Məhkəmə qərarları › İş №2(110)-118/2022

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-118/2022

02.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-118/2022 02.02.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Mən, Şərur Rayon Məhkəməsinin hakim Qarayev Seymur Əlfəddin oğlu İddiaçı "xxxx" MM QBKT-nın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc tələbinə dair” mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdim: İddiaçı "xxxx" MM QBKT-nin nümayəndəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ərizəsində iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh1 oğlundan və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 2037,00 AZN, faiz borcuna görə 26,86 AZN, cərimə borcuna görə 0.00 AZN, cəmi 2063,86 (iki min altmış üç manat səksən altı qəpik) AZN məbləğində borcun və 40.63 manat məbləğində ödənilmiş dövlət rüsumunun "xxxx" MMQBKT-nın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsində, iddiaçı "xxxx" MM QBKT ilə Cavabdeh1 oğlu arasında bağlanmış 18.03.2020-ci il tarixli **********3100 saylı kredit müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün illik 32.00 % dərəcəsi olmaqla 18 ay müddətinə 2000 (iki min) AZN məbləğində kredit verildiyini, həmin kredit müqaviləsinə əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 142 AZN olmaqla bərabər hissələrlə ödəniş etməsinin razılaşdırıldığını, kredit məbləğinin kredit alana nağdsız qaydada yəni balansında verilmiş kredit məbləği həcmində pul vəsaiti olan üzərində “Fincard” adı qeyd edilmiş kredit kartında təqdim edildiyini, kredit müqaviləsinin 1.1-ci maddəsinə əsasən kredit alan əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürdüyünü, həmçinin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq eyni tarixli **********3***-******* saylı zaminlik müqaviləsi ilə Cavabdeh2 zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olduğunu, zaminlik müqaviləsinin 1.1-ci maddəsinə əsasən Zamin Kredit Alan tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borcu həmin borca hesablanmış faizi, cərimələri nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri Kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürdüyünü, həmçinin 18.03.2020-ci il tarixli **********3100 saylı kredit müqaviləsi, COVİD 19 pandemiyası ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 4 aprel tarixli 135s nömrəli sərəncamına müvafiq olaraq 03.07.2020-ci il tarixli **********0562 saylı yeni hesab nömrəli sazişlə restrukturizasiya olunmuş və öhdəliyin icra olunmamış hissəsi əsas borc 2037.00 AZN, faiz 0.00 AZN, cərimə 0.00 AZN müəyyən edildiyini, tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsinin borcalan tərəfindən nəzərdə tutulduğunu, lakin Cavabdeh1 oğlunun üzərinə düşən öhdəliyi yerinə yetirmədiyini, beləliklə 22.12.2021-ci il tarixinə olan maliyyə arayışına əsasən Cavabdeh1 borc məbləğinin əsas borc üzrə 2037,00 AZN, faiz borcuna görə 26,86 AZN cərimə borcuna görə 0.00 AZN, cəmi 2063,86 (iki min altmış üç manat səksən altı qəpik) AZN təşkil etdiyini qeyd edərək, iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 2037,00 AZN, faiz borcuna görə 26,86 AZN, cərimə borcuna görə 0.00 AZN, cəmi 2063,86 (iki min altmış üç manat səksən altı qəpik) AZN məbləğində borcun və 40.63 manat məbləğində ödənilmiş dövlət rüsumunun "xxxx" MMQBKT-nın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərə biləcəyinin izah edilməsinə dair bildiriş onun yaşadığı ünvana göndərilmişdir. Eyni zamanda 17.01.2022-ci il tarixdə məhkəmə iclas katibi tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iş materiallarında olan mobil nömrələrinə zəng edilərək bu barədə məlumat verilmiş və telefonoqram tərtib edilmişdir. Məhkəmə iş materiallarında olan sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 18.03.2020-ci il tarixli **********3100 saylı “Kredit müqaviləsindən aydın olur ki, həqiqətən Cavabdeh1 ilə iddiaçı "xxxx" MM QBKT arasında qeyd olunan kredit müqaviləsi imzalanmış və tərəflər üzərlərinə bir sıra öhdəliklər götürmüşlər. Həmin Müqavilənin 1.1 və 1.2-ci bəndlərində qeyd olunmuşdur ki, "xxxx" MM QBKT Cavabdeh1 biznes məqsədləri, ailə-kəndli təsərrüfatının yaradılması və genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 32 faiz dərəcəsi ilə hesablanmaqla 18 ay müddətinə 2000 (iki min) manat kredit verməyi, “Kredit Alan” isə verilmiş krediti, o cümlədən kredit üzərinə hesablanmış faizləri və digər ödənişləri vaxtında “Kredit Verən”ə ödəməklə öz öhdəliyini tam şəkildə yerinə yetirməyi öhdəsinə götürür. Həmin Müqavilənin 1.3-cü bəndində qeyd olunmuşdur ki, kreditin verilməsinə görə “Kredit Alan” “Kredit Verən”ə kredit məbləğinin 3.0 %-i miqdarında komissiya ödəyir. Həmin Müqavilənin 1.4-cü bəndində qeyd olunmuşdur ki, “Kredit Alan" kredit üzrə əsas borcu və faizləri bu müqavilənin tərkib hissəsi olan “Kreditin qaytarılması cədvəlinə" müvafiq olaraq ödəməyi öhdəsinə götürür... Həmin Müqavilənin 1.6-cı bəndində qeyd olunmuşdur ki, kredit “Kredit Alan”a “Fincard” kredit kartı vasitəsi ilə və ya “Kredit Alanın” bank hesabına köçürülməklə verilir. Kredit “Fincard” kredit kartı vasitəsi ilə verildiyi halda həmin kartın verilməsi barədə “Akt” tərtib edilir, hər iki tərəfdən imzalanır və həmin akt bu müqavilənin tərkib hissəsi hesab edilir. İş materiallarına əlavə olunmuş 18.03.2020-ci il tarixli Kredit Kartının Mədaxil (Qəbul) Aktından görünür ki, kredit məbləği nağdsız qaydada, yəni balansında verilmiş kredit məbləği həcmində pul vəsaiti olan, üzərində “Fincard” adı qeyd edilmiş, **********008801 saylı kredit kartı Cavabdeh1 oğluna təqdim edilmiş və hər iki tərəf imzaları ilə təsdiq etmişlər. İş materiallarına əlavə olunmuş 18.03.2020-ci il tarixli **********3***-******* saylı Zaminlik müqaviləsindən məlum olur ki, həqiqətən qeyd olunan tarixdə Cavabdeh2 qızı ilə "xxxx" MMM QBKT-nın arasında qeyd olunan Zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik Müqavilələrinin 1.1-ci bəndinin şərtinə əsasən Zamin 18.03.2020-ci il tarixli **********3100 saylı kredit müqaviləsinə əsasən ("Kredit müqaviləsi”) həmin müqavilə üzrə Kredit alan olan Cavabdeh1 oğlu (“Kredit alan”) tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl etmədiyi hallarda, əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri Kredit verənə tam şəkildə ödəməyi öhdəsinə götürür. Kredit müqaviləsinə əsasən Kredit alan illik 32 % dərəcəsi ilə 18 ay müddətində 20000 manat məbləğində pul vəsaitini Kredit verənə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş 18.03.2020-ci il tarixli **********3100 saylı kredit müqaviləsində nəzərdə tutulmuş ödəniş cədvəlindən görünür ki, Kredit alan illik 32 faiz dərəcəsi ilə hesablanmaqla 18 ay müddətinə aldığı 2000 (iki min) manat krediti 18.04.2020-18.08.2021 tarixləri ərzində hər ay 142.0 manat, 18.09.2021-ci il tarixdə isə 139.0 manat olmaqla, ümumilikdə 2553 manat pulu Kredit verənə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş 18.03.2020-ci il tarixli **********3100 saylı kredit müqaviləsinin Restruktrizasiyasına dair 03.07.2020-ci il tarixli **********0562 nömrəli Sazişdən görünür ki, tərəflər və zamin əsas müqaviləyə müvafiq dəyişikliklər etmişlər. Həmin Sazişin 1, 2 və 3-cü bəndlərinə münafiq olaraq kredit alanın sazişin imzalandığı günə olan əsas qalıq borc məbləği 2037 manatdır və həmin məbləğ illik 32 faiz dəeəcəsi ilə 18 ay müddətinə ödəniləcəkdir. İş materiallarına əlavə olunmuş 03.07.2020-ci il tarixli **********0562 nömrəli Sazişdə nəzərdə tutulmuş ödəniş cədvəlindən görünür ki, Kredit alan 18.07.2020-ci il tarixdə 27.0 manat, 18.08.2020- 18.09.2020-ci il tarixləri ərzində hər ay 56.0 manat, 18.10.2020-18.07.2021-ci il tarixləri ərzində isə 167.0 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş 22.12.2021-ci il tarixli Maliyyə arayışından görünür ki, 22.12.2021-ci il tarixə Cavabdeh1 18.03.2020-ci il tarixli **********3100 saylı kredit müqaviləsinə əsasən 2037.0 AZN əsas borcu, 26.86 AZN faiz borcu 0.00 AZN manat məbləğində cərimə borcu olmaqla cəmi 2063.86 (iki min altmış üç manat səksən altı qəpik) manat məbləğində borcu mövcuddur. İş materiallarına əlavə olunmuş **********3100 saylı kredit müqaviləsi 18.03.2020-ci il tarixli Mədaxil Qəbzindən görünür ki, "xxxx" MMM QBKT tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar dövlət büdcəsinin AZ37NABZ******************** xəzinə hesabına 40.63 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, verilmiş tələb Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə uyğun olmaqla yanaşı, tələbi təsdiq edən sənədlər təqdim olunmuşdur və ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə mövcud deyildir. Çünki qeyd olunan sənədlərdən də göründüyü kimi "xxxx" MM QBKT Cavabdeh1 biznes məqsədləri, ailə-kəndli təsərrüfatının yaradılması və genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 32 faiz dərəcəsi ilə hesablanmaqla 18 ay müddətinə 2000 (iki min) manat kredit vermiş və ona Fincard” kredit kartı təqdim etmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən “Kredit Verən” yuxarıda qeyd olunan məbləğdə krediti “Kredit Alan”nın mülkiyyətinə vermiş və “Kredit Alan” verilmiş krediti, o cümlədən kredit üzərinə hesablanmış faizləri və digər ödənişləri vaxtında “Kredit Verən”ə ödəməklə öz öhdəliyini tam şəkildə yerinə yetirməyi öhdəsinə götürmüşdür. Eyni zamanda tərəflər 18.03.2020-ci il tarixli **********3100 saylı kredit müqaviləsinin Restruktrizasiyasına dair 03.07.2020-ci il tarixli **********0562 nömrəli Saziş bağlasalarda, cavabdeh Sazişində şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş, nəticədə onun iddiaçı təşkilata 2037.0 manat əsas borcu, 26.86 manat faiz borcu olmaqla, cəmi 2063.86 manat məbləğində kredit borcu yaranmışdır. Həmçinin Cavabdeh2 da "xxxx" MM QBKT ilə Zaminlik müqavilələri bağlayaraq Kredit alanın kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün Kredit alan ilə birlikdə Kredit verən qarşısında birgə məsuliyyət daşıyacağı barədə öhdəlik götürmüşdür. Lakin kredit alan kreditin və ona hesablanmış faizlərin ödənilməsi üzrə üzərinə düşən öhdəliklərə əməl etməmiş, Kredit verənin bununla bağlı xəbərdarlığını yerinə yetirməmiş və Kredit verən qarşısında məsuliyyət daşıyaraq nəticədə borcu yaranmışdır. Həmçinin Kredit alan öhdəliyini vaxtında icra etmədiyi üçün iddiaçı "xxxx" MM QBKT-nın kredit alan və zaminə qarşı birgə borclular kimi məhkəmədə iddia qaldırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; - 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır; - 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir; - 385.1-ci maddəsində deyilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; - 386.1-ci maddəsində göstərilir ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; - 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; - 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; - 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; -448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Hesab edirəm ki, Cavabdeh1 yazılı formada bağlanmış kredit müqaviləsinin şərtlərinə əməl etməməklə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən iddiaçı borcun tutulması ilə bağlı məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Həmçinin verilmiş kreditin təminatı kimi zamin Cavabdeh2 “Kredit alan”nın götürdüyü krediti tamamilə və vaxtında icra etməsi üçün “Kredit alan”nın bütün öhdəlikləri üçün tam şəkildə məsuliyyəti üzərinə götürmüş və onunla birgə məsuliyyət daşımasını yazılı şəkildə tərtib edilmiş Zaminlik müqaviləsini imzalamaqla təsdiq etmişdir. Lakin Cavabdeh1 müqavilədən irəli gələn öhdəlikləri vaxtında və lazımi qaydada icra etmədiyinə görə, zamin Cavabdeh2 da onunla birlikdə Kredit verən qarşısında birgə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür; - 470.2-ci maddəsinə əsasən zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər; - 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; - 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; - 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, işin faktiki hallarına, mülki qanunvericiliyin yuxarıda sadalanan tələblərinə əsaslanaraq və mülki iş materiallarinda olan sübutlara qiymət verərək bu qənaətə gəlirəm ki, iddia tələbi təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2037.0 manat əsas borc, 26.86 manat faiz borcu olmaqla, cəmi 2063.86 (iki min altmış üç manat səksən altı qəpik) manat məbləğində pul tutularaq "xxxx" MM QBKT-nın xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir; - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 40.63 (qırx manat altmış üç qəpik) manat dövlət rüsumunun əvəzi də cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı "xxxx" MM QBKT-nın xeyrinə ödənilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2037.0 manat əsas borc, 26.86 manat faiz borcu, cəmi 2063.86 (iki min altmış üç manat səksən altı qəpik) manat borc və ödənilmiş 40.63 (qırx manat altmış üç qəpik) manat dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 2104.49 (iki min bir yüz dörd manat qırx doqquz qəpik) manat məbləğində pul tutularaq "xxxx" MM QBKT-nın xeyrinə ödənilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar