Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-95/2021 04.05.2021 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Mirzəyev İlqar Məhərrəm oğlu (sədrliyi və məruzəsi ilə), Xıdırov Əhliman Mehman oğlu və Quliyev Vüqar Kərim oğlundan ibarət tərkibdə, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı təşkilat İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsinin ləğv edilməsi, əsas kredit borcunun, kredit borcuna görə hesablanmış faizlərin və dəbbə pulunun (cərimənin) ödənilməsi tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 18 fevral 2021-ci il tarixli, 2(078)-09/2021 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı təşkilat İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizə si ilə məhkəməyə müraciət edərək, kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh İddiaçı ASC-nin xeyrinə əsas borc üzrə 46250 (qırx altı min iki yüz əlli) manat, 19 fevral 2020-ci il tarixə faiz borcu üzrə 15354.74 (on beş min üç yüz əlli dörd manat yetmiş dörd qəpik) manat, 19 fevral 2020-ci il tarixə gecikdirilmiş əsas kredit borcuna görə hesablanmış dəbbə pulu (cərimə) üzrə 1102.32 (bir min yüz iki manat otuz iki qəpik) manat, cəmi 62707.06 (altmış iki min yeddi yüz yeddi manat altı qəpik) manat kredit borcunun və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarımasını хаhiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 18 fevral 2021-ci il tarixli, 2(078)-09/2021 nömrəli qətnaməsi ilə iddiaçı təşkilat İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müq aviləsinin ləğv edilməsi, əsas kredit borcunun, kredit borcuna görə hesablanmış faizlərin və dəbbə pulunun (cərimənin) ödənilməsi tələbi barədə iddiası qismən təmin edilərək "İddiaçı" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 28 aprel 2016-cı il tarixli, 100-35000/F nömrəli Kredit Müqaviləsinin ləğv edilməsi, Cavabdeh əsas borc üzrə 45845.99 (qırx beş min səkkiz yüz qırx beş manat doxsan doqquz qəpik) manat, faiz borcu üzrə 15628.57 (on beş min altı yüz iyirmi səkkiz manat əlli yeddi qəpik) manat olmaqla, cəmi 61474.56 (altmış bir min dörd yüz yetmiş dörd manat əlli altı qəpik) manat məbləğində borc və iddiaçı təşkilat tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi iddia tələbinin qalan hissə də rədd edilməsi qət edilmişdir. Məhkəmənin qətnaməsindən narazı qalan Cavabdeh 18 mart 2021-ci il tarixdə apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına müraciət edərək Naxçıvan Şəhər Məhkəməsinin 18 fevral 2021-ci il tarixli, 2(078)-09/2021 nömrəli qətnaməsinin dəyişdirilməsini faiz borcunun azaldılmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə hesab etmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti (borc verən) ilə aralarında bağlanmış 28 aprel 2016-cı il tarixli, 100-35000/F nömrəli Kredit Müqaviləsinin 1.1. 1.2. 1.3. 4.1. 5.1.3 və 7.1-ci bəndlərinə əsasən, bank bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə borcalana 46250 manat məbləğində kredit verir. Borcalan isə bu müqaviləyə müvafiq olaraq alınmış kredit i qaytarmağı, kredit məbləğinə hesablanmış faizləri ödəməyi və müqavilə ilə nəzərdə tutulmuş digər öhdəlikləri vaxtında və tam yerinə yetirməyi öhdəsinə götürür. Kredit şəxsi istehlak məqsədləri üçün verilir, kredit 28 iyul 2020-ci il tarixə qədər verilir. Borcalan bankdan bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə aldığı vəsaiti 51 ay ərzində qaytarmağı qeyd-şərtsiz olaraq öhdəsinə götürür. Kredit üzrə faizlər illik faiz dövrü şərti olacaq 360 gün götürülməklə illik 10%-lə faiz dövründə kreditin istifadə edildiyi günlərin faktiki sayına görə hər gün üçün günün əvvəlinə olan qalığa hesablanır. Cərimə faizinin dərəcəsi müqavilənin 5.3-cü bəndində göstərilmiş faiz, dərəcəsinin iki mislinə bərabərdir. Məhkəmə tərəfindən mühasibatlıq ekspertizası təyin olunmuş, hesabdan çıxarış məlumatlarına k redit müqaviləsinin şərtlərinə əsasən borcunun məhkəmədə təyin olunmuş məbləğin olması hesab edilmişdir. Ekspert tərəfindən hesablama düzgün aparıİmamış, məhz buna görə də faiz borcu həddindən çox şişirdilmişdir. Cavabdeh apellyasiya şikayətində həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci, 14.1-ci və 739.1-cu maddələrinə istinad etmişdir. Göstərilənlərə əsasən Naxçıvan Şəhər Məhkəməsinin 18 fevral 2021-ci il tarixli, 2(078)-09/2021 nömrəli qətnaməsinin dəyişdirilməsini faiz borcunun azaldılmasını xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı 22 aprel 2021-ci tarixdə iddiaçı təşkilat İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən daxil olmuş etiraz ərizəsində qeyd etmişdir ki, cavabdehin apellyasiya şikayəti əsassızdır, əsaslı sübutlarla və dəlillərlə öz təsdiqini tapmır, apellya siya şikayətinin həqiqi məqsədi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasının zamana görə mümkün olduqca süni şəkildə uzatmağa xidmət edir. Belə ki, Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 197/20 nömrəli, 10 dekabr 2020-ci il tarixli ekspert rəyinə əsasən təqdim olunmuş maliyyə arayışı, hesabdan çıxarış məlumatları və 28 aprel 2016-cı il tarixli, 100-35000/F nömrəli Kredit Müqaviləsinin şərtlərinə əsasən Cavabdeh İddiaçı ASC-yə 19 fevral 2020-ci il tarixə (arayışın verilmə tarixinə) əsas borcu 45845.99 (qırx beş min səkkiz yüz qırx beş manat doxsan doqquz qəpik) manat, faiz borcu üzrə 15628.57 (on beş min altı yüz iyirmi səkkiz manat əlli yeddi qəpik) manat təşkil edir. İddiaçı təşkilat etiraz ərizəsində Azərbaycan Respublikası MPM-in 14.2-ci, 77.1-ci və 367.2 -ci maddələrinə istinad edərək apellyasiya şikayətinin rədd edilməsini, Naxçıvan Şəhər Məhkəməsinin 18 fevral 2021-ci il tarixli, 2(078)-09/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşin baxılması vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı təşkilat İddiaçı Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh məhkəmə baxışı iclasına gəlməmişlər. Kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinin tələbinə müvafiq olaraq onların iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin məhkəmə iclasına gəlməməsi i şə baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya Naxçıvan Şəhər Məhkəməsinin 18 fevral 2021-ci il tarixli, 2(078)-09/2021 nömrəli qətnaməsinin əsaslılığını və qаnunili yini yoxlayıb, apellyasiya şikayətinin dəlillərini tərəflərin izahatları və mülki işin materialları ilə müqayisəli tədqiq edərək, iş üzrə toplanmış sübutları hərtərəfli araşdıraraq аşаğıdаkı nəticəyə gəlir. İşin kollegiyada araşdırılmış halları və apellyasiya şikayətindəki dəlilindən də göründüyü kimi, cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsinin yalnız faiz borcuna dair hissəsini mübahisələndirmişdir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ya lnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsi hissəvi mübahisələndirildiyi halda apellyasiya instansiyası məhkəməsi çıxardığı qətnamədə yalnız baxılan hissəyə münasibətini bildirməyə haqlıdır. Qeyd edilənlərə əsasən, kollegiya birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə, yəni faiz borcuna münasibətdə yoxlayır. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə biri nci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş İddiaçı Açıq Səhmdar Cəmiyyəti (borcverən) ilə Cavabdeh (borcalan) arasında bağlanmış 28 aprel 2016-cı il tarixli, 100-35000/F nömrəli Kredit Müqaviləsinin 1.1, 1.2, 1.3, 4.1, 5.3 və 7.1-ci bəndlərinə əsasən, bank bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə borcalana 46250 (qırx altı min iki yüz əlli) manat məbləğində kredit verir. Borcalan isə bu müqaviləyə müvafiq olaraq alınmış krediti qaytarmağı, kredit məbləğinə hesablanmış faizləri ödəməyi və müqavilə ilə nəzərdə tutulmuş digər öhdəlikləri vaxtında və tam yerinə yetirməyi öhdəsinə götürür. Kredit şəxsi istehlak məqsədləri üçün verilir. Kredit 28 iyul 2 020-ci il tarixə qədər verilir. Borcalan bankdan bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə aldığı vəsaiti 51 (əlli bir) ay ərzində qaytarmağı qeyd-şərtsiz olaraq öhdəsinə götürür. Kredit üzrə faizlər illik faiz dövrü şərti olaraq 360 gün götürülməklə illik 10%-lə faiz dövründə kreditin istifadə edildiyi günlərin faktiki sayına görə hər gün üçün günün əvvəlinə olan qalığa hesablanır. Cərimə faizinin dərəcəsi müqavilənin 5.3-cü bəndində göstərilmiş faiz dərəcəsinin iki mislinə bərabərdir. İş materiallarına əlavə edilmiş ödəniş cədvəlinə əsasən, Cavabdeh götürdüyü krediti faizləri ilə birlikdə 28 may 2016-28 iyul 2020-ci il tarixləri aralığında hər ay 500.00 manat, 28 iyul 2020-ci il tarixdə isə 39505.13 manat olmaqla, cəmi 64505.13 manat ödəməyi öhdəsinə götürmüşdür. İşə birinci instansiya mə hkəməsində baxılarkən Naxçıvan Şəhər Məhkəməsinin 27 iyul 2020-ci il tarixli qərardadı ilə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 197/20 nömrəli, 10 dekabr 2020-ci il tarixli ekspert rəyinə əsasən, təqdim olunmuş maliyyə arayışı, hesabdan çıxarış məlumatları və 28 aprel 2016-cı il tarixli, 100-35000/F nömrəli Kredit Müqaviləsinin şərtlərinə əsasən Cavabdeh İddiaçı ASC-yə 19 fevral 2020-ci il tarixə (arayışın verilmə tarixinə) əsas borcu 45845.99 (qırx beş min səkkiz yüz qırx beş manat doxsan doqquz qəpik) manat, faiz borcu 15628.57 (on beş min altı yüz iyirmi səkkiz manat əlli yeddi qəpik) manat təşkil edir. Təqdim olunmuş hesabdan çıxarış məlumatlarında bank tərəfindən cərimə hesablanmadığı üçün hazırki tədqiqat la Cavabdeh cərimə hesablanmır. Kollegiya işin mahiyyəti ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin i cra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəl iyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəkli ndə pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Kollegiya iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə araşdırıb, qeyd edilən hüquq normalarının tələblərini rəhbər tutaraq hesab edir ki, borclu Cavabdeh bankdan tələb olunan məbləğdə borc götürmüş və borc götürən zaman imzaladığı kredit müqaviləsinə əsasən həmin məbləği qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilənin digər tərəfi olan İddiaçı ASC (kreditor) müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirərək, müqavilədə nəzərdə tutulmuş kredit məbləğini cavabdehə vermişdir. Lakin, Cavabdeh (borclu) bank qarşısında yaranmış öhdəliyi icra etməyərək tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərini və Azərbaycan Respublikası Mülki Məcəlləs inin tələblərini pozmuşdur. Ekspert tərəfindən hesablamanın düzgün aparıİmaması və faiz borcu həddindən çox şişirdilməsi ilə bağlı Cavabdeh apellyasiya şikayətinin dəlilinə münasibətdə kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsində icraat zamanı keçirilmiş ekspertiza tədqiqatının nəticəsində faiz borcunun 15628.57 (on beş min altı yüz iyirmi səkkiz manat əlli yeddi qəpik) manat olması müəyyən edilmişdir. Faiz borcunun artıq hesablandığını qeyd edən cavabdeh təkrar ekspertizanın keçirilməsinin zəruriliyinə dair ciddi dəlil göstərmədiyindən hər hansı bir əsaslı səbəb olmadan lüzumsuz olaraq təkrar məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsi təmin oluna bilməz. Eyni zamanda, Mülki Prosessual Məcəllənin 101.7-ci maddəsinə görə, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübu tlarla yanaşı qiymətləndirilir. Kollegiya bununla əlaqədar qeyd edir ki, ekspertin rəyi sübut növlərindən biri olmaqla digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasada, məhkəmə tərəfindən təyin edilərək alınmış ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Həmin rəylə razılaşmayan tərəf bunu əsaslandırmaqla rəydə göstərilənlərin düzgün olmamasını sübut etməlidir. Lakin cavabdeh təkrar ekspertizanın keçirilməsinin zəruriliyinə dair hər hansı bir dəlil göstərməmişdir. Ona görə də alınmış ekspert rəyinin hər hansı bir şübhə altına alınmasına heç bir əsas yoxdur. Birinci İnstansiya Məhkəməsi 15628.57 (on beş min altı yüz iyirmi səkkiz manat əlli yeddi qəpik) manat məbləğində faiz borcunun ödənilməsini qət etmək lə doğru nəticəyə gəlmişdir. Odur ki, cavabdehin apellyasiya şikayətindəki dəlili əsassız olduğundan qətnamənin dəyişdirilməsi üçün səbəb ola bilməz. Kollegiya işin yuxarıda şərh olunmuş hallarına hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsində işə baxılarkən maddi və prosessual hüquq normalarının tələblərinə əməl olunmuşdur. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olduğundan apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi üçün əsas ola bilməz. Buna görə də Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Naxçıvan Şəhər Məhkəməsinin 18 fevral 2021-ci il tarixli, 2(078)-09/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393, 405.0.1 və 406.1-ci maddələrini rəhbər tutaraq kollegiya qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Şəhər Məhkəməsinin 18 fevral 2021-ci il tarixli, 2(078)-09/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(108)-95/2021
Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(108)-95/2021
04.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver