Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 2(110)-10/2022 09.02.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı "xxxx" QSC - onun adından çıxış edən törəmə müəssisəsi olan "X2 Edilməsi Agentliyi" MMC-nin Cavabdeh qarşı əsas borc və faiz borcunun qaytarılmasına yönəldilməsinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" QSC - onun adından çıxış edən törəmə müəssisəsi olan "X2 Edilməsi Agentliyi" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsas borc üzrə 1571,64 (bir min beş yüz yetmiş bir manat altmış dörd qəpik) manat, faiz borcu üzrə 832,08 (səkkiz yüz otuz iki manat səkkiz qəpik) manat olmaqla, cəmi 2403,72 (iki min dörd yüz üç manat yetmiş iki qəpik) manat məbləğində redit borcunun, həmçinin 30 (otuz) manat məbləğində dövlət rüsumunun "xxxx" QSC-nin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı təşkilat "xxxx" QSC - onun adından çıxış edən törəmə müəssisəsi olan "X2 Edilməsi Agentliyi" MMC-yə məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, iddiaçı təşkilatın nümayənəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə məhkəmə baxışı iclasının iddiaçı təşkilatın nümayəndəsinin iştirakı olmadan keçiriiməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iş üzrə icraata xitam verilməlidi. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 20 iyun 2014-cü il tarixli AZ-İ № 679487 nömrəli, ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh 16.06.2014-cü il tarixdə vəfat etmişdir. Eyni zamanda “Elektron Məhkəmə” İnformasiya Sistemindən çıxarışdan görünür ki, Cavabdeh 16.06.2014-cü il tarixdə vəfat etmişdir. Göründüyü kimi iddia məhkəməyə müraciət edilənədək vəfat etmiş şəxsə qarşı qaldırılmışdır. Bununla iddiaçı tərəfindən qanunvericiliyin tələblərinə düzgün riayət olunmamışdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 50.1-ci maddəsinə əsasən prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər; - 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar; Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 25.1-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq qabiliyyəti insanın mülki hüquqlara malik olmaq və mülki hüquq vəzifələri daşımaq qabiliyyətidir. Bütün fiziki şəxslərin mülki hüquq qabiliyyəti eyni dərəcədə tanınır; - 25.2-ci maddəsinə əsasən bütün fiziki şəxslərin mülki hüquq qabiliyyəti eyni dərəcədə tanınır. Fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Beyinin fəaliyyətinin dayanması ölüm anı sayılır. Göründüyü kimi iddia ərizəsi üzrə tələb yalnız fiziki və ya hüquqi şəxsə yönələ bilər. Fiziki şəxsin ölümü ilə onun hüquq qabiliyyətinə xitam verilir, yəni şəxs öldükdən sonra heç bir hüquqa malik ola və vəzifə daşıya bilmədiyindən ona qarşı iddia tələbi də yönələ bilməz. Hazırki, iddia tələbi üzrə də qeyd olunmalıdır ki, iddiaçı "xxxx" QSC - onun adından çıxış edən törəmə müəssisəsi olan "X2 Edilməsi Agentliyi" MMC tərəfindən Cavabdeh 16.06.2014-cü il tarixdə vəfat etdikdən sonra, yəni 24.07.2019-cu il tarixdə ona qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, şəxsin mülki prosessual hüquq münasibətlərinin subyekti qismində çıxış etməsi üçün zəruri olan şərtlərdən biri də şəxsin məhz prosessual hüquq qabiliyyətinə, yəni mülki prosessual hüquq və vəzifələr daşımaq qabiliyyətinə malik olması şərtidir ki, hüquq qabiliyyəti isə şəxsin ölümü ilə xitam olunur. Deməli vəfat etmiş şəxs mülki prosessual hüquq qabiliyyətinə (prosessual hüquq və vəzifələr daşımaq qabiliyyətinə) malik deyildir. Ona görə də, məhkəmə qeyd edilən halları əsas götürərək, hazırki mülki iş üzrə iddia tələbi vəfat etmiş (prosessual hüquq qabiliyyəti olmayan) şəxsə qarşı irəli sürüldüyündən, iddia tələbi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə iş üzrə icraata xitam verilməlidir; - 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Eyni zamanda “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair" Konstitusiya Məhkəməsinin Plenum Qərarında göstərilən hüquqi mövqeyə görə məhkəmə həmçinin izah edir ki, sübutetmə yükünün iddiaçının üzərində olmasından irəli gələrək kreditoru öz hüquq və qanuni mənafelərinin müdafiəsi üçün miras qoyanın hüquqi varisini müəyyən etməklə ona qarşı iddia ilə məhkəməyə müraciət etmək hüququ vardır. Mirasın formal və qeyri-formal üsulla qəbul edilməsindən asılı olmayaraq, mirası qəbul etmiş vərəsələr hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Bu isə onu göstərir ki, miras qoyanın kreditoru mənafelərinin təmin edilməsi məqsədi ilə tələb hüququnu mirası faktiki qəbul etmiş vərəsələrə qarşı da irəli sürə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsinə uyğun olaraq iş üzrə icraata xitam verildiyindən, iddiaçı "xxxx" QSC- nin adından çıxış edən törəmə müəssisəsi olan "X2 Edilməsi Agentliyi" MMC tərəfindən "xxxx" ASC vasitəsi ilə 19.07.2019-cu il tarixdə 1220 nömrəli ödəniş tapşırığı ilə dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu da iddiaçıya geri qaytarılmalıdır Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 261.0.1, 262-264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı "xxxx" QSC - onun adından çıxış edən törəmə müəssisəsi olan "X2 Edilməsi Agentliyi" MMC-nin cavabdeh Cavabdeh qarşı əsas borc və faiz borcunun qaytarılmasına yönəldilməsinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçı "xxxx" QSC - onun adından çıxış edən törəmə müəssisəsi olan "X2 Edilməsi Agentliyi" MMC tərəfindən "xxxx" ASC vasitəsi ilə 19.07.2019-cu il tarixdə 1220 nömrəli ödəniş tapşırığı ilə dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu da iddiaçıya qaytarılsın. Qərardaddan, o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şərur Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Seymur Qarayev
Məhkəmə qərarları › İş №2(110)-10/2022
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №2(110)-10/2022
09.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver