Məhkəmə qərarları › İş №2(110)-1100/2023

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №2(110)-1100/2023

11.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 2(110)-1100/2023 11.12.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 2000 (iki min) manat və 30 manat məbləğində dövlət rüsumunun alınıb ona, İddiaçı verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmənin hazırlıq iclasında iştirak etməmişlər. Məhəkəmə hazırlıq iclasını onların iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş, məhkəmə tərəfindən işin icraatı mümkün hesab edilərək tərəflərə məhkəmə hazırlıq iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat göndərilmişdir. İddia ərizəsinə əlavə edilmiş cavabdehin şəxsiyyət vəsiqəsinin surətindən onun Şərur rayon Danyeri kəndində qeydiyyatda olması müəyyən edildiyindən məhkəmə bildirişi və ona əlavə olunmuş sənədlər həmin ünvana göndərilmişdir. Lakin zərf poçt şöbəsi tərəfindən geri qaytarılaraq, zərfin üzərində vətəndaşın Hövsan qəsəbəsində yaşadığı qeyd edilmişdir. Bundan sonra “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə əldə olunan şəxsiyyət vəsiqəsi məlumatlarından Cavabdeh Bakı Şəhəri, Binəqədi Rayonu, Xocəsən Ə/D, Sulutəpə qəsəbəsi ünvanında qeydiyyatda olması müəyyən edilmişdir. Məhz bu baxımdan məhkəmə bu qənaətə gəlir ki, hazırki mülki işə Şərur Rayon Məhkəməsində baxıla bilməz. Belə ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: - 35.1-ci maddəsinə əsasən iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir; - 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir; - 44.2.2-ci maddəsinə əsasən, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir; -45.2-ci maddəsinə əsasən məhkəmə mübahisənin ərazi aidiyyəti ilə bağlı bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər; -45.3-cü maddəsinə əsasən işin bir məhkəmədən başqa məhkəməyə verilməsi həmin qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra icra edilir. Yuxarıda qeyd olunanlara əsaslanaraq məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 35, 44, 45, 263- 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” mülki iş materialı baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, o tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şərur Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar