Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-98/2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə (Açar söz: pul tələbi, əsassız varlanma) 03.07.2025 Hakimlər Əliyev Mehdi Ədalət oğlu (sədrlik edən və məruzəçi), Quliyev Vüqar Kərim oğlu və Əliyev Zamiq Xudaverdi oğlundan ibarət tərkibdə, Məmmədov Qərib Rəşid oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Şərur Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(110)-841/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə Naxçıvan MR Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ. İşin halları
1. İddiaçı Türkiyədə işləyib ev tikmək üçün yığdı ğı pulu Şərur rayonunda yaşayan bacısının əri Şahid1 saxlaması üçün vermişdir. Şahid1 iddiaçının göstərişi ilə həmin puldan iki dəfə - hər dəfə 2000 ABŞ dolları olmaqla ümmilikdə 4000 ABŞ dolları pul vəsaitini kürəkəni Cavabdeh vermişdir. İİ. Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Şərur Rayon Məhkəməsinə müraciət edərək, 6800 manat borc, 2000 manat vurulmuş əlavə ziyan və ödənilmiş 108 manat dövlət rüsumu olmaqla, cəmi 8908 manat pulun Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1963-cü ildə Ermənistan Respublikasında doğulmuş, sonradan Şərur rayonu, Dərəkənd kəndində məskunlaşmış, ailə qurduqdan sonra Qırğızıstan Respublikasına köçmüş, həmin ölkənin vətənd aşı olmaqla on ildən artıq orada yaşamış, sonra təkrar Şərur rayonuna qayıtmış, dolanışıq səbəbindən Türkiyə Respublikasına getməli olmuşlar, hazırda da uzun müddətdir orada yaşayırlar. İddiaçı Türkiyə Respublikasında olarkən qızı Jalə Şərur rayonu, Oğuzkənd kənd sakini Cavabdeh ilə ailə qurmaq qərarına gəlmiş, cavabdehin anası Fatma əmiqızısı olduğundan bu nikaha razı olmuş, təqribən on il əvvəl qız toyu İstanbul şəhərində, oğlan toyunun isə Şərur rayonu, Oğuzkənd kəndində baş tutmuş, ailə qurduqdan sonra onlar bir müddət burada yaşamışlar, sonradan cavabdehin eyni zamanda anası Fatmanın ona zəng edərək burada iş olmadığı üçün cavabdehin pula ehtiyacı olduğunu bildirərək bir az xərclik bir az da yol pulu etmək üçün borc pul istəmiş, həmin vaxt pulu olmuş, onların ailəliklə Türkiyə Respubl ikasında yaşayıb işlədiklərini və ev almaq üçün pul yığdıqlarını, bu pulu da saxlamaq üçün bacısının əri Şərur rayonu, Mahmudkənd kənd sakini Şahid1 göndərdiyini, cavabdehin həm qohum həm də kürəkəni olduğu üçün onun bu istəyinə etiraz etmədiyini, bacısının əri Məhərrəmə ona pul verməsini xahiş etmiş, Məhərrəmində onun sözünə görə cavabdehə hissə-hissə hər dəfə 2000 ABŞ dolları olmaqla ümumilikdə 4000 ABŞ dolları məbləğində pul vermiş, cavabdehin aldığı borcu buradakı borclarının ödəməsinə və yol pulu olaraq Türkiyə Respublikasına gələrək orada işləyib qaytaracağına söz vermiş, lakin həmin tarixdən 5-6 il keçməsinə baxmayaraq cavabdeh aldığı borcu qaytarmamış, ona edilmiş xəbərdarlıqlara məhəl qoymamış, bundan sonra Şərur rayon Polis İdarəsinə müraciət edilsə də heç bir nəticə olmadığından məcbur qalıb məhkəməyə müraciət etmiş, Cavabdeh ondan aldığı borc pulu qaytarmaması nəticəsində ona əlavə olaraq 2000 manat məbləğində maddi ziyan vurulmuş, buna görə də 4000 ABŞ dollarının bu günə olan məzənnəsi ilə 6800 manat borc pul həmçinin bu pulun qaytarılmaması ilə əlaqədər ona vurulmuş 2000 manat maddi ziyan olmaqla ümumilikdə 8800 manat pulun cavabdehdən alınaraq ona verilməsini tələb etmiş, məhkəmənin iddia tələbinin təmin edilməsi barədə qanunauyğun qərar qəbul edəcəyinə ümid etdiyini bildirmişdir.
4. Şərur Rayon Məhkəməsinin 2(110)-841/2024 saylı iş üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim S.Qarayev) iddia qismən təmin edilmiş, Cavabdeh 6800 (altı min səkkiz yüz) manat məbləğində borc pul və ödənilmiş 108 manat dövlət rüsumunun 83.46 (səksən üç manat qırx altı qəp ik) manatı olmaqla, ümumilikdə 6883.46 (altı min səkkiz yüz səksən üç manat qırx altı qəpik) manat məbləğində pul alınaraq İddiaçı ödənilmiş, iddia digər hissədə rədd edilmişdir.
5. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2, 385.1, 425.1, 442, 448.1, 739.1, 739.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1, 76.2, 77.1-ci maddələri, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” 26 iyul 2007-ci il tarixli qərarı, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolu ilə əsaslandırmışdır. İİİ. Apellyasiya şikayəti və ona etirazın dəlilləri, izahatlar a) Apellyasiya şikayətinin dəlilləri
6. Cavabdeh Şərur Rayon Məhkəməsinin 25 oktyabr 2024-cü il tarixli, 2(110)841/2024 nömrəli qə tnaməsinin ləğv edilərək iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Şərur Rayon Məhkəməsi heç bir obyektiv araşdırma aparmadan, ilk 2000 dolları ona deyil cavabdehin qızına yəni onun həyat yoldaşı Jaləyə müalicəsi üçün verildiyini, ikinci dəfə pul veriləndə isə onun Jalə ilə ailə münasibətlərinin korlandığını və Türkiyə Respublikasında olmağını, pulun kimə verildiyindən xəbərinin olmadığını, əsl cavabdehin o deyil Jalə olmasını araşdırmadan, məhkəmə iclaslarında onun iştirakını təmin etmədən, iddiaçının haqsız tələbinə əsaslanan bir qətnamə qəbul edilmişdir. İddiaçı X2 ilk dəfə pulu ona deyil, öz qızı Jaləyə müalicəsi üçün vermişdir, o Türkiyə Respublikasında yaşadığından ikinci dəfə isə iddiaçı nın pulu kimə verdiyindən xəbəri yoxdur. İlk dəfə və ikinci dəfə pullar ona verilməyibdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
9. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında onun Türkiyəyə işləməyə getdiyini, ancaq iddiaçının qızını özü ilə aparmadığını, məqsədinin pul qazanıb daha sonra Jaləni öz yanına apararaq müalicə etdirmək olduğunu, birinci dəfə 2000 dolları iddiaçı qızı Jalənin də onunla birlikdə Türkiyəyə getməsi üçün verdiyini və beləliklə Jalənin onunla birlikdə Türkiyəyə getdiyini, Türkiyədə yaşadıqları müddətdə Jalə ilə aralarında problem olduğunu, yola gedə bilmədikləri üçün Jalənin Naxçıvana qayıdaraq nənəsinin evində yaşamağa başladığını, bir müddət sonra Jalə ilə telefonda danışaraq barışdığını, onlar barışdıqdan sonra Jalənin yenə də Türkiyəyə onun yanına gəlmək istədiyini, ancaq Jalənin sənədləri düzgün olmadığından gələ bilmədiyini, iddiaçının ikinci dəfə yenə qızına 2000 dollar verib qaçaq yolla sərhəddən keçirib onun yanına göndərdiyini, onların arasında pul söhbəti olmadığını, onun Jalədən boşanmaq üçün Türkiyədən qayıtdığını, bundan sonra iddiaçının ona qarşı pul tələbi ilə məhkəmədə iddia qaldırdığını, hazırda onun deyil, iddiaçı tərəfin ona borcu olduğunu, çünki işlədiyi müddətdə 2-3 dəfə təxminən 4000-5000 dollar pul yığdığını, ancaq Jalənin həmin pulu götürüb anası evinə gedib pulu xərclədiklərini, qayıdıb yenidən onun yanına gəldiyini, onun buna etiraz edib şikayətçi olmadığını, iddiaçının hazırda yaşadığı evin içindəki əşyaların yarısının onun olsa da yenə də heç bir şey istəmədiyini, ancaq iddiaçının qabağa düşüb ondan şikayət etdiyini, iddiaçının iddia ərizəsində qeyd edib ondan tələb etdiyi ümumilikdə 4000 dollar pulun ona deyil qızına verdiyini, onun bunu heç bir halda qəbul etmədiyini, iddiaçıdan pulu öz qızı Jalənin istədiyini, ilk dəfə Jaləyə verilən pulun 2000 dollar olduğunu, onun Türkiyəyə getdiyini, ancaq Jaləni aparmadığını, həmin vaxtı onun pulunun olmadığını, Türkiyədə işləyib Jalənin pasportunu düzəldib onun yanına gəlməsi üçün pul göndərəcəyini, ancaq iddiaçının Jalənin də onunla getməsi üçün qızına 2000 dollar pul verdiyini, ilk dəfə 2000 dolları Məhərrəm adlı şəxsin iddiaçının istəyi ilə ona deyil, onlar maşında olan zaman iddiaçının qızına verdiyini, ikinci dəfə pul verilən zaman onun Türkiyədə olduğunu, aralarında olan problemə görə Jalənin Naxçıvana qayıdıb nənəsigildə qaldığını, onlar barışdıqdan sonra iddiaçının qızı ilə danışıb, ona əlavə olaraq 2000 dollar pul verdiyini, Jalənin də Türkiyəyə gəldiyini, Jalənin özünün hər iki halda pulun ona deyil, Jaləyə verildiyini bildiyini, həmçinin iddiaçının bacısının əri Məhərrəmin pulu iddiaçının istəyi ilə kimə verdiyini çox yaxşı bildiyini, onun iddiaçının qızı ilə 2011-ci ildə ailə qurduğunu, onların bu nikahdan övladlarının olmadığını, Jalə ilə İstanbul şəhərində tanış olduqlarını, orada qız toyunun olduğunu, oğlan toyunun isə yaşadığı kənddə olduğunu, onların ailə qurduqdan sonra təxminən 3-5 il kənddə yaşadıqlarını, Məhərrəmdən ilk dəfə 2000 dolları almağa iddiaçının qızı ilə onun getdiyini, həmin məbləğdə pulu nə va xt almağa getdiklərini dəqiq xatırlamadığını, Məhərrəmdən birinci dəfə pulu almağa ailə qurandan təxminən 5 il sonra getdiklərini, onun Türkiyəyə işləməyə getdiyini, Jaləni aparmadığını, işləyib pul göndərəcəyini, daha sonra Jalənin də Türkiyəyə gələcəyini, ancaq iddiaçının qızını da aparmağını, bunun üçün pulu özünün verəcəyini, həmin məbləğdə pulu qızına cehiz əvəzi olaraq verdiyini, həmçinin müalicə olmasını istədiyini, qızının da işləyib ona maddi köməklik etməsini bildirdiyini, onların iddiaçının istəyi ilə Məhərrəm adlı şəxsdən pulu götürməyə getdiklərini, Məhərrəmin maşında pulu iddiaçının qızına verdiyini, onların Məhərrəmdən pulu aldıqdan təxminən 10-15 gün sonra Türkiyəyə getdiklərini, Türkiyədə yaşadıqları müddətdə aralarında problem olduğunu, Jalənin ondan ayrılıb Naxçıvana gəl diyini, burada nənəsinin evində qaldığını, sonra onların barışdığını, iddiaçının ikinci dəfə 2000 dolları qızının yenidən Türkiyəyə gəlməsi üçün verdiyini, Jalənin Türkiyəyə gələndən sonra bir müddət anasının yanında qaldığını, onun yanına gəlmədiyini, həmin 2000 dollardan xəbərinin olmadığını, hər kəsin istədiyini danışa biləcəyini, ancaq Məhərrəmin şəxsən ona pul verib-vermədiyini gəlib onun üzünə deməsini istədiyini, Məhərrəmin ona pul vermədiyini, sonradan isə Məhərrəmin pulu ona deyil iddiaçının qızına verdiyini dediyini, hazırkı mübahisənin təfərrüatının bundan ibarət olduğunu qeyd edərək, apellyasiya şikayətinin təmin edilməklə Şərur Rayon Məhkəməsinin 25 oktyabr 2024-cü il tarixli, 2(110)-841/2024 nömrəli qətnaməsinin ləğv edilib iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul olu nmasını xahiş etmişdir.
10. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında cavabdehin onun kürəkəni olduğunu, qızı ilə 13 ildir evli olduqlarını, onların arasında nə baş veribsə, onun bu məsələyə qarışmadığını, cavabdehin özünün ondan 4000 dollar, atasının isə ərindən 500 dollar aldığını, atasının ondan aldığı 500 dollarının müqabilində ona cəmi 470 manat pul qaytardığını, onun bununla razılaşdığını, atasının aldığı pulu qaytarmasına baxmayaraq cavabdehin onun pulunu vermədiyini, pulu cavabdehə verməyi barədə onun şahidinin olduğunu, onun qızına deyil yeznəsinə pul verdiyini, pulu qızının almasının yalan məlumat olduğunu, onun Məhərrəmə zəng vurub 4000 dollar pulu yeznəsinə verməsini bildirdiyini, Məhərrəmin isə ona bu qədər pulu cavabdehə verdikdən sonra onun qaytarmayacağını düşünüb ehtiyat edib-etmədiyini soruşduğunu, onun da Məhərrəmə qızına görə buna məcbur olduğunu bildirdiyini, pulu verəndən bir müddət sonra cavabdehin qızını da özü ilə Türkiyəyə apardığını, Türkiyədə olanda onun qızına işləyib pulu qaytarmalarını, atasının da pulu ondan soruşduğunu, əlavə xəstə övladı olduğunu, bu səbəbdən də pula ehtiyacları olduğunu bildirdiyini, onun cavabdehin aldığı pulu qaytarmasını bildirməklə bərabər, hətta Aminə əgər onların bir uşağı olarsa onun həmin pulu onlara bağışlayacağını, əks təqdirdə isə pulu tələb edəcəyini belə dediyini, lakin Türkiyədə yaşadıqları müddətdə cavabdehin qızı ilə yola getmədiyini, hətta 2024-cü ilin yayında qızını Türkiyədə qoyub özünün çıxıb gəldiyini, qızını atasının bilet alıb Türkiyədən Naxçıvana yola saldığını və hazırda qızının təxminən bir ilə yaxındır onun evində yaşadığını, bu müddətdə cavabdehin qızı ilə ümumiyyətlə maraqlanmadığını, ailənin bərpası üçün addım atmadığını, cavabdehin həm qızı ilə barışıb ailəni bərpa etmək istədiyini, həm də onun pulunu qaytarmadığını, cavabdehin onun pulunu könüllü şəkildə qaytarmadığını görüb məcbur qalaraq məhkəməyə müraciət etdiyini, məhkəmənin qərarı ilə onun iddiasının təmin edildiyini, hazırda maddi vəziyyəti ilə əlaqədar olaraq həmin pula çox ehtiyacı olduğunu, cavabdehlə qızının təxminən 13-14 ildir ailə qurduqlarını, ailə qurandan təqribən 2-3 il sonra ondan pul aldıqlarını qeyd edərək, apellyasiya şikayətinin təmin edilməməsini və Şərur Rayon Məhkəməsinin 25 oktyabr 2024-cü il tarixli, 2(110)841/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
11. Məh kəmə iclasında iştirak edən Şahid1 ifadəsində baldızı Zenfıranın əri ilə Türkiyədə işlədiyini, orada qazandıqları pulu saxlamağı üçün ona göndərdiyini, bir müddət sonra baldızının Türkiyədən ona zəng vuraraq kürəkəni Aminin sizə gələcəyini, ona 2000 dollar pul verməyini bildirdiyini, bu hadisənin üzərindən uzun müddət keçdiyindən vaxtı dəqiq xatırlamadığını, həmin vaxtı onun baldızına bir qohum kimi pul məsələsinin çətin şey olduğunu, qardaşı-qardaşa düşmən etdiyini, pulu verəcəyi təqdirdə ala bilməyəcəyini, hətta verməməsini ona bildirdiyini, ancaq baldızının ona pulu Aminə verməyi bildirdiyindən onun da baldızı ilə razılaşdığını, baldızı ilə telefon danışığından sonra Aminin özünün onun evinə gəldiyini, onun evdən 2000 dollar pul götürüb öz həyətində Aminə verdiyini, Aminin pulu sayıb on a 2000 dollar olduğunu bildirdiyini və çıxıb getdiyini, bu hadisədən təxminən 1-2 il sonra baldızının yenə ona zəng vurub kürəkəni Aminlə qızının Türkiyəyə gəlmək istədiklərini, onların gəlməsi üçün əlavə olaraq 2000 dollar pulu Amingilə verməyi bildirdiyini, onun birinci dəfə Aminə pul verəndə baldızına dediyi sözləri yenə də ona xatırlatdığını, ancaq baldızının yenə də pulu verməyi ona tapşırdığını, daha sonra Aminin ona zəng edərək yaşadığı kənddə yolun üstündə maşında pulu gətirməyi üçün onu gözlədiklərini bildirdiyini, onun yenə evdən baldızının pulundan 2000 dollar pul götürüb öz məhəllələrindən Sədərək-Naxçıvan yoluna çıxdığını, Amingilin yolda dayanmış maşının içində oturub onu gözlədiklərini, maşının içində Amindən və baldızı qızından əlavə bir qadın və bir kişinin oturduğunu görd üyünü, onun evin kişisi olan yerdə pulu qadına verməzlər düşüncəsi ilə maşının qapısını açıb pulu Aminə verdiyini, Aminin pulu sayıb 2000 dollar olduğunu ona bildirdiyini və daha sonra onların çıxıb getdiklərini, onun bildiklərinin yalnız bunlardan ibarət olduğunu, baldızının ona dediyini, onun da pulu şəxsən cavabdehə verdiyini, cavabdehin həmin puldan hansı məqsədlər üçün istifadə etdiyini onun bilmədiyini, baldızının saxlamağı üçün təxminən 25000-30000 dollar pulu ev alması üçün ona verdiyini, daha sonra gəlib həmin pulla özünə ev aldığını, baldızının ona pulu Aminə hansı məqsədlə verdiyini bildirmədiyini, onun da soruşmadığını, sadəcə olaraq Amin gələcək ona pul ver dediyini, onun da verdiyini, baldızının saxlamağı üçün ona pulları Türkiyədə işləyib qayıdan adamlarla kağız bağlamada gö ndərdiyini, kağızın üzərində göndərdiyi məbləği yazdığını, onun həmin yazı əsasında nə qədər pul göndərildiyini bildiyini, əvvəllər iki nəfərin Naxçıvan şəhərindən İstanbul şəhərinə gedişinin təxminən 150-200 manat civarında xərc tələb etdiyini bildirmişdir.
12. Məhkəmə iclasında iştirak edən şahid X1 ifadəsində nə deyəcəyini bilmədiyini, çünki iddiaçının anası, cavabdehin isə ailə qurduğu şəxs olduğunu, cavabdehlə 2011-ci ildə Naxçıvanda nikaha düşdüyünü, ailə qurandan sonra daim Naxçıvan şəhərində yaşadıqlarını, ayda bir dəfə Türkiyəyə gedib gəldiklərini, pulun 2012-ci ildə Aminə 2 dəfəyə hər dəfəsində 2000 dollar olmaqla verildiyini, Aminin pulu ona xərcləmədiyini, harada xərclədiyini isə bilmədiyini, Aminin anasından pul almaq istədiyini, daha sonra işləyib aldığı borcu qaytaracağını ona bildirdiyini, Aminin həmin pulla nəsə iş görmək istədiyini, Aminin həmin pulu onun müalicəsinə xərcləmədiyini, onun müalicə olunmaq üçün qızlarını satdığını, əlavə olaraq özü və Aminin işləməklə müalicəni davam etdirdiklərini, onun 2013cü ildən müalicə olunduğunu, ancaq müalicəyə nə qədər pul xərclədiklərini dəqiq bilmədiyini, anasının xalası ərinə onların Türkiyəyə getmələri üçün pul verməyi deməsindən onun məlumatının olduğunu, anasının pulunun xalası ərində olması barədə məlumatı Aminə onun verdiyini, pulun hər iki halda şəxsən Aminə verildiyini, anasının Aminin atasına da 500 dollar pul verdiyini, ancaq həmin 500 dollar pulun ümumilikdə Aminə verilmiş 4000 dollar puldan əlavə olduğunu bildirmişdir. İV. Tətbiq edilən hüquq normaları a) Azərbaycan Respublikası Mülki Məcəlləsi
13. Ma ddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
14. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
15. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
16. Maddə 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər.
17. M addə 1095. Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir.
18. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
19. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
20. Maddə 448.1 Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. b) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
23. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
24. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münas ibətinə uyğun əsaslandırılmalıdır.
25. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
26. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
27. Maddə 392.2. Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur.
28. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. V. Apellyasiya baxışının hədləri
29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
30. Hazırkı apellyasiya şikayətində Cavabdeh Şərur Rayon Məhkəməsinin 25 oktyabr 2024-cü il tarixli, 2(110)-841/2024 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etdiyindən qətnamə ape llyasiya şikayəti həddində yoxlanılır. Vİ. Məhkəmə kollegiyasının mövqeyi
31. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
32. İş materiallarından, xüsusilə Şahid1 məhkəmədə verdiyi ifadələrdən aydın olur ki, iddiaçının topladığı pul vəsaitini onun tapşırığı ilə Cavabdeh iki dəfə olmaqla hər dəfəsində 2000 ABŞ dolları məbləğində, cəmi 4000 ABŞ dolları olmaqla şəxsən özü təqdim etmişdir. Şahidin ifadəsi ardıcıl, məntiqli, hadisələrin gedişinə uyğundur və cavabdeh tərəfindən əks sübutla təkzib edilməmişdir.
33. Birinci instansiya məhkəməsi iddiaçının tələbini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə ( borc müqaviləsi) istinad etməklə təmin etmişdir. Lakin məhkəmə kollegiyası hesab edir ki, işin faktiki halları baxımından tərəflər arasında yazılı borc müqaviləsi mövcud olmadığından və borc məbləği 3000 manatdan artıq olduğundan, Mülki Məcəllənin 739-cu maddəsinin tətbiqi düzgün hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin hüquq münasibətlərinin mövcud olduğu dövrdə (baxmayaraq tərəflər dəqiq vaxtı xatırlamırlar lakin hər bir halda 5 ildən artıq olduğu mübahisəsizdir) qüvvədə olan 740.2-ci maddəsinə görə, 3000 manatdan artıq məbləğdə olan borc müqavilələri yazılı formada bağlanmalıdır. Yazılı müqavilə təqdim olunmadığından, kollegiya belə qənaətə gəlir ki, tərəflər arasında yaranan münasibətlər borc müqaviləsi üzrə deyil, əsassız varlanma münasibətlərindən irəli gəlir. 3
4. Bu baxımdan, kollegiya hesab edir ki, işin hüquqi mahiyyətinə görə mübahisənin həlli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci və sonrakı maddələri ilə (əsassız varlanma) tənzimlənməlidir. Çünki cavabdeh hüquqi əsas olmadan iddiaçının əmlakını əldə etmiş, həmin əmlakı geri qaytarmamışdır. Belə olan halda, iddiaçının cavabdehdən mübahisəli pulun geri qaytarılmasını tələb etməsi əsaslıdır.
35. Baxmayaraq ki, birinci instansiya məhkəməsi tətbiq edilən maddi hüquq normalarının seçilməsində səhvə yol vermiş, yəni borc münasibətlərinə aid normaları tətbiq etmişdir, Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının düzgün tətbiq edilməməsi qətnamənin ləğvi üçün əsas təşkil etsə də, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsi ilə nəzərdə tutulmuşdur ki, birinci instansiya məhkəməsinin qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Hazırkı halda, birinci instansiya məhkəməsinin qətnaməsi işin faktiki halları baxımından qanuni və əsaslıdır və mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir.
36. Kollegiya cavabdehin apellyasiya şikayətində göstərdiyi məhkəmə iclaslarında onun iştirakının təmin edilməməsi ilə əlaqədar dəlilinə münasibətdə qeyd edir ki, iş materiallarından göründüyü kimi, cavabdeh Şərur rayonu, Oğuzkənd kəndində qeydiyyatdadır. İşə baxmış birinci instansiya məhkəməsi də cavabdehə məhkəmə bildirişlərini onun həmin ünvanına göndərmişdir. İş materiallarına əlavə edilmiş poçt göndərişinin verilməsi haqqında xəbərnamədən məlum olur ki, Cavabdeh ünvan 1 kənd ünvanına göndərilmiş 08 avqust 2024-cü il tarixli məhkəmə bildirişi ona 28 avqust 2024-cü il tarixdə təqdim edilmişdir.
37. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsində araşdırılmasa da Azərbaycan Respublikasının Mərkəzi Bankının rəsmi internet səhifəsinə istinadən (www.cbar.az/currency) müəyyən etdi ki, birinci instansiya məhkəməsinin qətnamə qəbul etdiyi xx.xx.2024-cü il tarixə 1 ABŞ dollarının Azərbaycan manatı ilə məzənnəsi 1.70 AZNdir. Buna görə də iddiaçının 4000 ABŞ dollarına nisbətdə tələb etdiyi 6800 manat (4000 x 1.70) düzgün hesablanmışdır.
38. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinin tələbinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
39. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Şərur Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(110)-841/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Naxçıvan MR Ali Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mehdi Əliyev Hakimlər: Vüqar Quliyev, Zamiq Əliyev