Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-1023/2024 21.11.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 1320 manat pulun və dövlət rüsumu olaraq ödədiyi 33,20 manat pulun, cəmi 1353,20 manat pulun alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbinin əsası kimi Şərur Rayon Aşağı Daşarx kənd sakini Cavabdeh əvvəlcədən tanıdığını, 2022-ci ilin dekabr ayında cavadehin bir qadınla gələrək mebel və soyuducu almaq istədiyini, lakin nağd ödəniş edə bilməyəcəyini, su idarəsində işlədiyini, hər ay maaş aldıqdan sonra borcunu hissə-hissə olaraq ödəyəcəyini bildirdiyini, ilk olaraq onunla razılaşmaq istəməsədə daha sonra cavabdehin maaş kartını ona verərək hər ay pulu kartdan özünün çəkə bilcəyini bildirdiyini, onunla razılşadığını, onların mağazadan 2386 manat dəyərində mebelin və 850 manat dəyərində paltaryuyan maşınını götürdüyünü, ilk vaxtlar cavabdehin hər ay vaxtı-vaxtında ödəniş etsə də sonradan bir müddət ödəniş etmədiyini, onun mobil telefonuna zəng edərək mağazaya olan borcunu ödəməsini bildirdikdə cavabdehin işdən çıxarıldığını, bu səbəbdən borcunu ödəyə bilmədiyini bildirdiyini, bu müddət ərzindən cavabdehdən borcunu ödəməsini bildirsə də cavadehin ödəməkdən imtina etdiyini bildirdiyini, buna görə də məhkəmədə iddia qaldırdığını bildirmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında və verilmiş suallara cavabında cavabdehlə aralarındakı alqı-satqının 2022-ci ildə olduğunu, məhkəmədə iddia qaldırdıqdan sonra cavabdehin 720 manatı ödədidiyini, hal-hazırda 600 manat borcu qaldığını, aralarında alqı-satqı müqaviləsinin bağlamadıqlarını, əşyanın satılması ilə bağlı müqavilə bağlamdıqlarını, təhvil-təslim aktı vermədiyini, cavabdehin nə qədər borcu olduğunu dəftərə qeyd etdiyini, lakin həmin dəftərə cavabdehin imza atmadığını, hazırda da alıcılar ilə müqavilə bağlamadıqlarını bildirib iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında və verilmiş suallara cavabında iddianı qəbul etmədiyini, iddiaçıya məxsus mağazadan 1200 manat dəyərində mebel bəyəndiyini, ertəsi gün mağazaya gedən zaman Kamran adlı şəxs orada olduğunu, Kamranın ona Talıbın bu mağazada satıcı olduğunu və mebelin dəyərinin 1800 manat olduğunu bildirdiyini, razılaşaraq mebeli götürdüyünü və maaş kartını ona verərək hər ay kartdan pul çıxdığını, sonra İddiaçı məhkəmədə ona qarşı iddia qaldırdığını bildiyini, onun 720 manat borcu qaldığını və onu da ödədiyini bildirərək iddianın rədd olunmasını bildirmişdir. Məhkəmənin əsaslandırması: Məhkəmə iş üzrə işin hallarını, tərəflərin izahatını və digər sübutları, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddia rədd edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı cavabdehə şifahi alqı-satqı müqaviləsi əsasında əşya satmışdır. Cavabdeh iddiaçıya 720 manat borcu qaldğını və onu da iddiaçıya ödədiyini bildirmişdir. Tərəflər arasında alqı-satqının olması işin mübahisəsiz haldır. İşin mübahisəli halı əşyanın hansı qiymətə satılmasıdır. Bununla bağlı sübutetmə yükü iddiaçının üzərinə düşür. İddiaçı əşyanın hansı qiymətə satılmasını məhkəmədə sübut edə bilməmişdir. Məhkəmə buna görə də iddianın rədd olunması qənaətinə gəlir. Məhkəmə buna görə də iddianın rədd olunması qənaətinə gəlir. Məhkəmə iddianın rədd olması ilə bağlı gəldiyi nəticəni aşağıdakı hüquq normaları ilə əsaslandırır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 614.1-ci maddəsinə görə pərakəndə alqı-satqı müqaviləsinə görə malların pərakəndə satışı üzrə sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı sahibkarlıq fəaliyyəti ilə bağlı olmayan şəxsi, ailə, ev və ya digər istifadə üçün nəzərdə tutulan malı alıcıya verməyi öhdəsinə götürür. Mülki Məcəllənin 615-ci maddəsinə görə əgər pərakəndə alqı-satqı müqaviləsində, o cümlədən alıcının qoşulduğu standart formaların şərtlərində ayrı qayda nəzərdə tutulmayıbsa, pərakəndə alqı-satqı müqaviləsi satıcının alıcıya kassa və ya əmtəə çekini və ya malın ödənildiyini təsdiq edən digər sənədi verdiyi andan lazımi formada bağlanmış sayılır. Məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən cavabdehə əşyanın hansı qiymətə satılması işin mübahisəli halıdır. Bu halı sübut etmək vəzifəsi isə iddiaçının üzərinə düşür. İddiaçı isə qeyd olunan əşyanın hansı məbləğdə cavabdehə verilməsini yazılı müqavilə və yaxud digər sübut növləri ilə sübut edə bilməmişdir. Buna görə də iddiaçının iddiası əsassızdır və rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 217.4-cü maddəsinə görə hakim öz qərarını yanız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərclərini nəzərdən keçirərək edərək, hesab edir ki, iddia rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası rədd edilsin. Məhkəmə xərci olaraq ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev
Məhkəmə qərarları › İş №2(110)-1023/2024
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-1023/2024
21.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver