Məhkəmə qərarları › İş №2(110)-1041/2025

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №2(110)-1041/2025

19.01.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 2(110)-1041/2025 19.01.2026 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ X2 Zeynalovun sədrliyi, X4 oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi barədə” mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən törədilmiş avto qəza nəticəsinə mülkiyyətində olan nəqliyyat vasitəsinə dəymiş maddi zərərin qalan 2330 (iki min üç yüz otuz) manat, avto qəza nəticəsində nəqliyyat vasitəsinin itirilmiş dəyər fərqinin bir hissəsi olaraq 2670 (iki min alltı yüz yetmiş) manat olmaqla cəmi 5000 (beş min) manat maddi zərərin və iddia qaldırmaq üçün ödənimiş 70 (yetmiş manat) dövlət rüsumunun Cavabdeh alınaraq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı xx.xx.2026-cı il tarixdə məhkəməyə ərizə ünvanlayaraq ərizəsində Şərur Rayon Məhkəməsinin icraatında olan "pul tələbi" barədə 2(110)-1041/2025 saylı mülki iş üzrə iddiaçı qismində iştirak etdiyini, Cavabdeh ilə aralarında məhkəmədənkənar barışıq əldə olunduğunu, bu barədə barışıq sazişi imzalandığını bildirmiş, ona görə də, mülki iş üzrə icraata xitam verilməsi barədə müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda cavabdehin nümayəndəsi-Vəkil2 məhkəməyə təqdim etdiyi məlumatda İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddia qaldırdığını, tərəflər arasında barışıq sazişi imzalandığını, onun iştirakı olmadan işə baxılıb qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının iddiadan imtina etməsi barədə ərizəsini araşdırıb hesab edir ki, iddiaçının iddia tələbindən imtina etməsi qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından həmin imtina məhkəmə tərəfindən təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin; - 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir; - 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər; - 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Mülki prosessual Məcəlləsinin - 261.0.4-cü maddəsinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, iş üzrə icraata xitam verilməlidir; Sözügedən Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 122.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə, onun çəkdiyi xərclər cavabdeh tərəfindən ödənilmir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 261-264cü maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçının Cavabdeh qarşı “pul tələbi” barədə mülki iş üzrə iddiaçının iddiadan imtinası qəbul olunsun, tərəflər arasında imzalanmış xx.xx.2026-cı il tarixli barışıq sazişi təsdiq edilsin və iş üzrə icraata xitam verilsin. İddiaçı tərəfindən "xxxx" ASC-nin Şərur Filialının vasitəsi ilə X1 hesabına xx.xx.2025-ci il tarixli, ********** nömrəli qəbzlə ödənilmiş 40 manat və xx.xx.2025-ci il tarixli, ********** nömrəli ödəniş qəbzlə ödənilmiş 30 manat dövlət rüsumu geri qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə Şərur Rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlkin Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar