Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-101/2021 17.02.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi ilə, İddiaçı Bank “xxxx” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsinin ləğv edilməsi, kredit müqaviləsi üzrə borcun ödənilməsi" tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Bank “xxxx” ASC-nin nümayəndəsi iddia ərizəsi ilə məhkəməyə ilə müraciət edərək, iddiaçı Bank “xxxx” ASC-nin “Həzi Aslanov” filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019cu il tarixli RPF-00820-16/19A saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsindən irəli gələn xx.xx.2020-ci il tarixinə ödənilməmiş 4826,36 manat əsas borc, 1,95 manat faiz borcu, ümumilikdə 4828,31 manat məbləğində borcun və iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqqının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı təşkilat Bank “xxxx” Açıq Səhmdar Cəmiyyətinə məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, iddiaçı təşkilatın problemli kreditlər departamentinin direktoru vəzifəsini icra edən Nümayəndə xx.xx.2021-ci il tarixdə məhkəməyə teleqram ünvanlayaraq teleqramda xx.xx.2021-ci il saat 14:30-a təyin olunmuş məhkəmə baxışını iştirakları olmadan keçirib qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə məhkəmə baxışı iclasının iddiaçı təşkilatın nümayəndəsinin iştirakı olmadan keçiriiməsini mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsində iddiaçı Bank “xxxx” ASC-nin “Həzi Aslanov” filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli RPF-00820-16/19A saylı kredit müqaviləsi bağlandığını, kredit müqaviləsinə əsasən Bank “xxxx” ASC 5664 (beş min altı yüz altmış dörd) manat 91 (doxsan bir) qəpik məbləğində krediti illik 1 faizlə 60 ay müddətinə Cavabdeh1 mülkiyyətinə verildiyini, Cavabdeh1 isə həmin kreditdən iddiaçı ilə bağlanmış RP- 00008-16/15U saylı xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədilə istifadə etməyi və krediti xx xxxxxx 2024-cü il tarixədək faizi ilə birlikdə Bank “xxxx” ASC-yə qaytarmağı öhdəsinə götürdüyünü, Bank “xxxx” ASC-nin “Həzi Aslanov” filialı ilə Cavabdeh1 arasında ”Problemli kreditləri resturuktrizasiya edilməsi ilə əlaqədar güzəştli kreditlərin verilməsi üzrə vahid kredit şərtləri” barəsində xx.xx.2019-cu il tarixli RPF-00820-16/19A saylı Kredit Müqaviləsinə 2 saylı Əlavə bağlandığını, Cavabdeh2 xx.xx.2019-cu il tarixdə iddiaçıyla RPFZ-00820-16/19A saylı zaminlik müqaviləsi bağlayaraq Cavabdeh1 həmin kredit müqaviləsi üzrə kreditinə zamin durduğunu, Cavabdeh1 kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətini ötürdüyü, kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirmədiyini, həm borcluya və zaminə dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq kredit müqaviləsi üzrə öhdəliklərin icrasında gecikmə əmələ gəldiyini, nəticədə iddiaçının cavabdehlərlə arasında olan müqaviləsinə əsasən məhkəməyə müraciət etməyə məcbur olduğunu, cavabdehlərin kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixiə hesablanmış və ödənilməmiş 4826,36 manat əsas borc, 1,95 manat faiz borcu olduğunu, beləliklə cavabdehin xx.xx.2020-ci il tarixinə ümumi borcunun 4828,31 manat təşkil etdiyini qeyd edərək Bank “xxxx” ASC-nin “Həzi Aslanov” filialı ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli RPF-00820- 16/19A saylı kredit müqaviləsindən irəli gələn xx.xx.2020-ci il tarixinə ödənilməmiş 4826,36 manat əsas borc, 1,95 manat faiz borcu, ümumilikdə 4828,31 manat məbləğində borcun və iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqqının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, оnlar, məhkəmə baxışına gəlməmiş və məhkəməyə gəlməmələrinin səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarına əlavə olunmuş Kredit müqaviləsindən aydın olur ki, “Bank “xxxx” ASC-nin “Həzi Aslanov” filialı ilə Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixdə iddiaçıyla xx.xx.2019-cu il tarixli RPF-00820-16/19A saylı Kredit müqaviləsi bağlanmışdır. Kredit Müqaviləsinin 1.1-ci bəndinə əsasən “Borcverən” 5664.91 (beş min altı yüz altmış dörd manat doxsan bir qəpik) manat məbləğində krediti illik 1 faizlə 60 ay müddətinə “Borcalan”nın mülkiyyətinə verildiyini, “Borcalan” isə həmin kreditdən iddiaçı ilə bağlanmış RP- 00008-16/15U saylı xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədilə istifadə etməyi və krediti xx xxxxxx 2024-cü il tarixədək faizi ilə birlikdə “Borcverən” qaytarmağı öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən “Borcalan” krediti və kreditdən istifadəyə görə hesablanmış faizləri ödəniş cədvəli ilə müəyyən olunmuş elə məbləğlərdə və müddətlərdə “Borcverən”ə ödəməlidir ki, krediti və kreditdən istifadəyə görə hesablanmış faizlər ən geci kreditin müvafiq hissəsinin qaytarılmasının razılaşmada nəzərdə tutulmuş son tarixinə qədər tam həcmdə “Borcverən”ə qaytarılmış olsun. Həmin müqavilənin 2.8-ci bəndinə əsasən ”Borcalan” krediti və onun faizlərinin ödənilməsi dövriliyini ən azı 2 (iki) dəfə 5 (beş) təqvim günündən çox pozduqda; ”Borcalan”ın maliyyə vəziyyətində bu müqavilənin icrasına mənfi təsir göstərə biləcək hər hansı bir dəyişiklik olduqda və bazarın mövcud vəziyyəti “Müştəri”nin fəaliyyəti üçün əhəmiyyətli dərəcədə təhlükə yaratdıqda; ”Borcalan”ın maliyyə vəziyyətinin təhlil edilməsi, krediti qaytarmaq qabiliyyətinin müəyyənləşdirilməsi məqsədilə “Borcverən” tərəfindən yoxlamaların aparılmasına hər hansı bir şəkildə maneçilik törətdikdə; əlverişsiz şəraitin yaranması nəticəsində “Borcalanın” lazımi qaydada borcu ödəmək qabiliyyəti olmadıqda; üçüncü şəxslər tərəfindən “Borcalanın bütün əmlakı, yaxud onun bir hissəsi barəsində məhkəmə mübahisəsi başlandıqda; kreditdən məqsədli təyinatına uyğun istifadə etmədikdə Bank bu müqaviləyə birtəfli qaydada vaxtından əvvəl xitam verə və kreditin qalıq məbləğini kreditin verildiyi bütün dövr üçün hesablanmış kredit faizinin qalıq məbləği ilə birlikdə qaytarılmasını ”Borcalan”dan tələb edə bilər. Eyni zamanda iş materiallarına əlavə olunmuş Bank “xxxx” ASC-nin “Həzi Aslanov” filialı ilə cavabdeh X3 arasında ”Problemli kreditləri resturuktrizasiya edilməsi ilə əlaqədar güzəştli kreditlərin verilməsi üzrə vahid kredit şərtləri” barəsində xx.xx.2019-cu il tarixli RPF-00820- 16/19A saylı Kredit Müqaviləsinə 2 saylı Əlavə bağlanmışdır. 2 saylı Əlavə Azərbaycan Respublikası ərazisində kommersiya bankları tərəfindən “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanına və Azərbaycan Respublikasının Maliyyə X1 xx.xx.2019-cu il tarixli ********** nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nticəsində manata artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, peniya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”na uyğun olaraq kredit borclarının restruktrizasiya edilməsi üzrə vahid şərtlərini müəyyən edən və müvafiq bankla müştəri arasında müştərinin vaxtı keçmiş kredit borclarının restruktrizasiyası məqsədilə bağlanan kredit müqaviləsinin tərkib hissəsidir. Həmin Əlavənin 2.1-ci bəndinə əsasən Bank müştəriyə kredit verməyi, Müştəri isə Kredit müqaviləsi ilə müəyyən olunan şərtlərlə və qaydada kreditləri qaytarmağı öhdəsinə götürür. Həmin Əlavənin 3.1-ci bəndinə əsasən Kreditin istifadə təyinatı müştərinin vaxtı keçmiş kredit borclarının resturuktrizasiyasıdır. Həmin Əlavənin 3.3-cü bəndinə əsasən Kredit müqaviləsi üzrə verilmiş kredit və ona hesablanmış faizlər ödəniş cədvəlinə və Kredit müqaviləsinə əsasən Banka nağd qaydada və ya köçürmə yolu ilə qaytarılır. İşdə materiallarından görünür ki, Bank “xxxx” ASC-nin “Həzi Aslanov” filialı ilə digər Cavabdeh2 arasında xx.xx.2019-cu il tarixdə iddiaçıyla RPFZ-00820-16/19A nömrəli Zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən Zamin “Borcverən” qarşısında “Borcala”nın xx.xx.2019-cu il tarixli RPF-00820-16/19A saylı, illik 1 faizlə 5664.91 (beş min altı yüz altmış dörd manat doxsan bir qəpik) manat məbləğində krediti 60 ay müddətinə Kredit müqaviləsi üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyət daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. Həmin müqavilənin 2.2-ci bəndinə görə Zamin “Borcalan”ın Kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi və ya lazımınca yerinə yetirmədiyinin nəticəsində əmələ gələn faizlərin, dəbbə pulunun, borc tutulması üzrə məhkəmə xərclərinin və bununla bağlı digər zərərin əvəzinin ödənilməsinə görə “Borcverən” qarşısında “Borcalan” ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin müqavilənin 2.3-cü bəndinə görə “Borcverən” “Borcalan” tərəfindən Kredit müqaviləsini icra etmədiyi və ya lazımınca icra etmədiyi halda həm borclu, həm də Zaminə qarşı Kredit müqaviləsi üzrə öz tələblərini irəli sürə bilər. İş materiallarına Bank tərəfindən əlavə olunmuş xx.xx.2020-ci il tarixli Maliyyə arayışından görünür ki, Cavabdeh1 götürdüyü kreditə görə banka müxtəlif vaxtlarda ümumilikdə 900 manat ödəniş etmiş, eyni zamanda Cavabdeh1 banka 4826,36 (dörd min səkkiz yüz iyirmi altı manat otuz altı qəpik) manat əsas borc, 1,95 (bir manat doxsan beş qəpik) manat faiz borcu olmaqla, cəmi 4828,31 (dörd min səkkiz yüz iyirmi səkkiz manat otuz bir qəpik) manat borcu vardır. İş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli RPF-00820-16/19A saylı Kredit Müqaviləsinə 1 saylı Əlavənin ödəniş cədvəlinə əsasən, Cavabdeh1 aldığı krediti faizləri ilə birlikdə xx.xx.2019 – xx.xx.2024 tarixləri ərzində ayda 96,84 manat olmaqla, cəmi 5810,40 manat məbləğində pulu Bank “xxxx” ASC-nin “Həzi Aslanov” filialına ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş hesab üzrə çıxarışdan görünür ki, Cavabdeh1 xx.xx.2019cu il tarixdə 5664.91 manat kredit verilmiş və o, xx.xx.2019 – xx.xx.2021-ci il dövr ərzində müxtəlif vaxtlarda bank tərəfindən kreditin verilməsi ilə əlaqədar açılmış hesab üzrə ayrı-ayrı vaxtlarda müxtəlif əməliyyatlar aparmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli ********* nömrəli Mədaxil qəbzindən görünür ki, “Bank “xxxx” ASC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar “Bank “xxxx” ASC vasitəsilə dövlət büdcəsinin AZ21NABZ******************** saylı xəzinə hesabina 30.0 manat dövlət rüsumu və 0.40 manat xidmət haqı ödəmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh1 müqavilənin şərtlərini pozaraq, müqavilədə müəyyən olunmuş vaxt və qaydaya əməl etmədiyi üçün məktubu aldıqdan sonra qisa bir zamanda borcunu ödəmədiyi təqdirdə kredit müqaviləsinin ləğv olunacağı və vurulmuş zərərin ödənilməsi ilə bağlı məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmiş, lakin borcalan tərəfindən kreditin ödənilməsi istiqamətində heç bir addım atılmamışdır. Məhkəmə iclasında tədqiq edilmiş yuxarıda qeyd edilən sənədlərlə müəyyən edildi ki, “xxxx” ASC-nin “Həzi Aslanov” filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli RPF- 00820-16/19A saylı Kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 RP-00008-16/15U saylı xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədilə illik 1 faizlə 60 ay müddətinə 5664.91 (beş min altı yüz altmış dörd manat doxsan bir qəpik) məbləğində kredit verilmişdir. Müqaviləyə müvafiq olaraq Cavabdeh1 aldığı krediti faizləri ilə birlikdə xx.xx.2020 – xx.xx.2024 tarixləri ərzində ayda 96,84 manat olmaqla, cəmi 5810,40 manat məbləğində pulu Bank “xxxx” ASC-nin “Həzi Aslanov” filialına ödəməyi öhdəsinə götürmüşdür. Lakin borc alan kreditin və ona hesablanmış faizlərin ödənilməsi üzrə müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş, iddiaçının bununla bağlı xəbərdarlığını yerinə yetirməmişdir. Eyni zamanda Cavabdeh2 Bank “xxxx” ASC-nin “Həzi Aslanov” filialı ilə aralarında bağladıqları xx.xx.2019-cu il tarixli, RPF-00820-16/19A nömrəli Zaminlik müqaviləsi ilə Cavabdeh1 götürdüyü krediti tamamilə və vaxtında icra etməsi üçün borc alanın bütün öhdəlikləri üçün tam şəkildə məsuliyyəti üzərinə götürmüşdür. Lakin borcalan öhdəliyini vaxtında icra etmədiyi üçün iddiaçı Bank “xxxx” ASC borcalan və zaminə qarşı birgə borclular kimi məhkəmədə iddia qaldırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır: 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir; 385.1-ci maddəsində deyilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsində göstərilir ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, işin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, Cavabdeh1 yazılı formada bağlanmış kredit müqaviləsinin şərtlərinə əməl etməməklə bank qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən bank borcun tutulması ilə bağlı məhkəməyə müraciət etməkdə tam haqlı olmuşudr. Eyni zamanda verilmiş kreditin təminatı kimi zamin Cavabdeh2 borcalan Cavabdeh1 götürdüyü krediti tamamilə və vaxtında icra etməsi üçün borc alanın bütün öhdəlikləri üçün tam şəkildə məsuliyyəti üzərinə götürmüş və onunla birgə məsuliyyət daşımasını yazılı şəkildə tərtib edilmiş Zaminlik müqaviləsini imzalamaqla təsdiq etmişdir. Lakin Cavabdeh1 müqavilədən irəli gələn öhdəlikləri vaxtında və lazımi qaydada icra etmədiyinə görə, zamin Cavabdeh2 da onunla birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür; 470.2-ci maddəsinə əsasən zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər; 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən və iddiaçı tərəfindən tələb edilmiş iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı Bank “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək xx.xx.2019-cu il tarixli RPF- 00820-16/19A saylı Kredit müqaviləsi üzrə iddiaçı tərəfindən tələb edilən əsas və faiz borcunu ayrı-ayrılıqda nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməklə, Bank “xxxx” Açıq Səhmdar Cəmiyyətinin “Həzi Aslanov” filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarxli, RPF-00820-16/19A nömrəli "Kredit Müqaviləsi” ləğv edilməli və həmin müqavilə üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 4826,36 (dörd min səkkiz yüz iyirmi altı manat otuz altı qəpik) manat əsas borc, 1,95 (bir manat doxsan beş qəpik) manat faiz borcu olmaqla, cəmi 4828,31 (dörd min səkkiz yüz iyirmi səkkiz manat otuz bir qəpik) manat borc, 30.0 manat məbləğində ödənilmiş dövlət rüsumunun və 0.40 manat bank xidmət haqqqının əvəzi olmaqla, ümumilikdə 4858,71 (dörd min səkkiz yüz əlli səkkiz manat yetmiş bir qəpik) manat pul tutularaq Bank “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırı; 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Bank “xxxx” Açıq Səhmdar Cəmiyyətinin “Həzi Aslanov” filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarxli, RPF-00820-16/19A nömrəli "Kredit Müqaviləsi” ləğv edilsin və həmin müqavilə üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 4826,36 (dörd min səkkiz yüz iyirmi altı manat otuz altı qəpik) manat əsas borc, 1,95 (bir manat doxsan beş qəpik) manat faiz borcu olmaqla, cəmi 4828,31 (dörd min səkkiz yüz iyirmi səkkiz manat otuz bir qəpik) manat borc, 30.0 manat məbləğində ödənilmiş dövlət rüsumunun və 0.40 manat bank xidmət haqqqının əvəzi olmaqla, ümumilikdə 4858,71 (dörd min səkkiz yüz əlli səkkiz manat yetmiş bir qəpik) manat pul tutularaq Bank “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Seymur Qarayev
Məhkəmə qərarları › İş №2(110)-101/2021
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-101/2021
17.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver