Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-112/2024 20.02.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əldən çıxmış faydanın və dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh və ailəsinin Şərur rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il 04 nömrəli qərarı ilə mülkiyyətlərində olan Şərur rayon Mahmudkənd kənd ərazisində yerləşən 0.53 ha torpaq sahəsinin və yaxud bazar qiyməti ilə 8000 manat pulun, yonca əkilməsi üçün xərclənmiş 1000 manat pulun və məhv etdiyi yoncaya görə 100 manat pulun, ümumilikdə 9100 manat pulun cavabdehdən alınaraq xeyrinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbinin əsası kimi Şərur rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il 04 nömrəli qərarı ilə Cavabdeh və ailəsi X9, X6, X7, X10, X5, Nümayəndə birgə mülkiyyətinə Şərur rayon Mahmudkənd ərazisində kənd təsərrüfatı məhsuları istehsalı üçün 0.53 ha olmaqla torpaq sahəsi JN-1051 nömrəli 10204028 kodlu torpağın mülkiyyətə verilməsinə dair dövlət aktı ilə rəsmiləşdirilməklə mülkiyyətlərinə verildiyini, cavabdehin JN-1051 nömrəli 0.53 ha torpaq sahəsini əvvəl Şərur rayon Muğancıq Mehrab kənd sakini Həsən adlı şəxsə satdığını, Həsən adlı şəxsdən isə həmkəndlisi X2 2000 manat ödəməklə aldığını, Mübariz isə ona həmin torpaq sahəsinə dair mülkiyyət hüququ haqqında şəhadətnaməni verdiyini, həmin torpağı aldıqdan sonra yonca əkdiyini, yoncanın adətən 6-7 il istifadə olunduğunu, 2021-ci ildən yenidən şumladıb yonca əkdiyini, əkimə 1000 manat pul xərclədiyini, bir neçə il əvvəl X5 torpaq sahəsinə dair mülkiyyət hüququ haqqında şəhadətnaməni ondan tələb etdiyini, o isə həmin torpaq sahəsini həmkəndlisi X2 2013-cü ildə 2000 manat ödəməklə aldığını ona bildirdiyini, lakin buna baxmayaraq 2023-cü ilin dekabr ayında cavabdehin həmin torpaq sahəsini X2 aldığını, 10 ildir ki, həmin torpağa sahiblik etdiyini, orada yonca əkdiyini nəzərə almadan və əlavə olaraq 100 manat dəyərində yoncanı məhv edərək şumlatdığını, cavabdehin satdığı torpaq sahəsini geri qaytarılmasını tələb etdiyini, belə olan halda torpağın bazar qiyməti ilə hesablanaraq qaytarılmasının ədalətli olacağını onlara bildirdiyini, 2013-cü ildə 0.53 ha torpaq sahəsi üçün 2000 manat ödənilirdisə, hazırda həmin torpaq sahəsinin alınması üçün bugünkü bazar qiyməti ilə 8000 manat tələb olunduğunu, tərəfindən 2013cü ildə torpaq sahəsinə görə 2000 manat ödəməyinə baxmayaraq torpaq sahəsinin üzərindəki hüquqlarının rəsmiləşdirilməsindən torpağın mülkiyyətçisi cavabdehin qəsdən boyun qaçırması onu əhəmiyyətli dərəcədə ziyana saldığını, əldən çıxmış faydanın və dəymiş ziyanın əvəzinin ödənilməsi tələbi ilə onların razılaşmadıqlarını, ona görə də pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qaldığını bildirmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclaslarında iştirak edən İddiaçı izahatında iddia ərizəsində qeyd olunan halları təsdiq etdiyini, İbrahimin torpaq sahəsini Həsən adlı şəxsə satdığını, Həsənin də Həsənov Mübarizə satdığın, özünün və qardaşının Mübarizdən həmin torpaq sahəsini almaq istədiklərini ona bildirdiklərini, İbrahimin ona imkanının olmadığını, pulu onun verməyini və borcunu sonra qaytaracağını bildirdiyini, onlar torpaq sahəsini Mübarizdən aldıqlarını, o vaxtdan həmin yeri onun istifadə etdiyini, İbrahimin oğlunun ona zəng edərək torpaq sahəsinin sənədlərinin lazım olduğunu və ona göndərməyini istədiyini, o isə sənədin surətini ona göndərən zaman ondan sənədin əslini istədiyini, onlara pulunu verdikdən sonra sənədin əslini göndərəcəyini bildirdiyini, cavabdehin 6-7 ay bundan əvvəl onun kartına hissə-hissə olaraq 2000 manat pul köçürdüyünü, o isə həmin məbləğlə razı olmadığını, çünki o vaxt torpağın qiymətinin 2000 manat olduğunu, indi isə 10000 manat olduğunu, pulu ona ödədikdən sonra torpaq sahəsini şumladaraq əkdiyi yoncanı məhv etdiklərini bildirərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə izahatında iddianı qəbul etmədiyini, Mübarizin atasına zəng vuraraq torpaq sahəsini satmaq istədiyini bildirdiyini, atasının həmin vaxtı əmisinə 2000 manatı onun verməsini və ona sonra qaytaracığını bildirdiyini, atasının torpaq sahəsini aldığı vaxtdan əmisinin oranı isifadə etdiyini, iddiaçıdan torpağın sənədlərini tələb edəndə o pulu ödədikdən sonra qaytaracağını bildirdiyini, atasının 2023-cü ildə 2000 manat pulu onun kartına vurduğunu, pulu göndərdikdən sonra atası iddiaçıya zəng vuraraq həmin torpaq sahəsinin şumlatması barədə xəbərdarlıq etdiyini bildirərək iddianın rədd olunmasını xahiş etmişdir. Şahid ifadələri: Məhkəmə iclasında iştirak edən şahid X4 ifadəsində və verilən suallara cavabında mübahisəli torpaq sahəsini atasının Həsən adlı şəxsdən aldığını, atasının vəfat etdikdən sonra İbrahimin ona başqa torpaq sahəsi alıb verəcəyini, özünün torpaq sahəsini ona qaytarmağını istədiyini, bir neçə dəfə danışıqlardan sonra torpağın qiymətinin 2200 manata razılaşdıqlarını, 2000 manat pulu İbrahimin qardaşı Elmanın oğlunun ona verdiyini, 200 manatı isə İbrahimin hələ də ödəmədiyini, aralarındakı danışığın İbrahim ilə olduğunu, neçənci il olmasını xatırlamadığını, özünün həmin torpaq sahəsinə buğda əkdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən şahid X8 ifadəsində və verilən suallara cavabında tərəflər arasında torpaq sahəsi ilə bağlı mübahisənin olduğunu bilmədiyini, Nümayəndə torpaq sahəsini şumlamağını ondan istədiyini, torpaq sahəsini şumlamaq istəyən vaxtı iddiaçının buna icazə verməyərək torpağın ona aid olduğunu bildirdiyini, kəndin icra nümayəndəsinə zəng vuraraq həmin torpaq sahəsinin İbrahimin adına olduğunu öyrəndiklərini, bundan sonra həmin yeri şumladığını, həmin yerdə olan yoncanın çoxdan əkilmiş olduğunu bildirmişdir. İddiaçının suallarına cavab olaraq şahid həmin vaxtı həmin ərazidə yol nəqliyyat hadisə olduğu üçün tam işimi bitirə bilmədiyini, sonrakı gün işini bitirdiyini, həm gecə, həm də gündüz işlədiyini, onun üçün fərqi olmadığından gecə şumladığını, torpaq sahəsini bir hissəsi su olduğu üçün şumlaya bilmədiyini bildirmişdir. Yazılı sübutlar: İş materiallarında olan JN-1051 seriyalı, 10204028 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, Şərur Rayon Aqrar İslahat Komissiyasının 23 oktyabr 1998-ci il tarixli qərarı ilə Şərur rayon Mahmudkənd kəndində 0.53 ha torpaq sahəsi mülkiyyət hüquq əsasında Cavabdeh və onun ailə üzvlərinə məxsus olmuşdur. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, JN-1051 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı ilə kənd təsərrüfatı məhsullarının istehsalı üçün Cavabdeh və ailə üzvlərinin mülkiyyətinə verilmiş 5274 m2 torpaq sahəsi hazırda mülkiyyətlərindədir və həmin torpaq sahəsinin özgəninkiləşdirilməsi haqqında heç bir məlumat yoxdur. İş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, Cavabdeh 450,450,1100 manat olmaqla, ümumilikdə 2000 manat pulu İddiaçı hesabına köçürmüşdür. Məhkəmənin əsaslandırması: Məhkəmə iş üzrə işin hallarını, işdə iştirak edən şəxslərin izahatını və digər sübutları, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddia rədd edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, cavabdeh torpaq sahəsini qanunla müəyyən olunmuş əqdin notarial yazılı bağlanması şərtlərinə uyğun olmadan qeyri-rəsmi olaraq Həsən adlı şəxsə, o isə X1 adı ilə pul qarşılığında istifadəsinə vermişdir. Cavabdeh həmin torpaq sahəsini 2200 manata Həsənov Mübarizdən geri almağa razılaşmışdır. Bu zaman özünün pulu olmadığı üçün 2000 manat pulu qardaşı olan iddiaçı ödəmiş, torpağı pul qaytarılana qədər iddiaçının istifadəsinə vermişdir. Cavabdeh həmin məbləği iddiaçıya 2023-cü ildə geri qaytarmışdır (iddiaçı özü bu halı təsdiq edir). Cavabdeh pulu qaytardıqdan sonra mülkiyyətində olan torpaqdan özü istifadə etməyə başlamışdır. Beləliklə, işin faktiki hallarından görünür ki, hazırda iddiaçının tələbinin heç bir qanuni əsası yoxdur. Bu iş üzrə tərəflərin izahatları və şahid ifadələri ilə də öz təsdiqini tapmışdır. Məhkəmə iddianın rədd olmaması ilə bağlı gəldiyi nəticəni aşağıdakı hüquq normaları ilə əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, iddiaçı ona əldən çıxmış faydanın və maddi zərər vurulmasının nədə ifadə olunmasını sübut edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 217.4-cü maddəsinə görə hakim öz qərarını yanız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı əldən çıxmış faydanın və dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev
Məhkəmə qərarları › İş №2(110)-112/2024
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-112/2024
20.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver