Məhkəmə qərarları › İş №2(110)-1091/2023

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-1091/2023

25.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-1091/2023 25.12.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması tələbi barədə” mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şərur rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(110)-390/2019 saylı qətnaməsi ilə xx.xx.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş 100 (bir yüz) manat məbləğinə müəyyən edilmiş alimentin miqdarının artırılaraq hər ay 220 (iki yüz iyirmi) manat miqdarında sabit pul məbləğində alimentin Cavabdeh tutularaq övladlarının yetkinlik yaşına çtanadək saxlanılması üçün onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində, Cavabdeh ilə xx.xx.2018-ci il tarixdə el adət-ənənələrinə uyğun nikahlarını dövlət orqanlarında rəsmi qeydiyyata aldırmadean ümumi təsərrüfat aparmaqla ailə həyatı qurduqlarını, xasiyyətlərinin uyğun gəlməməsi səbəbindən Cavabdehla tez-tez ailə-məişət zəminində mübahisələr etməyə başladıqlarını, bunun da onların ailə münasibətlərində soyuqluğun yaranmasına səbəb olduğunu və onların 2018-ci ilin sentyabr ayında ayrı yaşamağa başladıqlarını, ayrı yaşadıqları müddətdə onların bir övladı_ xx.xx.2019-cu il təvəllüdlü X4 doğulduğunu, ayrı yaşadıqları müddətdə Cavabdeh nə onunla nə də övladları ilə maraqlanmadığını, gündəlik zəruri tələbatlarının ödənilməsi üçün maddi köməklik göstərmədiyini, ona görə də Cavabdeh qarşı aliment tələbi ilə məhkəməyə müraciət etdiyini və Şərur Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(110)-390/2019 saylı qətnaməsinə əsasən övladları- xx.xx.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 100 (bir yüz) manat miqdarında sabit pul məbləğində alimentin Cavabdeh tutularaq onun xeyrinə ödənilməsinin müəyyən edildiyini, birgə nikahdan doğulmuş övladları Əlinin artıq böyüdüyünü, onun 5 yaşı olduğunu və gündəlik zəruri tələbatının da artdığını, Cavabdeh isə aliment ödəməkdən başqa uşaqla ümumiyyətlə maraqlanmadığını, ödədiyi alimentin miqdarının isə “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü ildə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumundan çox aşağı olduğunu və alimentin miqdarının övladlarının gündəlik zəruri tələbatını ödəməyə belə yetmədiyini, ona görə də, Şərur Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(110)-390/2019 saylı qıtnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılmalı olduğunu hesab etdiyini, onun aralarında olan ailə münasibətlərində irəli gələn alimentin miqdarının artırılması tələbinə dair mübahisənin məhkəmədən kənar həll edilməsi məqsədilə Mediasiya Təşkilatına müraciət etdiyini, lakin ilkin mediasiya sessiyasının vaxtı və yerinin Cavabdeh bildirilsə də cavabdehin ilkin mediasiya sessiyasında iştirak etmədiyini, ona görə də Mediasiya Təşkilatı tərəfindən xx.xx.2023-cü il tarixdə mediasiya prosesinə xitam verilməsi barədə protokol tərtib edilərək ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə R-772/2023 saylı arayış verildiyini, buna görə də Cavabdeh qarşı alimentin məbləğinin artırılması tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətinin yarandığını bildirmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı izahatında iddia ərizəsində qeyd etdiyi xüsusatlarla eyni məzmunlu izahat verərək əlavə olaraq izahatında özünün hərbi qulluqçu olduğunu, 1200 manat əmək haqı aldığını, onun 500 manatını hər gün işə gedib-gəlmək üçün taksilərə xərclədiyini, qalan pulun isə özünün, anasının və uşağının təminatının ödənilməsinə, banka olan kredit borcunun ödənilməsinə yetmədiyini, cavabdehin şəhid ailəsi olduğu üçün əlavə olaraq ayda 600 manat məbləğində prezident təqaüdü aldığını, sosial yardım aldığını, həmçinin 15 gündən bir Türkiyə Respublikasına gedərək oradan qida məhsulları, yuyucu vasitələr gətirərək mağzalara satmaqla əlavə qazanc əldə etdiyini qeyd edərək məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh izahatında iddianı qəbul etmədiyini, Sədərək rayon X1 xadimə işlədiyini, 349 manat əmək haqqı aldığını, başqa heç yerdən gəlirinin olmadığını, həmin puldan 100 manat aliment ödədiyini, atasının şəhid olduğunu, 600 manat məbləğində prezident təqaüdünü anasının aldığını, ona heç bir aidiyyəti olmadığını, sosial yardım almadığını, ayda bir dəfə qida məhsulları almaq üçün Türkiyə Respublikasına getdiyini, lakin satmaq üçün deyil, öz ailə ehtiyacları üçün aldığını, iddiaçının isə hərbi qulluqçu olduğunu, 1200 manat əmək haqqı aldığını, yenədə alimentin artırılmasını istədiyini, aliment artırılarsa ödəyə bilməyəcəyini qeyd edərək, məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatına və toplanmış sübutlarla məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Şərur rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 08 aprel 2019-cu il tarixli AZ-İ № 135894 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh 02 mart 2019-cu ildə İddiaçı doğulmuş X4 atası hesab edilmişdir. Bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2019-cu il tarixdə 09 nömrə ilə qeyd edilmişdir. - Sədərək rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 08 aprel 2019-cu il tarixli AZ-İV № 165532 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, iş üzrə tərəflər xx.xx.2019-cu il təvəllüdlü X4 valideyinləridir; - Şərur Rayon Məhkəməsinin 2(110)-390/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsinin məzmunundan görünür ki, iddia qismən təmin edilmiş, xx.xx.2019-cu il tarixdən hesablanmaqla Cavabdeh xx.xx.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 100 (bir yüz) manat sabit pul məbləğində aliment tutularaq anası-İddiaçı xeyrinə ödənilməsi qərara alınmışdır. - Şərur rayon Cəlilkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 100 saylı, xx.xx.2023-cü il tarixli arayışından görünür ki, İddiaçı aşağıdakı tərkibdən ibarət ailə üzvləri vardır.

1. anası: X5. xx.xx.1972

2. oğlu: X6. xx.xx.2019 - Sədərək rayon Təhsil Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3/388 nömrəli arayışdan görünür ki, Cavabdeh həqiqətən də Sədərək rayon X1 xadimə işləyir. Vergi və Sosial ayırmalar çıxıldıqdan sonra sərbəst əmək haqqı 349.69 manat təşkil edir. Məhkəmə tədqiqatı zamanı müəyyən olunmuşdur ki, Şərur Rayon Məhkəməsinin 2(110)-390/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, xx.xx.2019-cu il tarixdən hesablanmaqla Cavabdeh xx.xx.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 100 (bir yüz) manat sabit pul məbləğində aliment tutularaq anası-İddiaçı xeyrinə ödənilməsi qərara alınmışdır. İddiaçı yenidən məhkəməyə müraciət edərək haliyədə birgə nikahdan doğulmuş övladının artıq böyüdüyünü, onun gündəlik zəruri tələbatının da artdığını, Cavabdeh oğıunun isə aliment ödəməkdən başqa uşaqla ümumiyyətlə maraqlanmadığını, ödədiyi alimentin miqdarının isə “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü ildə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumundan çox aşağı olduğunu və aliment miqdarının övladının gündəlik zəruri tələbatını ödəməyə belə yetmədiyini bildirmişdir. Məhkəmə yetkinlik yaşına çatmayan uşağın yaş həddini, uşağın üstün mənafeyini və digər diqqətəlayiq hallarını, cavabdehin ödədiyi 100 manat alimentin uşağın mənafeyinə uyğun olmamasını, uşağın təminatının əvvəlki vəziyyətdə saxlanılmasının vacibliyini, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsini, cavabdehin aylıq 349.69 manat əməkhaqqı almasını, şəhid ailəsi olmaqla aylıq 600 manat prezident təqaüdü almasını, iddiaçının özünündə hərbi qulluqçu olaraq 1200 manat əmək haqqı almasını, qətnamənin gələcəkdə icra oluna bilmə imkanını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin olunmalı, Şərur Rayon Məhkəməsinin 2(110)-390/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilərək hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla 02 mart 2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməli, iddia digər hissədə rədd edilməlidir. Məhkəmə qeyd edir ki, uşağın himayəsində yaşadığı valideyninin işləməsi, digər valideynə münasibətdə yuxarı məbləğdə əmək haqqı alması, digər valideynin isə aylıq təminatının aşağı olması onu aliment öhdəliyindən azad etmir, çünki hər iki valideyn uşaq üzərində bərabər hüquq və vəzifələrə malik olmaqla uşağı saxlamağa borcludurlar. Eyni zamanda məhkəmə qeyd edir “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Qanuna görə yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu isə özlüyündə müəyyən meyar kimi çıxış edərək minimum təminat səviyyəsini nəzərdə tutur. Məhkəmə onuda qeyd etməyi zəruri hesab edir ki, valideynlər uşaqlar barəsində bütün məsələlərdə diqqətlərini uşaqların mənafelərinin daha yaxşı təmin edilməsinə yönəltməli, onları zəruri olan müdafiə və qayğı ilə təmin etməli, uşaqların həyat şəraitini yaxşılaşdırmalı, sağlam inkişaf etməsini maksimum mümkün olan dərəcədə təmin etməli, habelə uşaqların xüsusi diqqətə möhtac olduqlarını unutmamalıdırlar. Azərbaycan Respublikası Konstitusiyasının: - 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir; - 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: - 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər; - 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər; - 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə görə cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Həmçinin «Uşaq Hüquqları Haqqında» Azərbaycan Respublikası Qanunun: - 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür; - 13-cu maddəsinə əsasən uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; - 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə görə də, valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə məsuliyyət daşıyırlar. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, “...uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir”. X3 Məhkəməsi Plenumu qeyd etmişdir ki;

1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir;

2. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmçinin "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 nömrəli qərarının 8..2-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin Qərarın 8.14-cü bəndinə əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə həmçinin dövlət büdcəsinə ödənilməli olan dövlət rüsumu ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: - 8.1.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində rüsum ödənilir; - 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.6-cı maddəsinə müvafiq olaraq iddianın qiyməti ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda - ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir. Hazırkı iddianın artırılmış məbləği 60 manatdır ki, bu da il ərzində 720 manat (60x12) təşkil etdiyindən və və iddia qiyməti 1.000 manatadək olduğundan, buna müvafiq olaraq da 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilməlidir. Çünki, həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Məhkəmə yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq,

qət etdi: İddia qismən təmin edilsin. Şərur Rayon Məhkəməsinin 2(110)-390/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilsin və hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla 02 mart 2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia digər hissədə rədd edilsin. İddianın təmin edilmiş hissəsinə münasib olaraq ödənilməsi müəyyən olunmuş 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə köçürülsün. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar