Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Şərur şəhəri İş № 2(110)-1038/2024 10.10.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Mən, Şərur Rayon Məhkəməsinin hakimi Əliyev Mehdi Ədalət oğlu Tələbkar Borclu aliment tələbinə dair məhkəmə əmrinin verilməsi ilə bağlı ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq müəyyən etdim: Tələbkar Borclu qarşı aliment tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək onların birgə nikahından xx.xx.2020-ci ildə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün borcludan onun xeyrinə aliment tutulması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Təqdim edilmiş ərizədən görünür ki, tərəflər nikahda olsalar da, faktiki olaraq ayrı yaşayırlar. Uşaqların atası ailəsinin tələbatını ödəməkdə laqeyidlik göstərir, tələbkar isə uşaqları ilə birlikdə yaşayır və onların saxlanmasında maddi çətinlik çəkir. Şərur rayon Aşağı Daşarx kənd İƏDN tərəfindən verilmiş arayışdan görünür ki, Tələbkar Şərur rayon Aşağı Daşarx kəndində, Elektron Məhkəmə İnformasiya Sistemindən verilən sorğuya əsasən isə Borclu Bakı şəhəri, Binəqədi rayon, Xocahəsən qəsəbəsi, N saylı hərbi hissədə qeydiyyatdadır. Ərizəyə əlavə edilmiş 3 saylı Bakı “Asan Xidmət” mərkəzinin qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli AZ-İİ 395446 nömrəli nikah şəhadətnaməsinin surətindən görünür ki, tərəflər arasında xx.xx.2019-cu il tarixdə 2935 № li akt qeydi ilə nikah bağlanmışdır. Ərizəyə əlavə edilmiş Şərur Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2020ci il tarixli AZ-İV 463280 nömrəli doğum şəhadətnaməsinin surətindən görünür ki, tərəflər xx.xx.2020-ci il tarixdə doğulmuş X1 valideyinləridir. Məhkəmənin əsaslandırması Ərizəyə əlavə olunmuş sənədlərə əsasən tələb aşkar olduğundan və həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslandığından məhkəmə əmrinin verilməsi mümkündür. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 276.1-ci maddəsinə görə kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun barəsində mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 276.2.4-cü maddəsinə görə tələb alimentin alınması, o cümlədən atalığın müəyyən edilməsi və ya üçüncü şəxslərin cəlb edilməsi ilə bağlı olmadan yetkinlik yaşına çatmayan şəxslərə alimentin alınması haqqında verilmişdirsə həmin tələb üzrə məhkəmə əmri verilə bilər. Mülki Prosessual Məcəllənin 280-ci maddəsinə əsasən məhkəmə əmri irəli sürülmüş tələb məhkəməyə daxil olan gündən 3 gün ərzində, məhkəmə baxışı keçirilmədən və izahatları dinlənilmək üçün tərəflər çağırılmadan çıxarılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar və onlar uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 76-cı maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün, onların valideynlərindən məhkəmə tərəfindən hər ay bir uşağa görə qazancın (başqa gəlirlərin) dördə bir hissəsi miqdarında aliment tutulur. Həmin məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunduğundan məhkəmə əmrinin verilməsi üçün müəyyən edilmiş dövlət rüsumu Borclu tutulmalıdır. Yuxarıda göstərilənləri nəzərə alıb, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 275, 276, 280 və 281-ci maddələrini rəhbər tutaraq əmr etdim: xx.xx.2020-ci ildə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Bakı şəhəri, Binəqədi rayon, Xocahəsən qəsəbəsi, N saylı hərbi hissədə qeydiyyatda olan Borclu hər ay qazancının və (və ya) başqa gəlirlərinin dördə bir hissəsi miqdarda aliment xx.xx.2024-cü il tarixdən hesablanaraq Şərur rayon Aşağı Daşarx kəndində qeydiyyatda duran Tələbkar ödənilsin. Məhkəmə əmrinin veriməsi üçün müəyyən edilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Borclu tutularaq dövlət büdcəsinə köçürülsün. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Hakim: Mehdi Əliyev
Məhkəmə qərarları › İş №2(110)-1038/2024
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Məhkəmə əmri — İş №2(110)-1038/2024
10.10.2024 · Əmr icraatı - Alimentin alınması üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver