Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 2(110)-1191/2025 21.11.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov İlkin Cəlal oğlunun sədrliyi, X1 oğlunun katibliyi ilə, İddiaçı Cəfərov Rahı̇ b Rəfaı̇ l oğlunun cavabdeh Cəfərov Namı̇ q Rəfaı̇ l oğluna qarşı pul tələbi barədə mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cəfərov Rahı̇ b Rəfaı̇ l oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ondan borc olaraq aldığı 16078 (on altı min yetmiş səkkiz) manat və dövlət rüsumu olaraq ödədiyim 138.23 (bir yüz otuz səkkiz manat iyirmi üç qəpik) manat, cəmi 16216.23 (on altı min iki yüz on altı manat iyirmi üç qəpik) manat pulun Cavabdeh alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmənin hazırlıq iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. xx.xx.2025-ci il tarixdə iddiaçı ərizə ünvanlayaraq, ərizəsində bildirmişdir ki, Cəfərov cavabdeh Cəfərov Namı̇ q Rəfaı̇ l oğluna qarşı pul tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir, cavabdeh Cəfərov Namı̇ q Rəfaı̇ l oğlu ilə aralarında olan mübahisəni məhkəmədənkənar həll etmişdirlər. Ona görə də iddia ərizəsinin ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən, bu Məcəllənin 254, 255, 261.1.0, 261.0.3, 261.0.6 və 261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə hakim ərizəni baxılmamış saxlayır. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli 3 nömrəli Qərarının 2-ci bəndinə əsasən Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Məhkəmə hesab edir ki, iddiaçının ərizənin baxılmamış saxlanılması barədə ərizəsi əsaslıdır və təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.1, 259.0.11, 260, 263-264 -cü maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı:
1. İddiaçı Cəfərov Rahı̇ b Rəfaı̇ l oğlunun cavabdeh Cəfərov Namı̇ q Rəfaı̇ l oğluna qarşı pul tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılsın, iddia ərizəsinə əlavə olunmuş sənədlər iddiaçıya qaytarılsın.
2. İddiaçı Cəfərov Rahı̇ b Rəfaı̇ l oğlu tərəfindən "xxxx" ASC-nin Şərur filialı vasitəsilə xx.xx.2025-ci il tarixli ********** nömrəli qəbzlə ödənmiş 138.23 (bir yüz otuz səkkiz manat iyirmi üç qəpik) manat dövlət rüsumu Cəfərov Rahı̇ b Rəfaı̇ l oğluna geri ödənilsin
3. İddiaçı Cəfərov Rahı̇ b Rəfaı̇ l oğluna izah olunur ki, ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət edə bilər.
4. Qərardadın surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elekron Məhkəmə Sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə Şərur Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim: İlkin Zeynalov