Məhkəmə qərarları › İş №2(110)-118/2024

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №2(110)-118/2024

26.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 2(110)-118/2024 26.01.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “pul tələbi” barədə mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddianın təmin edilməsi Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 torpaq sahəsini almaq üçün ödədiyi 3000 (üç min) ABŞ dolları (5100 manat) pul, əldən çıxmış fayda qismində həmin torpaq sahəsinin bugünə olan bazar qiyməti ilə dəyərinin fərqi olan 25000 (iyirmi beş min) manat və 5000 (beş min) manat mənəvi ziyan olmaqla ümumilikdə 35000 (otuz beş min) manat pulun alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən iddiaçı cavabdehlərlə razılaşdıqlarını, yenidən həmin torpağa müəyyən məbləğdə pul verməklə alacağını qeyd edərək məhkəmədən qanuni qərar çıxarılmasını xahiş etmişdir. İş üzrə cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə müvafiq olaraq məhkəmə mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, “Elektron məhkəmə” informasiya sistemindən görünür ki, Şərur Rayon Məhkəməsinin 05 aprel 2023-ci il tarixli, 2(110)-176/2023 saylı qətnaməsilə iddiaçı-cavabdeh X1 cavabdeh-İddiaçı qarşı “mülkiyyətində olan torpaq sahəsinin boşaldılması və istifadəyə olan maneələrin aradan qaldırılması tələbinə dair” iddiası təmin edilmiş, qarşılıqlı iddia tələbi üzrə cavabdeh-İddiaçıcavabdeh X2 qarşı “pul tələbi”nə dair iddiası isə rədd edilmişdir. Naxçıvan MR Ali Məhkəməsinin 06 iyul 2023-cü il tarixli, 2(108)-83/2023 saylı qətnaməsi ilə Şərur Rayon Məhkəməsinin həmin qətnaməsi dəyişdirilmədən saxlanılmış, artıq məhkəmə qətnaməsi qanuni qüvvəsini almışdır. Eyni zamanda qeyd edilməlidir ki, hazırki iddia tələbi üzrə cavabdehlər həmin iş üzrə müstəqil tələb irəli sürməyən 3-cü şəs qismində işə cəlb edilmişlər. Bu isə o qənaətə gəlməyə əsas verir ki, hazırki iddia tələbi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə verilməklə eyni predmeti ehtiva edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər; - 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədər iş üzrə icraatın xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir; - 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir; Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 114.1.4 maddəsində iş üzrə icraata xitam verildikdə ödənilmiş dövlət rüsumunun qaytarılması nəzərdə tutulduğundan, İddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar Azərbaycan Respublikası Mərkəzi X5 Portalı vasitəsilə xx.xx.2023-cü il tarixdə ********** saylı qəbzlə Dövlət büdcəsinə ödənilmiş 180 (bir yüz səksən) manat dövlət rüsumu geri qaytarılmalıdır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 262- 264, 267, 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “pul tələbi” barədə mülki iş üzrə icraata xitam verilsin. İddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar Azərbaycan Respublikası Mərkəzi X5 Portalı vasitəsilə xx.xx.2023-cü il tarixdə ********** saylı qəbzlə Dövlət büdcəsinə ödənilmiş 180 (bir yüz səksən) manat dövlət rüsumu ona qaytarılsın Qərardaddan, o tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şərur Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar