəmə qərarları › İş №2(108)-93/2022

Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(108)-93/2022

12.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-93/2022 12.09.2022 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Ali Məhkəmənin hakimi Allahverdiyev Əli Kərim oğlunun sədrliyi (məruzəsi) ilə, hakimlər Kuimova Vera Gennadiyevna və Qurbanov Yusifəli Süleyman oğlundan ibarət tərkibdə, Muradov Vüsal Hicran oğlunun katibliyi, İddiaçı nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, Naxçıvan Şəhər Məhkəməsinin 16 may 2022-ci il tarixli, 2(078)-370/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq müəyyənetdi: Naxçıvan Şəhər Məhkəməsinin (sədrlik edən hakim G.X.Səfərəliyeva) 16 may 2022-ci il tarixli, 2(078)-370/2022 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı iddiası qismən təmin edilərək Cavabdeh 38000 (otuz səkkiz min) manat pulun alınıb İddiaçı verilməsi, iddian ın qalan hissədə rədd edilməsi, İddiaçı tərəfindən "xxxx" ASC Naxçıvan Filialına 22 fevral 2022-ci il tarixdə 146 nömrəli qəbzlə ödənilən 210 (iki yüz on) manat dövlət rüsumunun 200 (iki yüz) manatının Cavabdeh alınıb iddiaçıya qaytarılması qət edilmişdir. İşin halları: İddiaçı iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək Cavabdeh 40000 (qırx min) manat borcun və 210 (iki yüz on) manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 16 may 2022-ci il tarixli, 2(078)-370/2022 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Məhkəmənin qətnaməsindən narazı qalan Cavabdeh 21 iyun 2022-ci il tarixli apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublika sı Ali Məhkəməsinin mülki kollegiyasına müraciət edərək məhkəmənin qətnaməsinin qismən ləğv edilib iddianın qismən rədd olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş Cavabdeh apellyasiya şikayətinə əsasən baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına daxil olmuşdur. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı 2014-cü il tarixində birlikdə iş qurub pul qazanmaq məqsədi ilə cavabdehə valyuta dəyişmə məntəqəsi vasitəsi ilə 20000 ABŞ dolları yox, cəmi 16000 manat pul göndərmişdir. Şahinin göndərdiyi pulu dövriyyəyə salaraq tikinti materiallarının alqı-satqısı ilə məşğul olmağa başlamışdır. Həmin alış-verişdən 5000 manat qazancları olmuş və həmin qazancı iki yerə bölüb Şahinə 2500 manat qazancının olduğunu bildirmişd ir. Şahin də ona bildirmişdir ki, o, pul da qalsın səndə, sonra alaram. Sonrakı dövrdə alver işi alınmamış və cavabdeh xeyli ziyana düşmüşdür. Həmçinin Şahinin də Naxçıvanda işlədiyi yerdə problemləri olmuş, Bakıya gəlmiş və cavabdehdən verdiyi pulu tələb etməyə başlamışdır. Cavabdeh, ona onun pulunu verəcəyini bildirmişdir. Lakin Şahin təkid etmişdir ki, gedək notariusda borc müqaviləsi bağlayaq. Cavabdeh heç bir narazılıq etmədən buna razılıq vermişdir. Onlar notariusa gedəndə Şahin cavabdehə bildirmişdir ki, sən mənə hazırki 1.70 manatla 20000 ABŞ dolları və mənim pulumla əldə etdiyin qazancdan 6000 manat olmaqla ümumilikdə 40000 manat pul verməlisən. Cavabdeh orda Şahinə bildirmişdir ki, mənim sənə bu qədər borcum yoxdur. Şahin orda cavabdehə bildirmişdir ki, dollar bahalaşıb belə ve rməlisən. Cavabdeh həmin vaxt Şahinin psixoloji vəziyyətini, həmçinin öz çıxılmaz vəziyyətini nəzərə alıb, Şahinin rahat olması üçün onunla 40000 manat borclu olduğuna razılaşmış və notariusda kredit müqaviləsi bağlamışdır. Lakin, əsl həqiqətdə onun Şahinə borcu 18500 manat idi. Müqavilə bağladıqdan sonra 2000 manat pulu ona verdikdən sonra Şahinə 16500 manat borcu qalmışdır. Məhkəmə dönəmində isə 700 manat bir, 200 manat da bir olaraq 900 manat pulu Şahinə vermişdir. Hazırda onun iddiaçıya 15600 manat borcu qalmışdır. Hesab edir ki, İddiaçı məhkəmə proseslərinə gəlib iştirak etsə idi, özü də həqiqəti məhkəməyə deyə bilərdi. Həmçinin cavabdeh Bakı şəhərində yaşadığından keçirilən məhkəmə proseslərində vaxtı-vaxtında iştirak edə bilməmişdir. Məhkəmədə iştirakı mümkünsüz olduğundan məhkəmə t arixinin dəyişdirilməsi barədə Naxçıvan Şəhər Məhkəməsindən şifahi şəkildə xahiş etsə də məhkəmə buna məhəl qoymadan, həmçinin iddiaçının da iştirakı olmadan məhkəmə çəkişməsini təmin etmədən məhkəmə keçirdərək yekun qərar vermişdir. Hesab edir ki, məhkəmə yuxarıda qeyd etdiyim halları (sübutları) tam, hərtərəfli araşdırmadan və düzgün qiymətləndirmədən qətnamə qəbul etmişdir. Məhkəmə maddi və prosessual hüquq normalarını nəzərə almadığından iddiaçının iddiasını əsassız olaraq təmin etmişdir. Borcunun məbləğinə dəqiq aydınlıq gətirilmədən, birinci instansiya məhkəməsi tərəflərin məhkəmə baxışında iştirakını təmin etmədən, çəkişmə prinsipinə riayət etmədən və mübahisə ilə bağlı şəxsən iddiaçının və cavabdehin münasibətinə tam aydınlıq gətirmədən qətnamə qəbul etmişdir. Göstərilənlərə əsasən, Naxçıvan Şəhər Məhkəməsinin 16 may 2022-ci il tarixli, 2(078)-370/2022 nömrəli qətnaməsini qismən ləğv edilərək, iddianın qismən rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi- vəkili Vəkil apellyasiya şikayətini qəbul etməyərək kollegiyadakı izahatında 26 aprel 2018-ci ildə Bakı şəhərində yerləşən 32 saylı notariat kontorunda İddiaçı ilə Cavabdeh arasında kredit müqaviləsi bağlandığını, aralarında dollar məsələsi olmadığını, bu cavabdehin məsuliyyətdən yayınması eyni zamanda pulu qaytarmamaq üçün onun tərəfindən ortaya atılmış yalan olduğunu, dəfələrlə cavabdehin iddiaçıdan iddiasından imtina etməsini xahiş etdiyini, məqsəd isə bu yolla borcu bir müddətdən sonra tamamilə ödəmək imkanı olmamaq adı ilə qaytarmamaq və iddiaçının öz pulunu almasından məhru m olmasına zəmin yaratmaq olduğunu, tərəflər arasında bağlanmış müqaviləyə əsasən İddiaçı Cavabdeh bir il müddətinə qaytarmaq şərti ilə 40000 (qırx min) manat borc olaraq pul verdiyini, krediti qaytarmaq üçün razılaşdıqları müddət tamam olmasına baxmayaraq cavabdehin müxtəlif bəhanələrlə borcu qaytarmaqdan yayındığını, bu müddət ərzində cavabdehin ümumi borcundan yalnız 2000 manat qaytardığını, hazırda onun 38000 manat borcunun qaldığını, apellyasiya şikayətində göstərilənlərin tamamilə yalan və cavabdehin fərziyyəsi olduğunu, şikayət etməkdə cavabdehin məqsədinin vaxtı uzatmaq olduğunu, bu müddətdə Sevindik Novruzov dəfələrlə xəbərdar olunmasına baxmayaraq yalan vədlər verərək pulu qaytaracağını bildirsə də bununla bağlı real heç bir hərəkət etmədiyini göstərərək apellyasiya şikayətinin t əmin olunmamaqla birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. İddiaçı kollegiyaya göndərdiyi teleqramlarında işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən İddiaçı və Cavabdeh iştirakı olmadan apellyasiya şikayəti üzrə işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinin tələbinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərba ycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə müdafiəsindən istifadə etmə hüququ İnsan Hüquqlarının və X1 haqqında Avropa Konvensiyasının 6-cı maddəsində də təsbit olunmuşdur. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində müəyyən olunmuşdur ki, hər kə s onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia ərizəsində 2018-ci ilin əvvəllərində uzun müddətdir tanıdığı və dostluq etdiyi Eyvaz la söhbət edərkən dayısı Sevindiyin ticarətlə məşğul olduğunu, hazırda pula ehtiyacının olduğunu bildirərək ona borc pul verməyini xahiş etdiyini, Eyvazla uzun müddət dostluq etdiyinə görə ona yox deyə bilmədiyi üçün razılaşdığını, sonra Eyvazla birlikdə dayısı Cavabdeh ilə görüşdüyünü, söhbət əsnasında Sevindiyə 40000 (qırx min) manat borc pul verməyə razılaşdıqlarını, Sevindiyin bir il müddətinə borcu qaytaracağını bildirdiyini, bu razılaşmaya əsasən notariusa getdiklərini, 26 aprel 2018-ci ildə Bakı şəhərində yerləşən 32 saylı notariat kontorunda Cavabdeh ilə bir il müddətinə, yəni 26 aprel 2019-cu il tarixədək qaytarmaq şərti ilə kredit müqaviləsi bağlayaraq ona 40000 (qırx min) manat pul verdiyini, müqavilədə müəyyən olunmuş müddət başa çatdıqdan sonra Sevindikdən ona borclu olduğu pu lu istəməyə başladığını, hər dəfəsində yaxın vaxtlarda borcunu ödəyəcəyini bildirsə də, borcu ödəmədiyini, borcun ödənilməsi barədə dəfələrlə Eyvazdan da xahiş etdiyini, lakin heç bir nəticəsi olmadığını, cavabdehin bu günədək borcun ona qaytarılması ilə bağlı heç bir addım atmadığını və hər dəfəsində müxtəlif bəhanələrlə ödəməli olduğu borcu geri verməkdən boyun qaçırdığını, artıq bu səbəbdən də məhkəməyə müraciət etmək qərarına gəldiyini, artıq onun pozulmuş hüquqlarının bərpasının məhkəmə qaydasında tənzimlənməli və iddia tələbi tam təmin edilməklə, əsaslı məhkəmə qətnaməsi çıxarılmalı, cavabdeh tərəfindən ödənilməli olan pul tələbi təmin edilməli, tələb etdiyi 40000 (qırx min) manat borc məbləğinin cavabdehdən alınmaqla ona verilməsinə dair müvafiq məhkəmə aktı qəbul edilməli olduğunu bildirərək Cavabdeh 40000 (qırx min) manat borcun və 210 (iki yüz on) manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz h üquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə görə öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu v axt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İş materiallarına əlavə edilən Bakı şəhəri 38 saylı notariat kontorunda 26 aprel 2018-ci ildə 3M-453 nömrəli reyestrdə qeyd edilən kredit müqaviləsinə əsasən borc verən İddiaçı borc alan Cavabdeh 40000 (qırx min) manat məbləğində pul borc vermişdir. Həmin müqavilənin 2-ci bəndinə görə borc alan krediti xx.xx.2019-cu il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin müqavilənin 3-cü bəndinə görə tərəflər kreditin faizsiz verilməsini şərtləşdirirlər. Müqavilənin 8-ci bəndinə əsasən borc alan müqavilə üzrə müəyyən edilmiş müddətdə krediti qaytarmadıqda və ya faizləri ödəmədikdə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyacaqdır. Kollegiya cavabdehin apellyasiya şikayətində göstərdiyi iddiaçının 2014-cü il tarixində birlikdə iş qurub pul qazanmaq məqsədi ilə cavabdehə valyuta dəyişmə məntəqəsi vasitəsi ilə 20000 ABŞ dolları yox, cəmi 16000 manat p ul göndərməsi, Şahinin göndərdiyi pulu dövriyyəyə salaraq tikinti materiallarının alqı-satqısı ilə məşğul olmağa başlaması, həmin alış-verişdən 5000 manat qazanclarının olması və həmin qazancı iki yerə bölüb Şahinə 2500 manat qazancının olduğunu bildirməsi, Şahin pul səndə qalsın, sonra alaram deməsi, sonrakı dövrdə alver işinin alınmaması və cavabdehin xeyli ziyana düşməsi, həmçinin Şahinin də Naxçıvanda işlədiyi yerdə problemləri olması, Bakıya gəlməsi və cavabdehdən verdiyi pulu tələb etməyə başlaması, cavabdehin onun pulunu verəcəyini bildirməsi, lakin Şahinin notariusda borc müqaviləsi bağlanmasını təkid etməsi, onlar notariusa gedəndə Şahinin cavabdehə sən mənə hazırki 1.70 manatla 20000 ABŞ dolları və mənim pulumla əldə etdiyin qazancdan 6000 manat olmaqla, ümumilikdə 40000 manat pu l verməlisən deməsi, cavabdehin həmin vaxt Şahinin psixoloji vəziyyətini, həmçinin öz çıxılmaz vəziyyətini nəzərə alıb, Şahinin rahat olması üçün onunla 40000 manat borclu olduğuna razılaşması və notariusda kredit müqaviləsi bağlaması, əsl həqiqətdə onun Şahinə borcunun 18500 manat olması, müqavilə bağladıqdan sonra 2000 manat pulu ona verdikdən sonra Şahinə 16500 manat borcunun qalması, məhkəmə dönəmində isə 700 manat bir, 200 manat da bir olaraq 900 manat pulu Şahinə verməsi, hazırda onun iddiaçıya 15600 manat borcu qalması ilə əlaqədar dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. Belə ki, işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, 26 aprel 2018-ci il tarixdə İddiaçı ilə Cavabdeh real olaraq iradə sərbəstliyi və iradə ifadəsini bildirməklə İddiaçı Cavabdeh 40000( qırx min ) manat məbləğində pulu borc verməsinə dair Bakı şəhəri 38 saylı notariat kontorunda 3M-453 nömrəli reyestrdə qeyd edilən kredit müqaviləsini bağlamış, həmin müqavilə ilə Cavabdeh aldığı 40000 manat məbləğində borc pulu xx.xx.2019-cu il tarixədək qaytarmağı öz öhdəsinə götürmüş, lakin öhdəliyini icra etməyərək müqavilənin müddətinin bitməsinə baxmayaraq bu günədək həmin məbləğdə pulu İddiaçı qaytarmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 399.2-ci maddəsinə görə tərəflər müəyyənləşdirə bilərlər ki, bağladıqları müqavilənin şərtləri onların müqavilə bağlanana qədər yaranmış münasibətlərinə də tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 407.2-ci maddəsinə əsasən sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Cavabdehin apellyasiya şikayətində göstərdiyi kimi iddiaçının ona valyuta dəyişmə məntəqəsi vasitəsi ilə 16000 manat pul göndərməsi, Şahinin göndərdiyi pulu dövriyyəyə salaraq tikinti materiallarının alqı-satqısı ilə məşğul olmağa başlaması, həmin alış-verişdən 5000 manat qazanclarının olması və həmin qazancı iki yerə bölüb Şahinə 2500 manat qazancının olduğunu bildirməsi, onlar notariusa gedəndə Şahinin cavabdehə sən mənə hazırki 1.70 manatla 20000 ABŞ dolları və mənim pulumla əldə etdiyin qazancdan 6000 manat olmaqla, ümumilikdə 40000 manat pul verməlisən deməsi, cavabdehin həmin vaxt Şahinin psixoloji vəziyyətini, həmçinin öz çı xılmaz vəziyyətini nəzərə alıb, Şahinin rahat olması üçün onunla 40000 manat borclu olduğuna razılaşması, borc münasibətlərinin daha əvvəl yarandığını, iddiaçıya 40000 manat deyil, 18500 manat məbləğində borcunun olmasını göstərməsi məhkəmədə sübut edilməmiş, həmçinin cavabdeh apellyasiya şikayətində göstərdiyi dəlillərini təsdiq edən mötəbər sübutlarını istər birinci instansiya məhkəməsinə, istərsə də kollegiyaya təqdim etməmişdir. Kollegiya həmçinin qeyd edir ki, tərəflər arasında bağlanmış qeyd olunan müqavilənin etibarlılığının şübhə altına alınması üçün heç bir hallar müəyyən edilməmiş, eyni zamanda müqavilə cavabdeh tərəfindən də mübahisələndirilməmişdir. İş materiallarından görünür ki, iddiaçı kredit müqaviləsində nəzərdə tutulmuş borcu cavabdehə verməklə, müqavilə üzrə vəzifəsini y erinə yetirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 742.1-ci maddəsinə görə isə borc alan borcun qaytarılması üçün qoyulmuş müddətdə borcu qaytarmalıdır. İşin halları əsasında müəyyən olunmuşdur ki, cavabdeh aldığı krediti müqavilədə müəyyən olunmuş müddətlərdə və məbləğdə tam ödəməmiş və bununla da iddiaçının hüquqları pozulmuşdur. Kollegiya cavabdehin apellyasiya şikayətində göstərdiyi müqavilə bağladıqdan sonra 2000 manat pulu iddiaçıya verdikdən sonra Şahinə 16500 manat borcunun qalması, məhkəmə dönəmində isə 700 manat bir, 200 manat da bir olaraq 900 manat pulu Şahinə verməsi, hazırda onun iddiaçıya 15600 manat borcu qalması ilə əlaqədar dəlillərinə münasibətdə bildirir ki, iddiaçının nümayəndəsi və vəkili Vəkil birinci instansiya məhkəməsində verdiyi izahatında müqavilə bağ landıqdan sonra cavabdehin iddiaçıya 2000 manat qaytardığını təsdiq etmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ilə 2000 manat pul borc məbləğinin qaytarılması nəzərə alınaraq tələb edilən ümumı borc məbləğindən çıxılmaqla iddia qismən təmin edilmişdir. Onun əlavə olaraq 900 manat (700+200=900 manat) məbləğində iddiaçıya pul qaytarması ilə əlaqədar cavabdeh hər hansı bir sübutunu təqdim etməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il tarixli qərarında göstərilir ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Tə qdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinə zərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Həmçinin həmin qərarda göstərilir ki, iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uy ğun hüququ verəcəm”) prinsipinə əsaslanır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neqauti incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzibolunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 19 aprel 1 994-cü il tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegiya qeyd edir ki, Cavabdeh öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqd im edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kollegiya belə hesab edir ki, birinci instansiya məhkəməsi sübutetmə predmetinə daxil olan bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanmaqla sübutları qiymətləndirərək iş üzrə düzgün nəticəyə gəlmişdir. Azərb aycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 4 nömrəli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda, baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Göstərilənlərə əsasən kollegiya Cavabdeh apellyasiya şikayətində göstərdiyi dəlillərini əsassız hesab edir. Kollegiya İddiaçı nümayəndəsi-vəkili Vəkil kollegiyadakı çıxışında bildirdiyi Cavabdeh tərəfindən işə apellyasiya şikayətinə əsasən kollegiyada baxıldığı vaxt iddiaçıya borc məbləğindən 400 (dörd yüz) manat ödəməsinə münasibətdə qeyd edir ki, məhkəmə qətnaməsinin icrası zamanı həmin ödəniş nəzərə alınmalıdır. Kollegiya işin şərh olunmuş hallarına hüquqi qiymət verərək belə hesab edir ki, işə baxan məhkəmə tərəfindən qanunun yuxarıda sadalanan normalarının tələblərinə düzgün əməl olunmuşdur. Buna görə də Cavabdeh apellyasiya şikayətinin təmin edilməsi üçün işdə əsaslar yoxdur. Göstərilənlərə əsasən kollegiya belə nəticəyə gəlir ki, Naxçıvan Şəhər Məhkəməsinin 16 may 2022-ci il tarixli, 2(078)-370/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmaqla Cavabdeh apellyasiya şikayəti təmin edilməməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393, 402, 403, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq kollegiya qətetdi: Cavab deh apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Şəhər Məhkəməsinin 16 may 2022-ci il tarixli, 2(078)-370/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar