Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-1095/2023 25.12.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 7500 (yeddi min beş yüz) manat borc məbləğinin, borcun gecikdirilməsinə görə illik ( 2 il 11 ay) 5% hesablanmaqla, 1093.75 (min doxsan üç) manat yetmiş beş qəpik, ümumilikdə 8593,75 (səkkiz min beş yüz doxsan üç) manat yetmiş beş qəpik məbləğində pulun tutularaq ona (iddiaçıya) ödənilməsi, iddia ərizəsi ilə əlaqədar məhkəməyə ödədiyi 111 (bir yüz on bir) manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində Cavabdeh ilə aralarında 10 iyun 2020-ci il tarixdə 1S-4799 resstr nömrəsi ilə Kredit Müqaviləsi” bağlandığını, həmin müqavilənin onların hər ikisinin öz razılıqları ilə bağlanaraq imzalandığını, müqavilənin Şirvan şəhəri, 1 saylı notariat ofisinin xüsusi notariusu X1 notariat ofisində bağlandığını, notarius tərəfindən müqavilənin qanunamüvafiq qaydada bağlanmasının təsdiq edildiyini, müqavilənin notariat reestrində 3M-175 və 1S-4799 № ilə qeyd edilməklə informasiya sisteminə daxil edildiyini, həmin müqaviləyə əsasən Cavabdeh ondan 7500,0 (yeddi min beş yüz) manat məbləğində borc aldığını, qeyd olunan borc pulu 10 avqust 2020-ci il tarixədək geri qaytarmağı öz öhdəsinə götürdüyünü, lakin bügünə kimi cavabdeh tərəfindən ona (iddiaçıya) heç bir ödəniş edilmədiyini, tərəfindən 26 iyul 2023-cü il tarixdə Cavabdeh pretenziya (xəbərdarlıq) məktubunun göndərildiyini, həmin məktubda müqavilə öhdəliyi üzrə 7500 manat məbləğində borcu 3 gün ərzində ona ödəməsini xahiş etdiyini, borcu ödəmədiyi halda məhkəməyə müraciət edəcəyini, məhkəməyə müraciəti ilə bağlı rüsumu, ödənişin gecikməsinə görə tətbiq olunan ödənişi, hüquqi xidmətlərə görə vəkilə ödənilən məbləği də həmçinin cavabdehdən tələb edəcəyini bildirdiyini, cavabdeh (borclu) Cavabdeh tərəfindən kredit müqaviləsi üzrə öhdəliyi yerinə yetirməməsi nəticəsində ona əlavə olaraq zərər dəydiyini bildirmişdir. İddiaçı və iddiaçının vəkili-nümayəndəsinə məhkəmə iclaslarının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, onlar məhkəmə baxışı iclaslarına gəlməmişlər, lakin iddiaçının xx.xx.2023-cü il tarixdə məhkəməyə göndərdiyi ərizənin məzmunundan görünür ki, o, 25 dekabr 2023-cü il saat 14:30-a təyin edilmiş məhkəmə iclasını onun və vəkilinin iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə müvafiq olaraq mülki işə iddiaçının və iddiaçının vəkili-nümayəndəsi iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada dəfələrlə məlumat verilmiş, o, məhkəmə baxışlarına gəlməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə müvafiq olaraq məhkəmə baxışı iclası cavabdehin iştirakı olmadan keçirilmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının iddia ərizəsində qeyd etdiklərini və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2020-ci il tarixli Kredit müqavilənin 1-ci bəndindən görünür ki, Borcverən Borcalana 7500 (yeddi min beş yüz) manat məbləğində pul borc verir. Həmin müqavilənin 2-ci bəndinə əsasən Borcalan krediti xx/xx/2020 (on avqust iki min iyirminci il) tarixədək Borcverənə qaytarmağı öhədisə götürür. Həmin müqavilənin 3-cü bəndinə əsasən tərəflər kreditin faizsiz verilməsini şərtləşdirirlər. Həmin müqavilənin 8-ci bəndinə əsasən borcalan müqavilə üzrə müəyyən edilmiş müddətdə krediti qaytarmadıqda və ya faizləri ödəmədikdə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyacaqdır. Həmin müqavilənin 9-cu bəndinə əsasən bu müqaviləyə dəyişikliklər və ya əlavələr olunması, yaxud onun ləğv edilməsi tərəflərin yazılı razılığı əsasında, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həyata keçirilir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli, ********** nömrəli qəbzdən görünür ki, məhkəməyə müraciət etmək üçün İddiaçı tərəfindən Azərbaycan Respublikası Mərkəzi X4 Portalı vasitəsilə dövlət büdcəsinə 111 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tədqiqatı zamanı müəyyən edilmişdir ki, bir tərəfdən Borcverən İddiaçı, digər tərəfdən isə Borcalan Cavabdeh olmaqla xx.xx.2020-ci il tarixdə Kredit müqaviləsi bağlanmış və bununla da tərəflər arasında onların qarşılıqlı hüquq və vəzifələrini müəyyən edən öhdəlik münasibətləri yaranmışdır. Borcverən Kredit müqaviləsinə əsasən üzərinə düşən öhdəliyi yerinə yetirərək borcalana 7500 (yeddi min beş yüz) manat məbləğində pulun verilməsini təmin etsədə, lakin borcalan həmin müqaviləyə əsasən müəyyən olunmuş qaydada borcun qaytarılması öhdəliyini yerinə yetirməmiş, aldığı borcu geri qaytarmamışdır. Ona görə də cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etmədiyindən, iddiaçı tərəfindən Borc müqaviləsi üzrə nəzərdə tutulmuş borcun cavabdehdən alınaraq ona ödənilməsi məqsədi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - əvvəlki redaksiyada olan 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; - əvvəlki redaksiyada olan 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır; - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; - 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; - 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; - 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; - 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur; - 76.2-ci maddəsində göstərilir ki, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir; Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi müqavilə bitdikdən sonra hesablanan gecikdirilmiş faiz borcu üzrə 1093.75 (min doxsan üç manat yetmiş beş qəpik) manat məbləğində faiz borcunun tutulması hissəsində də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» xx.xx.2014-cü il tarixli Qərarının ikinci hissəsinə əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi müqavilə bitdikdən sonra hesablanan gecikdirilmiş faiz borcu üzrə 1093.75 (min doxsan üç manat yetmiş beş qəpik) manat tutulması hissəsində də təmin edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək belə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 7500 (yeddi min beş yüz) manat əsas borc, müqavilə bitdikdən sonra hesablanan gecikdirilmiş faiz borcu üzrə 1093.75 (min doxsan üç manat yetmiş beş qəpik) manat olmaqla, ümumilikdə 8593.75 (səkkiz min beş yüz doxsan üç manat yetmiş beş qəpik) manat məbləğində pul alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 119.1 maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddiaçı tələb etdiyidən, onun məhkəməyə müraciət etməsi ilə əlaqədar ödədiyi 111 (bir yüz on bir) manat dövlət rüsumunun əvəzi də Cavabdeh alınaraq İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırı; - 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır... Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 7500 (yeddi min beş yüz) manat əsas borc, müqavilə bitdikdən sonra hesablanan gecikdirilmiş faiz borcu üzrə 1093.75 (min doxsan üç manat yetmiş beş qəpik) manat, cəmi 8593.75 (səkkiz min beş yüz doxsan üç manat yetmiş beş qəpik) manat borc və 111 (bir yüz on bir) manat dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 8704.75 (səkkiz min yeddi yüz dörd manat yetmiş beş qəpik) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. Qətnamədən, o tərəfə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №2(110)-1095/2023
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-1095/2023
25.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver