Məhkəmə qərarları › İş №2(110)-1125/2025

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-1125/2025

30.01.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-1125/2025 30.01.2026 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov İlkin Cəlal oğlunun sədrliyi, X3 oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh Məhəmməd oğluna qarşı maddi zərərin ödənilməsi tələbinə dair mülki işə Şərur rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Məhəmməd oğlundan vurulmuş maddi zərərə görə 1137 (bir min yüz otuz yeddi) manat pulun və dövlət rüsumu olaraq ödədiyi 32 (otuz iki) manat pulun Cavabdeh Məhəmməd oğlundan alınıb onun özünə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o Şərur rayon Aşağı Yaycı kəndində yaşayır və təsərrüfatla məşğul olur. Bu ilin yay aylarında həmkəndlisi Cavabdeh Məhəmməd oğluna məxsus 0.3 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsində şərikli olaraq payız xiyarı əkmişdir. Şərikli olmasına baxmayaraq onun tərəfindən 730 manat xiyarın əkilməsinə görə, cavabdehin özünə 107 manat, zəhmət haqqı və avtomobilə xidmətə görə çəkilən xərc 300 manat, ümumilikdə 1137 manat pul xərcləmişdir. Cavabdeh isə cəmi 230 manat pul xərcləyib. Cavabdeh iddiaçıyla məhsul satışı zamanı hesablaşacağını bildirmişdir. Lakin artıq məhsul satışı başlasa da, cavabdeh onu əkdikləri sahəyə buraxmır və məhsul satışından əldə olunmuş gəlir barəsində onunla hesablaşmır. Məhsul satışından payını istəsə də, cavabdeh iddiaçıya məhsul verməkdən imtina edərək, çəkdiyi xərcləri geri qaytarmaq istəmir. Hazırda Cavabdeh Məhəmməd oğlu məhsulu bazarlarda satdırır və gəlir əldə edir. Bununla bağlı o, Cavabdeh Məhəmməd oğluna ödədiyi 1137 manat pulun geri qaytarmasını dəfələrlə tələb etsə də, o buna məhəl qoymamışdır. Cavabdeh bu hərəkətləri ilə bilərəkdən və qəsdən ona maddi və mənəvi zərər yetirmişdir. Maddi zərərin dəyəri 1137 manatdır. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianı müdafiə etdiyini, çəkdiyi xərci istədiyini, gəliri istəmədiyini, satışlarda iştirak etmədiyini, onun əkin sahəsinə buraxılmadığını, ərazini kənardan müşahidə etdiyini bildirərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prossesi zamanı Mülki prossesual qanunvericiliyin tələbinə uyğun olaraq rəsmi qaydada məlumatlandırılan iş üzrə Cavabdeh Məhəmməd oğlu məhkəmənin əvvəlki iclasılarında iştirak etsə də, yekun məhkəmə iclasında iştirak etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM 185.5-ci maddəsinə uyğun olaraq işə onun iştirakı olmadan baxılmasını mümün hesab etmişdir. 10 dekabr 2026-cı il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak edən Cavabdeh Məhəmməd oğlu izahatında əkin sahəsinə görə olan borcun 750 manat olduğunu, əkin sahəsindən yığılan məhsuldan gəlir götürmədiyini, məhsulun sahədə qaldığını, 1.5 ton məhsulu dəyər-dəyməzinə satdığını, toxum almaq və digər əkin sahəsi üçün xidmətlər iddiaçının avtomobili ilə görüldüyünü, hətta Türkiyə Respublikasına getdiklərini, müxtəlif dövrlərdə orada işləyən fəhlələrin də həmin avtomobillə işə gətirildiyini, şahidlərin də bu halı təsdiq etdiyini, lakin avtomobilə dəymiş zərərin - 300 manatın həddən artıq çox olduğunu məhkəməyə bildirmişdir. 16 yanvar 2026-cı il tarixdə keçirilmiş məhkəmə iclasına iştirak edən şahid X1 ifadəsində onun 3 dəfə Aşağı Yaycı kəndinə toxum əkmək üçün əkin sahəsinə getdiyini, onu Əli əminin Nizam ilə birlikdə gəlib apardığını, pulu ona Əli əminin verdiyini bildirmişdir. Məhkəmə tərəflərin izahatlarını və şahid ifadəsini dinləyib, iş üzrə toplanmış sübutları və işin digər hallarını tam hərtərəfli və məcmu halında nəzərdən keçirib, onları əlaqəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsi təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Sözügedən Məcəllənin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmçinin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Əlavə olaraq bu məcəllənin 21.1-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.2-ci maddəsinin məzmununa görə cavabdeh ərizə verməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, belə ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələlərini araşdırılmalıdır. İddia irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olardı.əhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə işin faktiki halları ilə tanış olaraq belə nəticəyə gəlir ki, iddiaçının hazırki iddanı irəli sürməkdə subyektiv hüquqa malik olduğu müəyyən olunur. İşin hallarına əsaslanaraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091-ci maddəsində göstərilən hallara əsasən, iddiaçı və cavabdeh, cavabdehə məxsus torpaq sahəsində birgə gəlir götürmək məqsədilə razılığa gəlmiş, lakin işin nəticəsində cavabdeh iddiaçını əraziyə buraxmamışdır, beləliklə iddiaçı satışda iştirak edə bilməmiş və gəlir götürə bilməmişdir. Belə olduğu halda iddiaçı cavabdehdən onun özü tərəfindən çəkilmiş xərci- tələb etmişdir. Məhkəmə Cavabdeh Məhəmməd oğlunun iddianı etiraf etməsinə münasibət bildirərək bu nəticəyə gəlir ki, etirafın qəbul edilməməsinə əsas verən Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 52.5-ci maddəsində göstərilən hallar yoxdur. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir.İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslıdır. Belə ki, hazırkı iş üzrə iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmişdir. Həmin Məcəllənin 106.3-cü maddəsinə görə tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Qeyd edilən Məcəllənin 220.4-cü maddəsinin tələbinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırma hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsini göstərilə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, əkinə çəkilən xərcə görə 750 (yeddi yüz əlli) manat, cavabdehin özünə verilmiş 107 (bir yüz yeddi) manat cavabdehdən alınaraq iş üzrə iddiaçıya verilməlidir. Həmçinin məhkəmə iddiaçının tələb etdiyi 300 manat məbləğində avtomobilə çəkilən yanacaq xərcini işin faktiki hallarına münasibətdə daha ağlabatan məbləğdə yəni 167 manat olması qənaətinə gələrək qeyd edir ki, cavabdehdən 167 manat alınaraq iş üzrə iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, iddia qismən təmin edildiyindən ödənilmiş 32 manat dövlət rüsumunun 28.82 manatı iddiaçıya aid edilməli, qalan 3.18 manatı isə cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. İş üzrə Cavabdeh Məhəmməd oğlundan əkinə çəkilən xərcə görə 750 (yeddi yüz əlli) manat, cavabdehin özünə verilmiş 107 (bir yüz yeddi) manat və avtomobilə çəkilən yanacaq xərcinə görə 167 (bir yüz altmış yeddi) manat olmaqla, ümumilikdə cəmi 1024 (bir min iyirmi dörd) manat borc və 28.82 (iyirmi) manat dövlət rüsumu alınaraq iş üzrə İddiaçı verilsin. Qətnamədən onun tərəflərə rəsmi təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şərur rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar