Məhkəmə qərarları › İş №2(108)-96/2022

Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2(108)-96/2022

29.08.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(108)-96/2022 29.08.2022 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Qarayev Sənan Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, Allahverdiyev Əli Kərim oğlu və Allahverdiyev Mehman Dünyamalı oğlundan ibarət tərkibdə, X1 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Kəngərli Rayon Məhkəməsinin 29 mart 2022-ci il tarixli, 2(111)-17/2022 nömrəli qətnaməsindən cavabdehin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil1 Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbi barədə iddia ərizəsi ilə Kəngərli Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh avtomobilinin dəyə ri olan 21500 (iyirmi bir min beş yüz) manat, yeni motor alması üçün ona ödədiyi 3300 (üç min üç yüz) manat, hüquqi yardıma görə vəkilə ödədiyi 400 (dörd yüz) manat və dövlət rüsumu olaraq ödəmiş olduğu 165 (yüz altmış beş) manat olmaqla, ümumilikdə 25365 (iyirmi beş min üç yüz altmış beş) manat pulun alınıb ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Kəngərli Rayon Məhkəməsinin 29 mart 2022-ci il tarixli, 2(111)-17/2022 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 21500 (iyirmi bir min beş yüz) manat, hüquqi yardıma görə vəkilə ödənilmiş 400 (dörd yüz) manat və 143,04 (yüz qırx üç, dörd) manat dövlət rüsumunun əvəzi, cəmi 22043,04 (iyirmi iki min qırx üç, dörd) manat pulun alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Məhk əmənin qətnaməsindən narazı qalan Cavabdeh nümayəndəsi Nümayəndə 14 iyun 2022-ci il tarixdə apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına müraciət edərək Kəngərli Rayon Məhkəməsinin 29 mart 2022-ci il tarixli, 2(111)-17/2022 nömrəli qətnaməsinin ləğv olunması və iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Mülki işin apellyasiya instansiyası məhkəməsində baxışı zamanı cavabdehin nümayəndəsi Nümayəndə 29 avqust 2022-ci il tarixdə ərizə ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına müraciət edərək Kəngərli Rayon Məhkəməsinin 29 mart 2022-ci il tarixli, 2(111)-17/2022 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtina etdiyini və apellyasiya şikayəti üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Məhkəmə baxışı iclasındakı izahatında İddiaçı cavabdehin nümayəndəsinin apellyasiya şikayətindən imtina etməsi ilə bağlı ərizəsinin qəbul edilərək apellyasiya şikayəti üzrə icraata xitam verilməsini kollegiyadan xahiş etmişdir. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.2ci maddəsinə əsasən apellyasiya şikayəti verən şəxs apellyasiya instansiya məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 369.3-cü maddəsinin tələbinə uyğun olaraq cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətindən imtinasının rədd edilməsi üçün Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191-ci ma ddəsində nəzərdə tutulmuş əsasların olub-olmaması kollegiya tərəfindən yoxlanılmış və həmin maddədə nəzərdə tutulmuş əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən kollegiya belə nəticəyə gəlir ki, cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətindən imtinası qəbul edilərək cavabdehə münasibətdə apellyasiya icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 369.4-cü maddəsinə əsasən şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla şikayətdən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Kollegiya qeyd edir ki, həmin Məcəllənin 369.1-ci maddəsinə uyğun olaraq işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin tanınmasına səbəb ol ur. Eyni zamanda Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.6-cı maddəsinə əsasən həmin Məcəllədə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti geri qaytarılırsa və ya apellyasiya icraatına xitam verilirsə ödənilmiş dövlət rüsumu qaytarılır. Belə olan halda apellyasiya şikayəti verilərkən Cavabdeh tərəfindən 27 aprel 2022-ci il tarixdə X3 vasitəsi ilə ********* nömrəli qəbzlə ödənilmiş 83 (səksən üç) manat dövlət rüsumu cavabdehə qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 369.4, 400 və 402-ci maddələrini rəhbər tutaraq kollegiya qərarverdi: İddiaçı Cavabdeh dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Kəngərli Rayon Məhkəməsinin 29 mart 2022-ci il tarixli, 2(111)-17/2022 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayətindən cavabdehin nümayəndəsi Nümayəndə imtinası qəbul edilsin. Cavabdeh münasibətdə mülki işin apellyasiya icraatına xitam verilsin. Apellyasiya şikayəti verilərkən Cavabdeh tərəfindən 27 aprel 2022-ci il tarixdə X3 vasitəsi ilə ********* nömrəli qəbzlə ödənilmiş 83 (səksən üç) manat dövlət rüsumu cavabdehə geri qaytarılsın. Bu qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Bu qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar