Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-107/2024 03.04.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maneələrin aradan qaldırılması tələbi barədə” mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Şərur rayon 1 saylı Notariat Ofisində AN-İ № ******* seriyalı 4Ə-190 qeydiyyat nömrəli, AN-İ № ******* seriyalı 4Ə qeydiyyat nömrəli, AN-İ № ******* seriyalı 4Ə-192 qeydiyyat nömrəli və AN-İ № ******* seriyalı 4Ə-193 qeydiyyat nömrəli alqı-satqı müqavilələrinə əsasən onun sahibliyində olan torpaq sahələrindən (daşınmaz əmlakdan) istifadəyə Cavabdeh və başqaları tərəfindən törədilən maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində onunla Şərur rayonu Yuxarı Aralıq kənd sakini X5 arasında xx.xx.2021-ci il tarixdə bağlanmış alqı-satqı müqavilələrinə əsasən V.Cabbarov mülkiyyətində olan ümumi sahəsi 2.1207 ha torpaq sahəsini ona satdığını, bu alqı satqının Şərur rayon 1 saylı Notariat Ofisində AN-İ № ******* seriyalı 4Ə-190 qeydiyyat nömrəli, AN-İ № ******* seriyalı 4Ə-191 qeydiyyat nömrəli, AN-İ№ ******* seriyalı 4Ə-192 qeydiyyat nömrəli və AN-İ№ ******* seriyalı 4Ə- 193 qeydiyyat nömrələri ilə qeydiyyata alındığını, aldığı torpaq sahələrinin V.Cabbarovun mülkiyyətində olduğunu və bununla bağlı hələ 2017-ci ildə MH № 0055006, MH № 0055578, MH № ******* və MH № ******* seriyalı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən müvafiq çıxrışlar da veriliyini, aralarında bağlanmış müqavilələr üzrə tərəfindən 45.000 (qırx beş min) manata yaxın pul ödənildiyini, bu səbəbdən həmin vaxt alqısatqını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmaq üçün müəyyən rüsumların ödəniməsi zərurəti yarandığını, bu rusumları ödəmək imkanının mümkünsüzlüyü səbəbindən alqı satqını rəsmiləşdirə bilmədiyini, ötən ilin sonu yəni, 2022-ci ilin dekabr ayında alqı-satqının rəsmiləşdirməsi ilə bağlı rüsumları ödədikdən sonra Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Şərur Rayon İdarəsinə müraciət etdiyində ilin sonu və işlərinin çox olması səbəbindən yeni ilin əvvəlində müraciət etməli olduğunu bildirdiklərini, yeni ilin əvvəlində isə müraciət etdiyində torpaq sahələri ilə bağlı mübahisə olduğunu bildirərək yenə, gözləməli olduğumu qeyd etdiklərini, mübahisə araşdırıldıqdan sonra özlərinin ona məlumat verəcəyini bildirdiklərini, bu minvalla alqı-satqının rəsmiləşdirilməsi gecikmiş nəticədə də mən aldığım torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmaq və mülkiyyət hqququnu rəsmiləşdirmək üçün rəsmi formada müraciət etdiyi xx.xx.2023-cü il tarixdə isə aldığı torpaq sahələri ilə bağlı mübahisə olduğundan həmin sahələrin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasının mümkünsüz olduğu bildirildiyini, bundan sonra tərəfindən Naxçıvan MR İnzibati məhkəməsinə müraciət edildiyini, hazırda da tərəfindən daşınmaz əmlak üzərində hüquqlarının Dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin Naxçıvan MR DƏTMDXnin Şərur Rayon İdarəsinin üzərinə qoyulması barədə tələbimə dair 2-1 (122)-1401/2023 saylı iş həmin məhkəmənin icraatında olduğunu, notarial qaydada bağlıanılmş alqı-satqı müqavilələrinə əsasən daşınmaz əmlaka dair hüquqları dövlət qeydiyyatına alınmadığından yuxarıda göstərilən torpaq sahələri barədə sərəncam hüququ olmasa da faktiki olaraq həmin əmlaklara dair sahiblik və istifadə hüququ mövcuddur və iki ildir ki, qeyd edilən torpaq sahələrinin əkilib becərilməsi tərəfindən həyata keçirildiyini, lakin bu yaxınlarda isə ona həmkəndlisi Cavabdeh ona məxsus, onun sahibliyində olan torpaq sahələrinin şumlatdığını və həmin torpaq sahələrindən istifadə etməklə onun hüquqlarını pozduğunu, eyni zamanda sahibliyində olan əmlakdan istifadəyə maneə törətməkdə olduğunu, cavabdehin bu davranışlarını guya torpaq sahələrinin ona məxsus olması ilə əlaqəndirdiyini, mübahisənin məhkəmədən kənar həll edilməsi istiqamətində göstərdiyi səylərin nəticəsiz qaldığından, hazırki tələblə məhkəməyə müraciət etidiyini, ərizəsində göstərilənlərə əsasən iddiasının təmin edilməli, pozulmuş mülkiyyət hüquqlarının bərpa edilməklə Cavabdeh tərəfindən törədilən əmlakımdan istifadəyə yönəldilmiş maneələr aradan qaldırılmalı olduğunu bildirmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı izahatında iddia ərizəsində qeyd etdiyi xüsusatlarla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh izahatında iddianı qəbul etmədiyini, həmin torpaq sahələrinin onun qohumlarına məxsus olduğunu, həmin torpaqları onun istifadəsinə verdiklərini, uzun müddət həmin torpaq sahələrini özünün əkib becərdiyini, sonradan X5 həmin torpaq sahələrini Bələdiyyə torpaqları kimi öz adına sənədlədirdiyini, bir müddətdən sonra həmin torpaqları Şərur rayon 1 saylı notariat ofisinin xüsusi notariusunda bağlanmış Daşınmaz Əmlakın Alqı-Satqı Müqavilələri əsasında İlham Qafar oğluna satdığını, İddiaçı bir müddət həmin torpaqları əkib-becərdiyini, haliyədə həmin torpaqları mülkiyyətçiləri ilə birlikdə özünün əkdiyini, həmin torpaqların əsl sənədlərinin də mülkiyyətçilərdə olduğunu, həmin torpaqlardan iddiaçının heç bir halda istifadə etməsinə imkan verməyəcəklərini, həmin torpaqları iddiaçıya qaytarmayacaqlarını qeyd edərək məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarına və tədqiq olunmuş digər sübutlara məcmu halda qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: - xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, Şərur rayonu Yengicə kəndində 0.25 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi tam mülkiyyət üzrə X3 adına qeydiyyata alınmışdır; - Şərur rayon 1 saylı notariat ofisinin xüsusi notariusunun xx.xx.2021-ci il tarixli, 4Ə-190 nömrəli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsindən görünür ki, İddiaçı Şərur rayon Yengicə kəndində yerləşən 0.25 hektar torpaq sahəsini tam mülkiyyət üzrə X1 2500 manata almışdır; - xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, Şərur rayonu Yengicə kəndində 0.26 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi tam mülkiyyət üzrə X3 adına qeydiyyata alınmışdır; - Şərur rayon 1 saylı notariat ofisinin xüsusi notariusunun xx.xx.2021-ci il tarixli, 4Ə-191 nömrəli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsindən görünür ki, İddiaçı Şərur rayon Yengicə kəndində yerləşən 0.26 hektar torpaq sahəsini tam mülkiyyət üzrə X1 2500 manata almışdır; - xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, Şərur rayonu Yengicə kəndində 0.5253 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi tam mülkiyyət üzrə X3 adına qeydiyyata alınmışdır; - Şərur rayon 1 saylı notariat ofisinin xüsusi notariusunun xx.xx.2021-ci il tarixli, 4Ə-192 nömrəli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsindən görünür ki, İddiaçı Şərur rayon Yengicə kəndində yerləşən 0.53 hektar torpaq sahəsini tam mülkiyyət üzrə X1 5000 manata almışdır; - xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, Şərur rayonu Yengicə kəndində 1.0854 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi tam mülkiyyət üzrə X3 adına qeydiyyata alınmışdır; - Şərur rayon 1 saylı notariat ofisinin xüsusi notariusunun xx.xx.2021-ci il tarixli, 4Ə-193 nömrəli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsindən görünür ki, İddiaçı Şərur rayon Yengicə kəndində yerləşən 1.0854 hektar torpaq sahəsini tam mülkiyyət üzrə X1 5000 manata almışdır; Beləliklə də, məhkəmə tədqiqatı zamanı müəyyən olunmuşdur ki, mübahisə predmeti olan Şərur rayon Yengicə kəndi ərazisində yerləşən 0.25 ha, 0.5253 ha, 0.26 ha, 1.0854 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi ümumi tam mülkiyyət hüququ ilə X4 məxsus olmuşdur. Şərur rayon 1 saylı notariat ofisinin xüsusi notariusunun xx.xx.2021-ci il tarixli, 4Ə-190, 4Ə-191, 4Ə-192, 4Ə-193 nömrəli Daşınmaz Əmlakın Alqı-Satqı Müqavilələrinə əsasən X5 həmin torpaq sahələrini İddiaçı satmışdır. İddiaçı həmin torpaqları Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata aldıra bilməsədə mübahisə predmeti olan torpaq sahələri üzərində sahiblik və istifadə hüquqları mövcuddur. Lakin buna baxmayaraq baxmayaraq cavabdehin və digər şəxslərin mane yaratması nəticəsində iddiaçı sahibliyində olan həmin torpaq sahələrindən istifadə edə bilmir. Halbuki hər bir kəs mülkiyyətində olan əmlakı üzərində digər şəxslərin hüquqlarını məhdudlaşdırmadan sərbəst surətdə sahiblik, istifadə və sərəncam vermək səlahiyyətinə malikdir. Ona görədə iddia təmin edilərək Şərur rayon 1 saylı Notariat Ofisində AN-İ № ******* seriyalı 4Ə-190 qeydiyyat nömrəli, AN-İ № ******* seriyalı 4Ə-191 qeydiyyat nömrəli, AN- İ № ******* seriyalı 4Ə-192 qeydiyyat nömrəli və AN-İ № ******* seriyalı 4Ə-193 qeydiyyat nömrəli Daşınmaz Əmlakın Alqı-Satqı Müqavilələrinə əsasən Şərur rayon Yengicə kəndi ərazisində İddiaçı sahibliyində olan torpaq sahələrindən istifadəyə Cavabdeh və başqaları tərəfindən yaradılan maneələr aradan qaldırılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının: - 13-cü maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; - 29-cu maddəsinin 2-ci bəndinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəllənin: - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; - 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; - 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Eyni zamanda “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “Mançini İtaliyaya qarşı” işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, şəxsin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etməsinə müdaxilədir. “Loizidu Türkiyəyə qarşı” iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında göstərilir ki, şəxsin öz mülkiyyətinə daxil olmaq imkanından məhrum edilməsi nəticəsində onun mülkiyyəti üzərində nəzarəti və həmçinin mülkiyyətindən maneəsiz istifadə etmək imkanını tamamilə itirməsi mülkiyyətçinin ona məxsus əmlakına mülkiyyət hüququnun, bununla da “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin tələblərinin pozulması baş vermişdir. Beləliklə, qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək kimi hüquqi təsbit olunmuş geniş səlahiyyətidir, həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: - 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur; - 111-ci maddəsinin tələbinə görə, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 239.2-ci maddəsinə əsasən fizik və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Beləliklə, işin müəyyən olunmuş faktiki hallarından aydın olur ki, cavabdehin və digər şəxslərin hazırki vəziyyətdə iddiaçının sahibliyində olan torpaq sahələrindən istifadəsinə müdaxiləsi hər hansı hüquqi əsasa söykənməməklə, iddiaçının daşınmaz əmlak üzərində əmlak hüquqlarının kobud surətdə pozulması ilə nəticələnmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır; - 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; - 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinə məhkəmədə baxılması ilə iddiaçı tərəfindən məhkəməyə müraciət etməsi ilə əlaqədar ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun cavabdehlərdən tutulmasını tələb etmədiyindən, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Şərur rayon 1 saylı Notariat Ofisində AN-İ № ******* seriyalı 4Ə-190 qeydiyyat nömrəli, AN-İ № ******* seriyalı 4Ə-191 qeydiyyat nömrəli, AN-İ № ******* seriyalı 4Ə-192 qeydiyyat nömrəli və AN-İ № ******* seriyalı 4Ə-193 qeydiyyat nömrəli Daşınmaz Əmlakın Alqı-Satqı Müqavilələrinə əsasən Şərur rayon Yengicə kəndi ərazisində İddiaçı sahibliyində olan torpaq sahələrindən istifadəyə Cavabdeh və başqaları tərəfindən yaradılan maneələr aradan qaldırılsın. İddia qaldırılarkən iddiaçı tərrəfindən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №2(110)-107/2024
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-107/2024
03.04.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver