Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-113/2023 13.03.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X8 məhkəmə iclas katibliyi, iddiaçının vəkilinümayəndəsi Vəkil və mütəxəssis Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Şərur Rayon İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “yolda olan maneələrin aradan qaldırılması tələbi barədə” mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şərur rayonu Zeyvə kənd ərazisində JN-1371A nömrəli şəhadətnamə əsasında verilmiş torpaq sahəsi və üzərindəki tikilmiş yaşayış binasına keçmək üçün ümumi istifadəyə ayrılmış yolda qonşusu Cavabdeh tərəfindən yaradılmış maneələri aradan qaldırılması, hüquqi yardıma görə vəkilə ödənilmiş 300 (üç yüz) manat pulun və 100 (bir yz) manat dövlət rüsumunun Cavabdeh alınıb ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində Şərur rayon Zeyvə kənd ərazisində onun ailəsinin ümumi mülkiyyətində olan JN-1371A nömrəli şəhadətnamə əsasında verilmiş 3142 m2 həyətyanı toraq sahəsinin və üzərində tikilmiş yaşayış binasının olduğunu, yaşayış binasına keçmək üçün onlara bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin yol olaraq ayrıldığını, həmin ümumi ayrılmış yoldan istifadə etmək üçün qonşusu Cavabdeh maneələr yaratdığını, bu barədə onunla dəfələrlə Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Şərur rayon İdarəsinin mütəxəssisləri və Zeyvə kənd bələdiyyəsi tərəfindən söhbətlər aparılmasına baxmayaraq qonşusu Cavabdeh özünün qanunsuz hərəətlərinin davam etdirdiyini, onun ümümi istifadələri üçün ayrılmış bələdiyyə torpağını özününkü hesab edərək həmin torpaq sahəsinə daşları düzməklə onların həmin yoldan istifadələrinə maneələr yaratmaqla onuların hüquqlarını pozduğunu, Cavabdeh qanunazidd hərəkətləri barədə Şərur rayon polis idarəsinə yazılı məlumat verdiyini, Zeyvə kənd sahə inspektoru tərəfindən Cavabdeh ilə söhbətlər aparılmasına baxmayaraq onun qanunazidd hərəkətlərini davametdirdiyini, ona görə də qonşusu Cavabdeh ona və ailəsinə yaratdığı maneələrin aradan qaldırılması üçün məhkəməyə müraciət etmə məcburiyyətində qaldığını qeyd etmişdir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, о heç bir üzrlü səbəb göstərmədən keçirilən məhkəmə baxışı iclasında iştirak etməmiş, lakin vəkil və nümayəndə ilə təmsil olunmuşdur. Məhkəmə mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil izahatında iddiaçının iddia ərizəsində qeyd etdiyi xüsusatlarla eyni məzmunlu izahat verərək, məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, о, heç bir üzrlü səbəb göstərmədən keçirilən məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Yerində müayinə-tədqiq zamanı Cavabdeh mübahisə predmeti olan Şərur rayon Zeyvə kəndi ərazisində yerləşən torpaq sahəsinin hər zaman onun istifadəsində olduğunu, qonşusu Hüseynin yolunun qarşı tərəfdən olduğunu, indi həyətinə giriş qapısını bu yoldan qoymaq istədiyini, lakin buna imkan verməyəcəyini bildirmişdir. Məhkəmə baxışı iclasında iştirak edən mütəxəssis qismində iştirak edən Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Şərur Rayon İdarəsinin nümayəndəsi X6 izahatında mübahisə predmeti olan Şərur rayon Zeyvə kəndi ərazisində yerləşən torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid olmaqla mülkiyyətçilərin ümumi istifadəsində olduğunu, İddiaçı həmin yoldan istifadə etməsinə qonşusu Cavabdeh tərəfindən maneə yaradıldığı üçün bir müddət əvvəl İddiaçı Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Şərur Rayon İdarəsinə bununla bağlı müraciət etdiyini, idarəmizin mütəxəssisləri tərəfindən yerində məsələyə dəfələrlə baxılmasına baxmayaraq tərəflər arasında razılıq əldə edilmədiyini, Cavabdeh həmin torpaq sahəsindən keçməklə özünə məxsus yaşayış sahəsinə gedib-gəldiyini, torpaq sahəsinin onun üçün nəzərdə tutulduğunu qeyd edərək İddiaçı həmin torpaqdan istifadə etməsinə imkan vermədiyini, vətəndaş qonşusu tərəfindən ona yaradılan bu maneyə haqlı olaraq etiraz etsədə, Cavabdeh heç bir formada razı sala bilmədiklərini bildirmişdir. Məhkəmə iddiaçının iddia ərizəsində qeyd etdiklərini və iddiaçının vəkili və nümayəndəsinin, mütəxəssisin izahatlarında qeyd etdiklərinə və tədqiq olunmuş digər sübutlara məcmu halda qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - JN-1371A KOD 10206028 nömrəli Torpağa mülkiyyətə verilməsinə dair şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Şərur rayon Zeyvə kəndi ərazisində 0.30 ha torpaq sahəsi X4, X2, X5, X3 və İddiaçı ümumi birgə mülkiyyətinə verilmişdir; - Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Şərur Rayon İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli 04/407 nömrəli məktubunda qeyd olunmuşdur ki, islahat aparılan zaman xəritədə 1371A ilə qeyd olunan 3142.0 m2 həyətyanı torpaq sahəsi mərhum atanız X4 adına qeyd olunmuş və JN-1371A nömrəli şəhadətnamə verilmişdir. Ərizənizdə qeyd olunan torpaq sahəsi bələdiyyə mülkiyyətinə aid olmaqla mülkiyyətçilərin ümumi istifadəsindədir. İdarəmizin mütəxəssisləri tərəfindən yerində məsələyə dəfələrlə baxılmasına baxmayaraq tərəflər arasında razılıq əldə edilməmişdir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 103-cü maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən mübahisələr qanunvericilikdə müəyyən edilmiş qaydada müvafiq orqanlar tərəfindən həll edilir; - Şərur rayon Zeyvə kənd Bələdiyyəsinin İddiaçı ünvanladığı məlumatda qeyd olunmuşdur ki, ünvan 3mayəndəlikdə Zeyvə kənd inspektorunun iştirakı ilə həmin əraziyə baxış keçirilmiş və vətəndaş Cavabdeh Məhəmməd qızına dəfələrlə izahat verilmişdir, lakin vətəndaş sözlərə izahat məhəl qoymayır. Sizin haqlı şikayətiniz və şikayət ərizənizin həlli Zeyvə kənd bələdiyyəsinin imkanı xaricindədir; - xx.xx.2022-ci il tarixli, 04/615 nömrəli Hüquqi yardım üzrə xidmət müqaviləsinin surətindən görünür ki, İddiaçı məhkəmədə hüquqlarının müdafiəsi üçün vəkillə müqavilə bağlamışdır; - X7 Vəkillər Kollegiyasının Rəyasət Heyətinin xx.xx.2022-ci il tarixli 005607 nömrəli qəbzindən görünür ki, İddiaçı tərəfindən hüquqi xidmətə görə vəkilə 300 (üç yüz) manat ödəniş edilmişdir; - xx.xx.2022-ci il tarixli 29313 saylı Qəbzdən görünür ki, İddiaçı tərəfindən məhkəmədə iddia qaldırması üçün “Kapital Bank” Şərur filialı vasitəsilə dövlət büdcəsinə 100 (bir yüz) manat rüsum ödəmişdir. Beləliklə məhkəmə tədqiqatı zamanı müəyyən olunmuşdur ki, mübahisə predmeti olan Şərur rayon Zeyvə kəndi ərazisində yerləşən 0,30 ha həyətyanı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə X4, X2, X5, X3 və İddiaçı ümumi birgə mülkiyyətinə verilmişdir. Hazırki mübahisə predmeti olan torpaq sahəsi isə bələdiyyə mülkiyyətinə aid olmaqla tərəflərin ümumi istifadəsindədir. İddiaçı tərəflərin ümumi istifadəsində olan bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən istifadə edərək özünəməxsus yaşayış sahəsinə keçmək istəsədə, qonşusu Cavabdeh tərəfindən buna maneələr yaratdığından həmin torpaq sahəsindən istifadə edə bilmir, bir neçə dəfə cavabdehdən həmin torpaq sahəsinə törədilən maneənin aradan qaldırılmasını tələb etsədə cavabdeh könüllü olaraq həmin torpaq sahəsinə törədilən maneəni aradan qaldırmaq istəməmişdir. Həmçinin məhkəmənin və Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Şərur Rayon İdarəsinin nümayəndəsinin iştirakı ilə yerində müayinə-tədqiq zamanı da iddiaçının həmin torpaq sahəsindən istifadə etməsinə cavabdeh tərəfindən maneə yaradılması vizual olaraq müşahidə edilmişdir. Beləliklə də məhkəmə bu qənaətə gəlir ki, iddiaçı tərəfindən Şərur rayon Zeyvə kəndi ərazisində yerləşən və bələdiyyə mülkiyyətinə aid olmaqla tərəflərin ümumi istifadəsində olan torpaq sahəsindən istifadə etməklə özünün və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan torpaq sahəsinə keçməsinə Cavabdeh tərəfindən yaradılan maneələr aradan qaldırılmalıdır. İlk öncə qeyd edilməlidir ki, mübahisə predmeti olan torpaq sahəsinin bələdiyyə mülkiyyətində olmaqla tərəflərin ümumi istifadəsində olması işin mübahisəsiz halıdır. Mülkiyyətin müdafiəsi isə konstitusion hüquqdur. Azərbaycan Respublikası Konstitusiyasının: - 13-cü maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; - 29-cu maddəsinin 2-ci bəndinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: - 18-ci maddəsinnin 2-ci bəndinin ikinci abzasına əsasən yaşayış məntəqələrinin torpaqlarının tərkibinə ümumi istifadədə olan torpaqlarda yerləşən meydan, küçə, keçid, yol, sahil, park, meşə-park, xiyaban, bulvar, sututarlar, çimərlik və əhalinin ictimai tələbatının ödənilməsinə xidmət edən digər obyektlər altındakı torpaq sahələri daxildir; - 47-ci maddəsinnin 3-cü bəndinə əsasən bələdiyyə mülkiyyətinə aid olan ümumi istifadədə olan torpaqlara bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin - küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir; - 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur; - 111-ci maddəsinin tələbinə görə, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Azərbaycan Respublikasının Mülki Məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir... Beləliklə, işin müəyyən olunmuş faktiki hallarından aydın olur ki, cavabdehin hazırki vəziyyətdə iddiaçıya bələdiyyə mülkiyyətinə aid olmaqla tərəflərin ümumi istifadəsində olan torpaq sahəsindən istifadə etməsinə müdaxiləsi hər hansı qanuni-hüquqi əsasa söykənməməklə, iddiaçının hüquqlarının kobud surətdə pozulması ilə nəticələnmişdir. Eyni zamanda məhkəmə iddiaçı pozulmuş hüququnun bərpa edilməsi üçün hüquqi xidmətə görə vəkilə ödənilmiş pulun cavabdehdən tutularaq ona ödənilməsi tələbi ilə bağlı bildirir ki, iş materiallarına əlavə olunmuş 04/615 saylı xx.xx.2022-ci il tarixli hüquqi yardım üzrə xidmət müqaviləsindən və 005607 nömrəli qəbzdən görünür ki, İddiaçı məhkəmədə hüquqlarının müdafiəsi üçün vəkillə müqavilə bağlamış və hüquqi xidmətə görə vəkilə 300 (üç yüz) manat ödəniş edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin: - 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; - 115.0.6-cı maddəsinə əsasın, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir; - 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə qeyd edilənləri nəzərə alaraq və Mülki Prosesual Məcəllənin 121-ci maddəsinin tələbindən çıxış edərək hesab edir ki, iddia tələbi hüquqi xidmətə görə çəkilmiş xərc tələbinə dair hissədə qismən təmin edilərək cavabdehdən hüquqi xidmətə görə çəkilmiş xərcə görə 150 (bir yüz əlli) manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi ağılabatandır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır; - 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; - 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin etdiyindən iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun əvəzi də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı tərəfindən Şərur rayon Zeyvə kəndi ərazisində yerləşən və bələdiyyə mülkiyyətinə aid olmaqla tərəflərin ümumi istifadəsində olan torpaq sahəsindən istifadə etməklə özünün və ailə üzvlərinin ümumi birgə mülkiyyətlərində olan torpaq sahəsinə keçməsinə Cavabdeh tərəfindən yaradılan maneələr aradan qaldırılsın. Şərur rayon Zeyvə kənd sakini Cavabdeh hüquqi xidmətə görə vəkilə ödənilmiş 300 (üç yüz) manat vəkil xərcinin 150 (bir yüz əlli) manatı və 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 250 (iki yüz əlli) manat məbləğində pul alınaraq Şərur rayon Zeyvə kənd sakini İddiaçı ödənilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Seymur Qarayev
Məhkəmə qərarları › İş №2(110)-113/2023
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-113/2023
13.03.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver