Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(108)-94/2022 29.07.2022 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Abbasov Fərman Məmməd oğlu (sədrliyi və məruzəsi ilə), Qarayev Sənan Məmməd oğlu və Allahverdiyev Mehman Dünyamalı oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə çıxarılmış Naxçıvan Şəhər Məhkəməsinin 28 iyun 2022-ci il tarixli, e-2(078)732/2022 nömrəli qərardadından İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “KATV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma nəticəsində 40 manat 50 qəpik məbləğində vurulmuş zərərin, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 100 (yüz) manat, iddia ərizəsi verilərkən ödənilmiş 30 manat dövlət rüsumunun və 40 qəpik bank xidməti haqqının, ümumilikdə 170 manat 90 qəpik məbləğində pulun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 28 iyun 2022-ci il tarixli, e-2(078)-732/2022 nömrəli qərardadı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat barədə ərizəsi və ərizəyə əlavə olunmuş sənədlərin geri qaytarılması qərara alınımışdır. İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə 04 iyul 2022-ci il tarixdə şikayətl ə məhkəməyə müraciət edərək Naxçıvan Şəhər Məhkəməsinin 28 iyun 2022-ci il tarixli, e2(078)-732/2022 nömrəli qərardadının ləğv edilməsini və mülki işin Naxçıvan Şəhər Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 06 iyul 2022-ci il tarixli, e-2(078)-732/2022 nömrəli qərardadı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə Naxçıvan Şəhər Məhkəməsinin 28 iyun 2022-ci il tarixli, e-2(078)-732/2022 nömrəli qərardadından verdiyi şikayətin əsaslı hesab edilməməsi və şikayətin işlə birlikdə baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına göndərilməsi qərara alınmışdır. İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə şikayətini onunla əsaslandırmışdır ki, məhkəmən in qəbul etdiyi qərardadında qeyd etdiyi xüsusatlar əsassızdır. Belə ki, iddiaçı AG Telekom MMC Naxçıvan Şəhər Məhkəməsinə göndərdiyi iddia ərizəsi Azərbaycan Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə göndərilmişdir. Adıçəkilən sistem vasitəsi ilə iddia ərizəsi göndərilən zaman sistemdə mövcud olan “ödəniş” bölməsində “ödəniş üsulu “artıq ödənilib” seçdikdən sonra hökümət ödəniş portalı vasitəsi ilə ödədikləri dövlət rüsumunun qəbzinin nömrəsi (qəbz nömrəsi 8********) daxil edilmiş, təsdiqlədikdən sonra sistem tərəfindən iddia ərizəsini imzalamaq bölməsinə yönəltmişdir. Həmin bölmədə iddia ərizəsi ASAN İMZA vasitəsi ilə imzalanmış və məhkəməyə göndərilmişdir. Əgər ödənilmiş dövlət rüsumuna dair qəbz aktiv olmayan qəbz olmuş olsa idi iddia ərizəsini sistem vasitəsi ilə göndərmək m ümkün olmazdı. Yəni Naxçıvan Şəhər Məhkəməsinə göndərilmiş iddia ərizəsi və ona əlavə edilmiş sənədlər elektron məhkəmə informasiya sistemi vasitəsi ilə qaydalara uyğun olaraq göndərilmişdir. Həmçinin qeyd edir ki, tərəfindən elektron sistemə daxil edilmiş qəbz eyni zamanda iddia ərizəsinə qoşma olaraq da əlavə edilmişdir. Beləliklə sadalanan hallardan müəyyən olur ki, qəbul edilmiş qərardad əsassız olduğundan ləvğ edilməli və mülki iş baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə geri qaytarılmamldır. Sonda İddiaçı MMC-nin nümayəndəsi Qurbanov X1 Şəhər Məhkəməsinin e-2(078)732/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadının ləğv edilməsi və mülki işin baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10.8-1-ci madd əsinə əsasən bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Həmin Məcəllənin 139.4-cü maddəsi rəhbər tutulmaqla iş üzrə İddiaçı MMC-yə və MMC-nin nümayəndəsi Nümayəndə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün izahat və sübutların təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübut və ya izahatlarını məhkəməyə təqdim e tməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Kollegiya belə hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qərarını onunla əsaslandırmışdır ki, iddia ərizəsinə əlavə olunmuş İddiaçı MMC tərəfindən X2” vasitəsilə 18 fevral 2022-ci il tarixli, ********* nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Naxçıvan Şəhər Məhkəməsinin “23” fevral 2022-ci il tarixli, e-2(078)-354/2022 nömrəli iddia ərizəsinin geri qaytarılması haqqında qərardadı ilə İddiaçı MMC-yə geri qaytarılmış, həmin qərardad qanuni qüvvəyə minmiş, qərardad üzrə icra vərəqəs i çıxarılaraq icraya yönəldilmişdir. Hazırki iddia ərizəsinə İddiaçı MMC yenidən 18 fevral 2022-ci il tarixli, ********* nömrəli qəbzin surətini əlavə etdiyindən və həmin sənədlə ödənilmiş dövlət rüsumunun geri qaytarılması qərara alınaraq icra edildiyindən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı qanunvericilikdə nəzərdə tutulmuş qaydada dövlət rüsumunu ödəməmişdir. Mülki işin materiallarında olan 17 mart 2022-ci il tarixli icraata başlamaq haqqında qərardan məlum olur ki, tələbkar İddiaçı MMC tərəfindən “Hökumət Portalı” vasitəsilə 18 fevral 2022-ci il tarixli, ********* nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tələbkara geri qaytarılması ilə bağlı Naxçıvan Şəhər Məhkəməsinin 23 fevral 2022-ci il tarixli, e-2(078)-354/2022 nömrəli icra sənədi üzrə icraat başlanılmışdır. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin 08 aprel 2022-ci il tarixli icraata xitam verilməsi haqqında qərarından məlum olur ki, Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidmətinin **********823100 nömrəli, 12 aprel 2022-ci il tarixli məktubuna əsasən 30 manat məbləğində pul vəsaiti tələbkar İddiaçı MMC-yə qaytarıldığından Naxçıvan Şəhər Məhkəməsinin 23 fevral 2022-ci il tarixli, e-2(078)-354/2022 nömrəli icra sənədi üzrə icraata xitam verilmişdir. Birinci instansiya məhkəməsi qərardad qəbul edərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.5 və 284-3.5-ci maddələrinə istinad etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.5-ci maddəsinə əsasən hakim müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd tə qdim edilmədikdə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 284-3.5-ci maddəsinə əsasən ərizənin bu Məcəllənin 284-3.1-ci və 284-3.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur Kollegiya belə hesab edir ki, hazırki iddia ərizəsinə İddiaçı MMC yenə də 18 fevral 2022-ci il tarixli, ********* nömrəli qəbzin surətini əlavə etdiyindən və həmin sənədlə ödənilmiş dövlət rüsumunun geri qaytarılması qərara alınaraq icray a yönəlməklə icra edildiyindən, iddiaçı qanunvericilikdə nəzərdə tutulmuş qaydada dövlət rüsumunu ödəməmişdir. Kollegiya belə hesab edir ki, şikayətdə göstərilən dəlillər qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir, prosessual qanunvericiliyin mahiyyətinə aid olmayan formal mülahizələr əsasında tərtib edilmiş şikayətin dəlilləri üzrə qərardadın tam və ya qismən ləğv edilməsi, yaxud dəyişdirilməsi üçün əsaslar müəyyən etmir. Ona görə də məhkəmənin mövqeyi iddiaçının hüquqlarının pozulması kimi qiymətləndirilə bilməz. Kollegiya belə hesab edir ki, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayət təmin edilməməli, Naxçıvan Şəhər Məhkəməsinin 28 iyun 2022-ci il tarixli, e-2(078) -732/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 397.2, 398.0.1, 400, 402.2-ci maddələrini rəhbər tutaraq kollegiya qəraraalır: İddiaçı MMC-nin Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə çıxarılmış Naxçıvan Şəhər Məhkəməsinin 28 iyun 2022-ci il tarixli, e-2(078)732/2022 nömrəli qərardadından İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayət təmin edilməsin. Naxçıvan Şəhər Məhkəməsinin 28 iyun 2022-ci il tarixli, e-2(078)-732/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(108)-94/2022
Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2(108)-94/2022
29.07.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver