Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-97/2023 02.08.2023 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Allahverdiyev Əli Kərim oğlu (sədrliyi və məruzəsi ilə), X1 və Allahverdiyev Mehman Dünyamalı oğlundan ibarət tərkibdə, X3 məhkəmə iclas katibliyi İddiaçı və Cavabdeh iştirakı ilə, Şərur Rayon Məhkəməsinin 10 may 2023-cü il tarixli, 2(110)-343/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilən apellyasiya şikayətinə baxaraq müəyyənetdi: Şərur Rayon Məhkəməsinin 10 may 2023-cü il tarixli, 2(110)-343/2023 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası qismən təmin edilərək Şərur Rayon Məhkəməsinin 11 fevral 2020-ci il tarixli, 2(110)152/2020 nömrəli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilərək h azırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla, 20 sentyabr 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmiş, iddia digər hissədə rədd edilmişdir. İşin halları: İş üzrə İddiaçı iddia ərizəsi ilə Şərur Rayon Məhkəməsinə müraciət edərək Şərur Rayon Məhkəməsinin 11 fevral 2020-ci il tarixli, 2(110)-152/2020 nömrəli məhkəmə qətnaməsi ilə Cavabdeh aliment tutularaq 20 sentyabr 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün ona ödənilməsi barədə məhkəmə qətnaməsində dəyişiklik edilərək bir uşağın saxlanılması üçün 220 (iki yüz iyirmi) manat olmaqla sabit məbləğdə alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını x ahiş etmişdir. Şərur Rayon Məhkəməsinin 10 may 2023-cü il tarixli, 2(110)-343/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Məhkəmənin qətnaməsindən narazı qalan iş üzrə Cavabdeh 07 iyun 2023-cü il tarixdə apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına müraciət edərək məhkəmənin qətnaməsinin ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Mülki iş Cavabdeh apellyasiya şikayətinə əsasən baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına daxil olmuşdur. İş üzrə Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Şərur rayon Mərkəzi X6 şəxsi tərəfindən verilmiş arayışlardan iddiaçının aylıq sərbəst əmək haqqının 628 (altı yüz iyirmi səkkiz) manat, cavabdehin əmək haqqının isə 463 (dörd yüz altmış üç) manat olduğu görünür. Cavabdehin yenidən ailə qurmasını, himayəsində 3 nəfər ailə üzvü olduğunu nəzərə alsaq cavabdehin əmək haqqının bir ailənin tələbatını ödəmək üçün çox az olması görünür. Cavabdeh ailənin yeganə qazanc gətirəni olduğundan alimentin sabit məbləğdə təyin edilməsi cavabdehin maddi vəziyyətinə əsaslı təsir edir. İddiaçının əmək haqqının məbləğinə nəzər salsaq və onun himayəsində yalnız 1 uşaq olduğundan onun əmək haqqının 1 uşağın tələbatını ödəmək üçün yetərli olduğunu görmüş olarıq. Payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenid ən ailə qurub-qurmaması, yeni ailədə uşaqların olubolmaması, başqa aliment ödəmələrinin olub-olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Ər və arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətdə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı mülki-hüquqi cavabdehlik daşıyırlar. Beləliklə, Şərur Rayon Məhkəməsi cavabdehin hüquq və mənafelərini məhdudlaşdıran qətnamə çıxarmışdır. Bununla da, məhkəmə maddi hüquq normalarını kobud şəkildə pozmuşdur. Şərur Rayon Məhkəməsi şahid ifadələri və sübutlara düzgün qiymət verməmiş, ədalət mühakiməsini tərəflərin bərabərliyi və faktlar əsasında keçirməmiş və sübutları hərtərəfli araşdırmamışdır. Təqdim edilən sübutlara hüquqi baxımdan düzgün qiymət verilməmişdir. Şahidlərin dindirildiyi, sübutların olduğu halda məhkəmə bunları nəzərə almamışdır. Bütün sübutlar birinci instansiyada təqdim edilmiş, lakin düzgün qiymət verilməmişdir. Göstərilənlərə əsasən məhkəmənin qətnaməsinin ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kollegiyadakı izahatında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, alimentin övladından ayrı yaşayan hər bir valideynin ödəməli olduğunu, ancaq alimentin tutulmasının qət olunan zaman valideynin bunu ödəyə biləcəyi həddə olması gərəkdiyini, Şərur Rayon Məhkəməsinin aliment ödəyəcək valideynin maddi vəziyyətini nəzərə almadan istədiyi məbləğdə aliment qət etdiyini, onun iddiaçı ilə 2015-ci ildə boşandığını, həmin nikahdan doğulmuş uşağının 12 yaşının olduğunu, ikinci dəfə nikaha isə 2016-cı ildə daxil olduğunu və həmin nikahdan da onun 2 uşağının doğulduğunu, hazırda Şərur Rayon Mərkəzi Xəstəxanasında çalışmaqla hər ay üçün 463 manat əmək haqqı aldığını, övladının saxlanılması üçün aliment pulunun qazancının hissəsi kimi, yəni iyirmi beş faiz miqdarında tutulmasını istədiyini, onun əvvəllər övladının saxlanılması üçün 40 manat, daha sonra 80 manat, sonuncu dəfə, yəni 2020-ci ildən Şərur Rayon Məhkəməsinin qətnaməsi əsasında 150 manat aliment ödədiyini, ancaq onda olan məlumata görə ödədiyi 150 manat aliment pulunun övladının ehtiyaclarının ödənilməsi üçün deyil, iddiaçı tərəfindən edilmiş borcların qaytarılmasında istifadə olunduğunu, hazırda isə ödədiyi aliment məbləğinin 170 manat müəyyən edildiyini, onun hər ay 170 manat aliment ödəməyə maddi imkanım ol madığını və onun buna qəti olaraq etiraz etdiyini, onun birinci və ikinci nikahdan ümumilikdə 3 övladının doğulduğunu, qazancının övladlarının arasında bərabər bölünməsini istədiyini, bunun daha ədalətli olduğunu hesab etdiyini, həmçinin onun və iddiaçının qazancı arasında fərq olduğunu, bu fərqin də nəzərə alınmasını istədiyini, onun hazırda 463 manat əmək haqqı aldığını və aliment pulunun da qazancının hissəsi kimi tutulmasını istədiyini, məhkəmə qətnaməsi ilə ondan tutulan aliment pulunun 150 manata qaldırılanda onun buna etiraz edib şikayət etmək istədiyini, ancaq ona müddəti ötürdüyünü bildirdiklərini, onun aliment ödəməkdən boyun qaçırmadığını, sadəcə olaraq qazancının heç bir fərq qoyulmadan övladlarının arasında bərabər bölünməsini istədiyini qeyd edərək, apellyasiya şikayətinin tə min edilməsi və Şərur Rayon Məhkəməsinin 10 may 2023-cü il tarixli, 2(110)-343/2023 nömrəli qətnaməsinin ləğv olunması və alimentin sabit pul məbləğində deyil onun qazancının 25 faizi miqdarında tutulmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Kollegiyadakı izahatında İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, onların birgə nikahlarından doğulmuş qızı Nərgizin xəstəliyi ilə əlaqədar hazırda müalicə üçün Türkiyə Respublikasında olduğunu, onun hər ay qazancının yarısı qədər, yəni 300 manat verib uşağa qanartırıcı iynə almaqla vurduğunu, uşağın müalicə olmaqla bərabər məktəbə və hazırlıqlara getdiyini, həmçinin uşağın qidalanmasının, əyin-başının əlavə vəsait tələb etdiyini, cavabdehin isə hər ay 150 manatdan savayı uşağın digər xərclərində iştirak etmədiyini, ümumi götürəndə qızı Nərg izin hazırda onun yanında atası olan uşaqlardan daha yaxşı yaşadığını, əmək haqqından qalan 300 manat vəsaitlə isə onun uşağın digər təlabatlarının qarşılanmasında maddi cəhətdən çətinlik çəkdiyini, cavabdehin uşağının təlabatlarının qarşılanmasında könüllü surətdə iştirak etmədiyindən onun məcbur qalaraq məhkəmədə alimentin artırılması barədə iddia qaldırdığını, Şərur Rayon Məhkəməsinin uşağın onun himayəsində olmasını, həmçinin onun maddi təlabatlarının qarşılanması barədə iddia tələbinə hüquqi qiymət verərək aliment pulunu artırdığını, Şərur rayonunun coğrafi mövqeyinə görə Türkiyə Respublikası ilə sərhəd olduğunu, cavabdehin özünün maşınının olduğunu, gedəndə İğdir şəhərinə maşınla yanacaq aparıb satdığını, Türkiyədə yanacağın qiymətinin baha olmasının ona məlum olduğunu, həmçinin ca vabdehin heyvandarlıq təsərrüfatı ilə də məşğul olmasına baxmayaraq, hazırda onun təsərrüfatında neçə baş mal-qarası olduğunu bilmədiyini, cavabdeh tərəfindən aliment kimi ödənilən vəsaitin təyinatı üzrə uşağın zəruri ehtiyaclarının qarşılanması üçün istifadə edildiyini, onun hər ay üçün 628 manat əmək haqqı aldığını, aldığı əmək haqqı ilə və bankdan götürdüyü kreditlə uşağını hər ay Türkiyə Respublikasında müayinə və müalicə etdirdiyini, onun əmək haqqından və aliment kimi aldığı vəsatindən əlavə başqa gəlirinin olmadığını, uşağın hazırda onun himayəsində olduğunu, uşağın müayinə və müalicəsi olmasa, hər ay aldığı 628 manat əmək haqqı onun maddi təlabatlarının qarşılanmasında kifayət edəcəyini qeyd edərək, apellyasiya şikayətinin təmin olunmaması və Şərur Rayon Məhkəməsinin 10 may 2023-cü il tarixli, 2(110)-343/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun açıq və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Mülki Pro sessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşin araşdırılmış halları ilə müəyyən olunmuşdur ki, İddiaçı iddia ərizəsində 2010-cu ildə Cavabdeh ilə rəsmi nikah qeydindən keçməklə evləndiklərini, birgə nikahdan birgə yaşadıqları müddətdə bir övladları 20 sentyabr 2011-ci il təvəllüdlü X2 doğulduğunu, cavabdehlə yola gedə bilmədiklərindən cavabdehin iddia ərizəsi əsasında onlar arasında bağlanmış nikahın Şərur Rayon Məhkəməsinin qətnaməsi ilə 2015-ci ildə pozulduğunu, bu barədə ona Şərur Rayon Qeydiyyat Şöbəsinin 16 mart 2015-ci il tarixli AZ-İ 173947 nömrəli nikahın pozulması barədə şəhadətnamə verildiyini, bir azyaşlı övladının onunla yaş adığını, ona uşağın saxlanması üçün Şərur Rayon Məhkəməsinin 11 fevral 2020-ci il tarixli 2(110)152/2020 nömrəli qətnaməsinə əsasən Cavabdeh hər ay 150 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul olunduğunu, haliyədə övladının böyüdüyünü, orta məktəbdə təhsil aldığını, onun saxlanılması üçün xərclərin artdığını, bu səbəbdən də ödənilən aliment məbləğinin onun tələblərini ödəmədiyini, uşağın normal qidalanmasına, istirahətinə, təhsilini təmin etməyə kifayət etmədiyini, uşağın atası Cavabdeh uşağın sağlamlığı, təhsili və digər xərclərinin ödənilməsində ona maddi köməklik göstərməkdən boyun qaçırdığını, ilkin mediasiya sessiyasında alimentin artırılması barədə razılığa gələ bilmədiklərini bildirmişdir. Göstərilənlərə əsasən Şərur Rayon Məhkəməsinin 11 fe vral 2020-ci il tarixli, 2(110)-152/2020 nömrəli məhkəmə qətnaməsi ilə Cavabdeh aliment tutularaq 20 sentyabr 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün ona ödənilməsi barədə məhkəmə qətnaməsində dəyişiklik edilərək bir uşağın saxlanılması üçün 220 (iki yüz iyirmi) manat olmaqla sabit məbləğdə alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Şərur Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli AZ-İ № 173947 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə X7 arasında olan nikah 16 fevral 2015-ci il tarixdə pozulmuş və nikahın pozulması haqqında akt qeydi kitabında 12 nömrə ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra qadına “Əsədova” soyadı verilmişdir. Şərur Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 18 mart 2022-ci il tarixli AZ-İV № 630967 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, iş üzrə tərəflər 20 sentyabr 2011-ci il təvəllüdlü X2 valideynləridir. Şərur Rayon Məhkəməsinin 11 fevral 2020-ci il tarixli, 2(110)-152/2020 nömrəli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası təmin edilməklə Şərur Rayon Məhkəməsinin 2(110)-334/2015 nömrəli, 04 iyun 2015-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilərək hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla Cavabdeh hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq 20 sentyabr 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün anası - İddiaçı ödənilməsi müəyyən edilmişdir. Şərur Rayon Mərkəzi X6 Şəxsi tərəfindən verilmiş 27 aprel 2023-cü il tarixli 4/20 nömrəli arayışdan görünür ki, İddiaçı Şərur RMX-nin Rentgen kabinəsində 1.0 oklad laborant vəzifəsində işləyir, aylıq zəhmət haqqı vergi və sosial ayırmalar çıxıldıqdan sonra aylıq sərbəst əmək haqqı 628 (altı yüz iyirmi səkkiz) manat, tutqular tutulmamış əmək haqqı (kirlisi) 755.70 (yeddi yüz əlli beş manat yetmiş qəpik) manatdır. Şərur Rayon Mərkəzi X6 Şəxsi tərəfindən verilmiş 03 aprel 2023-cü il tarixli 4/74 nömrəli arayışdan görünür ki, Cavabdeh Şərur RMX-da xidmətedici heyətdə xx.xx.2021-ci il tarixdən ocaqçı vəzifəsində işləyir, vergi və sosial ayırmalar çıxıldıqdan sonra aylıq sərbəst əmək haqqı 463 (dörd yüz altmış üç) manatdır. Şərur Şəhər İnzibati ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş 30 mart 2023-cü il tarixli 167 nömrəli arayışdan görünür ki, Cavabdeh aşağıdakı tərkibdən ibarət ailə üzvləri var.
1. X4 1994-arvadı,
2. X9 2018-oğlu,
3. X8 2021-qızı. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İİİ hissəsinə görə analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Həmin maddənin İV hissəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Mə cəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyy ətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanunu ilə uşaqlar üçün yaşayış minimumunun məbləği 220 manat məbləğində müə yyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin qanunun valideynlərin hüquq və vəzifələrini müəyyən edən 19-cu maddəsində göstərilir ki, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq hüquqları haqqında” Birləşmiş Millətlər Təşkilatının Konvensiyasının 3-cü maddəsinin mənasına görə s osial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları həyata keçirilibkeçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir. Həmin Konvensiyanın 27-ci maddəsinə əsasən valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. ”İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 7 saylı Protokolunun 5-ci maddəsinə görə, ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma il ə bağlı bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. Kollegiya cavabdehin apellyasiya şikayətində göstərdiyi Şərur Rayon Mərkəzi X6 Şəxsi tərəfindən verilmiş arayışlardan iddiaçının aylıq sərbəst əmək haqqının 628 (altı yüz iyirmi səkkiz) manat, cavabdehin əmək haqqının isə 463 (dörd yüz altmış üç) manat olması, cavabdehin yenidən ailə qurmasını, himayəsində 3 nəfər ailə üzvü olduğunu nəzərə alsaq cavabdehin əmək haqqının bir ailənin tələbatını ödəmək üçün çox az olması, cavabdeh ailənin yeganə qazanc gətirəni olduğundan alimentin sabit məbləğdə təyin edilməsinin cavabdehin maddi vəziyyətinə əsaslı təsir etməsi, iddiaçının himayəsində yalnız 1 uşaq olduğundan onun əmək haqqının 1 uşağın tələbatını ödəmək üçün yetərli olduğunu, şahidlərin dindirildiyi, sübutların olduğu halda məhkəmənin bun ları nəzərə almaması ilə əlaqədar dəlillərini əsassız hesab edir. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında göstərilmişdir ki, uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Həmçinin həmin qərarda göstərilir ki, məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləğ i və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurubqurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olubolmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmaya n valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 nömrəli qərarının 8.2-ci maddəsində müəyyən edilmişdir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Kollegiya eyni zamanda qeyd edir ki, Ali Məhkəmənin yuxarıda qeyd olunmuş Plenum Qərarının 8.7-ci bəndində göstərilir ki, alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Kollegiya qeyd edir ki, ərlə arvad uşaqlarla bağlı münasibətlərdə bərabər hüquqlara malik olduqlarından və bərabər mülki-hüquqi cavabdehlik daşıdıqlarından iddiaçının əmək haqqının daha yüksək olması və onun 1 uşağın tələbatını təmin etmək üçün yetərli olması, cavabdehin isə əmək haqqının daha aşağı olması və onun yenidən ailə quraraq himayəsində 3 nəfər ailə üz vünün olması Cavabdeh övladı Nərgiz Camalovanı saxlamaq və maddi təminatını ödəmək vəzifəsini icra etməsinə maneə ola bilməz. Kollegiya həmçinin qeyd edir ki, uşağın anasının himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin, yəni anası İddiaçı üzərinə düşməsi yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi tutulması öhdəliyinin cavabdehin üzərinə qoyulması üçün əsasdır. Kollegiya işin yuхarıda şərh olunmuş hallarına əsasən cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərini əsassız hesab edir. Kollegiya Cavabdeh məhkəmənin qətnaməsinin ləğv olunmaqla digər uşaqlarının nəzərə alınaraq alimentin onun qazancının dörddə bi ri hissəsi miqdarında tutulması ilə əlaqədar kollegiyadakı izahatında göstərdiklərinə münasibətdə qeyd edir ki, göstərilənlər birinci instansiya məhkəməsində işə baxılmanın predmeti olmayan yeni tələbdir, ona görə də cavabdehin izahatında göstərdiyi bu dəlilinə hüquqi qiymət verilə bilməz. Azərbaycan Respublikası MPM-in 372.4-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. Kollegiya tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər hallarla yanaşı, uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılmasını nəzərə alaraq belə hesab edir ki, birinci instansiya məhkəməsinin alimentin miqdarının 170 (bir yüz yetmiş) manat müəyyən edilməsinə dair gəldiyi nəticə əsaslı və qanunidir. Kollegiya işin yuxarıda şərh olunmuş hallarına hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üçün əhəmiyyətli olan qanunun tələblərinə uyğun olaraq işə aid edilən bütün sübutlar hərtərəfli tədqiq olunmaqla əsaslandırılaraq işə düzgün nəticə verilmişdir və apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Kollegiya Cavabdeh apellyasiya şikayətində göstərdiyi dəlillərinə məcmu halında qiymət verərək belə hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və məhkəmənin bu iş üzrə qəbul etdiyi qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənləri və Аzərbаycаn Rеspublikаsı MPM-in 382, 384.0.2, 392, 393, 402, 403, 404 və 405-ci mаddələrini rəhbər tutaraq kollegiya qətetdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Şərur Rayon Məhkəməsinin 10 may 2023-cü il tarixli, 2(110)-343/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.