Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-1006/2024 23.10.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlu, İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsinə Şərur Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ödənilməmiş kredit borcuna görə 345 (üç yüz qırx beş) manat, hər ay üçün 10 (on) manat faiz olmaqla, ödənilməmiş 3 ay üzrə 103.5 (bir yüz üç manat əlli qəpik) manat və iddia ərizəsi üçün dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, ümumilikdə 478.50 (dörd yüz yetmiş səkkiz manat əlli qəpik) manat pulun və bundan əlavə iddia qaldırmaq üçün ödənilən 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində onun naxçıvan şəhəri, Atatürk pr 9/11 də yerləşən “EMSAN” cehiz adlanan maşazanı işlətdiyini, Şərur Rayon Xanlıqlar kəndində qeydiyyatda olub həmin ünvanda yaşayan Cavabdeh ilə arlarında başlanmış 10 avqust 2023-cü il tarixli EMS001415 nömrəli kredit müqaviləsi ilə 2180 (iki min bir yüz səksən) manat dəyərində bir ədəd LG TV 108 SM və FUJİ 24000 klima kreditə verdiyini, aralarında Cavabdeh öz xətti ilə yazılaraq və öz imzası ilə imzalanaraq bağlanmış EMS001415 nömrəli kredit müqaviləsinə görə ümumi məbləği 2180 (iki min bir yüz səksən) manat, ilkin ödəniş məbləği 182 (bir yüz səksən iki) manat, kreditin qalıq məbləği 1998 (bir min doqquz yüz doxsan səkkiz) manat olmaqla 11 (on bir) ay müddətində hər ay 181.64 (bir yüz səksən bir manat altmış dörd qəpik) manat pulu ona qaytaracağını öhdəsinə götürdüyünü, Cavabdeh EMS001415 nömrəli kredit müqaviləsi ilk vaxtlar kredit borcunu ödəyərək ona olan ilkin ödənişlə birlikdə 1835 (bir min səkkiz yüz otuz beş) manat borcunu ona qaytardığını, lakin cavabdehin kredit borcundan yaranmış 345 (üç yüz qırx beş) manat pulu bu günədək ona geri qaytarmadığını, onun hər dəfə müxtəlif bəhanələrlə borcunu verməkdən boyun qaçırdığını, ona yazılı şəkildə müraciət edərək ona olan kredit borcunu geri qaytarmasını xahiş etsə də onun müraciətinə heç bir münasibət bildirmədiyini, artıq bu səbəbən də məhkəməyə müraciət etmək qərarına gəldiyini, cavadehlə bağladıqları EMS001415 nömrəli kredit müqaviləsinə görə aralarındakı razılığa əsasən cavabdehin ona ödəməli olduğu kredit borcunun yubadılmasına görə hər ay üçün 10 (on) manat faiz miqdarında kompensasiya (cərimə) hesablanacağını razılaşaraq öhdəsinə götürdüyünü, bu səbəbdən də cavabdehin ona 10 avqust 2023-cü il tarixli EMS001415 nömrəli kredit müqaviləsinə üzrə 3 (üç) ay ərzində ödəməli olduğu 345 (üç yüz qırx beş) manat kredit borcunu bu günədək ödəmədiyi hər ay üçün 10 (on) faiz olmaqla, ödənilməmiş 3 ay üzrə 103.50 (bir yüz üç manat əlli qəpik) manat pulun da ona ödənilməsini istədiyini bildirmişdir. Məhkəmə iddia ərizəsinə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərə biləcəyinin izah edilməsinə dair bildiriş cavabdehin ünvanına göndərilsədə, cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir. Məhkəmə iş materiallarında olan sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 10 avqust 2023-cü il tarixli EMS001415 nömrəli Kredit Müqaviləsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında müqavilə bağlanmış və tərəflər üzərilərinə bir sıra öhdəliklər götürmüşlər. Həmin Müqavilənin 1.1 və 1.2-ci bəndinə əsasən Satıcı Alıcıya bir ədəd LG TV 108 sm və FUJİ 24000 klima satır, alıcı isə həmin malı alır müqavilədə nəzərdə tutulmuş müddətə aldığı malın dəyərini ödəyir; Həmin müqavilənin 2.1, 2.2, 2.3 və 2.4-cü bəndlərinə Alıcı kreditin ümumi məbləği olan 2180 manatdan ilkin ödəniş olaraq 182 manat ödəyərək, qalan məbləği 11 ay müddətinə hər ay 182 manat olmaqla Satıcıya ödəməyi öhdəsinə götürür. Həmin Müqavilələrin 3.7-ci bəndinə əsasən kredit ödənişinin gecikdirilməsi halında Alıcı Satıcıya hər gecikdirilən gün üçün müqavilə üzrə aylıq ödənişin 10%-i miqdarında dəbbə pulu ödəməlidir. İş materiallarına əlavə olunmuş ödəniş çeklərindən görünür ki, Cavabdeh EMSAN maşazasına müxtəlif vaxtlarda ümumilikdə 1835 manat ödəniş etmişdir. İş materiallarına əlavə olunmuş 10 avqust 2023-cü il tarixli 001052 nömrəli Kredit çekindən görünür ki, Satıcı tərəfindən Alıcıya 860 manat dəyərində bir ədəd 108 sm LG TV və 1320 manat dəyərində FUJİ 24000 klima təhvil verilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli Pretenziya məktubundan görünür ki, halhazırda cavabdehin cəmiyyətə olan borcu 345 (altı yüz əlli) manat təşkil edir. İş materiallarında olan 21320 nömrəli, xx.xx.2024-cü il tarixli Mədaxil Qəbzindən görünür ki, X1 tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar "xxxx" ASC-nin Naxçıvan filialı vasitəsilə dövlət büdcəsinin xəzinə hesabına 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, verilmiş tələb Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə uyğun olmaqla yanaşı, tələbi təsdiq edən sənədlər təqdim olunmuşdur və ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə mövcud deyildir. Çünki qeyd olunan sənədlərdən də göründüyü kimi İddiaçı ilə Cavabdeh arasında bağlanmış 10 avqust 2023-cü il tarixli EMS001415 nömrəli Müqaviləsinə əsasən Alıcı alqı-satqı qiyməti 2180 (iki min bir yüz səksən) manat dəyərində bir ədəd 108 sm LG TV və FUJİ 24000 klima üçün 182 manat ilkin ödəniş edərək, qalan 1998 manat məbləğində pulu isə 11 (on bir) ay müddətində hər ay 182 manat olmaqla Alıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş üzrə tərəflər arasında bağlanmış Müqaviləyə əsasən "Ödəniş cədvəli" üzrə ödənişlərdə gecikmələr aşkarlanarsa, hər gecikdirilən gün üçün müqavilə üzrə aylıq ödənişin 10%-i miqdarında dəbbə pulu ödəməlidir. Lakin Cavabdeh müqavilə üzrə götürdüyü öhdəliyi lazımı qaydada icra etmədiyindən, iş üzrə tərəflər arasında bağlanmış Müqavilənin şərtlərinə müvafiq olaraq da, iddiaçı cavabdehə qarşı borcun alınaraq ona ödənilməsi tələbi ilə məhkəmədə iddia qaldırmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; - 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; - 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun; - 601.2-ci maddəsinə əsasən, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir; - 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; -442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; - 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; - 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; - 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Məhkəmə qeyd edir ki, Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və bu səbəbdən o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, müqavilə üzrə öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq əsas borcun ödənilməmiş hissəsini razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Məhkəmə iddia tələbi üzrə 103.5 manat cərimənin alınması hissəsi ilə əlaqədar qeyd edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir...; - 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır... Belə ki, məhkəmə ödənilməmiş əsas borcun miqdarını, kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə alınaraq borc müqaviləsi üzrə 103.50 (bir yüz üç manat əlli qəpik) manat məbləğində hesablanmış cərimənin məbləğinin əsas borca münasibətdə tənasübsüz surətdə yüksək olması qənaətinə gələrək, cərimənin 24.15 manat həcmində müəyyənləşdirilməsini tərəflərin əmlak mənafeləri baxımından ədalətli hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; - 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Eyni zamanda Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin etdiyindən iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun 5.3 manatı iddiaçıya aid edilməli, qalan 24.7 manatı isə cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Beləliklə də, işin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, “Alıcı” yazılı formada bağlanmış müqavilənin şərtlərinə əməl etməməklə “Satıcı” qarşısında müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən “Satıcı “Alıcı”ya qarşı borcun alınması ilə bağlı məhkəməyə müraciət etməkdə tam haqlı olmuşdur. Bu səbəbdən də mülki iş materiallarinda olan sübutlara qiymət verərək məhkəmə bu qənaətə gəlir ki, cavabdeh, Cavabdeh 10 avqust 2023-cü il tarixli EMS001415 nömrəli müqaviləsinə əsasən 345 (üç yüz qırx beş) manat ödənilməmiş hissə, 24.15 (iyirmi dörd manat on beş qəpik) manat cərimə, cəmi 369.15 (üç yüz altmış doqquz manat on beş qəpik) manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun 24.7 manatı olmaqla, ümumilikdə 393.85 (üç yüz doxan üç manat səksən beş qəpik) manat məbləğində pul alınaraq İddiaçı ödənilməli, iddia digər hissədə rədd edilməlidir. Məhkəmə yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 10 avqust 2023-cü il tarixli EMS001415 nömrəli müqaviləsinə əsasən 345 (üç yüz qırx beş) manat ödənilməmiş hissə, 24.15 (iyirmi dörd manat on beş qəpik) manat cərimə, cəmi 369.15 (üç yüz altmış doqquz manat on beş qəpik) manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun 24.7 manatı olmaqla, ümumilikdə 393.85 (üç yüz doxan üç manat səksən beş qəpik) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №2(110)-1006/2024
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-1006/2024
23.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver