Məhkəmə qərarları › İş №2(108)-96/2023

Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2(108)-96/2023

22.08.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(108)-96/2023 22.08.2023 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər - X1 (sədrlik edən və məruzəçi), Allahverdiyev Əli Kərim oğlu və Allahverdiyev Mehman Dünyamalı oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, İddiaçı, Cavabdeh və cavabdehin vəkil-nümayəndəsi Vəkil iştirakları ilə İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbi barədə mülki iş üzrə Şərur Rayon Məhkəməsinin 2(110)-268/2023 nömrəli, 03 may 2023-cü il tarixli qətnaməsindən cavabdehin vəkil-nümayəndəsi Vəkil tərəfindən verilmiş apelyasiya şikayəti əsasında işə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati binasında (Naxçıvan şəhəri, Atatürk küçəsi 19) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İşin halları İddiaçı 17 fevral 2023-cü il tarixdə Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ümumilikdə 2485 manat pulun alınıb ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2022-ci ilin payız aylarında X3 bir kiloqramına görə 30 qəpikdən hesablanmaqla 7800 kq, ümumilikdə 2225 manat dəyərində kələm almış və sonuncunun "‘Qazel” yük avtomobili ilə aldığı məhsulu Şərur rayonu, Danyeri kəndində yerləşən cavabdehə məxsus soyuducu anbara aparmışdır. Cavabdehlə aralarında razılaşma belə olmuşdur ki, məhsulu 2023-cü ilin mart ayının axırına kimi soyuducuda saxlayacaq və iddiaçıdan bir kiloqram kələmin saxlanılması üçün 10 qəpikdən, ümumilikdə 780 manat pul alacaqdır. 2023-cü ilin fevral ayının 9-da iddiaçı kələmin vəziyyətin i yoxlamaq üçün soyuducu anbara getmiş və soyuducu anbarın işləmədiyini görmüşdür. Soruşanda ki, bəs soyuducu niyə işləmir, cavabdeh ona bir kələmə görə soyuducunu işlətmək istəmədiyini bildirmişdir. O, məhsulun xarab olduğunu cavabdehə bildirsə də, cavabdeh buna əhəmiyyət verməmiş və iddiaçı məhsulunu soyuducu anbardan götürüb yük avtomobili ilə yaşadığı kəndə aparmışdır. İddiaçı cavabdehin üzərinə götürdüyü öhdəliyə əməl etmədiyi üçün ona dəymiş zərəri tələb etsə də, cavabdeh dəymiş zəfəri ödəməkdən imtina etmişdir. İddiaçı əlavə olaraq məhsulun daşınmasına və yüklənib boşaldılmasına ümumilikdə 260 manat pul xərcləmişdir. İddiaçı iddia ərizəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 21.2-ci, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Mülki-Prosessual Məcəllə) 4.1 və 78.2-ci maddələrinə istinad etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Şərur Rayon Məhkəməsinin (hakim Seymur Qarayev) 2(110)-268/2023 nömrəli, 03 may 2023-cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdehdən məhsula vurulmuş ziyana görə 2200 manat, məhsulun daşınmasına və yüklənib boşaldılmasına görə çəkilmiş xərc üçün 60 manat olmaqla, ümumilikdə 2260 manatın alınıb iddiaçıya ödənilməsi, iddianın digər hissədə rədd edilməsi və ödənilmiş 46 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət olunmuşdur. Birinci instansiya məhkəməsi mövqeyini aşağıdakı kimi əsaslandırmışdır: “İddiaçı 2200 manat dəyərində 7400 kq kələmi cavabdehə məxsus anbara yığmasını, kələmin iddiaçıya məxsus anbarda xar ab olmasını şahid ifadələri və CD-yə yazılmış video görüntülərlə sübut etmişdir. Cavabdeh isə iddiaçının kələmi gətirib onun anbarına yığmasından xəbərinin olmadığını, dekabrın sonunda Bakı şəhərindən kəndə qayıtdıqdan sonra iddiaçının kələmləri gətirib anbara qoyduğunu bildiyini qeyd etsə də, məhkəmə bu qənaətə gəlir ki, cavabdehin xəbəri olmadan iddiaçı tərəfindən məhsulun onun soyuducu anbarına yığılması ağlabatan hesab edilə bilməz. Tərəflərin hər ikisinin təşəbbüsü ilə məhkəməyə dəvət edilmiş şahidlərin məhkəmə iclasında verdikləri ifadələrlə iddiaçı tərəfindən məhsulun cavabdehə məxsus anbara yığılması və cavabdehin bundan xəbərinin olması öz təsdiqini tapmışdır. Göründüyü kimi hazırkı iş üzrə iddiaçı cavabdeh tərəfindən ona ziyan vurulmasını sübut etmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbində 7800 kq kələmə görə ona ümumilikdə 2225 manat dəyərində ziyan vurulduğunu qeyd etsə də, məhkəmə baxışı iclasında şahid Rəfail Tağıyevin ifadəsi ilə kələmin çəkisinin 7400 kiloqram olduğu və buna görə iddiaçının ona 1 kq kələm üçün 0.30 manat olmaqla, ümumilkdə 2200 manat pul ödədiyi müəyyən edildiyindən, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbi üzrə məhsulun daşınmasına və yüklənib boşaldımasına görə 260 manata görə məhkəməyə sübut təqdim edə bilməmiş, lakin məhkəmə baxışı zamanı şahid ifadələri ilə məhsulun daşınmasına və yüklənib boşaldılmasına görə 60 manat xərc çəkdiyi öz təsdiqini tapmışdır. Ona görə də iddia tələbi həmin hissədə də qismən təmin edilməlidir”. Məhkəmə öz mövqeyini əsasland ırmaq üçün Mülki Məcəllənin 5.3, 16.1, 18, 21.1, 21.2, 824.1, 827, 829.1, 1096.1, 1096.2 və 1097.1-ci, Mülki-Prosesual Məcəllənin 14.2, 77.1, 119.1, 217.3 və 217.4-cü maddələrinə istinad etmişdir. Şikayətin dəlilləri Cavabdehin vəkil-nümayəndəsi Vəkil 07 iyun 2023-cü il tarixdə apelyasiya şikayəti ilə müraciət edərək sözügedən qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Apelyasiya şikayətində göstərilmişdir ki, “Hazırki iş üzrə qəbul edilmiş məhkəmə qətnaməsinə əsasən müəyyən edilir ki, cavabdeh az miqdarda malın iddiaçının istəyinə uyğun olaraq yoxlama məqsədilə soyuducuda saxlanmasına razılıq verir və malı onun özünün iştirakı ilə ölkə xaricinə getməmişdən əvvəl gətirməsini istəyir. İddiaçı isə iddia edir ki, onunla cavabdeh arasında malın saxlanmasına dai r ilkin razılaşma olmuşdur. Mülki qanunvericilyin öhdəlik hüquq münasibətləri və saxlama müqavilələri ilə bağlı müddəalarına əsasən bu tip münasibətlərdə tərəflər arasında müqavilənin olması şərtdir. Hansı ki, həmin müqavilənin mövcudluğu tərəflər arasındakı mübahisənin həlli, həmçinin onların öz vəzifələrini zaman və keyfiyyət baxımından lazımınca yerinə yetiribyetirməmələrini müəyyən etməyə imkan verəcək idi. Faktiki olaraq tərəflər arasında müqavilə və ya razılaşmanın olmaması iddianın əsaslı olması istiqamətində şübhələr doğurur və tərəfimizdən hazırki iş üzrə məhkəmənin qəbul etdiyi qətnamədə maddi hüquq normasının pozulması kimi qiymətləndirilir. Belə ki, qanunvericiliyə riayət edilməməsi, yəni müəyyən edilmiş qaydada müqavilənin bağlanmaması iddia təbinin rədd edilməsi üçün əsasdır. Yox əgər, iş üzrə müqavilənin şifahi formada bağlanması əsas götürülərsə, mülki qanunvericiliyin əqdlərlə bağlı müddəalarına uyğun olaraq həmin şifahi müqavilənin mübahisələndirilməsi də onun etibarsızlığına səbəb olur. Belə olan təqdirdə də iş üzrə tərəflər arasında hər hansı müqavilənin mövcudluğu istisna edilir. Buna görə də göstərilənlərə əsaslanaraq məhkəmə qətnaməsinin maddi hüquq normalarının pozulması şərti ilə qəbul edilməsi səbəbindən həmin qətnamənin ləğv edilməli olması qənaətindəyik. İddiaçı iddia edir ki, cavabdehlə olan razılığa əsasən əldə etdiyi malı ona məxsus soyuducu anbara qoymuşdur. Cavabdeh isə iddiaçıdan az miqdarda malı nümunə üçün anbarda saxlamağa razı olduğunu bildirmişdir. Prosessual qanunvericiliyə əsasən sübutetmə yükü iddiaçının üzərinə düşdüyündən məhz c avabdehlə nə vaxt, hansı şəraitdə və şərtlərlə razılaşdığına dair sübutun təqdim edilməsi vəzifəsi də onun üzərinə düşür. Hansı ki, bununla bağlı iddiaçı hər hansı sübut təqdim etməmiş, eyni zamanda cavabdeh malın soyuducu anbara yerləşdirilməsində iştirakının olmadığını, həmçinin bu günə qədər soyuducu anbarda kələm saxlamadığını bildirmişdir. Tərəflər arasında müqavilənin, eyni zamanda malın qəbulu ilə bağlı akt və ya digər sənədin olmaması iddiaçının ona dəymiş ziyanın məhz cavabdeh tərəfindən vurulması faktının sübut edilməməsi, həmçinin sübutetmə ilə bağlı prosessual qanunvericiliyin pozulması və düzgün tətbiq edilməməsi qənaətindəyik. Qəbul edilmiş məhkəmə qətnaməsinə əsasən iddiaçının 7800 kq çəkidə, 2225 manat məbləğində olan kələmi X3 aldığı və həmin malı cavabdehə məxsus anbara y erləşdirdiyi müəyyən edilir. Həmin qətnaməyə əsasən cavabdeh öz izahatında anbar sahibi olduğunu təsdiq etsə də, neçə illik fəaliyyətində soyuducu anbarda kələm saxlamadığını, buna görə də iddiaçıya yoxlamaq üçün az miqdarda kələm qəbul edə biləcəyini bildirmişdir. Məhkəmədə işə baxılan zaman cavabdehin soyuducu anbarın sahibi olması məlum olsa da, iddiaçının da əvvəllər bu kimi fəaliyyətlə məşğul olub-olmaması, bu zaman əldə etdiyi malın saxlanması ilə bağlı təcrübəsi və eyni zamanda cavabdehlə mövcud olmuş iş münasibətləri araşdırılmamışdır. Belə ki, cavabdeh də məhkəmə araşdırması zamanı ona məxsus soyuducuda kələm saxlamadığını bildirmiş, iddiaçı cavabdehin izni və məlumatı olmadan, onun ölkə xaricində olmasından istifadə edərək guya yuxarıda qeyd edilən çəkidə olan malları soyuducuya yerləşdirmişdir. Qeyd edilən halların araşdırılmaması iddiaçıya dəymiş ziyanın məhz cavabdehin təqsiri üzündən baş verməsi tərəfimizdən əsaslı hesab edilmir. Qətnaməyə əsasən müəyyən edilir ki, iddiaçı cavabdehə məxsus anbara qoyduğu 7800 kq, 2225 manat dəyərində olan mal xarab olmuş və bununla bağlı iddiaçı xarab olmuş malın atılmasına dair çəkdiyi video görüntülərə dair CD diski sübut kimi məhkəməyə təqdim etmişdir. Lakin qeyd edilən çəki dərəcəsində olan malın cavabdehə aid soyuducu anbara yerləşdirilməsi faktı iş üzrə aparılmış araşdırma zamanı öz təsdiqini tapmır. Belə ki, iddiaçı malın nə zaman, hansı şərtlərlə və kimin iştirakı ilə soyuducuya yerləşdirilməsi ilə bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Bununla bağlı, yəni malın qəbulu və təhvil alınmasına dair iş ma teriallarında hər hansı müqavilə və ya akta rast gəlinmir. Digər tərəfdən iddiaçının məhsulun xarab olmasına dair təqdim etdiyi CD diskin də sübut kimi qəbul edilməsi yolverilməzdir. Çünki həmin xarab olan məhsulun iddiaçıya aid olması, həmin malın cavabdehə məxsus anbardan götürülməsi və iddiaçıya da məhz cavabdehin təqsiri üzündən ziyan vurulması sübuta yetirilməmişdir. Eyni zamanda iddiaçının bildirdiyinə əsasən ona məxsus mal anbardan götürülərkən artıq xarab olmuşdur. Belə olan təqdirdə iddiaçının davranışı sual doğurur. Hansı ki, xarab olmuş malın anbardan götürülməsinə, bunun üçün əlavə xərc çəkilməsinə nə gərək vardı? Qənaətimizə görə məhkəmənin gəldiyi nəticələr işin hallarına uyğun deyil. Belə ki, qeyd edildiyi kimi iddiaçının iddia etdiyi məbləğdə və çəkidə malın cavabdehə məxsu s anbara yerləşdirilməsi iş üzrə aparılmış araşdırma zamanı öz təsdiqini tapmamışdır. Digər tərəfdən iddiaçı guya cavabdehlə olan razılaşmasına əsasən cavabdehə 780 manat saxlama haqqı ödəməli idi. İddiaçı isə cavabdehə heç bir haqq ödəməmiş, əksinə cavabdehin təqsiri olmadan düşdüyü ziyana görə ona qarşı məhkəmədə tələb irəli sürmüşdür. Qətnamədən məlum olur ki, iddiaçı iddia etdiyi malı cavabdehə məxsus soyuducu anbara yerləşdirərkən cavabdeh ölkə xaricində olmuş və o malın qəbulunda iştirak etməmişdir. Bu zaman guya iddiaçı onunla telefon əlaqəsi saxlamış və cavabdehlə danışdıqdan sonra gətirilmiş mal anbara yerləşdirilmişdir. Halbuki, cavabdeh vermiş olduğu izahatında iddiaçıya 15 noyabr 2022-ci il tarixdən sonra ölkə xaricində olacağından gətirəcəyi az miqdarda malı həmin tarixədək gə tirməsini istədiyini və ölkə xaricində olduğu vaxt iddiaçı ilə heç vaxt əlaqə saxlamadığım bildirmişdir. İş üzrə mübahisəli hal olduğundan həmin tarixlərdə tərəflər arasında telefon danışığının olub-olmaması ilə bağlı dəqiqləşdirmə aparılmadığından, işin tam və hərtərəfli araşdırılması məqsədilə apelyasiya məhkəməsi tərəfindən mobil operatora müvafiq sorğunun verilməsi tərəfimizdən zəruri hesab edilir. Apelyasiya şikayətində maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər üzrə Mülki Məcəllənin 324.1, 337.1, 337.2, 385.1, 386.1, 822 və 827-ci, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər üzrə Mülki-Prosessual Məcəllənin 14.2, 76.1 və 77.1-ci maddəsinə istinad olunmuşdur. Apellyasiya şikayətinə qarşı etirazın dəli lləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. İşdə iştirak edən şəxslərin izahatları, sübutların tədqiqi Məhkəmə baxışı iclasında; Cavabdeh izahatında göstərdi ki, onların tanışlığı Nurəddinin onun anbarına tez-tez gəlib-getməsindən sonra başlamışdır. Bir gün Nurəddin ona demişdir ki, “mən sizin anbara kələm gətirib qoymaq istəyirəm, kələmi neçə dərəcədə saxlayırsınız”, o isə demişdir ki, biz indiyə qədər anbarda kələm saxlamamışıq, ancaq bir az gətir qoy, yoxlayaq, əgər yaxşı qalsa, o biri illərdə miqdarını artırarıq. O az bir miqdar dedikdə 300-500 kq kələm nəzərdə tutmuşdur. Sonra o sanatoriyaya getmiş, o olmayan vaxtı Nurəddin kələmləri gətirib kartofun yanına yerləşdirmişdir. Halbuki kartofla kələm anbarda bir yerdə saxlanıla bilməz, çünki birinin temperaturu 1 dərəcə, d igərinin temperaturu isə 4 dərəcə təşkil edir. Əslində o heç kələmin neçə dərəcədə saxlandığını bilməmişdir. O, sanatoriyadan gələndən 2-3 həftə sonra bilmişdir ki, Nurəddin kələmləri anbara yerləşdiribdir. Malı oğlu qəbul etmiş, lakin kələmlərin çəkisi ilə bağlı onun məlumatı olmamışdır. Nurəddin dediyinə görə anbara 7 ton kələm qoymuşdur. Onların aralarında kələmin anbarda saxlanmasına görə qiymət barədə əvvəlcədən heç bir razılaşma olmamışdır. Sonra Nurəddin kələmlərə baxmağa gələndə kələmlərin üzünün qaraldığını görüb xarab olduğunu düşünərək anbardan götürüb aparmaq istəyən vaxt o, Nurəddinə demişdir ki, heç olmasa 1 ton kələmi mənə ver, satım anbarın soyuducusuna sərf olunan işıq pulunu verim. O, Nurəddinə deməmişdir ki, get, məni məhkəməyə ver. Nurəddin həmin kələmlərdən sadəcə 1 ki sə orada işləyən fəhlələrə vermiş, 2-3 kələmi fəhlələr götürmüş, qalanın da o aparıb sataraq 18 manat qazanc əldə etmişdir. Hətta həmin vaxt o, Nurəddinə demişdir ki, zərərinin əvəzini mən belə qarşılaya bilərəm, nə vaxt sən anbarda soyuducuda saxlamağa alma yaxud kartof gətirsən, həmin vaxt mən səni ötüşdürərəm. Həmin vaxt kələmin sezonu olmadığı üçün Nurəddin kələmləri aparıb bazarda sata bilməmişdir. Cavabdehin vəkil-nümayəndəsi apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verdi. İddiaçı izahatında göstərdi ki, o, 2022-ci ilin noyabr ayında Ramizin yanına gedib onunla söhbət edərək malı soyuducuda neçə qəpiyə saxladıqlarını soruşmuş, Ramiz cavabında ona demişdir ki, “az çəkidə olan malları 20 qəpiyə, artıq çəkisi olanları isə 10 qəpiyə saxlayırıq”. Ramizə mən istəyirəm, soyuducud a kələm gətirib saxlayım demiş, Ramiz də ona soyuducuda indiyə qədər heç kələm saxlamadığını bildirmişdir. O, Ramizdən almanı soyuducuda neçə dərəcədə saxladıqlarını soruşmuş, o da cavabında demişdir ki, “almaları soyuducuda 0 dərəcə temperaturda saxlayırıq”. O da öz-özünə düşünmüşdür ki, əgər soyuducu almanı 0 dərəcə temperaturda saxlayırsa, deməli kələmi də o temperaturda saxlayar. Sonra Ramizə demişdir ki, mən bir az artıq kələm gətirib anbara vurmaq istəyirəm. Ramiz isə demişdir ki, “mən noyabrın 15-dən sonra burada olmayacağam, mənim burada bütün məsələlərimi oğlum Elşən həll edir”. O, kələm götürmək üçün Rəfail adlı adamla danışmazdan əvvəl Ramizin oğlu Elşənə demişdir ki, atanla aramızda belə danışmışıq ki, ilk əvvəl az bir miqdarda kələm gətirim anbara yerləşdirim, sonra anbarda kartofun yeri boşaldıqca təkrar kələm gətirib yerləşdirəcəm. Həmin vaxt kələmin qiyməti ucuz olduğundan fikrləşmişdir ki, çox kələm alıb soyuducuya yerləşdirsin və mart ayı kələmləri baha qiymətə satsın. Təxmini yadında deyil, o bir dəfə Ramizlə telefon vasitəsilə əlaqə saxlayan zaman, Ramizə demişdir ki, anbara artıq mal vuracam, heç olmasa bu malların soyuducuda saxlama qiymətini biraz aşağı sal. Ramiz də ona cavabında demişdir ki, “əgər malların 20 tondan artıq olsa, aşağı bir qiymət edərik”. O, 2022-ci ilin noyabr ayının axırında Rəfail adlı şəxsin “”Qazel”i ilə 2200 manata aldığı 7 ton 800 kq kələmi aparıb Ramizin anbarına boşaltmış, onun mallarını Ramizin oğlu Elşən təhvil almış və çəkisini dəftərə yazmışdır. Anbar sahibinə kələmləri saxlama haqqı olaraq 780 manat pul verməsini razıl aşmışlar. Ramiz dekabr ayında gəlmiş, anbarda həmin kələmləri görüb demişdir ki, “heç mənim xəbərim yox idi, deyəsən kələmləri gətirib anbara vurmusan”. 2023-cü ilin fevral ayının 9-da anbara getdiyi zaman cavabdehin anbardakı soyuducunu işlətmədiyi səbəbindən kələmlərinin üzlərinin qaraldığını və xarab olduqlarını görmüş, Ramizlə ortaq bir məxrəcə gəlmək üçün onun yanına getmiş və demişdir ki, bu nə məsələdir, heç olmasa kələmlərə çəkdiyim xərci ver. Ramiz də cavabında ona demişdir ki, “mənlik deyil, get məhkəməyə müraciət et”. Həmçinin həmin vaxt Ramiz ona “xarab olmuş kələmləri mənə ver, aparıb satım, soyuducunun elektrik pulunu ödəyim” demiş, lakin o verməmiş, fikirləşmişdir ki, bəlkə kələmləri özü aparıb bazarda satıb qazanc əldə edə bilər. Elə həmin gün o kələmləri yük maşınına yüklə yib yaşadığı evin həyətinə aparmış, kələmlərdən 200 kq təmizləyib bazara vermişdir ki, satsınlar, lakin heç kəs kələmləri almamış, həmin məhsuldan heç bir qazanc əldə etməmişdir. Kələmləri aprel ayına qədər həyətində kölgədə əyani vəsait kimi saxlamışdır ki, məhkəmə gəlib baxsın. Aprelin 2-də kələmlərin videosunu çəkmiş, sonra isə aparıb zibilliyə atmışdır. Anbar sahibinə əvvəldən həmin kələmlərə görə haqq ödəməmiş, kələmləri anbardan götürdükdən sonra anbar sahibinə pul verməyi düşünmüşdür. Kollegiya tərəfindən Mülki-Prosessual Məcəllənin 14.3 və 52.4-cü maddələrinin tələbləri izah olunduqdan sonra tərəflər barışıq sazişi barədə ərizələrini və barışıq sazişini kollegiyaya təqdim etmişlər. İş materiallarında olan və birinci instansiya məhkəməsində tədqiq edilən sənədlər məhkəmə kollegiyası nın araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad olunur. Tətbiq edilən hüquq Mülki-Prosessual Məcəllə; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 191.1. İddiaçının iddiadan imtina etməsi,... tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə,... tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Maddə 191.2. Hakim... tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir... tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə b u barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Maddə 261.0 və 261.0.5. Tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Maddə 262.2. Məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. Maddə 262.4. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Maddə

365. Apelyasiya icraatına apelyasiya instansiyası məhkəməsində icraat fəslinin və bu Məcəllənin müddəa ları tətbiq olunur. Maddə 370.1. Apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Maddə 370.2. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilibedilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Maddə 372.1. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.7. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. və 384.0.5. Apelyasiya instansiyası məhkəməsi... birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddəsinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Maddə

400. Apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Maddə 402.2. və 402.2.4. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bi lər. Maddə 405.0 və 405.0.2. Qərardaddan qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində kassasiya şikayəti verilə bilər. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu; 5.1. və 5.1.3. Məhkəmələr tərəfindən iş üzrə icraata xitam verildikdə ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Apellyasiya baxışının hədləri “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında hüquqi mövqeyinə görə “apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətn aməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsi hissəvi mübahisələndirildiyi halda apellyasiya instansiyası məhkəməsi çıxardığı qətnamədə yalnız baxılan hissəyə münasibətini bildirməyə haqlıdır. Mülki Prossesual Məcəllənin 372.6-cı maddəsinin ikinci cümləsinə əsasən şikayət qərarın ləğvinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda apellyasiya instansiya sı məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlayır.” Hazırki halda cavabdehin vəkil-nümayəndəsi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası qeyd olunan hüquqi mövqeyi nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehə münasibətdə apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlayır. Apelyasiya məhkəməsinin hüquqi mövqeyi Məhkəmə kollegiyası iş materiallarını apelyasiya şikayətinin dəlilləri, cavabdehin, cavabdehin vəkil-nümayəndəsinin və iddiaçının izahatları, barışıq sazişi üzrə əlaqəli şəkildə araşdırıb onlara hüquqi qiymət verərək mülki işin həlli ilə bağlı aşağıdakıları qeyd edi r. Məlumdur ki, barışıq sazişi tərəflərin hüquq haqqında mübahisəyə son qoyulmasının şərtlərini özündə ifadə edən razılaşmasıdır. Barışıq sazişi iddiaçının və cavabdehin qarşılıqlı olaraq təklif etdiyi və onların öz aralarında razılaşdıqları şərtlər əsasında bağlana bilər. Öz maddi-hüquqi əhəmiyyətinə görə barışıq sazişi müvafiq ikitərəfli müqavilənin bağlanması ilə mübahisəli münasibətlərin iddiaçı və cavabdeh tərəfindən yeni öhdəliklə könüllü nizama salınmasında ifadə olunur. İddiaçı və cavabdehin barışıq sazişindən məlum olur ki, tərəflər 22 avqust 2023-cü il tarixdən 22 noyabr 2023-cü il tarixədək, üç ay ərzində, hər ay 500 (beş yüz) manat olmaqla Cavabdeh tərəfindən İddiaçı 1500 (min beş yüz) manat ödənilməsi barədə razılığa gəlmişlər. Barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın su rətdə şərh olunan, iddiaçı və cavabdeh tərəfindən məhkəmə kollegiyasına təqdim edilən yazılı ərizələrində də ifadə olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, göstərilən barışıq sazişi işin faktiki hallarına və tətbiq olunan hüquq normalarının tələblərinə uyğun olmaqla əsaslı və ədalətlidir. Qanuna zidd deyil və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Beləliklə, kollegiya bu nəticəyə gəlir ki, iş üzrə tərəflərin 22 avqust 2023-cü il tarixli barışıq sazişi təsdiq olunmalı, Şərur Rayon Məhkəməsinin 2(110)-268/2023 nömrəli, 03 may 2023-cü il tarixli qətnaməsinin iddia tələbinin rədd olunması üzrə ləğv edilməsi üçün əsas olmadığından apelyasiya şikayəti təmin olunmamalı, lakin barışıq sazişinin təsdiq olunması nəzərə alınaraq göstərilən qətnamə tamamilə ləğv o lunaraq iş üzrə icraata xitam verilməlidir. Mülki-Prosessual Məcəllənin 262.2-ci maddəsinə müvafiq olaraq iddia verilərkən iddiaçı tərəfindən "xxxx" ASC-nin Şərur filialına 15 fevral 2023-cü il tarixdə 31081 nömrəli qəbzlə ödənilmiş 46 AZN dövlət rüsumu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 iyun tarixli, 98 nömrəli qərarı ilə təsdiq edilmiş "Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydaları”na əsasən iddiaçıya qaytarılmalıdır. Göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 365, 261.0 və 261.0.5, 370.2, 384.0 və 384.0.5, 400, 402.2, 405.0 və 405.0.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qəraraaldı: Cavabdeh vəkil-nümayəndəsi Vəkil apelyasiya şikayəti təmin edilməsin. İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilm əsi” tələbi barədə mülki iş üzrə 22 avqust 2023-cü il tarixdən 22 noyabr 2023-cü il tarixədək, üç ay ərzində, hər ay 500 (beş yüz) manat olmaqla Cavabdeh tərəfindən İddiaçı 1500 (min beş yüz) manat ödənilməsinə dair tərəflərin barışıq sazişi təsdiq edilsin. Şərur Rayon Məhkəməsinin 2(110)-268/2023 nömrəli, 03 may 2023-cü il tarixli qətnaməsi tamamilə ləğv olunsun və iş üzrə icraata xitam verilsin. İddia verilərkən İddiaçı tərəfindən "xxxx" ASC-nin Şərur filialına 15 fevral 2023-cü il tarixdə 31081 nömrəli qəbzlə ödənilmiş 46 (qırx altı) AZN dövlət rüsumu "Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydaları”na əsasən iddiaçıya qaytarılsın. Qərardaddan qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Naxçıvan Muxtar Respublika sı Ali Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar