Məhkəmə qərarları › İş №2(110)-116/2022

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №2(110)-116/2022

18.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 2(110)-116/2022 18.01.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Mən, Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlu, İddiaçı "xxxx" MMC-nin cavabdeh Nağıyev Anar Nadir oğluna qarşı “borc tələbi” barədə iddia ərizəsinə Şərur Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdim: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Nağıyev Anar Nadir oğluna qarşı ərizə ilə məhkəməyə müraciət edərək, 16.09.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********08555 olan Samsung Galaxy A21s markalı telefon üçün ümumilikdə 103.7 (yüz üç manat yetmiş qəpik) manat olmaqla ondan 93.7 (doxsan üç manat yetmiş qəpik) manat ödənilməmiş hissə, 10 (on) manat cərimə, 08.02.2021-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********65737 olan Samsung Galaxy A21s markalı telefon üçün 582.2 (beş yüz səksən iki manat, iyirmi qəpik) manat ödənilməmiş hissə, 58 (əlli səkkiz) manat cərimə, ümumilikdə 743.9 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu, Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşdə olan sənədləri araşdıraraq hesab edirəm ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.1-ci maddəsinin tələbinə əsasən baxılmamış saxlanılmalıdır. Belə ki, iddia ərizəsinə əlavə edilmiş tərəflər arasında bağlanmış 16.09.2020-ci il tarixli, 21176084 nömrəli Müqavilənin 4.1-ci bəndində qeyd edilmişdir ki, bu müqavilədən irəli gələn mübahisəli məsələlər tərəflər arasında danışıqlar yolu ilə həll edilir. Əks halda yaranan mübahisələr AR-nın məhkəmə sistemində AR-nın qanunvericiliyinə uyğun həll edilir. Lakin iddiaçı mübahisəli məsələləri məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsini təsdiq edən sübutları iddia ərizəsinə əlavə etməmişdir. Belə ki, iddia ərizəsinə əlavə olunmuş sənədlərdən görünür ki, iddiaçı aldığı malı tərəflər arasında bağlanmış müqavilənin 3-cü bəndinin şərtlərinə uyğun olaraq həmin malın qalıq dəyərini birtərəfli aktla qiymətləndirib onun İddiaçı MMC-nə olan borcunun ödənilməsinə yönəldilməsi üçün İddiaçı MMC-nə qaytarması, əks halda müqavilədən irəli öhdəliklərin icrası ilə əlaqədar aidiyyatı üzrə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq məktubunu 21.12.2021-ci il tarixdə cavabdehə göndərmiş, 06.01.2022-ci il tarixdə isə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. Lakin həmin xəbərdarlıq məktubunun cavabdehə çatdırılmasına və ya cavabdeh tərəfindən xəbərdarlıq məktubunda qeyd edilənlərə əməl etməməsinə dair sübutlar iddia ərizəsinə əlavə edilməmişdir. Məhz buna görə də, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31.03.2011-ci il tarixli, 3 nömrəli Qərarında qeyd edilmişdir ki, məhkəmədənkənar həlli qaydası müəyyən edilmiş işlər üzrə ərizələr yalnız o hallarda baxılmamış saxlanıla bilər ki, həmin qaydanın tətbiq edilməsi imkanı itirilməmiş olsun. Əks halda ərizə baxılmamış saxlanılmalı deyil, Azərbaycan Respublikası MPM-nin 261.0.9-cu maddəsinə müvafiq olaraq işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 13.4-cü maddəsində qeyd edilir ki, mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir; - 259.0.1-ci maddəsinə əsasən məhkəməyə müraciət etmiş iddiaçı işin qabaqcadan məhkəmədən kənar (pretenziya) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə iddia ərizəsi baxılmamış saxlanılır; - 260.3-cü maddəsinə əsasən qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. Eyni zamanda Azərbaycan Respublikası MPM-in 114.1.5-ci maddəsinə maddəsinə əsasən, İddiaçı MMC tərəfindən 23.12.2021-ci il tarixli, ********* №li qəbzlə X1 vasitəsilə dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu ərizə baxılmamış saxlanıldığından iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessul Məcəlləsinin 259-260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borc tələbi” barədə iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı MMC tərəfindən 23.12.2021-ci il tarixli, ********* №li qəbzlə X1 vasitəsilə dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu ərizə baxılmamış saxlanıldığından iddiaçıya geri qaytarılsın. Qərardaddan, o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şərur Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar