Məhkəmə qərarları › İş №2(110)-100/2024

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-100/2024

11.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-100/2024 11.03.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı X1 Cavabdeh qarşı “pul tələbi barədə” dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı X4 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şərur rayon Oğlanqala kənd sakini Cavabdeh 361 (üç yüz altmış bir) manat miqdarında pulun alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı X4 iddia ərizəsində Şərur rayon Oğlanqala kəndində yaşadığını, şəhid ailəsi olduğunu, on iki ildir ki, onun həmin kənddə ərzaq mağazası işlətdiyini və vergi ödəyicisi olduğunu, bir ilə yaxındır ki, Şərur rayon Oğlanqala kənd sakini Cavabdeh 361 (üç yüz altmış bir) manat məbləğində nisyə ərzaq götürdüyünü, cavabdehin həmin ərzaqları götürdükdə tez bir zamanda ödəyəcəyini bildirsə də, sonradan borcunu ona ödəmədiyini, ondan dəfələrlə borclu olduğu pulu istəsə də, cavabdehin pulu ona ödəməkdən imtina etdiyini, ona görə də onun məhkəməyə ərizə ilə müraciət etməyə məcbur qaldığını bildirmişdir. İddiaçı X2 məhkəmə iclaslarının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, iddiaçı məhkəmə baxışı iclasına gəlməmiş, lakin nümayəndə ilə təmsil olunmuşdur. Məhkəmə Azərbaycan Respublikasının MPM-in 185-ci maddəsinin tələblərinə müvafiq olaraq mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddiaçının iddia ərizəsində qeyd etdiyi xüsusatlarla eyni məzmunlu izahat verərək əlavə olaraq izahatında cavabdeh borcunu ödəmədiyi üçün Şərur Rayon Polis İdarəsinə müracət etdiklərini, orada 330 manat borcunun olduğunu dediyini, lakin 361 manat borcunun olduğunu, sonra cavabdeh borcundan 100 manatını ödədiyini, qalanını da ödəyəcəyini desədə, bu günədək ödəmədiyini, məhkəmədə cavabdehdən 361 manat tələb etsələrdə, buna sübutunun olmadığını, ona görə də cavabdehin 230 manat ödəməsinə etirazının olmadığını qeyd edərək məhkəmədən qanuni qərar çıxarılmasını xahiş etmişdir Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, o, məhkəmə iclaslarına gəlməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının MPM-in 185.5-ci maddəsinin tələblərinə müvafiq olaraq məhkəmə baxışı iclası cavabdehin iştirakı olmadan keçirilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, Cavabdeh müraciəti mülki xarakterli olduğundan cinayət işinin başlanması rədd edilərk, Cavabdeh qarşı hər hansı tələbi olarsa məhkəməyə müraciət etməsi izah olunmuşdur. Məhkəmə tədqiqatının nəticəsində iş materiallarına əlavə olunmuş "Cinayət işinin başlanmasının rədd edilməsi haqqında" 25 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Cavabdeh izahatında Şərur rayon Oğlanqala kəndində qeydiyyatda olmaqla yaşadığını, təxminən 13 ildir ki, həmin ərzaq mağazasından nisyə ərzaq aldığını, daimi aldığı ərzaqların pulunu vaxtında ödədiyini, özünə məxsus bankomat kartını mağazaya verdiyini, madi imkanı olmadığı üçün həmin kartı bağladaraq yeni kart aldığını, mağazaya 330 manat borcunun olduğunu, həmin mağazaya saxta pul vermədiyini eyd etməklə borcunu etiraf etmişdir. Eyni zamanda iddiaçının nümayəndəsi cavabdehin 361 manat borcunun olduğunu, sonra borcundan 100 manatını ödədiyini, qalanını da ödəyəcəyini desədə, bu günədək ödəmədiyini, məhkəmədə cavabdehdən 361 manat tələb etsələrdə, buna sübutunun olmadığını, ona görə də cavabdehin 230 manat ödəməsinə etirazının olmadığını bildirmişdir. Ona görədə iddia tələbi cavabdehin etirafı həddində təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; - 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; - 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; - 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Beləliklə də, işin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, cavabdeh nisyə götürdüyü ərzaq məhsullarının pulunu iddiaçıya ödəməyərək, üzərinə götürdüyü öhdəliyi lazımınca yerinə yetirmədiyindən iddiaçı cavabdehə qarşı borcu alınması ilə bağlı məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Bu səbəbdən də məhkəmə mülki iş materiallarinda olan sübutlara qiymət verərək bu qənaətə gəlir ki, Cavabdeh 230 (iki yüz otuz) manat məbləğində pul tutularaq iddiaçı X2 ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 88-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; - 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 230 (iki yüz otuz) manat məbləğində pul tutularaq iddiaçı X2 ödənilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar