Məhkəmə qərarları › İş №2(108)-93/2025

Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(108)-93/2025

03.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-93/2025 03.06.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Allahverdiyev Mehman Dünyamalı oğlu (sədrliyi və məruzəsi ilə), Kuimova Vera Gennadiyevna və Əliyev Zamiq Xudaverdi oğlundan ibarət tərkibdə, X1 məhkəmə iclas katibliyi, İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Vəkil1, iddiaçının nümayəndəsi Nümayəndə1 və cavabdehin vəkili və nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Şərur Rayon Məhkəməsinin 30 yanvar 2025-ci il tarixli, 2(110)-41/2025 nömrəli qətnaməsindən cavabdehin vəkili və nümayəndəsi Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 36500 (otuz altı min beş yüz) manat pul vəsaiti, dövlət rüsumu olaraq ödənilmiş 200 (iki yüz) manat və vəkil qonorarı olaraq ödədiyi 300 (üç yüz) manat olmaqla, ümumilikdə 37000 (otuz yeddi min) manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şərur Rayon Məhkəməsinin 30 yanvar 2025-ci il tarixli, 2(110)-41/2025 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, Şərur rayon Çərçiboğan kəndində yaşayış yeri üzrə qeydiyyatda olan Cavabdeh 36500 (otuz altı min beş yüz) manat pul vəsaitinin, dövlət rüsumu olaraq ödənilmiş 200 (iki yüz) manatın və vəkil qonorarı olaraq ödədiyi 300 (üç yüz) manat olmaqla, ümumilikdə 37000 (otuz yeddi min) manat pulun alınaraq Şərur rayon Çərçiboğan kəndində yaşayış yeri üzə qeydiyyatda olan İddiaçı ödənilməsi qət edilmişdir. Məhkəmənin həmin qətnaməsi i lə razılaşmayan Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verərək İddiaçı Bəhlul oğluna heç bir borcunun olmadığının nəzərə alınaraq, Şərur Rayon Məhkəməsinin 2(110)-41/2025 saylı, xx.xx.2025-ci (xx.xx.2025-ci) il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı cavabdehin vəkili və nümayəndəsi Vəkil2 apellyasiya şikayətini dəqiqləşdirərək birinci instansiya məhkəməsinin 30 yanvar 2025-ci il tarixli, 2(110)-41/2025 nömrəli qətnaməsinin ləğv olunması və iddia tələbinin rədd edilməsi həddində şikayətə baxılmasını kollegiyadan xahiş etmiş, dəqiqləşmə nəzərə alınaraq şikayətə həmin həddə baxılmışdır. Cavabdehin vəkili və nümayəndəsi Vəkil2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı iddia tələbinin əsası kimi Şərur rayon Çərçiboğan kənd sakini Cavabdeh bir həmkəndli kimi, çoxdan tanıdığını onunla qohumluq əlaqəsinin olmadığını, aralarında əvvəldən hər hansı ədavətin və düşmənçiliyin olmadığını, Cavabdeh əvvəldən Bakı şəhərində Sədərək Ticarət Mərkəzində geyim paltarlarının satışı ilə məşğul olduğunu, Türkiyə Respublikasından ticarət mərkəzində satmağa geyim paltarları gətirmək üçün ondan borc pul aldığını, gətirdiyi geyim əşyalarını satdıqdan sonra ona olan borcunu hissə-hissə qaytaracağını, aralarında olan son hesaba görə cavabdehin ona 41.000 (qırx bir min) manat borcunun qaldığını, son zamanlar Cavabdeh alverinin yaxşı getmədiyini bildirərək mağazanı bağladığını və mağazada qalan 45.000 (qırx beş min) manat dəyərində paltarı ona göndərə rək Şərur Ticarət Mərkəzində satdırıb borcundan çıxacağını, qalan 36.500 (otuz altı min beş yüz) manat borcunu isə qısa zamanda qaytaracağını bildirdiyini, həmkəndlisi kimi onu çoxdan tanıdığı üçün onun səmimiyyətinə inanaraq heç bir rəsmi sənəd almadan onunla razılaşdığını, həmin vaxtdan bir ildən artıq vaxt keçməsinə baxmayaraq cavabdehin ona olan borcunun qalan 36.500 (otuz altı min beş yüz) manatını hələ də qaytarmadığını, cavabdehə dəfələrlə borcunu qaytarmasını bildirsə də, hər dəfə pulu olmadığını bildirərək borcunu qaytarmaqdan yayındığını, maddi imkanının yaxşı olmadığını, həmin pula bu gün çox ehtiyacının olduğunu, cavabdehin ona 36.500 ( otuz altı min beş yüz) manat borcunun dövlət rüsumu olaraq ödədiyi 200 (iki yüz) manat və vəkil üçün qonorar olaraq ödədiyi 300 (üç yüz) mana t pulun ümumilikdə 37.000 (otuz yeddi min) manat pulun alınaraq ona ödənilməsini istədiyini bildirmişdir. Bildirmək istəyir ki, hüquqlarını müdafiə etdiyi Abbasov X4 Ticarət Mərkəzində paltar ticarəti ilə məşğul olur. Malları Türkiyədən alıb gətirir, onların topdan və pərakəndə satışını təşkil edir. 2020-2021-ci illərdə pandemiyadan sonra ticarətdə axsamalar yaranmağa başlamış, Cavabdeh maddi vəziyyətinin pisləşməsi səbəbindən xaricdən mal gətirə bilməmişdir. Ona görə də Fuaddan mal vurmaq üçün faizlə pul götürmüşdür ki, mal vura bilsin. O, Fuaddan 17.000 (on yeddi min) manat pul götürmüşdür. Türkiyədən mal gətirib satdıqca Fuada faiz ödəməyə başlamışdır. Ticarəti yaxşı getmədiyindən bir neçə ay Fuada pul ödəyə bilməmişdir. Cavabdeh Bakıya gəlib pullarını tələb edən zaman Fuadı Sədərək Tic arət Mərkəzindəki dükanına aparmışdır ki, o da vəziyyəti görsün. X10 borcun qarşılığında mal götürülməsində razılaşır və Cavabdeh Fuada 10.000 (on min) ədəd köynək göndərəcəyini, hər köynəyin isə 5 (beş) manat olaraq qiymətləndirib razılığa gəlirlər. Bundan sonra Cavabdeh Fuada 10.000 (on min) ədəd köynəyi Naxçıvana gedən yük avtomobili vasitəsilə göndərib. (Göndərilmiş malların fotoşəkli və videoyazısı mövcuddur.) Cavabdeh malların göndərilməsi ilə bağlı Fuada məlumat vermişdir. X5 çatdıqdan sonra Farizlə danışmış malların çatdığını bildirmişdir. Bir müddət sonra Fariz Fuadla mallarla bağlı danışmağa çalışsa da bu mümkün olmamışdır. Fuad Farizin nömrəsini blok etmişdir. Yuxarıda qeyd edilənlərdən də göründüyü kimi Fuad Farizə pulu borc olaraq deyil, faiz olaraq vermişdir. 17.000 (on yeddi min) manat faizə verilən pul bir müddət Fariz tərəfindən geri qaytarılmadığından bu pulun üzərinə faiz hesablanmış 36.000 (otuz altı min) manata çatdırılmışdır. Bakı şəhərində aralarında razılığa əsasən Fariz Fuada 10.000 (on min) ədəd köynək göndərmişdir. Bu köynəklərin hər birini 5 (beş) manat qiymətlə hesablamışlar. Bu hesabla götürüldükdə Fariz Fuada 50.000 (əlli min) manatlıq mal göndərmişdir. Farizi blok edən Fuad səkkiz aydan sonra Farizə zəng etmiş Farizin göndərdiyi malların yararsız olduğu və ona 36.000 (otuz altı min) manat borclu olduğunu bildirmişdir. Fariz isə səkkiz ay ərzində dəfələrlə onunla əlaqə saxlamağa çalışdığını lakin Fuadın onun telefonunu blok etdiyini bildirmişdir. Bu zaman Cavabdeh bibisi oğlu ilə Fuada xəbər göndərdiyini Fuadın onunla əlaqə saxlamasını xahiş e tmişdir. Lakin Fuad onunla əlaqə saxlamamış əksinə bibisi oğlu ilə ona xəbər göndərmişdir ki, Farizin göndərdiyi mallar yararsızdır. Qarşılığında Fariz əgər mallar yararsızdırsa geri qaytarmasını istəmişdir. Lakin Fuad 8 ay ərzində nə onunla əlaqə saxlamış nə də malları geri qaytarmışdır. Göründüyü kimi Fuadın Farizə verdiyi pul 17.000 (on yeddi min) manat olduğu halda həmin pulun üzərinə faiz hesablanaraq 36.000 (otuz altı min) kimi hesablanmışdır. Tutaq ki, Farizin Fuada 36.000 (otuz altı min) manat borcu var imiş, o zaman Farizin Fuada göndərdiyi malın qiyməti 50000 (əlli min) təşkil edir. Bu zaman Fuadın Farizə 14.000 (on dörd min) manat borclu olduğu görünür. Göründüyü kimi tərəflər arasında ümumi məbləğ 3 (min) manatdan artıq olsa da, müqavilə bağlanmamışdır. X11 pulu borc olaraq dey il, faiz olaraq vermiş və hər 1000 (min) manat üçün 300 (üç yüz) manat faiz almışdır. Buna görə də sonuncu dəfə Fuadın Farizə verdiyi 17000 (on yeddi min) manat pulun qaytarılması bir neçə ay Fariz tərəfindən gecikdirilmiş və nəticədə həmin pulun məbləği faizlərlə birlikdə 36.500 (otuz altı min beş yüz) manat olmuşdur. Reallıqda isə Fuad Farizə 36.500 (otuz altı min beş yüz) manat deyil, 17.000 (on yeddi min) manat pul vermişdir. Fuad tərəfindən pulu qaytarılmadığı təqdirdə polisə müraciət edəcəyini bildirməsi Farizi məcburən Fuada olan borcunu (17000 manatı) faizləri ilə birlikdə qəbul edib etiraf etməyə məcbur olmuşdur. Bu isə heç bir müqavilə ilə şərtlənməyən bir tərəfin digər tərəfə təzyiqi ilə formalaşan davranış formasıdır. Mülki Məcəllənin 450.1-ci maddəsinə görə öhdəliyin lazımın ca icra edilmədiyi halda dəbbə pulunun və zərərin əvəzinin ödənilməsi borclunu, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qaydada nəzərdə tutulmamışdırsa öhdəliyin naturada icrasından azad edilir. Göründüyü kimi tərəflər arasında formal borcun yaranması və borclunun borcunu qaytara bilməməsi səbəbindən tərəflər borcun mal şəklində (natura) ödənilməsi barədə razılığa gəlmişlər. Cavabdeh Fuada hər birinin qiyməti 5 (beş) manat razılaşdırılmaqla 10.000 (on min) ədəd köynək göndərmişdir. Malların razılaşdırılmış qiyməti 50.000 (əlli min) manatdan çox olmuşdur. Mallar çatdıqdan sonra Fariz mallar satıldıqdan sonra Fuad mənə 15.000 (on beş min) manat verəcəyin var dedikdən sonra Fuad Farizi blok etmiş, 8 ay ərzində Farizin telefonlarına cavab verməmişdir. Mülki Məcəllənin 634.2-ci maddəsinə uyğun olaraq malların qüsurlarını gözdən keçirməklə mümkün olmayan hallar istisna olmaqla, alıcı bildiriş vermədikdə, mal qəbul olunmuş hesab edilir. Yuxarıda göstərilənləri nəzərə alaraq qeyd etmək lazımdır ki, Fariz Fuada olan borcunun qalıq hissəsini mal (natura) şəklində ödəmiş (bunu təsdiq edən video və şəkillər poçt vasitəsilə məhkəməyə göndəriləcəkdir) razılığa əsasən borcdan artıq mal göndərmiş borc məbləği bağlandıqdan sonra qalan pulun Farizə qaytarılması razılaşdırılmışdır. Lakin Fuad malları satmış, Farizə olan borcunu ödəməmək üçün onun telefonunu blok etmiş və öz aralarında olan şifahi razılaşmanı pozmuşdur. Yuxarıda göstərilənlərdən belə qənaətə gəlmək olur ki, əslində Farizin Fuada deyil, Fuadın Farizə borcu qalmışdır. Tərəflər arasında olan “Vatchapp” yazışmalarının Fuad tərəfin dən silinməsi və Fuadın 8 ay ərzində Farizlə əlaqə saxlamaması buna əyani sübutdur. Əgər Fariz tərəfindən göndərilən mallar həqiqətən də yararsız idisə Fuad Farizin telefonunu blok etmək yerinə daha çox onu axtarmalı idi. Amma onlar əksinə hərəkətin şahidi olurlar. Malları göndərən Cavabdeh Fuadla əlaqə saxlamağa çalışır, malların satılıb satılmadığı ilə maraqlanmaq istəyir, lakin Fuad mallar Naxçıvana çatdıqdan sonra Farizin telefonunu blok edir və onunla əlaqəsini kəsir və 8 ay sonra Cavabdehla əlaqə yaradaraq onun güya ki, Fuada 36.500 manat borcu olduğunu iddia edir. Sözügedən iddia ilə bağlı Məmmədov X6 Rayon Məhkəməsinə müraciət etmişdir. Şərur Rayon məhkəməsinin 2(110)-41/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə 37.000 manat pulun İddiaçı Bəhlul oğluna ödənilməsi ilə bağlı qətnamə qəbul edilmişdir. Fikirlərincə çıxarılmış qətnamə qanunun tələblərinə uyğun olaraq çıxarılmamış, sübutlar düzgün araşdırılmamış, şahidlər dindirilməmişdir. Apellyator sonda Şərur Rayon Məhkəməsinin 2(110)-41/2025 saylı, 30 yanvar 2025ci il tarixli qətnaməsinin ləğv edilməsini kollegiyadan xahiş etmiş, apellyasiya şikayətinin hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 450.1, 634.2, 739.1, 739.2, 740.1, 740.2-ci maddələrinə istinad etmişdir. Mülki iş apellyasiya şikayətinə əsasən baxılması üçün Naxçıvan MR Ali Məhkəməsinin Mülki kollegiyasına daxil olmuşdur. Kollegiyaya apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Apellyasiya şikayətinə baxılması zamanı izahat verən iş üzrə cavabdehin vəkili və nümayəndəsi Vəkil2 Şərur Rayon Məhkəməsinin 2(110)-41/2025 saylı, 30 yanvar 2025-ci il tarixli qətnaməsinin ləğv edilib, iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə baxılması zamanı izahat verən iş üzrə İddiaçı apellyasiya şikayətini qəbul etməyərək Şərur Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(110)41/2025 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Apellyasiya şikayətinə baxılması zamanı izahat verən iş üzrə iddiaçının vəkili və nümayəndəsi Vəkil1 apellyasiya şikayətini qəbul etməyərək Şərur Rayon məhkəməsinin mübahisələndirilən qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Apellyasiya şikayətinə baxılması zamanı izahat verən iş üzrə iddiaçının nümayəndəsi Nümayəndə1 da Şəru r Rayon məhkəməsinin 30 yanvar 2025-ci il tarixli, 2(110)-41/2025 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh və cavabdehin nümayəndəsi Nümayəndə2 məhkəmə baxışı iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbi barədə kollegiyaya hər hansı məlumat verməmişdirlər. Kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iş üzrə Cavabdeh və cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, həmin maddənin tələbinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi iş ə baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci və 372.6-cı maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və оna eti razlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Bu Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmin Məcəllənin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri b axımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirildiyi hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu səbəbdən də gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsas lı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin vəkili və nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətində göstərilən dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, aşağıdakıları müəyyən etmişdir. Belə ki, yuxarıda da qeyd olunduğu kimi cavabdehin vəkili və nümayəndəsi Vəkil2 apellyasiya şikayətinin dəlillərində birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsinin ləğvinə əsas kimi “....hüquqlarını müdafiə etdiyi Cavabdeh Sədərək Ticarət Mərkəzində paltar ticarəti ilə məşğul old uğunu, cavabdehin malları Türkiyədən alıb gətirib, onların topdan və pərakəndə satışını təşkil etdiyini, 2020-2021-ci illərdə pandemiyadan sonra ticarətdə axsamalar yaranmağa başladığını, Cavabdeh maddi vəziyyətinin pisləşməsi səbəbindən xaricdən mal gətirə bilmədiyini, ona görə də Fuaddan mal vurmaq üçün faizlə pul götürdüyünü, onun Fuaddan 17.000 (on yeddi min) manat pul götürdüyünü, Türkiyədən mal gətirib satdıqca Fuada faiz ödəməyə başladığını, ticarəti yaxşı getmədiyindən bir neçə ay Fuada pul ödəyə bilmədiyini, Cavabdeh Bakıya gəlib pullarını tələb edən zaman Fuadı Sədərək Ticarət Mərkəzindəki dükanına apardığını, onun da vəziyyəti görməsini istədiyini, burada Fuadın Farizlə borcun qarşılığında mal götürülməsində razılaşdıqlarını, Cavabdeh Fuada 10.000 (on min) ədəd köynək göndərəcəy ini və hər köynəyin 5 (beş) manat olaraq qiymətləndiriləcəyi barədə razılığa gəldiklərini, bundan sonra Cavabdeh Fuada 10.000 (on min) ədəd köynəyi Naxçıvana gedən yük avtomobili vasitəsilə göndərdiyini (Göndərilmiş malların fotoşəkli və videoyazısı mövcuddur.), Cavabdeh malların göndərilməsi ilə bağlı Fuada məlumat verdiyini, X5 çatdıqdan sonra Farizlə danışmış malların çatdığını bildirdiyini, bir müddət sonra Fariz Fuadla mallarla bağlı danışmağa çalışsa da bunun mümkün olmadığını, Fuadın Farizin nömrəsini blok etdiyini, yuxarıda qeyd edilənlərdən də göründüyü kimi Fuadın Farizə pulu borc olaraq deyil, faiz olaraq verdiyini, 17.000 (on yeddi min) manat faizə verilən pulun bir müddət Fariz tərəfindən geri qaytarılmadığından bu pulun üzərinə faiz hesablanaraq 36.000 (otuz altı min) manata çatdırıldığını, Bakı şəhərində aralarında razılığa əsasən Farizin Fuada 10.000 (on min) ədəd köynək göndərdiyini, bu köynəklərin hər birini 5 (beş) manat qiymətlə hesablandığını, bu hesabla götürüldükdə Farizin Fuada 50.000 (əlli min) manatlıq mal göndərdiyini, Farizi blok edən Fuadın səkkiz aydan sonra Farizə zəng etdiyini, Farizin göndərdiyi malların yararsız olduğunu və ona 36.000 (otuz altı min) manat borclu olduğunu bildirdiyini, göründüyü kimi Fuadın Farizə verdiyi pul 17.000 (on yeddi min) manat olduğu halda həmin pulun üzərinə faiz hesablanaraq 36.000 (otuz altı min) kimi hesablandığını, Farizin Fuada 36.000 (otuz altı min) manat borcu olsa belə, o zaman Farizin Fuada göndərdiyi malın qiymətinin 50000 (əlli min) təşkil etdiyini, bu zaman Fuadın Farizə 14.000 (on dörd min) manat bor clu olduğunun göründüyünü” göstərmiş və məhz bu qeyd olunan əsaslara görə Şərur Rayon məhkəməsinin 2(110)-41/2025 saylı, xx.xx.2025ci il tarixli qətnaməsinin ləğv edilib, iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kollegiya apellyasiya şikayətində göstərilən bu dəlilləri işin tədqiq olunmuş halları ilə qarşılıqlı araşdıraraq həmin dəlillərin əsaslı olmadığı qənaətinə gəlir və gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır. Belə ki, mülki işin məhkəmə tərəfindən araşdırılmış halları ilə müəyyən olunmuşdur ki, iddiaçı tələbinin əsası kimi, Cavabdeh əvvəllər Bakı şəhərində Sədərək Ticarət Mərkəzində geyim paltarlarının satışı ilə məşğul olduğunu, Türkiyə Respublikasından ticarət mərkəzində satmağa geyim paltarları gətirmək üçün arada ondan borc pul aldığını, gətirdiyi geyim əşyalarını satdıqdan sonra ona olan borcunu hissə-hissə qaytardığını, aralarında olan son hesaba görə cavabdehin ona 41000 manat borcunun qaldığını, Cavabdeh 4500 manat dəyərində geyim paltarlarını ona göndərərək satdırıb borcundan çıxmağını, qalan 36500 manat borcunun isə qısa zamanda qaytaracağını bildirdiyini, lakin cavabdehin ona olan borcunun qalan 36500 manatını hələ də qaytarmadığını, cavabdehə dəfələrlə borcunu qaytarmasını bildirsə də, hər dəfə pulu olmadığını bildirərək borcunu qaytarmaqdan yayındığını bildirmiş, iddia ərizəsinə tələbini təsdiq edəcək sübut qismində isə Samsung markalı mobil telefonu və həmin telefonda olan “WhatsApp” yazışmalarının yazılı nüsxəsini təqdim etmişdir. Birinci instansiya məhkəməsində işə baxılarkən prosesdə iştirak edən Cavabdeh izahatında 2 022-ci ilin yanvar ayının əvvəllərində Fuada 36500 manat borcunun xx.xx.2022-ci ildə qaytaracağı ilə bağlı səs göndərdiyini, lakin borcunu ödəyə bilmədiyindən 2022-ci ilin mart ayından ona köynək göndərməyə başladığını, Fuad ilə yazışmalarının hamısının digər telefonda olduğunu, lakin o telefonun hal-hazırda işləmədiyindən təqdim edə bilməyəcəyini, “whatsapp” mesengerindəki yazışmalarının ekran şəkillərinin bir qismini google hesabına göndərdiyini, lakin telefonu yararsız vəziyyətdə olduğundan “whatsapp” yazışmalarını təqdim edə bilməcəyini bildirmişdir. İstər birinci instansiya məhkəməsində işə baxılarkən cavabdehin özü, istərsə də apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi və vəkili verilən sualları cavablandırarkən cavabdehin həqiqətən də İddiaçı 36500 manat borcu olduğunu etiraf etmiş, lakin qeyd etmişdirlər ki, həmin borc məbləği cavabdeh tərəfindən verilən mallar hesabına geri qaytarılmışdır. Beləliklə, mülki işin kollegiya tərəfindən müəyyən olunan mübahisələndirilməyən halı cavabdehin İddiaçı həqiqətən 36500 manat məbləğində borcunun olmasıdır. Hansı ki, bu borcun mövcudluğunu cavabdeh özü birinci instansiya məhkəməsində işə baxılarkən (xx.xx.2025-ci il tarixli protokol, iş səh. 122) verdiyi izahatında, həmçinin onun vəkili və nümayəndəsi Vəkil2 apellyasiya baxışı zamanı məhkəmə iclasları zamanı etiraf etmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsində qeyd olunur ki, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektro n məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Nəzərə alınmalıdır ki, hazırkı məhkəmə iclasları fasiləsiz audio yazısının aparılması ilə keçirilmiş və cavabdeh tərəfin bu etirafları həmin çəkilişlərdə öz əksini tapmışdır. Bundan başqa kollegiya qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsinə iddiaçı tərəfindən sübut kimi təqdim olunan “Samsung” markalı mobil telefondakı “whatsapp” mesencerində tərəflər arasında olan yazışmalardan və həmin telefonun “whatsapp” proqramında olan səsli mesajlardan da Cavabdeh 2022-ci ilin yanvar ayında 36500 manat borcunu 04 fevral 2022- ci ilədək verəcəyinə dair öhdəlik götürdüyü aydın olmuşdur. Məhkəmə kollegiyası tədqiq olunmuş “whatsapp” mesencerində olan səs yazılarına münasibətdə ilk növbədə qeyd edir ki, hazırki iş üzrə iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş səs yazıları qanunu pozmaqla əldə edilmiş sübut kimi qiymətləndirilməmişdir, çünki həmin səs yazıları Mülki Prosessual Məcəllənin 76-cı maddəsinin tələbləri baxımından qanunsuz sayıla bilməz. Belə ki, “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2021-ci il tarixli Qərarında göstərilir ki, “... mülki prosessual hüquq do ktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi ira də ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz- özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz.” Apellyasiya baxışı zamanı iş üzrə tərəflərin həmin səs yazılarını qarşılıqlı razılıqları əsasında “whatsapp” vasitəsilə bir-birilərinə göndərd ikləri aydın olduğundan, kollegiya Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan Qərarında ifadə etdiyi mövqeyə uyğun olaraq səs yazılarını sübut kimi qəbul edərək tədqiq etmiş, həmin səs yazıları kollegiya tərəfindən dəqiqliklə və xronoloji ardıcıllıqla tədqiq olunmuş, bəzi səs yazılarında qeyri etik ifadələr işlədildiyi üçün səs yazılarının məğzini təşkil edən hissələr dinlənilmiş, həmin yazışmalardan və səsli mesajlardan işə aid olan hissələrdən xx.xx.2022-ci il tarixdə cavabdehin iddiaçıya göndərdiyi “Fuad mənim sənə 36500 manat borcum var, bu pulu sənə 04 fevral 2022-ci il tamamını qaytaracağam....” mesajını, həmçinin eyni məzmunlu səsli mesajlarını cavabdehin özünə göndərərək pulu ondan tələb etmişdir (apellyasiya baxışı zamanı səsli mesajın cavabdehə məxsus olduğunu tərəflər təsdiq etmişdirlər). Eyni mesajlar 19 fevral 2023-cü il tarixdə də təkrarən cavabdehinin özünə göndərilərək pul tələb edilmişdir. 09 aprel 2023-cü il tarixdə göndərilmiş səsli mesajda isə cavabdeh “sənə 36500 manat borcum vardır, 36500 manat pulu diri verəcəm. Sən məni çox ötüşdürdün, dədəmin eləmədiyi hörməti sən eləmisən, sənin iki oğlun var, ikisinin də adı Farizdir” məzmunda iddiaçıya səs göndərmişdir. xx.xx.2023-cü il tarixdə cavabdeh iddiaçıya “Zəng edəcəyəm xəstəxanadayam” mesajını göndərmişdir. Həmçinin xx.xx.2023-cü il tarixdə göndərilən səsli mesajdan aydın olur ki, cavabdehin bibisi oğlu X2 (birinci instansiya məhkəməsi baxışı zamanı şahid kimi dindirilmişdir) iddiaçıya göndərdiyi səsli mesajda “Fuad bir yerdən gətirib verdilər 50 qəpikdən saruçkaları, sən o saruçkaları neynirsən, 50 qəpiyə dəyməz, onu sata bilməyəssən əlində qalar, (satan) adamın nömrəsi də var, lazımdırsa sizi əlaqələndirərəm” sözlərini dediyi aydın olmuşdur. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi və vəkili Vəkil2 verilən sualları cavablandırarkən təqdim olunan mobil telefonundakı iddiaçı ilə “whatsapp” yazışmaları olan mobil nömrənin həqiqətən də cavabdehə məxsus olduğunu, həmçinin həmin səs yazılarının təmsil etdiyi şəxsin səsi olduğunu təsdiq etmişdir. Belə olan halda isə kollegiya Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan Qərarında ifadə etdiyi mövqeyə uyğun olaraq, həmçinin sübutların qiymətləndirilməsi baxımından “whatsapp” vasitəsilə tərəflər arasında baş tutan yazışmaları və səs yazılarını tələbin əsasını təsdiq edən sübut növü kimi qəbul etmişdir. Beləliklə, kollegiya mülki iş in tədqiq olunmuş yuxarıda qeyd olunan hallarını ümumiləşdirərək hesab edir ki, iş üzrə Cavabdeh iddiaçıya 36500 manat borcunun olması işin mübahisə olunmayan halıdır və bu fakt cavabdeh tərəfin məhkəmə iclaslarındakı etirafları və “whatsapp” yazışmalarında öz təsdiqini tapır. İşin mübahisəli halı isə cavabdeh tərəfin apellyasiya şikayətində qeyd etdiyi “Fuaddan götürdüyü 17.000 (on yeddi min) manatı faizlə ödəməyə başladığını, bu pulun üzərinə faiz hesablanaraq 36.000 (otuz altı min) manata çatdırıldığını, Bakı şəhərində aralarında razılığa əsasən Farizin Fuada 10.000 (on min) ədəd köynək göndərdiyini, bu köynəklərin hər birini 5 (beş) manat qiymətlə hesablandığını, bu hesabla götürüldükdə Farizin Fuada 50.000 (əlli min) manatlıq mal göndərdiyini, Farizi blok edən Fuadın səkkiz aydan sonr a Farizə zəng edərək Farizin göndərdiyi malların yararsız olduğunu və ona 36.000 (otuz altı min) manat borclu olduğunu bildirdirməsinə” dair iddia tələbini təkzib etdiyi hallardır. Kollegiya mülki işin mübahisələndirilən bu halları ilə bağlı cavabdehin diqqətinə çatdırır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin sübutetmə yükü ilə bağlı müddəalarında aşağıdakılar müəyyən edilmişdir: Qeyd olunan məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsin in ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə öz növbəsində iddiaya qarşı etirazını əsaslandıran halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 76.1-76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Nəzərə alınmalıdır ki, sübutetmə de dikdə, iddianın əsaslandığı bir hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi m əlumatlar sübutlar hesab olunur. Məhkəmə hansı halların sübuta yetirilməli olduğunu təsbit etdikdən sonra həmin halların sübut edilməsi yükünün kimin üzərinə düşdüyünü müəyyən etməlidir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Məhkəmə mülki iş üzrə icraat zamanı yalnız tərəflərin təqdim etdiyi sübutlardan istifadə etməklə müəyyən nəticəyə gəlir. İddia tələblərinin təmin edilməsi bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə, etirazın əsaslarını təsdiq etmək isə cavabdeh tərəfin üzərinə düşür. Belə olan vəziyyətdə, məhkəmə kollegiyası hesab edir ki, hazırki iddia tələbi üzrə işin mübahisəli hallarına dair sübut etmə yükünün tərəflərdən hansının üzərinə düşməsini müəyyən etməklə mübahisənin maddi və prosessual hüquq normalarının tələblərinə uyğun düzgün həllinə nail olmaq zəruridir. Avropa İnsan Hüquqları Məhkəməsinin ayrı-ayrı qərarlarında göstərildiyi kimi, məhkəmə araşdırmalarında sübutları qiymətləndirərkən «sübut etmə yükü təkzib edənin deyil, iddia edən tərəfin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir–birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Göründüyü kimi həm milli, həm də beynəlxalq qanunvericiliyin tələbləri baxımından hazırki iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşdüyündən, iddiaçı da istinad etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim etmiş, məhkəmə araşdırması zamanı borcun mövcud olması ilə bağlı iddiaçının gətirdiyi dəlilləri və təqdim etdiyi sübutları (Cavabdeh tərəfin borcun mövcudluğuna dair etirafedici izahatları və “whatsapp” yazışmaları) tələb olunan məbləğin mövcudluğu qənaətinə gəlməsinə əsas vermişdir. Yuxarıda da qeyd ounduğu kimi MPM-nin 106.3-cü maddəsinin tələbi baxımından iddiaçı tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları cavabdeh tərəfin etiraf etməsi iddiaçını bu faktları sübut etmə vəzifəsindən azad etmişdir ki, belə olan halda həmin tələb olunan məbləğin Cavabdeh tərəfindən iddiaçıya qaytarıldığını sübut etmə yükü məhz onun üzərinə düşür. Lakin mülki işin araşdırılmış hallarndan da göründüyü kimi mövcud (cavabdeh tərəfindən etiraf edilmiş) borcun ödənilməsinə dair istər birinci instansiya məhkəməsinə, istərsə də apellyasiya instansiya məhkəməsinə cavabdeh tərəfindən hər hansı mötəbər sübut təqdim edilməmişdir. Belə ki, iş üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil2 istər məhkəmə baxışı zamanı verdiyi izahatında, istərsə də apellyasiya şikayətinin dəlillərində iddiaçının cavabdehə əslində 17000 manat məbləğində borc verdiyi ni, bu məbləğin faiz qarşılığında verildiyini, faizlər hesablanmaqla məbləğin şişirdilərək 36500 manata çatdırıldığını, buna baxmayaraq həmin borcun mövcudluğunu təmsil etdiyi şəxsin qəbul etdiyini, amma bu borc müqabilində cavabdehin İddiaçı 10000 ədəd biri 5 manatdan hesablanmaqla köynək verdiyini, belə olan halda isə əslində Fuadın Farizə 13500 manat borcunun qaldığını, hazırda ümumiyyətlə təmsil etdiyi cavabdehin iddiaçıya heç bir borcunun olmadığını bildirmiş, lakin kollegiya tərəfindən bu faktları təsdiq edəcək sübutların (pulun faizlə verilməsinə dair şahid, 10000 ədəd köynəyin cavabdeh tərəfindən ölkəyə gətirilməsi ilə bağlı gömrük bəyənnaməsi, iddia olunan sayda köynəklərin iddiaçıya təhvil verilməsini təsdiq edəcək hər hansı sübut, bu sayda köynəyi gətirən sürücünün şahid kimi tə qdim edilməsi, cavabdehə məxsus mobil telefondakı yazışma və.s) məhkəməyə təqdim olunması təklif olunsa da, Vəkil2 tərəfindən məhkəməyə hər hansı sübut növü təqdim edilə bilməmişdir. Cavabdehin vəkili və nümayəndəsi tərəfindən göstərilən bu faktlara münasibət bildirən İddiaçı cavabdehin ona 41000 manat borcunun olduğunu, həmin borcun qaytarılmadığını gördüyündən özünün cavabdehin arxasınca Bakı şəhərinə getdiyini, Sədərək bazarında Cavabdeh təklifi ilə ümumi məbləği 4500 manat dəyərində olan köynəyin ona göndəriləcəyi, qalmış 36500 manatın isə hissə-hissə ödəniləcəyi ilə bağlı cavabdehlə razılaşdıqlarını, geri qayıtdıqdan bir müddət sonra Cavabdeh həqiqətən də 900 ədəd köynəyi Şərura göndərdiyini, lakin razılaşdıqları köynəklərin deyil, tamamilə başqa bir keyfiyyətdə mal göndərildiyini, hə min köynəklərin bugün də onun evində saxlanıldığını, çünki bir ədədinin belə satılmadığını, cavabdehin arzu edəcəyi təqdirdə həmin malları ona qaytarmağa hazır olduğunu bildirmiş, həmçinin qeyd etmişdir ki, o cavabdehdən 10000 ədəd köynək almamış, ümumi dəyəri 4500 manat olan köynək barədə razılaşmışdır ki, bu məbləği də ümumi borcdan çıxdıqdan sonra qalan 36500 manatı cavabdehdən tələb etmişdir. Kollegiya mülki işin araşdırılmış hallarına əsaslanmaqla cavabdeh tərəfin izahatlarında və dəlillərində qeyd etdikləri faktların sübuta yetməməsi ilə bərabər, bu faktların mövcudluğunu da inandırıcı və ağlabatan hesab etməmişdir. Belə ki, cavabdehin vəkili və nümayəndəsi verdiyi izahatında təmsil etdiyi şəxsin tələb olunan borc müqabilində İddiaçı biri 5 manatdan olmaqla 10000 ədəd köynək verildiy ini və belə olan halda iddiaçının cavabdehə 13500 manat borcunun mövcud olduğunu bildirsə də, verilən sualları cavablandırarkən hazırkı vaxtadək cavabdehin iddiaçıya qarşı belə bir tələbinin olmadığını bildirmiş, şikayətin dəlillərində göndərilmiş malların fotoşəkli və videoyazısının mövcud olduğu (təqdim ediləcəyi) bildirilsə də, məhkəməyə hər hansı videoyazı təqdim edilməmiş, fotoşəkillərin isə işə aidiyyəti olmadığı müəyyən olunmuşdur. Eyni zamanda birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən iddiaçı tərəfin sübut qismində təqdim etdiyi şahid X3 ifadəsində cavabdehin onun dayıoğlusu olduğunu, 2022-ci ildə Farizin Bakıda bazarda köynək satdığını, həmin vaxtı bazara 50 qəpiklik köynək gətirdiklərini, Farizin Fuada göndərmək üçün həmin köynəklərdən yığdığını, Farizlə həmin mall arı kamyona vurduqlarını, sonra Fuada “whatsapp”la səsli mesaj göndərdiyini bildirmiş, iddiaçıya “whatsapp” mesenceri ilə göndərdiyi, məhkəmədə tədqiq edilən “Fuad bir yerdən gətirib verdilər 50 qəpikdən saruçkaları, sən o saruçkaları neynirsən, 50 qəpiyə dəyməz, onu sata bilməyəssən əlində qalar, (satan) adamın nömrəsi də var, lazımdırsa sizi əlaqələndirərəm” səsli mesajının ona aid olduğunu təsdiq etmişdir. Mülki işin müəyyən olunmuş bu hallarını qarşılıqlı tədqiq edən kollegiya isə cavabdeh tərəfindən biri 5 manat olmaqla 10000 ədəd köynəyin borc qarşılığında iddiaçıya verilməsini ağlabatan və inandırıcı hesab etmir. İş üzrə cavabdehin nümayəndəsi və vəkili şikayətinin dəlillərində cavabdeh tərəfindən təqdim olunmuş şahidlərin dindirilmədiyini bildirmişdir ki, kollegiya bu dəlillə bağlı tədqiq olunmuş iş materiallarına əsaslanaraq qeyd edir ki, birinci instansiya məhkəməsinə cavabdeh tərəfindən hər hansı şahid təqdim edilməmiş və ya bununla bağlı vəsatət verilməmişdir. Beləliklə məhkəmə kollegiyası mülki işin yuxarıda göstərilən araşdırılmış hallarına əsaslanmaqla qeyd edir ki, iş üzrə İddiaçı tələbinin əsası kimi istinad etdiyi fakt və halları sübut etdiyi halda, cavabdeh tərəf iddiaya qarşı etirazlarını əsaslandıran halları sübut edə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinin tərəflər arasında hüquq münasibətlərinin yarandığı dövrdə (31 sentyabr 2023-cü il tarixədək) qüvvədə olan redaksiyasına əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (b orc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin forması ilə bağlı Mülki Məcəlləsinin həmin zaman qüvvədə olan 740.1 və 740.2-ci maddələrinə görə borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Mülki işin tədqiq olunmuş hallarından məlum olur ki, tərəflər arasında müqavilə mülki hüquq normasının tələbləri baxımından yazılı formada bağlanmalı idi, çünki iddiaçının iddia etdiyi borc məbləği üç min mana tdan çoxdur. Lakin tərəflər arasında borcun verilməsinə dair yazılı müqavilə bağlanmamışdır. Buna baxmayaraq cavabdehin iddiaçıya 36500 manat borclu olmasına və borcu 04 fevral 2022-ci il tarixədək qaytaracağı ilə bağlı öhdəlik götürməsinə dair ona göndərdiyi mətn və səsli mesajı, eyni zamanda bu borcun mövcudluğuna dair etirafedici izahatları (apellyasiya baxışında vəkili və nümayəndəsinin izahatı) vardır. Buna görə kollegiya hazırkı münasibətlərə Mülki Məcəllənin mövcud borcun etirafına dair mücərrəd müqavilə ilə bağlı normaların tətbiqini düzgün hesab edir. Belə ki, Mülki Məcəllənin 882.1-ci maddəsinə görə borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Bu Məcəlləyə 24 iyun 2005-ci il 948-İİQD nömrəli qanunla əlavə edilmiş 882.5-ci maddəyə görə əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Mülki işin faktiki hallarından və tərəflər arasında olan “whatsapp” mesenceri ilə aparılan yazışmalar (mətn və səsli mesajlar) onu göstərir ki, tərəflər arasında əvvəllər də borc münasibətləri olmuş, 36500 manat borcun etirafına və qaytarılma vaxtına dair cavabdehin iddiaçıya göndərdiyi mətn və səsli mesaj tərəflər arasında sonuncu razılaşma olmuşdur. Bu baxımdan mülki işin məhkəmə tərəfindən müəyyən edilən hallarına Mülki Məcəllənin 882.5-ci maddəsi nəzərə alınmaqla 882.2-ci maddəsi tətbiq olunmalı, tərəflər arasındakı mesajlar və ən əsası cavabdehin birinci instansiya məhkəməsində özünün, apellyasiya baxışı zamanı isə vəkili və nümayəndəsinin tələb olunan məbləğdə borcun mövcudluğuna dair etirafedici izahatları tələb olunan borcun etirafına dair razılaşma kimi qiymətləndirilməlidir. Mülki Məcəllənin 882.2-ci maddəsinə görə isə Mülki Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Həmin Məcəllənin 389.3-cü maddəsinin tələbinə görə öh dəliklər haqqında ümumi müddəalar tənzimləyən Mülki Məcəllənin müvafiq fəslinin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair həmin Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. Bu Məcəllənin 433.3-cü maddəsinə görə öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır. Məcəllənin 448.1-ci maddəsinə görə əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə, kollegiya mülki işin apellyasiya qaydasında baxılmas ı zamanı müəyyən edilmiş hallarına əsaslanmaqla qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmiş, iş üzrə mövcud olan sübutların tədqiqi nəticəsində qəbul edilmiş qətnamə kifayət qədər düzgün və qanuni əsaslarla əsaslandırılmışdır. Mübahisənin həllində mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmış, maddi və prosessual hüquq normalarına düzgün əməl edilməklə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Mülki işin kollegiyada baxılması zamanı birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi və ya ləğv edilməsinə səbəb ola biləcək yeni hallar müəyyən edilməmişdir. Bütün sadalananları nəzərə alaraq kollegiya belə nəticəyə gəlir ki, İddiaçı Cavabd eh qarşı pul tələbinə dair mülki iş üzrə Şərur Rayon Məhkəməsinin 30 yanvar 2025-ci il tarixli, 2(110)-41/2025 nömrəli qətnaməsindən cavabdehin vəkili və nümayəndəsi Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Şərur Rayon Məhkəməsinin 30 yanvar 2025-ci il tarixli, 2(110)-41/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0-384.0.1-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0, 384.0.1, 392, 402.1, 403.1, 404.1.1 və 405.0.1-ci maddələrini rəhbər tutaraq kollegiya qətetdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Şərur Ray on Məhkəməsinin 30 yanvar 2025-ci il tarixli, 2(110)-41/2025 nömrəli qətnaməsindən cavabdehin vəkili və nümayəndəsi Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şərur Rayon Məhkəməsinin 30 yanvar 2025-ci il tarixli, 2(110)-41/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikaəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar