Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-101/2023 03.03.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı “qazancın ¼ miqdarında müəyyən edilmiş alimentin sabit pul məbləğində alimentlə dəyişdirilməsi tələbinə dair” mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh azyaşlı oğulları X1 üçün hər ay ödənilməli qazancının ¼ miqdarında müəyyən olunmuş 130 manat məbləğin dəyişdirilərək, hər ay ödənilməli 3000 (üç min) manat sabit pul məbləğindəki vəsaitin alınıb İddiaçı ödənilməsinin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində, Cavabdeh ilə 22 iyul 2015-ci ildə rəsmi nikah qeydiyyatından keçməklə evləndiklərini, birgə nikahlarından bir övladları 10 mart 2018-ci il təvəllüdlü X5 doğulduğunu, toylaından sonra birgə nikah dövründə əldə etdikləri hazırda cavabdehin faktiki qeydiyyatsız yaşadığını, Bakı şəhəri, Nərimanov rayonu, Nəcəf Nərimanov küçəsi, 14 saylı evin 97 saylı mənzilinə köçüb orada yaşadıqlarını, cehiz əmlakı yerləşdirilmədiyindən sonra cavabdehlə qeyd edilən mənzilə köçüb məskunlaşdıqlarını, ailə həyatlarının ilk dövründə normal yaşadıqlarını, sonrada xasiyyətlərinin uyğun gəlməməsi səbəbindən birgə yaşamaqlarının mümkünsüz olduğunu, xeyli müddətdir ki, cavabdehdən ayrılıb atasının evində yaşadığını, nikah qeydiyyatlarının Şərur rayon Məhkəəsini 15 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə pozulduğunu, azyaşlı oğullarının yanında qalması və bir uşağa görə cavabdehin aylıq qazancının ¼ miqdarında 130 manat alimentin tutulmasının müəyyən olunduğunu, cavabdehin məqsədli olaraq real gəlirini gizlətmək üçün maaşının məbləğini 600 manat göstərilən arayışı məhkəməyə təqdim etməklə övladlarının onunla birlikdə yaşadıqları şəraiti təmin etmək üçün hər ay 1000 manatdan az olmayan məbləği ödəməkdən bilə-bilə yayındığını, ona dəqiq məlumdur ki, cavabdehin Bakı şəhəri, Sabunçu rayonunun inzibati ərazisində "xxxx" MMC-nin (Azərbaycan Türkiyə Birgə Müəssisəsi) həmtəsisçisi və baş direktoru vəzifəsini icra etdiyini, aylıq gəlirinin 50000 manatdan artıq olduğunu, Bakı şəhəri, Bakıxanov qəsəbəsində xüsusi mülkiyyətində “Olimpos” adlı restoranı, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev metrostansiyasından Suraxanı rayonu, Dədə Qorqud qəsəəsinə sərnişin daşıma ilə məşğul olan 191 saylı marşurutun 15 ədəd avtobuslarının da cavabdehin şəxsi əmlakı olduğunu, hazırda oğullarının maddi tələbatının artdığını, onun sağlamlığının mühafizəsi, mədəni və ibtidai təhsillə məşğul olmasına ayda 3000 manat xərc tələb olunduğunu, bu barədə dəqiq məlumatı olan cavabdehin həmin məbləği könüllü ödəmədiyini, bununla da cavabdehin uşağın qanuni mənafeyinə əhəmiyyətli zərər vurduğunu, odur ki, qazancın ¼ miqdarında alimentin dəyişdirilərək sabit pul məbləğdə alimentin ödənilməsi ilə bağlı tələbinin məhkəmə qaydasında həll edilməsinin əsaslı və qanuni olacağını bildirmişdir. İddiaçı məhkəmə iclaslarının yeri və vaxtı barədə dəfələrlə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, keçirilən məhkəmə iclaslarında iştirak etməmiş, lakin nümayəndə ilə təmsil olunmuşdur. Məhkəmə mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddiaçının iddia ərizəsində qeyd etdiyi xüsusatlarla eyni məzmunlu izahat verərək məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə dəfələrlə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, keçirilən məhkəmə iclaslarında iştirak etməmiş, bunun üzrlü sayılması barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Lakin 02.032023-cü il tarixdə cavabdehin vəkili-nümayəndəsi “Elektron məhkəmə”informasiya sistemində olan şəxsi kabinet vasitəsilə məhkəməyə etiraz ərizəsi göndərərək ərizəsində qeyd etmişdir ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək oğulları X1 üçün hər ay qazancının ¼ -i miqdarında müəyyən olunmuş 130 manat məbləğin dəyişdirilərək 3000(üç min) manat vəsaitin hər ay Cavabdeh tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Şərur Rayon Məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə iddiaçı ilə cavabdeh arasında olan nikaha xitam verilmiş və X1 üçün hər ay 130 manat miqdarında alimentin tutulması müəyyən olunmuşdur. Diqqətinizə çatdırmaq istəyirəm ki, cavabdeh tərəfindən məhkəmə qətnaməsi ilə müəyyən olunmuş məbləğin ödənilməsindən əlavə uşağın əvvəlki təminat səviyyəsinin saxlanılması üçün lazımlı tədbirlər görülmüş, bunun üçün əlavə vəsaitlər sərf olunmuşdur. Həmçinin iddiaçı tərəflərin övladları X5 maddi tələbatının artması və bunun qarşılanması üçün 3000 (üç min) xərcin tələb olunduğu qeyd olunsa da, bu xərclərin nədən ibarət olduğu, özündə nələri ehtiva etdiyi barədə heç bir məlumat təqdim olunmamışdır. Cavabdeh uşağı qarşısında olan vəzifələrini icra etməkdən yayınmır, əksinə iddiaçının bundan sui-istifadə etməsinə qarşı çıxır. Bundan başqa iddiaçı tərəfindən iddia ərizəsində aliment məbləğinin dəyişdirilməsi üçün əsas qismində bir sıra hallara- “NT Kablo“ MMC-nin həmtəsisçisi olması və baş direktoru vəzifəsini icra etməsi, aylıq gəlirinin 50000 (əlli min) manatdan artıq olması, xüsusi mülkiyyətində “Olimpos” adında restoranın olması, 191 saylı marşrutun 15 avtobusunun şəxsi əmlakı olması kimi hallara istinad etsə də, reallıq bundan ibarətdir ki, iddiaçı cavabdehə məxsus olmayan, onun tanışlarına aid əmlakların cavabdehin mülkiyyətində olduğuna dair doğru olmayan məlumatları qeyd etməklə yüksək aliment məbləğinin təyin olunmasına cəhd edir, lakin cavabdeh heç bir sahibkarlıq və ya digər gəlirli fəaliyyət ilə məşğul olmur, eyni zamanda tamamilə əsassız və həqiqətdən uzaq olan bu halları təsdiq edən heç bir sübut iddiaçı tərəfindən məhkəməyə təqdim olunmamışdır Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə görə Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsinə görə Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında göstərilmişdir ki, Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Yenə həmin qərarda izah olunmuşdur ki, sabit pul məbləğində aliment tutularkən məhkəmələr Ailə Məcəlləsinin 78.1-ci maddəsində göstərilən halları nəzərə almaqla yanaşı aliment ödəməli şəxsin digər gəlirlərinin olub-olmamasını müəyyən etməli, zəruri olduqda bununla əlaqədar əlavə sübutlar təqdim etməyi iddiaçı tərəfə təklif etməlidir. Hörmətli məhkəmə, yuxarıda qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını Sizdən xahiş edirik. Məhkəmə iddiaçının iddia ərizəsində qeyd etdiklərinə, iddiaçının nümayəndəsinin izahatına və toplanmış sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Şərur rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli AZ-İ № 400911 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş görünür ki, Cavabdeh ilə X6 arasında olan nikah 23 noyabr 2021-ci il tarixdə pozulmuş və nikahın pozulması haqqında akt qeydi kitabında 99 nömrə ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra qadına “Tağıyeva” soyadı verilmişdir. - 4 saylı Bakı ASAN xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli AZ-İV № 153338 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, iş üzrə tərəflər 10 mart 2018-ci il təvəllüdlü X5 valideyinləridir. - Şərur Rayon Məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli 2(110)-428/2021 saylı qətnaməsinin surətindən görünür ki, iddia təmin edilməklə X6 ilə Cavabdeh arasındakı Şərur Rayon Qeydiyyat Şöbəsində xx.xx.2015-ci il tarixli 135 № ilə qeyd olunmuş nikah pozulmuş, Nikahın pozulduqdan sonra xx.xx.2018-ci il tarixdə doğulmuş X5 X3 yanında qalması müəyyən edilmiş, Şərur rayon Dizə kəndində qeydiyyatda olan Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) 1/4 miqdarında aliment tutularaq xx.xx.2021-ci il tarixdən hesablanmaqla xx.xx.2018-ci il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün anası Şərur rayon Dizə kəndində qeydiyyatda olan X3 xeyrinə ödənilməsi müəyyən edilmişdir; - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X7 üzrə Baş İdarəsinin 30 yanvar 2023-cü il tarixli **********371400 saylı məktubunda qeyd olunmuşdur ki, hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) dövriyyə və gəlir məbləği barədə məlumatların təqdim edilməsi haqqında müraciətinizə (AVİS qeydiyyatı: xx.xx.2023-cü il tarixli **********781800 nömrəli) Bakı şəhəri X7 üzrə Baş İdarəsində baxılmışdır. Müraciətinizlə əlaqədar bildiririk ki, uçot-baza məlumatlarına əsasən vergi ödəyicisi tərəfindən xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək vergi orqanına müvafiq vergi bəyannamələri təqdim edilmədiyindən dövriyyə məbləği müəyyən edilməmişdir. Əlavə olaraq bildiririk ki, uçot-baza məlumatlarına əsasən vergi ödəyicisinin xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək iqtisadi göstəricilərinin (təqdim edilən elektron qaimə-fakturalar, idxal-ixrac əməliyyatları və onlayn kassa üzrə məlumatlar) olmadığı müəyyən edilmişdir. Məhkəmə tədqiqatı zamanı müəyyən olunmuşdur ki, Şərur rayon Məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli 2(110)-428/2021 saylı qətnaməsi ilə iddia təmin edilməklə Şərur rayon Dizə kəndində qeydiyyatda olan Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) 1/4 miqdarında aliment tutularaq xx.xx.2021-ci il tarixdən hesablanmaqla xx.xx.2018-ci il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün anası Şərur rayon Dizə kəndində qeydiyyatda olan X3 xeyrinə ödənilməsi müəyyən edilmişdir. İddiaçı yenidən məhkəməyə müraciət edərək, izahatında cavabdehin Bakı şəhəri, Sabunçu rayonunun inzibati ərazisində "xxxx" MMC-nin (Azərbaycan Türkiyə Birgə Müəssisəsi) həmtəsisçisi və baş direktoru vəzifəsini icra etdiyini, aylıq gəlirinin 50000 manatdan artıq olduğunu, Bakı şəhəri, Bakıxanov qəsəbəsində xüsusi mülkiyyətində “Olimpos” adlı restoranı, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev metrostansiyasından Suraxanı rayonu, Dədə Qorqud qəsəəsinə sərnişin daşıma ilə məşğul olan 191 saylı marşurutun 15 ədəd avtobuslarının da cavabdehin şəxsi əmlakı olduğunu, hazırda oğullarının maddi tələbatının artdığını, onun sağlamlığının mühafizəsi, mədəni və ibtidai təhsillə məşğul olmasına ayda 3000 manat xərc tələb olunduğunu, bu barədə dəqiq məlumatı olan cavabdehin həmin məbləği könüllü ödəmədiyini, bununla da cavabdehin uşağın qanuni mənafeyinə əhəmiyyətli zərər vurduğunu, odur ki, qazancın ¼ miqdarında alimentin dəyişdirilərək sabit pul məbləğdə alimentin ödənilməsi ilə bağlı tələbinin məhkəmə qaydasında həll edilməsinin əsaslı və qanuni olacağını bildirmişdir. Məhkəmə uşaqlar üçün qanunvericiliklə müəyyən edilmiş yaşayış minimumunun həddini, yetkinlik yaşlarına çatmayan uşağın mənafeyini və uşağın təminatının əvvəlki vəziyyətdə saxlanılmasının vacibliyini, nəzərə alaraq hesab edir ki, iddia qismən təmin olunmalı, Şərur rayon Məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli 2(110)-428/2021 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilərək hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla 10 mart 2018-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməli, iddia digər hissədə rədd edilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçı tələb etdiyi alimentin məbləği ilə əlaqədar məhkəməyə hər hansı sübut təqdim etməmiş, həmçinin məhkəməyə verdiyi vəsatətin icrası ilə əlaqədar məhkəmənin sorğusu nəticəsində də onun iddia tələbində qeyd etdiyi halların olması öz təsdiqini tapmamışdır. Ona görə də məhkəmə iddia tələbini alimentin məbləğinə münasibətdə qismən təmin etmişdir. İddiaçının iddia tələbinə qarşı cavabdehin vəkili-nümayəndəsinin məhkəməyə etirazı daxil olmuşdur. Eyni zamanda məhkəmə qeyd edir “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Qanuna görə yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu isə özlüyündə müəyyən meyar kimi çıxış edərək minimum təminat səviyyəsini nəzərdə tutur. Məhkəmə onuda qeyd etməyi zəruri hesab edir ki, valideynlər uşaqlar barəsində bütün məsələlərdə diqqətlərini uşaqların mənafelərinin daha yaxşı təmin edilməsinə yönəltməli, onları zəruri olan müdafiə və qayğı ilə təmin etməli, uşaqların həyat şəraitini yaxşılaşdırmalı, sağlam inkişaf etməsini maksimum mümkün olan dərəcədə təmin etməli, habelə uşaqların xüsusi diqqətə möhtac olduqlarını unutmamalıdırlar. Azərbaycan Respublikası Konstitusiyasının: - 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir; - 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: - 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər; - 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər; - 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə görə cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Həmçinin «Uşaq Hüquqları Haqqında» Azərbaycan Respublikası Qanunun: - 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür; - 13-cu maddəsinə əsasən uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; - 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə görə də, valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə məsuliyyət daşıyırlar. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, “...uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir”. X4 Məhkəməsi Plenumu qeyd etmişdir ki;
1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir;
2. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 nömrəli qərarının 8..2-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin Qərarın 8.14-cü bəndinə əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə alimentin dəyişdirilərək qismən təmin edilməsi qənaətinə gələrkən yuxarıda qeyd edilən qanunvericilik aktlarının tələblərini, qanunla müəyyən edilmiş uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunu, məhkəmə qətnaməsi ilə müəyyən olunmuş ¼ hissə alimentə görə cavabdehin ödədiyi 130 manat alimentin uşağın mənafeyinə uyğun olmamasını, tərəflərin maddi və ailə vəziyyətini, uşağın yaş həddini, uşağın üstün mənafeyini və digər diqqətəlayiq hallarını, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsini, hər iki valideynin uşaqlar üzərində bərabər hüquq və vəzifələrə malik olmaqla uşağı saxlamağa borclu olmasını nəzərə almışdır Məhkəmə həmçinin dövlət büdcəsinə ödənilməli olan dövlət rüsumu ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: - 8.1.2-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində rüsum ödənilir; - 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.6-cı maddəsinə müvafiq olaraq iddianın qiyməti ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir. Hazırkı dəyişdirilmiş iddianın məbləği 220 manatdır ki, bu da il ərzində 2640 manat (220x12) təşkil etdiyindən buna müvafiq olaraq da 46.40 (qırx altı manat qırx qəpik) manat (2640-1000=1640/100*1=30+16.40=46.40) məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilməlidir. Çünki, həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Məhkəmə yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq,
qət etdi: İddia qismən təmin edilsin. Şərur Rayon Məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli 2(110)-428/2021 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilsin və hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla 10 mart 2018-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı ödənilsin. İddia digər hissədə rədd edilsin. İddianın təmin edilmiş hissəsinə münasib olaraq ödənilməsi müəyyən olunmuş 46.40 (qırx altı manat qırx qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə köçürülsün. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Seymur Qarayev